Rəqəmlərin sehirli gücü

Boş vaxtınızda uşağınızla birlikdə rəsm çəkmək istəyirsiniz? Əgər rəsm çəkmək qabiliyyətiniz yüksək deyilsə, bunu özünüzə dərd etməyin. Rəqəmlərin sehrli gücündən faydalana bilərsiniz. Necə? Bagcam.az-ın təqdim etdiyi bu fotolara baxaraq. Bununla rəsm çəkməyi uşağınıza da sevdirə bilərsiniz.

reqem

reqem1

reqem2

reqem3

reqem4

Ailem.az

“Uşağın narahatlığının arxasında ailəsi durur”

Untitled-1Uşaqlara kəllədaxili təzyiq diaqnozunun qoyulması haqqında müxtəlif fikirlər mövcuddur. Bu barədə Bagcam.az-a müsahibə verən “İndigo” uşaq bağçasının meneceri, uşaq psixoterapevti Vəfa Şirinova bildirir ki, kəllədaxili təzyiqi çox ağır diaqnozdur:

“Təəsüf ki, bu Azərbaycanda hər 10 uşaqdan 8-nə yanlış olaraq qoyulan diaqnozdur. Kəllədaxili təzyiq gözlə görüləcək bir şey deyil. Bəzən olur ki, valideynlər uşaqlarının gecə yuxularında narahat olduqlarını, çoxlu ağladıqlarını, kaprizli olmalarını, diksinmələrini, qorxularını, ayağın ucunda gəzməsini, burun qanaxmalarını səbəb göstərərək   həkimə müraciət edirlər.  Lakin bu zaman unutmamalıdırlar ki, bunların heç biri kəllədaxili təzyiqin göstəriciləri deyil. Kəllədaxili təzyiqin əsas əlamətləri baş ağrıları, ürək bulanma və qusma, davranışın pozulması və huşun aydın olmaması, cəngolma tutmaları, görmənin pozulmasıdır. Həkimlər bu diaqnozu qoyarkən bilməlidilər ki, bu cür hallara tək–tək halda rast gəldikdə belə bu, kəllədaxili təzyiqin əlaməti olmaya bilər. İnsanların  kəllədaxili təzyiq barədə daha çox maariflənməsi vacibdir”.

Vəfa xanım onu da bildirir ki, qadın hamiləlik zamanı travma alıbsa və ya uşaq doğuş zamanı kəllə-beyin təzyiqi  ilə doğulubsa, bu mütləq uşağın fiziki və zehni inkişafına öz təsirini göstərəcək:

“Ümumiyyətlə, bu uşaqlarda çox ciddi sinir problemi olur. Kəllə-beyin təzyiqi ilə doğulan uşaqlar mütləq müalicə almalıdırlar. Əgər uşaq gəzirsə, yeyib-içirsə, bağçaya gedirsə, ailədə öz istəyini bildirə bilirsə, bu uşaqda kəllədaxili təzyiqdən söhbət gedə bilməz. Uşağın kəllədaxili təzyiqinin olub-olmadığını bilmək üçün yaşının ilk ilində başın ölçüləri diqqətlə izlənməlidir, kəllə tikişlərinə fikir verilməlidir, əmgəklər əllənərək ölçüsü nəzarətdə saxlanmalıdır.  Bu diaqnozu o vaxt qoymaq olar ki, uşaqda başın ölçüləri normal baş ölçülərindən artıqdır, əmgək qabarıqdır, tikişlər arası məsafə çox aralıdır, uşağı mütləq nevroloqa müayinəyə apararkən bütün  göstəriciləri diqqətlə izlənilməlidir”.

Narahat uşaqlardakı kaprizin səbəbini araşdırmaq üçün uşaqların yaş qrupuna uyğun müxtəlif testlər aparıldığını deyən Vəfa xanım qeyd edir ki, uşaqların hərtərəfli sağlamlığı ailə mühitindən asılıdır:

“Uşağın hər bir narahatlığının arxasında ilk növbədə onun ailəsi durur. Əgər uşağın fiziki göstəriciləri – boyu, çəkisi, gün rejimi, qida rasionu, ailədə olan abu-hava, yaşadığı evin rütubəti, temperaturu qaydasındadırsa, ailədaxili münasibətlər sağlam qorunursa, bu uşaqlarda sağlamlıq problemlərinə də daha az rast gəlinir”.

