Bağçada ətraf aləmlə tanışlıq məşğələsi

Ətraf aləmlə tanışlıq uşaqların qavrayış və təsəvvürlərinin, təfəkkür və təxəyyüllərinin inkişafına təkan verir. Bu səbəbdən də “Education Management Network” təhsil şəbəkəsinə daxil olan bağçalarda ətraf aləmlə tanışlıq fənni tədris edilir. Uşaqların ətraf aləm, təbiət və cəmiyyət haqqında təsəvvürlərini düzgün formalaşdırmaq üçün bu fənn böyük önəm daşıyır. Uşaq bağçasının rus dili bölməsinin ətraf aləmlə tanışlıq məşğələsindən görüntüləri təqdim edirik:

“Güclü Valideynlər, Güclü Uşaqlar” forumu baş tutdu

Oktyabr ayının 15-də Azərbaycanda ilk dəfə  uşaq bağçasında valideynlər üçün bağçalararası “Güclü Valideynlər, Güclü Uşaqlar” adlı forum təşkil olunub. Education Management Network və Edu.Co Şirkətinin təşkilatçılığı ilə baş tutan forumun davamlı olaraq “Bağçam Valideynlik Forumu” adı altında keçirilməsi planlaşdırılır.

Valideynlik forumunun təşkilatçısı Education Management Network və Edu.Co Şirkətinin rəhbəri Rasif Dünyamalıyev bildirib ki, birinci forum olmasına baxmayaraq, valideynlər tədbiri kifayət qədər maraqla qarşılayıb:
“Bağçam Valideynlik Forumu” xüsusilə, uşaq inkişafı, uşaq pedoqikası üzrə valideynlərin maarifləndirilməsi üzrə yaradılmışdı. Bugünkü forumda yüzə yaxın valideyn iştirak etdi. Bağçalarda iş zamanı görürük ki, valideynlərimizin bəzi mövzularda maariflənməsinə ehtiyac var. Forumun ortaya çıxması həmin ehtiyacların təmin olunması məqsədi daşıyır. Bu gün artıq növbəti forumumuzun planı yarandı. Düşünürük ki, növbəti foruma məhz ataları dəvət edək”.

Forumda “İşgüzar ata və qızı arasında ünsiyyət” panelində çıxış edən Tofiq Sadıqov isə bu addımın maraqlı bir ənənənin əsasını qoyduğunu deyib:

“Müxtəlif forumlar olduğu kimi valideynlik forumu da bir mədəniyyətin əsasıdır ki, valideynlər harasa yığışıb müzakirə edirlər, övladlarının inkişafı ilə bağlı mütəxəssislərlə görüşürlər. Bugünkü forum mütəxəssislərin dəyərli çıxışları, valideynlərin verdiyi suallar ilə yadda qaldı. Valideynlərin verdiyi suallar arasında elə bir spesifik suallar var idi ki, hamımızı düşündürürdü və mütəxəssislərin cavabını almaq önəmli idi. Eyni zamanda bu şəbəkələşmədir. Müxtəlif bağçalarda olan uşaqların valideynləri əlaqədə olur. Belə deyək ki, həm də həftəsonunu maraqlı keçirməkdir”.

Forumda iştirak edən valideyn Ülkər Hüseynqulubəyova belə forumları dəstəklədiyini vurğulayıb. Bildirib ki, forum haqqında təssüratları çox yüksəkdir:

“Həddindən çox lazımlı informasiyalar aldım. Mənə elə gəlir ki, belə forumların sayını artırsalar, təkmilləşdirsələr, digər bağçalarda da tətbiq etsələr, həm valideynə, həm də bilavasitə uşağa keçərsə, uşaq üçün də bunun müsbət tərəfləri olacaq”.

Qeyd edək ki, forumda Uşaq İnkişafında Valideynlərin Rolu: Ünsiyyət və Oyun; Ailə Tiplərinə Əsasən Uşaqlarda Davranış Problemləri və Həlli Yolları; Uşaqlarda Nitq İnkişafı Problemləri və Həlli Yolları; Uşaqlarda Sağlamlıq Problemləri və Sağlam Qidalanma mövzuları müzakirə olunub.

