“Bağçada tərtib olunmuş menyu valideynlərə təqdim edilir”

qidaMəktəbəqədər uşaq müəssisələrində uşaqların qidalanmasının düzgün təşkil edilməsi uşaq orqanizminin normal inkişaf etməsi  və gələcəkdə məktəbdə təhsil zamanı zehni və fiziki yüklənməyə hazır olması üçün çox vacibdir. Bunun üçün qidalanmanın bir neçə əsas prinsiplərinə əməl etmək lazımdır:

  1. Qida uşaq orqanizmini fiziki, zehni aktivlik üçün kifayət qədər enerji ilə təmin etməlidir.
  2. Qida bütün qidalı maddələrlə (zülal, yağ, karbohidrat, mineral maddələr, vitaminlər) balanslaşdırılmış olmalıdır.
  3. Uşağın hər hansı qida maddələrinə həssaslığı, individuallıq yəni fərdilik nəzərə alınmalıdır.
  4. Ərzaqların saxlanıldığı, yeməklərin hazırlandığı yerlərdə sanitar-gigiyenik qaydalara ciddi əməl edilməsinə nəzarət etmək, ərzaqların istifadə müddətinə və saxlanılma şəraitinə nəzarət etmək lazımdır.

Qidanın energetik dəyəri kalori ilə ölçülür. Ancaq qidanın dəyəri yalnız onun kalorisi ilə yox, həm də onun tərkibində insan orqanizmi üçün vacib olan maddələrlə də ölçülür. Zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və su orqanizmin tikinti materiallarıdır və bu materiallar inkişaf etməkdə olan uşaq orqanizmi üçün çox vacibdir. Müxtəlif yaşlar üzrə qidalı maddələrə olan tələbatın dəyişməsi qidalanmada nəzərə alınmalıdır.

Zülallar bitki və heyvani mənşəli olur. Heyvani mənşəli zülallar ət, balıq, süd və süd məhsullarında, yumurtada olur. Bitki mənşəli zülallar isə yarmalarda, paxlalı bitkilərdə, tərəvəzlərdə olur. Qida rasionunda zülalın çatışmazlığı nəinki normal inkişafın ləngiməsinə, hətta ətraf mühitin zərərli faktorlarına və infeksiyalarına qarşı orqanizmin müqavimətinin zəifləməsinə səbəb olur. Zülalların orqanizmin hüceyrə və toxumaları tərəfindən yaxşı mənimsənilməsi üçün nəinki lazımi miqdarda olmalıdır, həm də zülalın karbohidart və yağa olan nisbəti düzgün tətbiq edilməlidir. Belə ki 1qr zülal:1qr yağ:1qr karbohidrat nisbətində götürülməlidir.

Yağlar kərə yağı və bitki yağı formasında istifadə edilir. Uşaqların qidalanmasında yüksək yağlılıqda olan qidaların istifadəsi yol verilməzdir. Uşaqların yağa olan tələbatının ödənilməsində qaymaq, xama, süd, süd məhsulları (kəsmik, pendir) və s.  istifadə edilir.

Karbohidratın əsas mənbəyi şəkərdir. Bütün konditer məhsullarının, tərəvəzlərin, çörəyin, yarmaların, südün tərkibində vardır. Uşaqların fiziki-hərəki aktivliyində karbohidratların xüsusi rolu vardır. Əzələlərin daha çox işi daha çox enerji tələb edir.

Mineral maddələr və mikroelementlər orqan və toxumaların, hüceyrə və onun komponentlərinin tikinti materiallarıdır. Mineral maddələr orqanizmdə su mübadiləsində, bir çox fermentlərin aktivləşməsində vacib rol oynayır.

Sümüklərin və dişlərin formalaşmasında, əzələlərin yığılmasında, ürəyin normal fəaliyyətində rolu olan kalsium südün, qatığın, yoqurtun, pendirin, kəsmiyin tərkibində daha çoxdur.

Sümük toxumasının formalaşmasında, irsi məlumatların ötürülməsi və formalaşması prosesində, qida maddələrinin enerjiyə çevrilməsində, orqanizmdə turşu-qələvi müvazinətinin saxlanmasında mühüm olan fosfor balığın, ətin, pendirin, kəsmiyin, yarmaların “dənli” bitkilərin tərkibində çoxdur. Maqnezium qarabaşaq ilə yulaf yarmasında, buğdada, yaşıl noxudda, kök və çuğundurda, cəfəridə daha çoxdur. Hemoqlobinin tərkib hissəsi olan dəmir, ət, balıq, yumurta, qaraciyər, böyrək, dənli bitkilər, buğda, qarabaşaq, heyva, əncir, zoğal,şəftəli, itburnu və almanın tərkibində çoxluq təşkil edir. Dəniz məhsullarının tərkibində çoxluq təşkil edən yod qalxanvari vəzin hormonlarının yaranmasında, fiziki və psixi inkişafın təmin edilməsində, ürək-damar sisteminin fəaliyyətinin tənzimlənməsində iştirak edir.

