Uşağın qayğısına qalmaq asan iş deyil. Onlar adətən yeyirlər və yatırlar. Lakin bunu çox edirlər. Beləliklə, böyük səbrə ehtiyac olur. Onların yuxusu haqqında müəyyən faktları bilmək, sizə çox kömək edə bilər.
Bir çox insan, körpəni qucağında yatızdırdıqdan sonra, yerinə qoymaqdan qorxur, çünki yerinə qoyan kimi ayılıb ağlamağa başlayır. Bu, ona görə baş verir ki, onlar hələ yuxunun REM( sürətli göz hərəkəti) dövründə olurlar. Bir çox körpə 20 dəqiqə sonra dərin yuxuya gedirlər. Onların nəfəsləri yavaşlayır və göz hərəkətləri dayanır. Bu, onları yatağa qoymağın ən yaxşı vaxtıdır.
Bir çox valideyn yuxusunu almaq üçün gecəni gözləyir. Amma körpələr gecə də oyanır. Körpələr periodik olaraq aclıq hiss edirlər. Ac və narahat olanda, asanlıqla oyanırlar. Beləliklə, gecə oyanmaq körpələrin sağ qalmaq mexanizmasıdır.
Körpələrin böyüklərdən fərqli yuxu dövrü var. Körpələr adətən yuxunun REM dövründə olurlar və burda bir saatdan az vaxt keçirirlər. Həssas və köməksiz olduqları üçün tez oyanırlar. Laylay çalmaq, əlini tutmaq onların dərin yuxuya getməsinə şərait yaradır.
Körpələr yatmağı sevir! Onlar gündüz və ya gecəni başa düşmürlər. Bir çox yeni doğulan körpələr 16-19 saat yatırlar. Bu, onların böyümə vaxtıdır. Bir çox körpə qarnını doyurmaq üçün gecə 2-3 dəfə oyanır. Gündüzlər körpəni oyaq saxlayıb, gecə rahat yatmasını gözləmək düzgün üsul deyil. Körpə özünü yorğun hiss edə bilər.
Mənbə: qadin.net