İki yaşında oxumağı öyrənir, dörd yaşında Bax dinləyirlər, altı yaşında riyazi hesablamalar edir, səkkiz yaşında xarici dilləri rahat şəkildə danışa bilirlər. Sinif yoldaşları qısqanır, valideynləri isə özlərini lotereyadan böyük mükafat qazanmış kimi hiss edir. Bütün bunlar heç də uşaqların karyerasının uğurlu olacağına işarə deyil.
Amerikanın, elmdə qabiliyyətli lisey şagirdlərinə verilən ən nüfuzlu mükafatı Westinghouse Science Talent Search, ilk dəfə 1942-ci ildə verilməyə başlayıb. 1994-ci ilə qədər yaşından üstün inkişaf göstərmiş müvəffəqiyyətli iki mindən çox gənc yarışmaya namizəd göstərilib. Ancaq bu namizədlərin yalnız yüzdə biri, Milli Elmlər Akademiyasına daxil ola bilib; yalnız səkkizi Nobel mükafatı qazanıb. Nəzəri fizika sahəsində cığır açan bir Lisa Randallala müqayisədə, onlarla şagird, özlərindən gözləniləni verə bilməyib.
Müvəffəqiyyətli uşaqlar çox nadir hallarda dünyanı dəyişdirən dahi ola bilirlər. Hesab olunur ki, onlar cəmiyyətə yararlı olmaq üçün vacib sayılan ictimai və emosional bacarıqlardan məhrumdur. Ancaq, məlumatlara baxdığımızda bu şərh qeyri-kafi qalır: Qabiliyyətli uşaqların dörddə birindən daha azının ictimai və emosional problemləri var. Böyük əksəriyyəti son dərəcə uyğun uşaqlardır; hansısa şənlikdə də ən az elm yarışmasında olduqları qədər rahat və uğurludurlar.
Bu uşaqlar, xüsusi olmağı öyrənmədikləri üçün geri qalırlar. Həmişə onlar valideynləri tərəfindən təsdiqlənmək və müəllimlərinin heyranlığını qazanmaq üçün səy göstərirlər. Bunun nəticəsində Carnegie Hall-da səhnəyə çıxırlar, şahmat çempionu olurlar, amma gözlənilməz bir şeylə qarşılaşırlar: Praktika ilə mükəmmələ çata bilərlər, amma bu ortaya yeni şey çıxarmaq deyil.
Qabiliyyətli uşaqlar Motsartın əsərlərini möhtəşəm şəkildə ifa edə bilərlər, amma çox nadir hallarda öz xüsusi musiqilərini bəstələyirlər. Bütün enerjilərini mövcud elmi məlumatlara xərcləyir, yeni anlayışlar inkişaf etdirmirlər. Öz qaydalarını icad etməkdənsə, kodlaşdırılmış qaydalar çərçivəsində hərəkət edirlər. Araşdırmalar, yaradıcı uşaqların çox vaxt müəllimlərinin göz bəbəyi olduqlarını və buna görə də xüsusi fikirlərini özlərinə saxlamağı öyrəndiklərini göstərir.
Zəhmli uşaqların çoxu böyüyəndə öz sahələrində mütəxəssis olurlar, çalışdıqları təşkilatlarda lider mövqeyinə yüksəlirlər. Psixoloq Ellen Winner, “istedadlı uşaqların yalnız çox kiçik bir qismi cığır açan, yaradıcı yetkinlərə çevrilə bilir” deyir.
Uşaqların çoxu bu sıçrayışı edə bilmir; qeyri-adi qabiliyyətlərini, problem çıxarmadan, işlərində yüksəlmək üçün istifadə edirlər. Yolunda getməyən tibb sistemini düzəltmək üçün mübarizə etmədən xəstələrini yaxşılaşdıran həkimlər ya da müvəkkillərini ədalətli olmayan cəzalara qarşı müdafiə edən, amma qanunları dəyişdirməklə məşğul olmayan vəkillər olurlar.
O halda, yaradıcı uşaq yetişdirmək üçün nə etmək lazımdır? Uşaqları təhsil sistemində ən yaradıcı yüzlükdə ilk beşliyə düşən ailələr ilə uşaqları hər hansı fövqəladə yaradıcılığa sahib olmayan ailələri müqayisə edən araşdırma edilib. Sıravi uşaqların ailələrinin, uşaqlarının dərs, iş və yatmaq saatlarının müəyyən olması kimi orta hesabla altı qaydası tapılıb. Yaradıcı uşaqların ailələrinin isə orta hesabla qayda sayı birdən az olub.
Psixoloq Benjamin Bloom, dünya səviyyəsindəki musiqiçilərin, sənətçilərin, atletlərin və elm adamlarının uşaqlıq illərini araşdırarkən, heç birinin valideynlərinin məşhur uşaq yetişdirməyi xəyal etmədiyini görmüşdü. Bu valideynlər uşaqlarına əsgər və ya kölə işlədirmiş kimi davranmırdılar, yalnız uşaqlarının içindən gələn motivasiyaya görə hərəkət edirdilər. Uşaqları müəyyən bir sahəyə maraq və həvəs göstərdiyində onu dəstəkləyirdilər.
Ən məşhur konsert piyanistlərinin, yeriməyə başlayan kimi çox yaxşı müəllimləri olmamışdı; ilk dərslərini yaxınlarındakı bir müəllimdən alıblar, həvəslə öyrəniblər. Mozart musiqi dərsləri almağa başlamadan çox əvvəl musiqi ilə əlaqəli idi. Mary Lou Williams piano çalmağı öz-özünə öyrənmişdi; Izthak Perlman musiqi məktəbinə qəbul edilməyəndə öz-özünə skripka ilə məşğul olmağa başlamışdı.
Kəşflər yaradıcı olmağımızın məlumatımızın və təcrübəmizin yalnız dərinliyinə deyil, genişliyinə də bağlı olduğunu göstərir. Modada, ən orijinal kolleksiyaları, çöldə ən çox vaxt keçirən stilistlər çıxarır. Nobel Mükafatı qazanan elm insanları, sıravi elm insanlarına görə iyirmi iki qat daha çox aktyor, rəqsçi və ya sehrbazlardır; on iki qat daha çox şeir, teatr oyunu və roman yazırlar; yeddi qat daha çox sənət ya da sənət işləriylə maraqlanırlar; iki qat daha çox alət çalır ya da bəstə edirlər.
Kimsə bu parlaq elm insanlarını bədii hobbilər əldə etmələri üçün məcbur etmir. Bu yalnız onların duyduqları marağın əks olunmasıdır. Anası Albert Einsteini beş yaşındaykən skripka dərslərinə qoymuşdu, amma skripka onun marağını çəkməmişdi. Musiqi sevgisi ancaq yetkinlik yaşlarında, musiqi dərsi almağı buraxdıqdan və Motsartın sonatlarıyla tanış olduqdan sonra ortaya çıxmışdı. “Sevgi, vəzifə, təsdiq daha yaxşı bir müəllimdir” deyirdi Albert Einstein.
Yəni, uşağı yaradıcı olması üçün proqramlaşdıra bilməzsiniz. Müəyyən bir müvəffəqiyyət əldə etmək üçün bunu sınaya bilərsiniz, amma bunun nəticəsində ən yaxşı ehtimalla yalnız robot əldə etmiş olarsınız. Uşaqlarınızın dünyaya xüsusi fikirlər qazandırmasını istəyirsinizsə, onları sizin deyil, öz istəklərinin arxasınca getmələri üçün rahat buraxmağınız lazımdır.