Uşaq orqanizminin düzgün inkişafı üçün qidanın təmamilə zəngin olması vacibdir. Vitaminlər yüksək bioloji aktivliyi olan orqanik maddələrdir. Vitaminlər orqanizmdə sintez olunmur, ya da kifayyət qədər sintez olunmur. Ona görə də mütləq qida ilə qəbul ediləməlidir. Vitaminlər qidanın heçnə ilə əvəz olunmayan tərkib hissəsidir. Vitaminlər orqanizmin tikinti materiali olmasa da orqan və sistemlərin həyati vacib funksiyalarını təmin edən fizioloji və bioloji proseslərin requlyatorlarıdır. Uşaqların qidasında B1, B2, B6, B12, PP, fol turşusu, C, A, D, E vitaminlərinin miqdarı yaşa görə orqanizmin tələbatına uyğun olmalıdır. Vitamin C itburnu, qaragilə, şüyüd, cəfəri, kartof, kələm, alma, sitrus meyvələrinin tərkibində, vitamin A balıq,  qaraciyər, kərə yağı, qaymaq, xama, pendir, kəsmik, yumurta, kök, ərik, yaşıl soğan, ispanağın tərkibində, vitamin D  kərə yağı, yumurta, qaraciyər, balıq yağının  tərkibində, B qrupu vitaminləri dənli bitkilərin, qaraciyər, mal əti, süd məhsulları, kartof, kök, kələm, balığın tərkibində üstünlük təşkil edir.

Uşağın qidalanmasıında ən vacib məsələ düzgün qida rasionunu təşkil etməsidir. Sutkalıq rasionda səhər yeməyi 25%, nahar 40%, yarımgünlük 15%, axşam yeməyi 20% təşkil edir. Məktəbəqədər müəssisələrində yeməklərin müxtəllifliyini və düzgün növbələşdirilməsini təmin etmək üçün menyu əvvəlcədən həftəlik hazırlanır. Süd və süd məhsulları səhər yeməyində hər gün verilsə də, naharda və axşam yeməyində verilən yeməklər müxtəliflik təşkil edir.  Bu uşaqlarda iştahanın saxlanılmasına imkan verir. Uşaqların qidalanmasında hisə verilmiş kolbasa, konservlər, ətin yağlı sortu, acı istiot, xardal və s. məsləhət görülmür. Yeməyin dadını yaxşılaşdırmaq üçün cəfəri, şüyüd, kərəviz, yaşıl və baş soğan, sarımsaqdan istifadə etmək olar. Soğan və sarımsağın tərkibində xəstəliktörədən mikrobların inkişafını dayandıran maddələr vardır.

Bağçada tərtib olunmuş menyu valideynlərə təqdim edilir. Bağçadan sonra uşağın evdə qidalanması zamanı menyuda olan qidaların təkrar verilməsi məsləhət görülmür. Bayram və istirahət günlərində uşaq evdə qalarkən qida rejiminin pozulmaması üçün bağçanın tərtib etdiyi menyudan istifadə etmək məqsədəuyğundur.

Uşağın 3 yaşı tamam olduqdan sonra uşağa süfrə mədəniyyəti öyrədilir. Stulda düzgün əyləşmək, qaşığı və çəngəli düzgün qaydada tutmaq, yeməyi tələsmədən  ağzı bağlı vəziyyətdə çeynəmək vərdiş olunur. Uşağa yemək vaxtı danışmağın, gülməyin, boşqabla, stəkanla oynamağın, qaşıqla boşqabı döyəcləməyin düzgün hərəkət olmadığı öyrədilir. Stol arxasında mübahisə etmək, xoşagəlməyən söhbət etmək iştahanın azalmasına səbəb olur.

 “İndigo” Nərimanov uşaq bağçasının həkim-pediatrı Şəhla Əhmədova                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    

Vakansiya – LogicArt

logicartLogicArt Proqramı uşaqların məntiq və zəka inkişafları istiqamətində müxtəlif oyunlar vasitəsilə uşaq bağçalarında və ibtidai siniflərdə məşğələlərin təşkil olunmasını həyata keçirir.

Proqram Bakı şəhərində fəaliyyətini genişləndirmək üçün Məntiq və Zəka Oyunları üzrə Mütəxəssis vəzifəsi üzrə boş İş Yerini (Vakansiya) elan edir.

Mütəxəssis Uşaq Bağçasında yaşa görə ayrılmış xüsusi qrupda onun üçün ayrılmış müəyyən gündə və saatda LogicArt Məşğələlərinin həyata keçirilməsi ilə məşğul olacaqdır.  Mütəxəssis Proqram Rəhbərinin tapşırıqları əsasında hərəkət edəcəkdir. Mütəxəssisin əsas əmək funksiyası tabeçiliyində olduğu tədris qrupundakı uşaqlar üçün tədris proqramına əsasən məşğələləri həyata keçirməkdir və iş vaxtı 10:00-dan 18:00-dək müəyyən olunmuşdur.