“Payız-qış fəslində şorbalar menyuda üstünlük təşkil edir”

b47a9749bagcam-2Artıq payız-qış mövsümü öz sözünü deməyə başlayıb. Havaların soyuması, mühitin dəyişməsi uşaqların orqanizminə və iştahına təsir göstərir. Buna görə də, uşaq menyuları fəsilin tələbinə uyğun dəyişdirilməlidir.
Payız fəslində uşaqların qida rasionu ilə bağlı  uşaq bağçasının pediatr-həkimi Arzu Quluyeva Bagcam.az-a müsahibə verib.

O, bildirib ki, payız fəslində uşaqların qida rasionunda quru yeməklərə az yer verilməli və sulu yeməklərin sayı artırılmalıdır:

Uşaqlar payız-qış fəslində açıq havada az olurlar, bədən C və D vitaminlərini az qəbul edə bilir. Buna görə də menyuya daha çox vitaminli qidalar əlavə edilməlidir.  Payız-qış fəslində qida rasionuna yerkökü, çuğundur, balqabaq və kələm əlavə edilə bilər. Sulu yeməklərdən isə bulyonlara üstünlük verilməlidir. Toyuq bulyonu soyuqdəyməyə və qripə qarşı çox xeyirlidir. Quru və soyuq yeməklər isə mədə, boğaz ağrısına səbəb  ola bilər. Bunlardan əlavə qida rasionunda turş ağartı məhsulları olmalıdır. Çünki həmin qidalar immuniteti artırır. Yay fəslində adətən uşaq menyusunda balıqdan istifadə edilmir, ancaq payız-qış fəslində balığı ən azı həftədə bir dəfə menyuya  əlavə etməliyik. Qızartma balıq uşaqların mədəsinə ağır təsir etdiyi üçün sobada bişirilmiş balıq məsləhət görülür. Payız-qış fəslində quru paxlalılara da üstünlük vermək lazımdır.  Meyvələrə gəldikdə isə uşaqlara heyva verən zaman yanında alma və kök də vermək lazımdır ki, balans tənzimlənsin və qəbzlik yaranmasın. Salatların tərkibində isə zeytun yağı olmalıdır ki, bədəndə vitaminləri əritsin”.

b47a9817bagcam1Arzu xanım həmçinin uşaq bağçasında payız fəslində  qida rejiminin  necə tənzimlənməsindən də söhbət açıb. Payız-qış qida rasionunun yay rejimindən fərqlərini izah edib:

“Yayda uşaqlara tərəvəz kimi pomidor, xiyar verirdiksə, indi həmin qidaları çiy salatlarla əvəz etmişik. Həmin salatların tərkibinə isə yerkökü, çuğundur,  kələm və göyərtilər əlavə edirik. Sulu şorbalar menyuda üstünlük təşkil edir. Yayda uşaqlara xəmir xörəkləri vermirdiksə, indi  menyuya ərişdə, düşbərə yeməkləri əlavə etmişik. Payız fəslində də biz quru yeməkləri menyudan çıxarmırıq, ikinci yemək kimi istifadə edirik. Birinci uşaqlar şorba ilə qidalanır, sonra quru yeməklər süfrəyə gəlir. Günorta yeməyi zamanı uşaqlara, həmçinin sarımsaqlı qatıq və pendir verilir. Daha sonra isə kompot, ayran  süfrəyə təqdim olunur”.

Bağçalararası valideynlər üçün forum keçirilir

forumOktyabr ayının 15-də Azərbaycanda ilk dəfə Uşaq Bağçasında bağçalararası valideynlər üçün forum təşkil olunacaq. Education Management  Network və Edu.Co Şirkətinin təşkilatçılığı ilə baş tutacaq forum “Güclü Valideynlər, Güclü Uşaqlar” adı altında keçirilir.

