Analar ailənin ürəyi və ruhudur. Eyni anda milyonlarla şey edə bilərlər, həqiqi super qəhrəmandılar. Anam da mən böyüyəndə çox şey edib, hələ də edir. Bütün bu etdiklərinin içində ən önəmlisi, mənliyimə güclü və dəyərli iç səsi yerləşdirmək oldu. Bu iç səs hər gün zehnimdə əks-səda verməyə davam edir.
Bu, uzun müddət onun səsiydi, amma gün keçdikcə mənim oldu. Anam mənliyimə güvən duyğusu yerləşdirdi, möhtəşəm sözləriylə özümə qarşı güclü güvən duyğusu bəsləməyimi təmin etdi.
Çünki mənə həmişə bunları söylədi:
- Çox gözəlsən
Anam bunu çox yaxşı şey etdiyimdə, düzgün qərar verdiyimdə ya da güclü, heç kimdən asılı olmadan davrandığımda deyirdi. Bunu tər içində qalanda, üst-başım çirkələnəndə, çox işləyəndə də söyləyirdi. Mənə həqiqi gözəlliyin görünüşümdə deyil, içimdə və müsbət hərəkətlərimdə yatdığını göstərdi.
- Belə hiss etdiyin üçün kədərlənirəm
Anam həmişə mənim nə hiss elədiyimi bilmək istəyirdi. Niyə belə hiss etdiyimi bilməsə ya da anlamasa belə həmişə mənə empatiya ilə yaxınlaşdı.
- Nə etmək istəyirsən?
Anam mənə nə edəcəyimi heç vaxt söyləməyib. Mənim doğru yoldan uzaqlaşdığımı düşündüyündə məni nəzarət altına almaq yerinə, mənə güvəndiyini bəll etdi. Mənə nə hiss etdiyimi və nə düşündüyümü soruşaraq duyğu və düşüncələrimə dəyər verdiyini göstərdi.
- Sən ən doğrusunu edərsən
Bir mövzuda nə edəcəyimə qərar verməyə çalışdığım zamanlarda anam mənim qərarlarıma güvəndiyini söyləyərdi. Qərar vermək insanın özünə qarşı duyduğu güvəni artırır, anam isə mənim qərarlarımı təxmin etməyə çalışmaz, öz qərarlarımı verməyimi təmin edərdi. Yanlış qərar versəm belə, əlimdən tutub qaldırar, yanımda olardı.
- Dostlarını evə dəvət elə
Dostlarım evimizdə həmişə çox xoş qarşılanırdı. Dostlarım mən evdə olmayanda belə bizə gəlirdilər, çünki anamın onlara həmişə dadlı təmlar verəcəyini bilirdilər. Bunun sayəsində anam mənə evin dağınıqlığının ya da evdə hazır yemək olub-olmamasıyla bağlı kiçik detalların məni incitməməsini öyrətdi.
- Səni sevirəm
Əlbəttə, bütün analar bunu söyləyir. Anam mənə həmişə söyləyirdi. Əgər mənə qarşı hiss etdiyi və söyləyə biləcəyi daha yaxşı şeylər olsaydı, onları da söyləyərdi. Amma anamın səni sevirəm kəlməsi həmişə bu sözlərin ən üstündə olub və bu belə bəzən onun mənə qarşı duyduğu gerçək sevgini ifadə etməkdə yetərsizmiş kimi gəlir.
- Get bir az əylən
Mən uşaqkən həmişə əyləncə, oyun və qəhqəhə vardı. Böyüyəndə, həyat gedərək qarışıq hala gəldiyində bunları çox axtardım. Məni az qala qapıdan itələyib göndərərkən, uşaqlardan ötrü narahat olmamağımı söyləyir.
- Səninlə fəxr edirəm
Nə səbəblə olursa olsun birinin mənimlə qürur duyduyğunu eşidərək böyümək möhtəşəm bir şeydir. Özümlə fəxr eləməyimin lazım olduğuna inanaraq böyüdüm. Özümlə indi də fəxr edirəm.
Təşəkkürlər, ana…
Mənbə: egitimpedia.com