 

Kiçik yaşlarından təbiətlə tanış olan bağça uşaqları

Payız fəsli olmasına baxmayaraq, uşaqların sağlamlığı üçün təmiz havada gəzinti vacibdir. Elə buna görə də, uşaq bağçasında balacaları çox soyuq olmayan havalarda bağçanın bağına çıxarırlar. Gəzinti zamanı tərbiyəçilər tərəfindən uşaqlara təbiət və ətraf aləm haqqında faydalı məlumatlar verilir. Həmçinin, təmiz havada əyləncəli oyunlar da keçirilir. Bu zaman uşaqların təhlükəsizliyinə müəllimlər xüsusi nəzarət edirlər.

Yapon təhsil sisteminin sirrləri

5Yaponlar ağıllı, sağlam və kübar insanlardır. Həmişə bu gözəl xüsusiyyətlərinin təhsil sistemləri ilə əlaqəsi olduğunu açıq-aşkar bildirirlər.

Bagcam.az yapon təhsil ocaqlarını dünyadakı digər məktəblərdən fərqləndirən məqamları təqdim edir:

  1. Ədəb təhsildən əvvəl gəlir yanaşması

Yaponiyada şagirdlər 4-cü sinifə (10 yaşına) qədər hər hansı bir imtahandan keçmir.  Bu dövrdə  uşaqlara kiçik testlər verilir. Məqsəd  uşağın təhsil həyatının ilk 3 ilində onu bildiklərinə görə mühakimə etməməkdir. Çalışılır ki, uşaqların xarakteri formalaşsın və yaxşı davranış öyrənisnlər. Uşaqlara 4-cü sinifə keçənə qədər digər insanlara və heyvanlara hörmət edən fərd olmağı öyrədirlər. Bundan başqa, comərd, mərhəmətli və empatiya qura bilən insan olmağı, cəsarət və ədalət hissini də  mənimsədirlər.

  1. Məktəblər payızda deyil, yazda açılır.

Dünyada bir çox məktəb və universitet akademik ilə sentyabr-oktyabr aylarında başlayır. Amma Yaponiyada akademiya və iş həyatının təqvimdəki başlanğıc ayı apreldir. Buna görə də, məktəbin ilk günü dünyadakı ən gözəl təbiət hadisələrindən biri olan dövrə təsadüf edir: Albalı çiçəyi zamanı.

Akademik il 3 dövrə ayrılır: 1 Aprel – 20 iyul, 1 sentyabr – 26 dekabr və 7 Yanvar – 25 Mart. Yapon şagirdlər yay dövründə 6, qış və bahar fəsillərində isə 2 həftəlik tətilə çıxa bilirlər.

  1. Bir çox yapon məktəbində təmizlik işçiləri yoxdur. Şagirdlər öz məktəblərini özləri təmizləyir.

Yapon məktəblərində şagirdlər dərsləri, bufeti  və hətta tualetləri də tamamilə özləri təmizləmək məcburiyyətindədirlər. Təmizlik üçün şagirdlər bir il ərzində növbələşərək, dəyişən vəzifələrə sahib kiçik qruplara ayrılırlar. Yapon təhsil sistemi  bu üsulun şagirdlərə komanda işini və bir-birlərinə kömək etməyi öyrətdiyini müdafiə edir. Bundan başqa, uşaqların öz vaxtlarını süpürmə, silmə və təmizləməyə xərcləməsi onların həm öz işlərinə, həm də başqalarının işinə hörmət etməyi öyrədir.

  1. Yapon məktəblərində nahar standart bir menyudan ibarətdir və sinifdə həmişə birlikdə yeyilir.

Yapon təhsil sistemi şagirdlərinin sağlam və balanslı qidalandığına əmin olmaq istəyir.  Dövlət məktəblərində nahar standart bir menyuya görə hazırlanır və yalnız ixtisaslı aşpazlar deyil, eyni zamanda səhiyyə işçiləri tərəfindən ortaq şəkildə planlaşdırılır. Bütün sinif müəllimlərlə birlikdə yemək yeyir və bu şagird-müəllim arasındakı müsbət əlaqəni də inkişaf etdirməyə kömək edir.

  1. Şagirdlər əsas dərslərdən başqa, yapon yazı sənəti olan Şodonu və yapon şeirlərini öyrənir

Şodo-bambuk fırçanı mürəkkəbə batıraraq düyü kağızına yazılan yazı tərzidir. Yaponlar üçün Şodo ənənəvi rəsm sənəti qədər populyardır. Haiku isə, sadə sözlərlə dərin duyğuları ifadə edən şeir növüdür. Bu iki dərs uşaqların öz mədəniyyətlərinə hörmət etmələri və yüzilliklər boyu davam edən ənənələrini yaşatmaları üçündür.

