Övladlarınız hər hansı bir işə və ya sahəyə maraq göstərəndə onlara kömək etməyin ən yaxşı yollarından biri nəyi necə edəcəklərini aydınlaşdırmağınız ola bilər. Valideynlər bununla yanaşı fərqli şəkildə də yollar göstərə bilər. Bagcam.az həmin yollardan bir neçəsini sizə təqdim edir:
Hərəkətə yavaş-yavaş keçin:
Deyirlər, “Uşağınız üçün həyat ssenarisi yaza bilməzsiniz”. Bu, xüsusilə, rəqabəti sevən valideynlər üçün çətin olacaq, amma bir az geriyə çəkilib uşağınızın bu yolda addımlarını izləmək, ona ən böyük köməyiniz olacaq.
İşinizin nə qədər önəmli olması ilə bağlı uşaqlarınızla danışın:
Uşaqlar valideynlərinin işlərini həvəslə görməklərinə səbəb olan şeylərin nələr olduğunu çox nadir hallarda hiss edirlər. Böyüklər üçün çox vaxt işləri pul qazanmağı ifadə etməklə yanaşı, başqalarına kömək etmək, özünü ifadə etmək və ya ailələrini dolandırmaq kimi mənalar daşıyır.
Onlarla davamlı olaraq söhbət edin:
Gələcəklə bağlı ildə bir dəfə sual-cavab etmək övladınızın zehninin bir məqsədə yönəlməsi üçün kifayət etmir. Valideynlər gündəlik hadisələrlə bağlı övladlarının fikirlərini öyrənməyi vərdiş halına gətirməklə, həm öz dinləmə bacarıqlarını inkişaf etdirə bilər, həm də uşaqlara dəyərlərini göstərmiş olarlar. Aktiv dinləmə yolu ilə tez-tez “niyə?” sualını verərək uşaqları üçün nələrin daha vacib olduğunu da öyrənə bilərlər.
Pozitiv olun, bildiklərinizi paylaşın:
Valideynlər uşaqlarının sağlam düşüncəli maraqlarına qarşı çıxmamalıdır. Əvəzində onlara daha çox kəşf etmək üçün fürsətlər verməlidir.
Mənbə: egitimpedia.com