Yay mövsümünü sevirəm. Amma yay ayları ilə bağlı adətən böyük ümidlər və gözləntilər içində olmağa meyilliyəm. Çox ana və atalar kimi yay tətilini uşaqlarımız üçün “sehirli” və unudulmaz etmək təzyiqi ilə yaşayıram.
Möhtəşəm tətil planları, həyəcanverici “ediləcəklər siyahısı” və bütün günə yayılan dolu-dolu bir proqram… Yay məktəbinin çıxışında üzgüçülük kursuna getməli, bundan əlavə də açıq havada teatr izləməyə getməliyik. (Yazarkən belə yoruldum!)
İndi sizinlə üzərimdəki bütün bu təzyiqi yox edən vacib bir fərqindəlik paylaşacam:
Ağlımızda ən çox yer tutan yay tətili xatirələri, planladığım bir fəaliyyətdən ya da soyuducumun üzərinə yapışdırdığım bir həftəlik proqramdan kənar çıxmadı. O ən gözəl anlar, adətən etməyi planladığım şeylər arasında yaşandı. Ən gözlənilməyən anlar, ən gözəl anlara çevirildi.
Bu fərqindəlikdən yola çıxaraq mən də bu yay üçün bir “edilməyəcəklər siyahısı” hazırladım. Ailəm üçün daha çox plansız və gözlənilməz anlar yaratmaq üçün bu yay etməyəcəyim 16 şey!
- Tələsməyəcəm. Əlavə qazanacağımız bir neçə dəqiqənin qəlbimizdə yaratdığı qayğıya heç dəyməz.
- Günlük proqramımızı həddən artıq doldurmayacam. Bunun əvəzinə bol-bol boş zaman saxlayacağam.
- Hər detalı planlamayacam. Həmişəkindən daha çox təbii şəkildə yaşayacağıq.
- Özümü, uşaqları “normal” saatlarda yedirtməyə həsr etməyəcəm. İstədiyimiz zaman oyun oynayacağıq ya da günün istənilən saatında günorta və axşam yeməklərini bişirəcəyik. Beləliklə sadəcə yemək yemək üçün uşaqları evə ya da qapalı bir məkana salmaq məcburiyyətində qalmayacağam.
- Ailəliklə bahalı tətilə çıxmayacağıq. Bunun əvəzinə evə yaxın yerləri kəşf edəcəyik.
- Sıxılmaqdan qorxmayacam. Uşaqların sıxılmağa ehtiyacı olduğuna inanıram. Can sıxıntısı uşaqların öz qaynaqlarına və yaradıcılıqlarına dönmələrinə səbəb olur.
- Öz yay tətilimi başqalarınınkiylə müqayisə etməyəcəm.
- Yaşadığımız hər anı sosial mediada paylaşmayacağam. Yaşadığım anları özümə saxlayacağam.
- Telefonu daim yanımda saxlamayacam ki, uşaqlarımla daha çox an yaşaya bilim.
- Qohum ziyarəti etdiyimdə, kimləri görüb, kimləri görməyəcəyimiz mövzusunda stress yaşamayacam. Ziyarətlərimiz sırasında kimləri görə biliriksə, onlarla olmağın dadını çıxaracam.
- Nələrisə özəl günlər üçün saxlamayacam. Bu gün, hətta bütün yay əslində xüsusidir.
- Yay aylarında həkim ya da stomatoloq görüşü kimi sıxıcı şeyləri nizamladığım üçün özümü günahkar hiss etməyəcəm. Valideynlər bu işləri həll etməlidirlər. Yayda belə…
- Məktəb ləvazimatları market rəflərinə yerləşdirilən kimi məktəbi düşünməyə başlamayacağam!
- Uşaqlar normaldan bir az daha çox teknologiyadan istifadə etdikləri üçün stressli olmayacam.
- Evi tərtəmiz saxlamayacam.
- Nə özümün, nə həyat yoldaşımın və uşaqlarımın ya da yay tətilimizin mükəmməl olmasını gözləməyəcəm. Yayın mükəmməl keçməsini gözləməkdən əl çəksək, necə keçirsə keçsin zövq, ala bilərik.
Mənbə: egitimpedia.com