Forum barədə Bagcam.az-a Education Management Network təhsil idarəetmə şəbəkəsinin “Uşaq inkişaf  bölməsi”nin rəhbəri Vəfa Şirinova müsahibə verib. O, bildirib ki, forumun hər ay keçirilməsi nəzərdə tutulub.

“Forumun məqsədi valideyn-uşaq münasibətlərinə aydınlıq gətirmək, maraqlı mövzulara toxunaraq problemli məsələlərin həll yollarını tapmaqda valideynlərə kömək etməkdir. Müzakirə olunacaq əsas mövzular isə Uşaq inkişafında valideynlərin rolu: Ünsiyyət və Oyun; Ailə tiplərinə əsasən uşaqlarda davranış problemləri və həlli yolları; Uşaqlarda nitq inkişafı problemləri və həlli yolları; Uşaqlarda sağlamlıq problemləri və sağlam qidalanmadır. Forumda, həmçinin “İşgüzar Ata və Qızı arasında Ünsiyyət”, “İşgüzar Ana və Oğlu” kimi istiqamətlər üzrə maraqlı hekayələrə də yer ayrılacaq.”

Hər kəs üçün açıq olan və yüzdən çox insanın iştirakı gözlənilən forum saat 9:00-dan 14:00-a qədər davam edəcək. Çıxış edənlər sırasında “Mədinə” tibb mərkəzinin pediatrı Ülviyyə Aslanova və psixoloqu Aysel Mahmudlu, nitq inkişafı problemləri üzrə loqoped Mədinə Əliyeva və başqaları olacaq.

Vəfa xanım, həmçinin forumdan sonra valideylərin uşaqların inkişaf sahələri ilə bağlı bir sıra yeniliklər əldə edəcəyini deyib. Onun sözlərinə görə, valideynlər burasa öz uşaqlarına fərqli prizmadan yanaşmağı öyrənəcəklər:

“Valideynlər forumda uşağın inkişaf sahələri haqqında geniş məlumat əldə  edəcəklər. Valideynlərin çoxu uşağın inkişaf sahələrini və bu sahələrin hansı tipdə olduğunu bilmirlər. Bəzən valideynlər uşaqların sosial-mədəni inkişaf fəaliyyətlərini ön plana çəkmirlər. Bunu ikinci, üçüncü dərəcəli görürlər, amma, təəssüf ki, bunlar uşağın inkişaf sahəsində ən önəmli yerlərdən birini tutur. Düşünürəm ki, forumdan sonra valideynlər bu sahəni daha geniş biləcək və uşaqlara fərqli yanaşacaqlar”.

“Danışır Uşaqlar!” – “Bağça sənə nə öyrədir?”

“Danışır Uşaqlar!” rubrikasının budəfəki balaca qonaqları “İndigo” Nərimanov uşaq bağçasının balacalarıdır. Bu dəfə uşaqlar “Bağça sənə nə öyrədir?” sualını cavablayırlar.

“Payız-qış mövsümündə uşaqlar xüsusi qorunmalıdır”


Untitled-45Fəsil dəyişikliliyi zamanı uşaqların xəstəliklərə yoluxması daha da artır.  Bu hal həm uşaqların, həm də valideynlərin narahatlığına səbəb olur, lakin gündəlik tibbi nəzarət düzgün aparılarsa, uşaqları xəstəliklərdən qorumaq mümkün olar.

Bu barədə Bagcam.az-a müsahibə verən “Peter Pan” uşaq bağçasının tibb bacısı Solmaz Zeynalova bildirir ki, hər şeydən əvvəl valideynlər uşaqları təmiz havaya çox çıxarmalıdırlar:

