İbtidai sinif şagirdlərinin məktəbdən sonrakı vaxtlarını səmərəli təşkil etmək, həmçinin valideynlərin qayğılarını bölüşmək məqsədilə “Mini Lisey” layihəsi yaradılır.
Mərkəzin direktoru Samirə Muxtarova “Mini Lisey” təhsil mərkəzi haqqında Bagcam.az-a ətraflı məlumat verib.
“Biz “Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək” prinsipinə inanıb, “Övladınız Hər Şeyin Ən Yaxşısına Layiqdir” siyasətini fəaliyyətimizdə tətbiq edərək, şagirdlərə özlərini tanımaq və ifadə etmək imkanı yaradırıq” – deyən Samirə Muxtarova “Mini Lisey”də şagirdlər üçün təşkil olunan gün rejimindən bəhs edib:
“Mərkəzdə ibtidai sinif şagirdləri yaşlarına uyğun siniflərdə ev tapşırıqlarını yerinə yetirir. Şagirdlər gündə iki dəfədən çox müxtəlif idrak, mədəni – estetik, nitq, fiziki və sosial-emosional inkişafetdirici və xarici dil proqramlarına uyğun kurslara, məşğələlərə və dərnəklərə qoşulur. Bunlarla yanaşı şagirdlər müxtəlif əyləncə, istirahət xarakterli tədbirlərdə və ekskursiyalarda, gəzintilərdə iştirak edirlər.
“Mini Lisey” həftə içi beş gün, saat 13:00 – dan 18:00 – dək fəaliyyət göstərir. Mərkəzdə gün rejimi şagirdlər üçün – 13:00-da başlayır, 14:00 – da isə uşaqların dincəlməsi üçün sərbəst vaxt təşkil olunur. 15:00-da şagirdlər Milli Kurikulum əsasında ev tapşırıqlarını yerinə yetirir. Daha sonra isə uşaqlar 17:30-da onlar üçün ayrılan sərbəst vaxtda müxtəlif fəaliyyətlərlə məşğul olurlar. Çıxış vaxtı 18:00-dadır. Bu gün rejimi məktəbdən mərkəzə gələn şagirdlər üçün nəzərdə tutulub. Ümumiyyətlə isə mərkəz 9:00 –dan şagirdlərin ixtiyarındadır”.
Direktor “Mini Lisey”də şagirdlər üçün hazırlanan qidalanma rejimindən də söz açıb:
“Şagirdlər gündə 2 dəfə, nahar (13:30) və şam yeməyi (17:00) olmaqla, xüsusi menyu əsasında qidalanır. Sağlam və təbii məhsullardan ibarət yemək menyusu “Mini lisey”in mətbəxində peşəkar aşpazları tərəfindən hazırlanır”.
Samirə xanım “Mini Lisey”in tədris fəaliyyətindən də danışıb:
“6 yaşdan 11 yaşa qədər olan dövrü əhatə edən tədris sinifləri iki – rus və azərbaycan dilində təşkil olunur və ingilis dili tədrisi isə istəyə uyğun məşğələ formasında təklif olunur. Hər qrupda isə uşaqlarla işi sinif rəhbəri, fənn müəllimləri və dayə həyata keçirir”.
Qeyd olunanlarla yanaşı mərkəzdə ödənişli kurslar və xidmətlər də təşkil olunur:
“Uşaqların növbəti məktəb gününə daha aktiv, motivasiyalı və hazırlıqlı olmasını təmin etmək üçün mərkəzdə şahmat, dama, ingilis dili, rus dili, rəqs, gimnastika, art studiya, teatr, karate, kapoeyra kursları, ad günülərin təşkili- animator, foto – video xidmətləri, psixoloq, loqoped, özəl pedaqoq, nəqliyyat, şənbə günü isə master klass kimi xidmətlər təşkil edirik”.
Mərkəzdə xidmətlər proqram formasında təklif olunur:
“Dərsdən Sonra” Proqramı – 250 AZN
“Dərsdən Sonra” Proqramı (hər gün: 13:00 – 18:00) – Milli Kurikuluma əsasən ev tapşırıqlarının icrasına dəstək, ekskursiya/gəzinti, psixoloq xidməti, nahar və şam yeməyi, çay süfrəsi, oyun vaxtı, rus dili kursu
“Dərsdən Sonra +” Proqramı – 300 AZN
“Dərsdən Sonra +” Proqramı (hər gün: 13:00 – 18:00) – Milli Kurikuluma əsasən ev tapşırıqlarının icrasına dəstək, ekskursiya/gəzinti, psixoloq xidməti, nahar və şam yeməyi, çay süfrəsi, oyun vaxtı, ingilis dili, rus dili, karate, rəqs, gimnastika, şahmat, teatr, art studio
“Məktəbə Qədər” Proqramı – 100 AZN
“Məktəbə Qədər” Proqramı (həftədə 3 dəfə: 10:00 – 13:00) – Milli Kurikuluma əsasən tədris, rus və ya ingilis dili kursu, çay Süfrəsi
Əziz valideynlər, əgər siz də övladlarınızın məktəbdən sonrakı vaxtını daha faydalı və maraqlı olmasını istəyirsinizsə, “Mini Lisey” təhsil mərkəzinə müraciət edə bilərsiniz.
Əlaqə nömrəsi: (+994) 70 715 15 00
Ünvan: Nizami ray. Rüstəm Rüstəmov 32A (Neftçilər mts. yaxınlığında)