 

Tələblər:

  • Pedaqoji sahə üzrə Ali və Orta İxtisas Təhsili\Məktəbqədər təhsil sahəsinə üzrə üstünlük verilir
  • Toplam 2 il, əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi
  • 25 – 40 yaş aralığına üstünlük verilir
  • MS Office üzrə iş bacarığı
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Təşkilatçılıq və liderlik bacarıqları
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı.
  • Məqsədyönlü və qətiyyətli
  • Gərgin iş mühitində çalışmaq bacarığı

 

Öz CV və İstək Məktubunuzu karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “Yeni İş – LogicArt” qeyd edin.

Əlaqəli Şəxs: Rasif Dünyamalı (Vakansiya ilə bağlı Zəng Etməyin)

Son Müraciət Tarixi: 31/03/2016 (son müraciət tarixindən sonrakı cv-lərə baxılmayacaq)

Ətraflı məlumat üçün şirkətin veb səhifəsinə baxa bilərsiniz: www.bagcam.az

 

 

 

 

 

Vakansiya – Tərbiyəçi

EMN logoEducation Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 5 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Education Management Network Bakı şəhərində yeni açılacaq Uşaq Bağçası üçün Tərbiyəçi vəzifəsi üzrə boş İş Yerini (Vakansiya) elan edir.

Tərbiyəçi Uşaq Bağçasında yaşa görə ayrılmış xüsusi qrupda fəaliyyət göstərəcəkdir. Tərbiyəçi təhsilinə və təcrübəsinə görə müəyyən yaş qrupunun rəhbəri olacaq və Bağça Direktorunun tapşırıqları əsasında hərəkət edəcəkdir. Tərbiyəçinin əsas əmək funksiyası tabeçiliyində olduğu tədris qrupundakı uşaqların  gün rejiminin səmərəli şəkildə təşkil etmək, məşğələ cədvəlinə uyğun və tədris proqramına əsasən məşğələlərini həyata keçirmək, uşaqların inkişaf standartlarına uyğun inkişafını təmin etməkdir və iş vaxtı 8:00-dan 18:00-dək müəyyən olunmuşdur.

 

Tələblər:

  • Pedaqoji sahə üzrə Ali və Orta İxtisas Təhsili\Məktəbqədər təhsil sahəsinə üzrə üstünlük verilir
  • Toplam 2 il, əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi
  • 25 – 40 yaş aralığına üstünlük verilir
  • MS Office üzrə iş bacarığı
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Təşkilatçılıq və liderlik bacarıqları
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı.
  • Məqsədyönlü və qətiyyətli
  • Gərgin iş mühitində çalışmaq bacarığı

 

Öz CV və İstək Məktubunuzu karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “Yeni İş – Terbiyeci” qeyd edin.

Əlaqəli Şəxs: Rasif Dünyamalı (Vakansiya ilə bağlı Zəng Etməyin)

Son Müraciət Tarixi: 31/03/2016 (son müraciət tarixindən sonrakı cv-lərə baxılmayacaq)

Ətraflı məlumat üçün şirkətin veb səhifəsinə baxa bilərsiniz: www.bagcam.az

Vakansiya – Dayə

EMN logoEducation Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 5 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Education Management Network Bakı şəhərində yeni açılacaq Uşaq Bağçası üçün Dayə vəzifəsi üzrə boş İş Yerini (Vakansiya) elan edir.

Dayə Uşaq Bağçasında yaşa görə ayrılmış xüsusi qrupda fəaliyyət göstərəcəkdir. Dayə qrup rəhbərinin (Tərbiyəçinin) tabeliyində olacaq və onun tapşırıqları əsasında hərəkət edəcəkdir. Dayə əsas əmək funksiyası tabeçiliyində olduğu tədris qrupundakı uşaqların fiziki ehtiyaclarının (qidalanma, tualet, geyinib – soyunma, yuxu və d.) ödənilməsindən cavebdeh olacaq və iş vaxtı 8:00-dan 18:00-dək müəyyən olunmuşdur.

 

Tələblər:

  • Toplam 3 il, əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi
  • 25 – 35 yaş aralığına üstünlük verilir
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı.
  • Gərgin iş mühitində çalışmaq bacarığı

 

Öz CV və İstək Məktubunuzu karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “Dayə – Yeni İş” qeyd edin.

Əlaqəli Şəxs: Rasif Dünyamalı (Vakansiya ilə bağlı Zəng Etməyin)

Son Müraciət Tarixi: 31/03/2016 (son müraciət tarixindən sonrakı cv-lərə baxılmayacaq)

Ətraflı məlumat üçün şirkətin veb səhifəsinə baxa bilərsiniz: www.bagcam.az

Uşaq həyatında oyunun rolu

usaqOyun məktəbəqədər yaşlı uşaqların həyatında mühüm rol oyanyır. Uşaqlar oyun vasitəsilə bir-birləri arasında ünsiyyət qurur, yeni dostlar, qazanırlar. Uşaqlar həmçinin başqalarına hörmət etmək, səbirli olmaq, liderlik kimi xüsusiyyətləri də oyun vasitəsilə əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən uşağa təsir edir və inkişaf etməsində böyük rol oynayır. Oyunlar uşağın inkişafında, təhsilində və şəxsiyyətinin inkişafında əsaslı yer tutur. Ümumiyyətlə oyun məktəbəqədər yaş dövrünün əsas fəaliyyət növü hesab edilir.  Uşaq sevdiyi oyunları yalnız həmyaşıdları ilə deyil, eyni zamanda valideynləri ilə oynamağı da çox sevir. Valideynlə birgə keçirilən oyunlar uşaq – valideyn münasibətlərinə müsbət təsir edir, onların ünsiyyətini daha da möhkəmləndirir.

