Tərbiyəçilər üçün ustad dərsləri başladı

Fevral ayının 6-sı “Baby Star” uşaq bağçasında Education Management Network və Edu.Co Şirkətinin təşkil etdiyi Master Tərbiyəçi Təkmilləşdirmə proqramının açılış mərasimi keçirilib. Mərasimdə kursun iştirakçıları və təlimçiləri iştirak edib. Tədbiri giriş sözü ilə Education Management Network və Edu.Co Şirkətinin rəhbəri Rasif Dünyamalıyev açıb. O iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb. Rasif bəy kurs haqqında məlumat verib. Belə ki, kursda öyrədici mühitin yaradılması, metodiki işin qurulması, ekoloji tərbiyə, valideynlə işin təşkili, gün rejiminin təşkili, müasir xidmət anlayışı kimi mövzular əhatə olunacaq.

Daha sonra kursun təlimçiləri olan mütəxəssislər çıxış edib, keçirilən mövzular haqqında məlumat verib.

Sonda uşaq bağçasının direktoru Samirə Muxtarova fikirlərini bizimlə bölüşüb. O bildirib ki, kursun sonunda iştirakçılar həm yeni biliklər qazanacaq həm də  ən yaxşı nəticə göstərən üç iştirakçı “Baby Star”, “İnci”, “İndigo” Nərimanov uşaq bağçalarında işlə təmin olunacaq:

“Master tərbiyəçi təlimlərin bitirmiş və sertifikat əldə etmiş digər tərbiyəçilərinn inkişafı üçün bu böyük müsbət hal olacaq. Bir çox yeni biliklərə, savadlara yiyələnmiş olacaqlar, hansı ki bu onlar üçün istənilən yerdə iş tapmaqlarına yardımçı olacaq deyə düşünürük”.