“Payız-qış mövsümündə fəsil dəyişkənliyi ilə bağlı yarana biləcək infeksion xəstəliklərin qarşısını almaq üçün uşaqları tərləməkdən, soyuqdan, soyuq su içməkdən qorumaq lazımdır. Bununla yanaşı, uşaqların immunitetinin yüksək olmasına çalışmalıyıq. İmmunitetin yüksək olması xəstəliklərin qarşısını alır. Bunun üçün yay aylarında günün müəyyən saatlarında  imkan olarsa, dənizə aparmaq, günəş vannasından istifadə etmək lazımdır. Ev şəraitində də uşaqları su vannalarına, duşa öyrətmək lazımdır. Valideynlərə digər məsləhətimiz odur ki, uşaqların təmizliyinə xüsusi fikir versinlər. Xüsusilə, əllərinin, üzlərinin təmiz olmasına diqqət yetirsinlər. Çünki bir çox xəstəliklər təmas yolu ilə yayılır. Dırnaqların təmizliyi də çox vacibdir. Həmçinin, uşaqlar yoluxucu xəstəliyi olan şəxslərdən də uzaq saxlanmalıdırlar”.

Tibb bacısı bağçalarda da gündəlik tibbi nazarətin aparılmalı olduğunu bildirir. Tibbi nəzarətin əsas məqamlarını qeyd edir:

“Gündəlik tibbi nəzarət zamanı uşaqların dırnaqlarına, əsnəklərinə, temperaturuna, ümumi sağlamlıq vəziyyətinə baxılır. Bu mərhələdən sonra uşaqlar soyunub-geyinmə otağına daxil olurlar, bağça daxilində geyindikləri paltarları və ayaqqabıları geyinirlər. Uşaqda narahatlıq aşkarlanarsa, valideyn bağçanı tərk etəməmiş ona xəbərdarlıq edilir. Tibbi nəzarət nəticəsində yüksək temperaturunun olduğu aşkar olunan uşaqlar bağçaya qəbul edilmir. Valideyn getdikdən sonra uşaqda hər hansı narahatlıq olarsa, ona ilkin tibbi yardım göstərilir və ya izolyasiya edilir. Valideynlərin icazəsi ilə, bəzi dərman preaparatları dozaya uyğun verilir. Uşağın narahatlığı davam edərsə, valideyn övladını bağçadan aparmalıdır, həmçinin uşaqların fiziki inkişafına da diqqət olunmalı, onlar üçün hər gün fiziki məşğələlər təşkil edilməlidir”.

Solmaz xanım uşaqların sağlamlığı üçün gündəlik qidalara da nəzarətin vacibliyini bildirir:

Çalışmaq lazımdır ki, gündəlik uşaqlara verilən qidalar təzə olsun və saxlanma şəraiti də düzgün olsun. Bağçalarda da hər həftə yeni bazarlıq olunmalı və bütün məhsullar qeydiyyatdan keçirilməlidir. Hazır yeməyin keyfiyyəti üzərində də gündəlik tibbi nəzarət həyata keçirilir. Gündəlik olaraq, bütün hazırlanan yeməklərdən, kompotlardan, şirniyyat da daxil olmaqla, nümunə götürülür. Yeməklərin keyfiyyətinə və qidalılığına tam əmin olduqdan sonra onlar uşaqlara verilir. Bütün qida növlərinin keyfiyyəti nəzarətdə saxlanılır”.

Solmaz xanım əlavə edir ki, gündəlik tibbi nəzarət çərçivəsində uşaqların sağlamlığı ilə yanaşı qidanın yaşlarına uyğun, norma daxilində qəbuluna, uşaqların xarici görünüşünün səliqəsinə də diqqət edilməlidir. Bundan əlavə uşaqların icbari müayinəsinin önəmindən də danışır:

“Uşaqlar ildə bir dəfə icbari olaraq, bütün mütəxəssis həkimlərin müayinəsindən keçməlidirlər. Qida və yuxu rejimi qaydasında olmalıdır. Valideynlər özləri də uşaqlar da qida və yuxu rejiminə düzgün əməl etsələr  xəstəliklərin qarşısı alınar”.

 

“Günorta yuxusu uşağın zehnini rahatlaşdırır”

img-20161006-wa0009Sağlam yuxu rejimi böyüklər üçün vacib olduğu qədər uşaqlar üçün də əhəmiyyətlidir. Kiçik yaşlardan başlayaraq, düzgün yuxu rejiminə öyrəşmək, gələcəkdə yaranacaq problemlərin qarşısını ala bilir.