Oyunlar vasitəsilə uşaqlar öz arzularını həyata keçirir, özlərini sevdiyi peşə sahiblərinə bənzədir  və öz fərziyyələrini irəli sürürlər.

Psixoloqlar və pedaqoqlar oyunun uşaq həyatındakı vacib rolundan söz açaraq müxtəlif fikirlər irəli sürüblər:

  • Piajeyə görə : “Oyun uşağın ən önəmli işidir”

 

  • Grossa görə : “Oyun bir praktikadır. Gələcəkdə qarşılaşılaşa biləcək davranış formaları oyunla əldə edilir”

 

  • Makarenkoya görə : “Böyüklərin həyatında iş nə qədər vacibdirsə, uşaq həyatında da oyun bir o qədər vacibdir”

Oyunların uşaq inkişafındakı əvəzsiz rolundan danışarkən bəzi məqamları da unutmamalıyıq :

1) Oyun uşağın boş vaxtlarını doldurmaq üçün vasitə olaraq götürülməməlidir.

2) Oyunda yüksək dərəcəli qadağalar olmamalıdır, çünki yüksək dərəcəli qadağalar oyunun qeyri düzgün şəkildə mənimsənilməyinə bilavasitə gətirib çıxara bilər.

3) Oyun uşağın yaşına, istək və arzularına uyğun formada həyata keçirilməlidir.

Uşağa məcburi öyrədilən çox sayda  etik qaydalar oyun sırasında daha asan və maraqlı formada  öyrədilə bilər. Eyni zamanda oyunun köməyi ilə uşaqlarda diqqət, qavrayış, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranmış olur.

Məsələn: Uşağa 6 – 7 oyuncağa diqqətlə baxmaq və onları yadda saxlamaq təlimatı verilir. Daha sonra uşaqdan gözlərini yummasını və itən oyuncağın adını söyləməsinin təlimatı verilir. Beləliklə uşaq oyun vasitəsilə inkişaf edir. Bununla yanaşı olaraq didaktik oyunlardan istifadə edilməsi uşaqlarda nitqin inkişafı, nitq qüsurlarının aradan qaldırılması işində də əsas­lı rol oynayır.

“Uşaqlar öz ehtiyaclarını ağlaya-ağlaya bildirirlər”

aglamaq“Uşaqlar öz ehtiyaclarını ağlaya-ağlaya bildirirlər”

Bu sözləri GSR.fm-in “Atalar deyir ki” verilişində “Uşaq ağlaya-ağlaya” böyüyər deyimini şərh edən EDU.co  şirkətinin direktoru Rasif Dünyamalıyev deyib:

“Bu o demək deyil ki, uşağa qarşı zorakılıq et, döy ağlasın. Bu sadəcə o deməkdir ki, hər uşağın müəyyən ehtiyacları var və uşaq öz ehtiyaclarını ilkin başda danışa bilmədiyi üçün ağlamaqla ifadə edir. Burada müdriklik ondadır ki, uşaq ağlayırsa, onun ehtiyacı var və ehtiyaclarını ödəmək lazımdır. Valideynlər bu ehtiyacları anlayırlarmı, onların ehtiyaclarını ödəyirlərmi yoxsa yox? bu ayrı məsələdir. Amma uşaq ağlaya-ağlaya böyüyər, çünki uşağın özünü ifadə etməsi, ehtiyaclarını bildirməsi yaxşıdır”.

Uşağı yaradıcı olması üçün proqramlaşdıra bilməzsiniz

31grant-superJumbo-696x471İki yaşında oxumağı öyrənir, dörd yaşında Bax dinləyirlər, altı yaşında riyazi hesablamalar edir, səkkiz yaşında  xarici dilləri rahat şəkildə danışa bilirlər. Sinif yoldaşları qısqanır, valideynləri isə özlərini lotereyadan böyük mükafat qazanmış kimi hiss edir. Bütün bunlar heç də uşaqların karyerasının uğurlu olacağına işarə deyil.

Amerikanın, elmdə qabiliyyətli lisey şagirdlərinə verilən ən nüfuzlu mükafatı Westinghouse Science Talent Search, ilk dəfə 1942-ci ildə verilməyə başlayıb. 1994-ci ilə qədər yaşından üstün inkişaf göstərmiş müvəffəqiyyətli iki mindən çox gənc yarışmaya namizəd göstərilib. Ancaq bu namizədlərin yalnız yüzdə biri, Milli Elmlər Akademiyasına daxil ola bilib; yalnız səkkizi Nobel mükafatı qazanıb. Nəzəri fizika sahəsində cığır açan bir Lisa Randallala müqayisədə, onlarla şagird, özlərindən gözləniləni verə bilməyib.

