Uşaqların kiçik yaşlardan qələmə və kitaba olan marağını artırmaq lazımdır. Uşaqlıqdan qələm tutma bacarıqlarını artırmaq üçün ilk əvvəl onların diqqətini çəkməlisiniz. Boyama qədər diqqət çəkən və uşaqların sevdiyi məşğuliyyət yoxdur. Amma uşaqlara rəsm boyamağı öyrədərkən müəyyən nüanslara diqqət etməlisiniz.
Rəsm boyama öyrədərkən nəyə diqqət etməlisiniz?
- Boyama kitabında seçiləcək şəkil kiçik yaşdakı uşaqların diqqətini cəlb etməli olduğu üçün rəsmin tək obyektdən ibarət olmasına və böyük olmasına diqqət edin. (İnsan, bitki, çiçək və.s)
- 0-3 yaş arasındakı uşaqlar üçün sulu boya, barmaq boya, pastel boya və pastel boya kimi boyaların arasındakı ən uyğun boya barmaq boyasıdır. Barmağını batıracağı boya, uşağın xoşuna gələcək və boyamaqdan zövq alacaq. Ancaq 5 yaşında olan uşaqların qələm tutmaq bacarığını artırmaq üçün quru boyadan istifadə etməlisiniz.
- Uşaqların ən çox diqqətini çəkən rəng qırmızıdır. Boyama edərkən diqqətinin dağılmaması üçün qırmızı kimi canlı rənglərdən istifadə edin.