Boşanmanın uşaqlar üzərində təsirləri

Boşanmanın yaş dövrünə görə uşaqların davranışlarında yaratdığı dəyişikliklər:

0-2 yaş qrupu

Bu dövrdə uşaqların heç nə anlamadığını düşünmək yanlışdır. Bu yaşda uşaqlar çox şeyi dərk edə bilirlər. Ayrılığı və dəyişikliyi dərk edə bilərlər.

3-6 yaş qrupu

Bu yaş digər yaşlara görə ən çox təsirlənən yaş dövrüdür. Bu dövrdə uşaq özünü ailənin mərkəzinə qoyar. Baş verən hadisələrə görə özünü günahkar hiss edər. Barmaq əmmək, dırnaq yemək, əsəbi davranışlar, yuxu və iştah problemləri, inadkarlıq, depressiya kimi hallar nümayiş oluna bilər.

7-12 yaş qrupu:

Boşanma, uşaqlara açıq izah edilməlidir. Boşanmadan sonra müəlliminə məlumat verilməlidir. Boşanma ilə əlaqəli dərslərindən geri qala bilər, dostluq münasibətləri pozula bilər. Diqqət dağınıqlığı, özünə qapanma halları, ana və atanı günahlandırma ortaya çıxa bilər.

Yeniyetməlik dövrü:

Bu dövrdə uşaqlarda fərqindəlik yüksək səviyyədə olur. Ana-atanı düşmən kimi görə bilərlər. Dərslərdə geriləmə, evdən qaçma, əsəb, siqaret və mənfi yollara düşə bilər. Dostları ilə problemlər yaşaya bilər.

Mənbə: qadin.net