Müvəffəqiyyətli uşaqlar çox nadir hallarda dünyanı dəyişdirən dahi ola bilirlər. Hesab olunur ki, onlar cəmiyyətə yararlı olmaq üçün vacib sayılan ictimai və  emosional bacarıqlardan məhrumdur.  Ancaq, məlumatlara baxdığımızda bu şərh qeyri-kafi qalır: Qabiliyyətli uşaqların dörddə birindən daha azının ictimai və emosional problemləri var. Böyük əksəriyyəti son dərəcə uyğun uşaqlardır; hansısa şənlikdə də ən az elm yarışmasında olduqları qədər rahat və uğurludurlar.

Bu uşaqlar, xüsusi olmağı öyrənmədikləri üçün geri qalırlar. Həmişə  onlar valideynləri tərəfindən təsdiqlənmək və müəllimlərinin heyranlığını qazanmaq üçün səy göstərirlər. Bunun nəticəsində Carnegie Hall-da səhnəyə çıxırlar, şahmat çempionu olurlar, amma gözlənilməz bir şeylə qarşılaşırlar: Praktika ilə mükəmmələ çata bilərlər, amma bu ortaya yeni şey çıxarmaq deyil.

Qabiliyyətli uşaqlar Motsartın əsərlərini möhtəşəm şəkildə ifa edə bilərlər, amma çox nadir hallarda öz xüsusi musiqilərini bəstələyirlər. Bütün enerjilərini mövcud elmi məlumatlara xərcləyir, yeni anlayışlar inkişaf etdirmirlər. Öz qaydalarını icad etməkdənsə, kodlaşdırılmış qaydalar çərçivəsində hərəkət edirlər. Araşdırmalar, yaradıcı uşaqların çox vaxt müəllimlərinin göz bəbəyi olduqlarını və buna görə də xüsusi fikirlərini özlərinə saxlamağı öyrəndiklərini göstərir.

Zəhmli uşaqların çoxu böyüyəndə öz sahələrində mütəxəssis olurlar, çalışdıqları təşkilatlarda lider mövqeyinə yüksəlirlər. Psixoloq Ellen Winner, “istedadlı uşaqların yalnız çox kiçik bir qismi cığır açan, yaradıcı yetkinlərə çevrilə bilir” deyir.

Uşaqların çoxu bu sıçrayışı edə bilmir; qeyri-adi qabiliyyətlərini, problem çıxarmadan, işlərində yüksəlmək üçün istifadə edirlər. Yolunda getməyən tibb sistemini düzəltmək üçün mübarizə etmədən xəstələrini yaxşılaşdıran həkimlər ya da müvəkkillərini ədalətli olmayan cəzalara qarşı müdafiə edən, amma qanunları dəyişdirməklə məşğul olmayan vəkillər olurlar.

O halda, yaradıcı  uşaq yetişdirmək üçün nə etmək lazımdır? Uşaqları təhsil sistemində ən yaradıcı yüzlükdə ilk beşliyə düşən ailələr ilə uşaqları hər hansı fövqəladə yaradıcılığa sahib olmayan ailələri müqayisə edən araşdırma edilib. Sıravi uşaqların ailələrinin, uşaqlarının dərs, iş və yatmaq saatlarının müəyyən olması kimi orta hesabla altı qaydası tapılıb. Yaradıcı uşaqların ailələrinin isə orta hesabla qayda sayı birdən az olub.

Psixoloq Benjamin Bloom, dünya səviyyəsindəki musiqiçilərin, sənətçilərin, atletlərin və elm adamlarının uşaqlıq illərini araşdırarkən, heç birinin valideynlərinin məşhur uşaq yetişdirməyi xəyal etmədiyini görmüşdü. Bu valideynlər uşaqlarına əsgər və ya kölə işlədirmiş kimi davranmırdılar, yalnız uşaqlarının içindən gələn motivasiyaya görə hərəkət edirdilər. Uşaqları müəyyən bir sahəyə maraq və həvəs göstərdiyində onu dəstəkləyirdilər.

Ən məşhur konsert piyanistlərinin, yeriməyə başlayan kimi çox yaxşı müəllimləri olmamışdı; ilk dərslərini yaxınlarındakı bir müəllimdən alıblar, həvəslə öyrəniblər. Mozart musiqi dərsləri almağa başlamadan çox əvvəl musiqi ilə əlaqəli idi. Mary Lou Williams piano çalmağı öz-özünə öyrənmişdi; Izthak Perlman musiqi məktəbinə qəbul edilməyəndə öz-özünə skripka ilə məşğul olmağa başlamışdı.

