Bağçada “Sağlamlıq ayı” keçirilib

Aprel ayı  uşaq bağçasında “Sağlamlıq ayı” elan edilib.

Bu barədə müsahibəsində uşaq bağçasının direktoru Samirə Muxtarova bildirib. Onun sözlərinə görə, “Sağlamlıq ayı”nın keçirilməsində əsas məqsəd uşaqlara həkimlik sənətini sevdirmək və onları müayindən keçirmək olub.

“Aprelin 7-si  Ümumdünya səhiyyə və sağlamlıq günü olduğu üçün uşaq bağçasında aprel ayını sağlamlıq ayı elan etdik. Elə aprelin 7-də uşaqları “Grand” Hospitala apardıq. Uşaqlar ağ xalat geyib, həkimlərlə, onların işi ilə tanış oldular. Bizim bağçanın həkimi Yeganə Zeynalova və tibb bacısı Pəri Rzayeva qruplarda sağlamlıq nədir, gigiyena nədir, yeməkdən öncə əlləri sabunla necə yumaq lazımdır, sağlam qidalanma mövzuları ilə bağlı geniş məlumat verdilər. Saqqız çeynəməyin, çox şokolad yeməyin ziyanlarını başa salıb, meyvələrin faydasından danışdılar. Biz bağçaya “Real Dent” klinikasını dəvət etdik. Uşaqlara diş sağlamlığı haqqında məlumat verildikdən sonra, hamısının dişləri müayinə olundu. Buna aid maarifləndirici cizgi filmi göstərdilər. Oğlan uşaqları üçün uroloq dəvət etdik. Oğlanlarda çox yayılmış kriptorxizm olur. Bunu uşaq vaxtında aşkar etmək vacibdir. Daha sonra Lor gəldi. Kimin boğazında, burnunda ət varsa, kimə müalicə lazımdır hamısını təyin etdi.  “Grand” hospitaldan Murad hoca öz yeni aparatları ilə gəlib müayinə apardı”.

Samirə xanım deyir ki, valideynlər də “Sağlamlıq ayı”nda böyük fəallıq göstərdilər. Çünki bu ay uşaqların müayinəsi ilə yanaşı valideynlərin maariflənməsi üçün də nəzərdə tutulub.

“Həkimlər uşaqları yoxlamağa gələndə valideynlər onları maraqlandıran sualları həkimlərə ünvanlayırdılar. Bəzi ailələr uşaqları qorxudur  ki, “sakit dur yoxsa həkim gəlib sənə iynə vuracaq”. Biz keçirdiyimiz seminarlarda valideynlərə izahat verdik ki, uşaqları həkimlərlə qorxutmaq lazım deyil. Yəni bir ay ərzində həm valideynləri maarifləndirdik, həm də uşaqları müayinə etdik”.

“Sağlamlıq ayı”ında uşaqların yaxşıya doğru  dəyişdiyini deyən Samirə xanım belə layihələrin davam edəcəyini bildirdi.

“Sağlamlıq ayının nəticəsi o oldu ki, uşaqlar özləri sərbəst şəkildə həm bağçada, həm də evdə gigiyena qaydalarına əməl etməyi öyrəndilər. 4-5 yaşlı uşaqlar sağlamlığın nə olduğunu bilirlər. Öz sağlamlıqlarını qorumağa çalışırlar. Bundan sonra həkimdən daha az qorxacaqlar”.

01

Uşaqlar “Grand” Hospitalda ekskursiyada

02

Həkim terapevt – revmotoloq Sevinc Səmədzadənin bələdçiliyi ilə uşaqlar həkim peşəsi ilə yaxından tanış olurlar

03

Həkim – kardioloq uşaqları müayinə edir

04

Həkim müayinə prosesini uşaqlara göstərir

04-1

Uşaqlar hospitaldakı Qaraciyər Xəstəlikləri Mərkəzində

04-2

Həkim – hepotoloq uşaqlara qaraciyərin yerini göstərir və xəstəlik haqqında məlumatlar verir

04-3

Həkim Respublika üzrə müayinə olunan xəstələrin statistikasını xəritə üzərində göstərir

05

Uşaqlar diaqnostika şöbəsində

05-1

Uşaqlar rentgen otağında

05-2

Rentgen prosesi ilə praktiki tanış olurlar

06

Həkim uşaqlara rentgen kağızını göstərir

07

“Sağlamlıq ayı” çərçivəsində, bağçada “Grand” Hospitaldan Otolorinqoloq Op. Dr.Murat Belgin uşaqlarda “Lor”u (qulaq, burun, boğaz) yoxlayır

08

Həkim aparat vasitəsilə uşaqların burun boşluğunu müayinə edir

11

Həkim uşaqların qulaqlarını yoxlayır

12

Bağça uşaqları müayinə üçün növbələrini gözləyir

13

Murat həkim müayinə olunmaq istəməyən uşağı razı salır

14

Müayinə olunan hər bir uşağın adı və xəstəlikləri qeyd edilərək valideynlərə çatdırılır

14-1

Həmçinin həkim – uroloqlar da uşaqları müayinə etmək üçün gəldilər

14-2

Həkim oğlan uşaqlarını müayinə edir

15

“Sağlamlıq ayı” çərçivəsində, “Real Dent” stomatoloji klinikasından uşaq stomatoloqu Rəhimova Çinarə uşaqları müayinə edib, valideynlərə məsləhətlərini verir

16

Stomatoloq uşaqlara və valideynlərə dişlər haqqında məlumat verir

17

Həkim uşaqların dişlərinə baxır

18

Müayinə olunan uşaqların adları və müayinə nəticələri qeyd edilir

19

Valideynlər öz şikayətlərini stomatoloqa bildirirlər

20

Həkim – stomatoloq valideynlər və uşaqlara düzgün diş fırçalamaq qaydasını göstərir

21

Çinarə xanım uşaqlarda olan diş problemlərini vaildeynlərinə bildirir

22

Uşaqlar müayinə olunmaqdan qorxmurlar