Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 4 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.
Education Management Network Xırdalan şəhərində yeni açılacaq Uşaq Bağçası üçün Aşbaz vəzifəsi üzrə boş İş Yerini (Vakansiya) elan edir.
Tələblər:
- Aşbazlıq üzrə Peşə İxtisası Təhsili
- Toplam 5 il, əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi
- 30 – 50 yaş aralığına üstünlük verilir
- Milli Mətbəxə aid yeməkləri hazırlamaq bacarığı
- Azərbaycan və rus dillərini səlis bilmək
- Şirniyyat hazırlamaq bacarığı
- Qidaların saxlanması və istifadəsi ilə bağlı təlimatları bilmək
- Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
- Münasibət qurmaq bacarığı və həssaslıq
- Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
- Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı.
- Məqsədyönlü və qətiyyətli
- Gərgin iş mühitində çalışmaq bacarığı
Öz CV və İstək Məktubunuzu karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “Asbaz” qeyd edin.
Əlaqəli Şəxs: Rasif Dünyamalı (Vakansiya ilə bağlı Zəng Etməyin)
Son Müraciət Tarixi: 31/03/2015 (son müraciət tarixindən sonrakı cv-lərə baxılmayacaq)
Ətraflı məlumat üçün şirkətin veb səhifəsinə baxa bilərsiniz: www.bagcam.az