Kəşflər yaradıcı olmağımızın məlumatımızın və təcrübəmizin yalnız dərinliyinə deyil, genişliyinə də bağlı olduğunu göstərir. Modada, ən orijinal kolleksiyaları, çöldə ən çox vaxt keçirən stilistlər çıxarır.  Nobel Mükafatı qazanan elm insanları, sıravi elm insanlarına görə iyirmi iki qat daha çox aktyor, rəqsçi və ya sehrbazlardır; on iki qat daha çox şeir, teatr oyunu və roman yazırlar; yeddi qat daha çox sənət ya da sənət işləriylə maraqlanırlar; iki qat daha çox alət çalır ya da bəstə edirlər.

Kimsə bu parlaq elm insanlarını bədii hobbilər əldə etmələri üçün məcbur etmir. Bu yalnız onların duyduqları marağın  əks olunmasıdır. Anası Albert Einsteini beş yaşındaykən skripka dərslərinə qoymuşdu, amma skripka onun marağını çəkməmişdi. Musiqi sevgisi ancaq yetkinlik yaşlarında, musiqi dərsi almağı buraxdıqdan və Motsartın sonatlarıyla tanış olduqdan sonra ortaya çıxmışdı. “Sevgi, vəzifə, təsdiq daha yaxşı bir müəllimdir” deyirdi  Albert Einstein.

Yəni, uşağı yaradıcı olması üçün proqramlaşdıra bilməzsiniz. Müəyyən bir müvəffəqiyyət əldə etmək üçün bunu sınaya bilərsiniz, amma bunun nəticəsində ən yaxşı ehtimalla yalnız robot əldə etmiş olarsınız. Uşaqlarınızın dünyaya xüsusi fikirlər qazandırmasını istəyirsinizsə, onları sizin deyil, öz istəklərinin arxasınca getmələri üçün rahat buraxmağınız lazımdır.

Televizorun uşaqlara təsiri

Fotoqraf Donna Stevens, “Axmaq Qutusu” adlandırdığı fotosessiya vasitəsilə, texnologiyaya olan sevgimizin qaranlıq tərəflərini ortaya çıxarır.

Stevens ətrafındakı üç ya da dörd yaşlı uşaqların televizor izləyərkən fotoşəkillərini çəkib. Bu fotolarla texnologiyanın uşaqların həyatındakı rolu barədə düşünməyimizə səbəb olacağını deyir.

Portrait of a boy in blue sweater vacantly staring. He is engrossed in TV.

Portrait of a girl in blue sweater with dotted shirt vacantly staring. She is engrossed in TV.

Portrait of a boy in plaid shirt vacantly staring. He is engrossed in TV.

Portrait of girl in grey jacket vacantly staring. She is engrossed in TV.

Portrait of a red head boy in blue sweater vacantly staring. He is engrossed in TV.

Portrait of a boy vacantly staring. He is engrossed in TV.

 

Portrait of a boy in red sweater vacantly staring. He is engrossed in TV.

Tərbiyəçilər üçün ustad dərsləri başladı

Fevral ayının 6-sı “Baby Star” uşaq bağçasında Education Management Network və Edu.Co Şirkətinin təşkil etdiyi Master Tərbiyəçi Təkmilləşdirmə proqramının açılış mərasimi keçirilib. Mərasimdə kursun iştirakçıları və təlimçiləri iştirak edib. Tədbiri giriş sözü ilə Education Management Network və Edu.Co Şirkətinin rəhbəri Rasif Dünyamalıyev açıb. O iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb. Rasif bəy kurs haqqında məlumat verib. Belə ki, kursda öyrədici mühitin yaradılması, metodiki işin qurulması, ekoloji tərbiyə, valideynlə işin təşkili, gün rejiminin təşkili, müasir xidmət anlayışı kimi mövzular əhatə olunacaq.

Daha sonra kursun təlimçiləri olan mütəxəssislər çıxış edib, keçirilən mövzular haqqında məlumat verib.

Sonda uşaq bağçasının direktoru Samirə Muxtarova fikirlərini bizimlə bölüşüb. O bildirib ki, kursun sonunda iştirakçılar həm yeni biliklər qazanacaq həm də  ən yaxşı nəticə göstərən üç iştirakçı “Baby Star”, “İnci”, “İndigo” Nərimanov uşaq bağçalarında işlə təmin olunacaq:

“Master tərbiyəçi təlimlərin bitirmiş və sertifikat əldə etmiş digər tərbiyəçilərinn inkişafı üçün bu böyük müsbət hal olacaq. Bir çox yeni biliklərə, savadlara yiyələnmiş olacaqlar, hansı ki bu onlar üçün istənilən yerdə iş tapmaqlarına yardımçı olacaq deyə düşünürük”.

Təhsil marafonunda keçən ömür

boy_businessman-620x412Hələ əmin deyildim amma, hiss ediridim ki evimdə problem var. Qızlarım Şelbi, Jamey və oğlum Zakari orta məktəbdə oxuyurdu. Hələ uşaq idilər, oyun oynayırdılar, oyuncaqlarını sevirdilər. Amma həyatları müəyyən məşğuliyyətlərlə keçirdi. Bu da evimizdə ümumi mənzərə yaradırdı.