Uşaqların yuxu rejimi barədə Bagcam.az-a müsahibə verən “İndigo” uşaq bağçasının tərbiyəçisi Labidə Nazıyeva bildirib ki, uşaqlar üçün hər yaş qrupuna uyğun yuxu saatları müəyyən olunmalıdır:

“Gün ərzində 1-2 aylıq körpələr 18 saat, 3-4 aylıq körpələr 17 saat, 5-6 aylıq körpələr 16 saat, 7-9 aylıqlar isə 15 saat yatmalıdır. 0-3 yaşlı uşaqlarda günorta yuxusu fiziki ehtiyacdır. Uşaq həmin dönəmdə yatır ki, fiziki cəhətdən inkişaf etsin. 3 Yaşdan 6 yaşa qədər isə yuxu emosional ehtiyacdır. 3 Yaşdan 6 yaşa qədər olan uşaqlar üçün yuxu rejimi gündüz vaxtı 2-3 saat müəyyən edilir. Uşaqlar 3 yaşdan sonra çox aktiv olurlar. O aktivlik uşağı psixoloji olaraq yorur. Xüsusən də, hiperaktiv uşaqlar həddindən artıq çox hərəkətdə olurlar və beyin yüklənir. Günorta yuxusu zamanı beyin günortaya qədər aldığı informasiyanı analiz edir, dincəlir. Saat 3-də yuxudan oyanandan sonra isə beyin rahatlaşır və uşaq sakitləşir. Bu şərtləri nəzərə almaqla hər bağçanın öz qaydası, rejimi var. Həmin rejimə əsasən, bağça uşaqlarının yuxu saatı təyin edilir, həmçinin hər yaş qrupunun öz yuxu saatları var. “İndigo” bağçasında saat 13:00-dan 15:00-a qədər uşaqlar üçün yuxu vaxtı olur”.

Labidə xanım onu da qeyd edib ki, uşaqların düzgün yuxu rejimi üçün qidalanmaya, təmizliyə və təmiz hava qəbuluna da fikir verilməlidir:

“Uşaqların müəyyən olunan vaxtdan az yatması ziyandır və yuxu rejimi qidalanma ilə sıx bağlıdır. Uşaqlar yatmazdan 30 dəqiqə və ya 1 saat əvvəl qidalanmalıdırlar. Günorta yeməyində ilk olaraq, şorba olmalıdır, şorbadan əlavə isə ikinci yemək də olmalıdır ki, uşaq rahat yatsın. Onları ağır yeməklərdən uzaq tutmaq lazımdır, meyvə və meyvə şirəsi qəbuluna üstünlük verilməlidir. Uşağın qidalanması normal olarsa, yuxu rejimi də normal olar. Əgər yatma prosesi normal getməsə, böyüdükdə də o problem qalacaq. Ona görə də, valideynlərə məsləhət görərdim ki, uşaqları kiçik yaşlarından yuxu rejiminə uyğunlaşdırsınlar”.

Master tərbiyəçi təlimləri davam edir

https://www.facebook.com/bagcam.az/videos/vb.283908471806399/448589462004965/?type=2&theater

Mart ayının 12-də “Baby star” uşaq bağçasında  Education Management Network və Edu.Co Şirkətinin təşkil etdiyi Master Tərbiyəçi Təkmilləşdirmə proqramının növbəti seminarı təşkil olunub. Təlimdə kursun iştirakçıları və təlimçilər çıxış edib. Bu günki təlimin mövzusu uşaqların idrak inkişafına təsir edən fəaliyyət növlərindən ibarət oluub. Təlim zamanı iştirakçılar arasında müxtəlif oyunlar , müsabiqələr təşkil olunub. Eyni zamanda, bədii ədəbiyyat, nitq inkişafı, riyaziyyat, ətraf aləmlə tanışlıq üzrə məşğələlər nümayiş olunub.  

