Valideynlərin çoxu, günorta yuxusunun xüsusilə də, uşaqların ruh halı, enerji səviyyəsi və məktəb göstəriciləri baxımından nə qədər faydalı olduğu ilə bağlı eyni fikirdədilər. Pennsylvania universiteti ve Kaliforniya universiteti tərəfindən edilən bir araşdırma, valideynlərin bu düşüncəsini dəstəkləyir.
Yaşları 10-12 arasında dəyişən dördüncü, beşinci və altıncı sinif şagirdlərindən ibarət təxminən 3000 nəfərlik bir qrupla edilən araşdırma, günorta yuxusunun xoşbəxtlik, mətanət, davranış problemlərində azalma və daha yüksək İQ arasında bir əlaqə tapıb. Pennsylvania universitetində nevro-kriminologiya mütəxəssisi olaraq çalışan araşdırmacı Adrian Raine ən güclü əlaqənin akademik uğur ilə günorta yuxusu arasında olduğunu bildirib.
Raine, “Həftədə ən az üç dəfə günorta yuxusu yatan uşaqların akademik uğurunda 7,6 faiz artış müşahidə edilir”, deyir. “Hansı uşaq notlarının 7,6 faiz artmasını istəməz ki?”
Pennsylvania universitetində tibb bacısı və tibb sahəsində dosent olaraq çalışan araşdırmacı Jianghong, yuxusuzluğun və gün ərzində yuxulu olma halının uşaqlar arasında geniş yayıldığını, uşaqların 20 faizinin bunlardan təsirləndiyini söyləyir. Yuxusuzluğun yol açdığı mənfi duyğusal, fiziki təsirlər ortada olmasına baxmayaraq, bundan əvvəlki çalışmalar təkcə məktəb öncəsi və daha kiçik uşaqlara fokuslanırdı.
Bunun bir səbəbi, bir çox yerdə günorta yuxusu vərdişinin uşaqlar böyüdükcə tamamilə ortadan qalxmasıdır. Ancaq Çində bu vərdiş günlük həyata keçmiş vəziyyətdədir və məktəb, hətta yeniyetməlik dönəmi müddətində belə davam edir. Bu səbəblə Liu və Raine, Pennsylvania universitetinin biostatistika mütəxəssisi Rui Feng və Kaliforniya universitetinin yuxu araşdırmaçısı Sara Mednickin də olduğu bir araşdırmaçı komanda ilə birlikdə reallaşdırılan çalışmada, yeni gəzməyə başlayan uşaqları yetkin dövrlərinə qədər izləyən Çin Jintan Kohort Araşdırmasına müraciət etdilər.
Tətqiqatçılar, çalışmaya qoşulan 2928 uşağın hər birindən, dördüncü sinifdən altncı sinfə gələnə qədər günorta yuxusu sıxlığı və müddəti ilə bağlı məlumat topladılar. Bundan əlavə, altıncı sinfə çatdıqlarında mətanət və xoşbəxtlik kimi psixoloji dəyərlərlə yanaşı, bədən kütlə indeksi və qan şəkəri səviyyələri kimi fiziki məlumatları bir araya gətirdilər. Müəllimlərdən hər şagirdin davranış və akademik vəziyyəti haqqında məlumat alındı. Bundan sonra əldə edilən hər nəticə ilə günorta yuxusu arasındakı əlaqə, cinsiyyət, sinif, məktəbin məkanı, valideyn təhsil səviyyəsi və gecə yuxusu əsas alınaraq analiz edildi.
Mednick, bu layihənin öz sahəsində indiyə qədər edilmiş ən geniş araşdırma olduğunu söyləyir. “Bütün yaş qruplarıyla reallaşdırılan laboratoriya çalışmaları, günorta yuxusunun fərqli idrak vəzifələr baxımından gecə yuxusuyla eyni səviyyədə bir inkişaf təmin etdiyini göstərir. Bu araşdırma sayəsində məktəbə gedən yeniyetmələrə çox fərqli davranış, akademik, sosial və psixoloki meyarlar çərçivəsində sual vermək fürsəti tapdıq”.
Tətqiqatçılar, məlumatlar əlaqəli xüsusiyyətə sahib olsa da bu çalışmanın, uşaq həkimləri və tibb işçilərin məktəb saatlarının daha gec olması istiqamətində etdikləri çağırışlara bir alternativ təqdim edə biləcəyini söyləyir. Liu, təhsil müddətindən fasilə olmaması adına dərslərin bitməsinə yaxın bir saatda həyata keçirilirsə, “Günorta yuxusu asanlıqla tətbiq edilə bilər və heç bir xərci yoxdur”, deyir. Təkcə uşaqlara kömək etməklə kifayətlənmir, eyni zamanda ekran başında keçirdikləri vaxtı da azaldır”.
Gələcəkdə bu mövzu üzərinə fərqli çalışmalar edilə bilər. Məsələn, niyə daha yaxşı təhsilli valideynlərə sahib olan uşaqların, daha az təhsilli valideynlərə sahib uşaqlardan daha az günorta yuxusu yatdığı incələnə bilər və ya mədəniyyət və şəxsiyyətin təsiri araşdırılaraq günorta yuxusuna istiqamətlənmiş çalışmaların qlobal miqyasda inkişaf edilib-edilməyəcəyinə baxmaq olar.
Hələlik isə araşdırmaçılar bu çalışmanın nəticələrinin yeniyetmələrin yuxulu halını aparmağı məqsədləyən müdaxilə çalışmalarına işıq tutmasını ümid edir.
Mənbə: egitimpedia.com