 

Məsələn, hələ balaca olan 12 yaşlı Jamey səhər tezdən 7-dən əvvəl oyanır, səhər yeməyindən sonra biraz dərs oxuyur və tələsik halda 7 saat davam edəcək dərsə hazırlaşırdı. Məktəbdən çıxdıqdan sonra birbaşa ya kamança dərsinə, ya da fubol məşqlərinə gedir, saat 6-da isə evə qayıdırdı. Daha sonra axşama qədər dərs marafonuna başlayırdı. Axşam saat 2-nin yarısı onu büzülmüş, saçları kitaba dağınıq halda dərs masasında görürdüm. Ertəsi gün oyanır və eyni şeyləri təkrarlayırdı. İndi bunu üçə vurun.

 

Uşaqlar hələ kiçik olanda həftə sonlarını ailəmizlə keçirirdik. Parklarda istirahət edir, muzeyləri gəzir, oyun oynayırdıq. Saatlarla kitab oxuyardıq. Şelbinin yazıçı olmaq istədiyini, Jameyin heyvanlara aşiq olmasını və Zakın atlet olmaq həvəsini görürdüm. Həftə içi demək olar ki, hər gün birgə ailəvi nahar edirdik.

 

Amma yavaş-yavaş başa düşürdüm ki həyatlarımız get-gedə bizə aid olmur. Həftəiçi axşamlar uşaqlar ancaq yemək yemək üçün gəlir, sonra yenidən saatlarla dərs oxumaq üçün gözdən itirdilər. Bəzən evimizəki yemək masası eyni ilə iş adamlarının masası kimi kitab-dəftərlə dolurdu. Həftə sonları is, əgər uşaqlar pianino çalmırlarsa, ya da futbol yarışlarına getmirdilərsə, dərs oxuyurdular. Məhəllədəki dostları ilə oyun oynamaq üçün çox az hallarda küçəyə çıxırdılar. Onsuz digər uşaqlar da hansısa proqrama məhkum olmuşdular.

 

Uşaqlarımı axırıncı dəfə nə vaxt oyun oynayarkən, nəsə düzəldərkən, xəyal qurarkən, istirahət edərkən, yeni oyunlar kəşf edərkən, ya da kimsə tərəfində məcbur olunmadan kitab oxuyarkən  gördüyümü demək olar ki, xatırlamıram. Kiçik “peşəkarlar” olmaqla o qədər məşğul idilər ki, uşaq olmaq üçün heç vaxtları yox idi. Eyni zamanda mənim də, həyat yoldaşımın da istədiyimiz kmi valideyn olmaq üçün vaxtımız yox idi.

 

Ən pisi də odur ki, mən dərk edirdim ki, bu bitmək bilməyən tələblər uşaqlarn sağlamlığı bahasına başa gəlir. Jami baş ağrılarından, qarın ağrılarından və davamlı olaraq yuxulu olmaqdan əziyyət çəkirdi. Bütün bunları məktəbdəki sıxıntılarla əlaqələndirirdi. 12 yaşının olmasına baxmayaraq gecə bəzən məndən də gec yatırdı. 8 yaşlı Zakinin də eyni zamanda baş ağrıları başlamışdı.

 

İnanın ki, uşaqlarımın gələcəkdə uğurlu inan olmasını istədim. Yüksək nəticələr göstərməsi, maraq dairələrinin inkişaf etdirilməsi və universitetdə, həyatda uğurlu olmaları üçün lazım olacaq bacarıqları əldə etmələri üçün çalışdım. Amma əvvəllər hər şeylə maraqlanan qızlarım ailə həyatından özlərini uzaqlaşdırıb çalışqan “arı”lara çevrilir və bir zamanlar şən, qayğısız biri olan oğlum riyaziyyatdan hansısa məsələni həll edə bilmədikdə özünü pis hiss edib ağlayırdı. Belə olduqda, bu təziqin onlara ziyan verib-vermədiyi ilə maraqlanmağa başladım.

 

Bu narahatçılığı keçirən bir çox valideynlə tanış oldum… Uşaqlarınızın hər şeyi dərindən öyrənməsini istəyirsiniz. Buna görə də onları dərs oxumağa məcbur edirsiniz. Öz maraq dairələrini ikişaf etdirmək üçün onlara fürsət vermək istəyirsiniz, bəlkə də sizin uşaqlıqda sahib olduqarınızdan daha yaxşı fürsətlərə sahib olmaqların istəyirsiniz. Buna görə də, onları hansısa idman və ya incəsənət kursuna yazdırırsınız. Düşünürsüz ki, düz eləmisiniz. Sonra hiss edirsiniz ki, həyatınız dəyişib.