 

Kamilə Baloğlanova keçirilən seminar barədə məlumat verib:

 

“ Bu gün uşaqların idrak inkişafına təsir edən fəaliyyət növləri üzrə master klaslar təqdim olunacaq. Burada iştirak edən tərbiyəçilərə müxtəlif fəaliyyət növlərinə uyğun məşğələlər üzrə- bədi ədəbiyyat, ətraf aləmlə tanışlıq mövzusunda nümayiş etdirəcəyik, burda iştirak edən təlimçilərə”.

 

Sonda seminar iştirakçıları təlimlə bağlı təəssüratlarını bizimlə bölüşüb:

 

“Bu günki təlim gələcəkdə bizim daha yaxşı tərbiyəçi olmağımıza şərait yaradır. Ümid edirəm ki, bu günki təlimlər uşaqlarla daha yaxşı işləməyə köməkçi olacaq”.

 

Çox şey öyrəndim. Məsələn, Kurikulum əsasında dərs keçməyi. Hansı ki, biz özümüz də keçirdik, amma belə deyim, çatışmazlıqlar vardı, artıq onları bilirəm və üzərində çalışıram.

Uşaqların  məktəb  təliminə  hazırlanmasının  zəruriliyi

baby starMəktəbəqədər təhsil proqramı – kurikulumun əsas prinsiplərindən biri uşaqların məktəb təliminə hazırlanmasının zəruriliyi prinsipidir. Bu prinsipə görə: “Uşaqların məktəb təliminə hazırlığı onlarda oxumaq həvəsini, məktəbə müsbət emosional  münasibəti  inkişaf etdirir  və möhkəmləndirir. Uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda sosial keyfiyyətləri formalaşdırır. Məktəb təliminə hazırlığın əsas məqsədi uşaqların tələb və imkanlarını nəzərə almaqla onların inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. (Kurikulum-səh 11)

Müasir dövrdə hər bir valideyn düşünə bilər ki, uşaq bağçaya getmədən də məktəbə  adaptasiya olacaq. Bu fikirlə razılaşmaq olar. Amma bu zaman həm uşaq, həm valideyn, həm də müəllimə üçün çətinliklər yaranır. Gəlin, bağçaya gedən və getməyən uşaqlara nəzər salaq. Evdə olan uşaq məlumdur ki, səhər gec yuxudan oyanır. Məktəbə  gedəndə tez yuxudan oyanmaq onun üçün problem olur və valideynin də vaxtını alır. Evdə heç bir uşaq fikrini 35 dəqiqə bir məşğuliyyətə yönəltmir. Cizgi filminə baxmağı nəzərə almasaq. Bu da bilirsiniz ki, uşağın hərtərəfli inkişafına mane olan faktorlardan biridir. Bu zaman məktəbdə 45 dəqiqə oturmaq çətinlik törədir. Bağçanın məktəbəhazırlıq qrupunda məşğələlərin müddəti 30-35 dəqiqə davam edir. Uşaq artıq məktəb təliminə hazırlanmış olur. Həmçinin uşaq bağçasında məktəbə ekskursiya təşkil olunursa, bu  da uşaqlarda məktəbə getmək həvəsini artırır. Uşaqlara məktəbə getmək, oxumaq, öyrənmək sevgisi aşılanmış olur. Evdə olan uşaqlar demək olar ki, ancaq ailə üzvləri ilə ünsiyyət qurur. Bağçaya getdikdə isə artıq müəllimə, dostlarla  ünsiyyət uşaq  üçün  maraqlı olur. Sonra o yeni dost, yeni müəllimə istəyilə məktəbə yollanır. Həm də uşaq bağçada yaşına uyğun bilik və bacarıqlara yiyələnir: say, oxu, hesablama, ətraf aləm haqqında biliklər, əsas inkişafetdirici hərəkətlər və s.

Məktəbəqədər  təhsilin kurikulumunda  uşaqların məktəb təliminə hazırlığı üçün  mühüm olan məsələlər xüsusi nəzərə alınmışdır.     

“Baby Star” uşaq bağçası