Dünyaca məşhur pediat nevroloq Dr. Bruce D. Perry diqqət əksikliyi və hiperaktiv pozuqluğunun (DEHB) əslində real xəstəlik olmadığını bildirib və bununla əlaqədar uşaqlara verilən dərmanların zərərli olduğunu söyləyib.
DEHB analizlərinin və bunun müalicəsi üçün nəzərdə tutulan dərmanların sayının sürətlə atrdığı bir dövrdə mütəxəssisin bu fikirləri diqqət çəkib.
Ritalin, Adderall, Vyvanse və digər zehinə təsir edən dərmanlar əsasən 7-14 yaş arasında uşaqlara verilir. Doktor Perri bu cür dərmanların istifadəsinin uşağın fiziki və zehni inkişafı üçün təhlükə yarada biləcəyini bildirib. “Bu dərmanları yeni doğulmuş heyvanlara verdikdə onların beyin sistemi dəyişir. Bu zaman onlar toxluq hissinə nail olmaq üçün daha çox yemək yeyirlər. Eyni zamanda onlarda adrenalin hərisliyi yaranır və ən xırda həyəcan keçirtmək üçün risk tələb edən hərəkətlər etməyə ehtiyac duyurlar. Bu isə heç də yaxşı əlamət deyil.
Ümumiyyətlə, qəbul etdiyimiz dərmanlar orqanizmimizə hər zaman fərqli şəkildə təsir göstərir. Hər dərmanın müxtəlif əks təsirləri ola bilər. Buna görə də əsas məsələ daha çox dərman qəbul etmək yox, xəstəliyin mənbəyini tapıb bu simptomlar üzrə müalicə olunmaqdır.
Xəstəliyin digər müalicə üsulları barədə məlumat verən Dr. Perry valideynlərə yoqa və pəhriz kimi təbii müalicə yollarını tövsiyyə edib.
Bu xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsi üçün müxtəlif qeyri-farmakaloji üsullar var.
Bu məsələdə ən əsas məsuliyyət valideynlərin üzərinə düşür. Uşaqların hiper həssas olduqları bu dövrdə valideyn də məsələyə eyni həssaslıq, eyni narahatlıqla yanaşsa, uşağın psixoloji vəziyyəti daha da ağırlaşa bilər. Çünki ata, anasının da özü qədər zəif olduğunu görən uşaq fərqli cür davrana bilməz. Bu dövr ərzində valideyn övladını onun bir çox bacarıqları, uğurları ola biləcəyinə inandırmalı və öz bacarığını sübut etməsi üçün ona müxtəlif imkanlar yaratmalıdır. Ancaq belə olanda DEHB probleminin öhdəsindən pilləli şəkildə gəlmək mümkündür.
Valideynlərin bu məsələyə yalnış yanaşma səbəblərindən biri də DEHB-i xəstəlik hesab etməmələri, bu problemi kifayət qədər ciddiyə almamalarıdır.
Ancaq xəbəriniz olsun ki, əziz valideynlər, övladınızda bu xəstəliyin simptomları varsa, məsələyə kifayət qədər həssas yanaşmağınız vacibdir. Əks halda ona müalicə üçün müxtəlif dərmanlar verib, onu bu dərmanların asılısına çevirə bilərsiniz. Bu dərmanların isə yuxarıda da qeyd etdiyimiz kimi ən müxtəlif mənfi təsirləri ola bilər.