 

Ailəmiz üçün bu mənasız yarış orta məktəbdə başladı. Dördümüz bir yerdə Şelbinin məktəbdəki qabiliyyət yarışına getdik. Şelbi şeir oxumağa qərar vermişdi və çox həyacanlı idi. Həmin qabiliyyət yarışından gözləntilər çox yüksək idi. Beş yaşlı uşağın hansısa qeyri-adi bacarıqlarının olmasnı gözləyirdik. Çıxışı isə belə idi: gimnastik hərəkətlər, pianinoda və kamançada maraqlı ifa. Bunların hamısı kiçik sənətçilər tərəfindən peşəkarlıqla nümayiş olunurdu. 8 yaşlı Jami elə həmin dəqiqə bizdən kamança dərslərinə gedib getməyəcəyini soruşdu. Bu fikrin maraqlı olduğunu deyib “Hə” cavabı verdik. Bundan sonra illərdir davamlı olaraq “Hə” dedik. Qızların ikisi də kamança və futbol dərnəyinə yazıldı. Şelbi 4-cü sinifdə riyaziyyatdan çətinlik çəkəndə sinif yoldaşlarının çoxunun xüsusi müəllimlə hazırlaşığını öyrəndim. Bu zaman 4-cü sinif şagirdinin niyə riyaziyyatdan əziyyət çəkdiyini fikirləşmək yerinə, özünə inamı artsın deyə onu özəl dərsə yazdırdım. Bacı-qardaşları da bu hərəkəti təkrarladı.

 

Uşaqların hər il gərgin proqramları, dərs yükləri artdıqca, evimizin içində bir gərginlik yayılmağa başladı. Mən başa düşürdüm ki, oxumaq vacibdir. Bir ana olaraq uşaqlarımın dərslərinə nəzarət etməyin və qiymətlərini yoxlamağın mənim borcum olduğunu bilirdim. Bunu qəbul etdim, özüm kömək edə bilməyəndə də, xüsusi müəllimlərin dəstəyini təmin etdim. Uşaqlarıma iradə və özünə inam duyğusunu aşılamaq istədim. Çünki bu bacarıqların onlara həyatın çətinliklərdində kömək olacağına inanırdım.

 

Özfəaliyyət tarixçəmə baxaraq həddən artıq çalışmağın nəticəsini daha tez görməli idim əslində. Anam atamla boşandıqdan sonra 4 uşağını balaca bir evdə böyütdü. Anamın yaşadığı maddi problemləri gördükdə sərbəst olmaq barəsində daha qərarlı olurdum. Beləcə, hüquq təhsilimi qarşılamaq üçün süfrəçi işləməyə başladım. Həm işimi öyrənmək, həm də maliyyə vəziyyətimin yaxşı olması üçün Wall Streat-da hüquq firmasında işə düzəldim. Bəzən günlərlə ofisdən çıxmırdım. Sonda həyat yoldaşm işini dəyişdiyinə görə köçdük və mən bu işgəncədən xilas oldum. Daha sonra, nisbətən az vaxt tələb etdiyi üçün məsləhətçi kimi faliyyət gösətdim.Yaşıllıq içində bir yerə köçdük və mən ailəm üçün daha sağlıqlı bir həyat xəyal etməyə başladım.

 

Mən indi başa düşürəm ki, qızlarımın məktəbə başlaması ailəmin uğurun köləsinə çevrilməsinin başlanğıcı idi. Jaminin kamança dərsləri həftədə günlük dərs marafonuna, qrup məşqlərinə döndü.  Maraq üçün başladığı futbol həftədə 5 günlük məşq proqramına və evdən saatlarla uzaq məsafədəki turlara çevrildi. 8 yaşlı Zak belə, futbola və pianinoya başladı. Ailəlikcə bir dərsdən digər dərsə qaça-qaçda demək olar ki, naharımzı maşınlarda edirdik. Evə döndükdə isə uşaqların həmişə yerinə yetirməli olduğu tapşırıqları olurdu. Müəllimlər və məşqçilər də heç vaxt daha azını gözləmirdilər. Belə olduqda nəsə kəşf etmək üçün nə vaxt qalırdı, nə də imkan.

 

Mənə gəldikdə isə… Öz işlərimi bitirmək üçün səhər tezdən yuxudan oyanıb axşam gec saatlara qədər oyaq qalırdım. Gündüzlərim isə uşaqların məşğuliyyətlərini və tapşırıqlarnı idarə etməklə keçirdi. Valideynlərdən gözləntilər də uşaqlardan gözlənilənlər qədər imkansız şeylər idi. Həm bütün bunları bacarıb, həm də öz fiziki, ruhi sağlamlığımıza necə qayğı göstərə bilərik?

 

Bizdən ”Necəsən?” sualını soruşan hər kəsə özümdən asılı olmayaraq “Doğrudan da çox yorğunuq” cavabını verirdim. Görəsən, başqa hamının uşağın hər şeyin öhdəsindən daha asanlıqla gəlirdi ya necə? Heç kim əksini demirdi. Biz də yorğun həyatımıza davam edirdik.

 

Uşaqlarımıza bilmədən çox təziq etdiyimizin fərqinə vardıq, əslində uşaqların da özlərinə çox yükləniklərini gördüm. Ətrafları hədsiz gözləntilərlə dolu idi. Dostlarının göstərdiyi təsiredici nümunələr, məktəblər tərəfindən müəyyən edilən standartlar. Digər valideynlərdən eşitdikləri narahatlıq dolu suallar və televizorda gördükləri zəngin həyatın işıldayan görüntülər.