  1. Demək olar ki, bütün məktəblərdə bütün şagirdlər forma geymək məcburiyyətindədir

Əksər orta məktəblərdə şagirdlərin forma geymə zərurəti var. Bəzi məktəblərin öz xüsusi geyimləri olsa da, ənənəvi yapon məktəblərinin formaları oğlanlar üçün hərbi, qızlar üçün isə dənizçi geyimində hazırlanır. Forma siyasətinin məqsədi şagirdlər arasındakı ictimai status fərqlərini aradan qaldırmaqdır. Məktəb forması geymək həm də uşaqların birlik içində olduqlarını hiss etmələrini təmin edir.

  1. Yapon məktəblərində dərsdə iştirak faizi 99.99%-dir

Yəqin ki, hər birimiz ən azından bir dəfə də olsa dərsdən qaçmışıq. Amma yapon şagirdlər dərsdən qaçmağa və ya gecikməyə çalışmırlar. Üstəlik, hesabatlara görə, Yaponiyadakı tələbələrin 91%-i heç vaxt və ya yalnız bir-iki dərs xaricində müəllimin izah etdiklərini görməzdən gəlib.

Uşaqlarda qəbizlik

qebzlikNormada 1 yaşından yuxarı uşaqlarda nəcis ifrazı gün ərzində (böyüklərdə olduğu kimi) bir dəfə olmalıdır.
Bəzən normadankənar hallar da olur. Məsələn, uşaq gündə 2-3 dəfə və ya 2-3 gündə 1 dəfə nəcis ifraz edir.

Bu zaman uşaqda heç bir narahatlıq hissi yoxdursa, nəcis kütlələri həcmcə və xarici görünüşcə normaya uyğundursa (yəni nə çox duru, nə də çox bərk deyilsə, tərkibində qan qarışıqları, selik və s. dəyişikliklər yoxdursa), bunu normal hal hesab etmək olar.
Ancaq yenə də mütəxəssislə məsləhətləşməyiniz daha yaxşı olardı. Analar uşağın nəcisinə hər zaman diqqət yetirməlidirlər. Nəcisdə qan, selik əmələ gələrsə, rəng dəyişikliyi və s. nəzərə çarparsa, bu haqda uşağınıza nəzarət edən pediatra məlumat vermək lazımdır.
Uşaqlarda qəbizlik tez-tez baş verir. Uşaq gec-gec nəcis ifraz edirsə və defekasiya (nəcis ifrazı) aktı isə çətinliklə baş verirsə, bu zaman qəbizliyin olması barədə danışmaq olar.
Qəbizlik atonik və spastik olur.
Spastik qəbizlikdə nəcis “qoyun qığı” kimi, bir-birinə yapışqanla yapışmış kimi yumru, kiçik bərkimiş nəcis kütlələri toplumundan ibarət olur. Bu zaman defekasiya (nəcis ifrazı) aktı çətinləşmiş, ağrılı olur. Bir çox hallarda bu, düz bağırsaq və xarici anal dəliyin selikli qişasında çatların əmələ gəlməsinə səbəb olur.
Belə qəbizlik çox vaxt bağırsaq disbakteriozu, qastrit, kolit (yoğun bağırsaq iltihabı) zamanı müşahidə olunur. Kəskin infeksion xəstəlik zamanı uşağın qida və maye qəbulu azaldıqda, həmçinin uşağın sinir sistemi pozğunluqları da qəbizliyə səbəb ola bilər. Bu hala uşaqların erkən yaş dövründə daha tez-tez rast gəlinir. Xəstəliyin əsas səbəblərindən biri xroniki qəbizlik hesab edilir. Bərkimiş nəcis kütlələri uşağın dar bağırsağından keçərkən bağırsağın selikli qişasını zədələyir. Catların ilkin əlamətləri defekasiya zamanı kəskin ağrı hissi və nəcis ifrazından sonra qan damcıları (analar bunu tualet kağızının üzərində görə bilərlər) ola bilər.
Ağrı səbəbindən uşaqlar defekasiya aktını süni surətdə saxlayır, nəticədə nəcis kütlələri daha da bərkiyərək yeni çatların yaranmasına zəmin yaradır.
Xəstəliyin müalicəsinə onun ilkin simptomları aşkar edilən kimi başlamaq lazımdır. Köhnə, yəni uzun müddət ərzində mövcud olan çatların müalicəsı çox çətin olur. Digər tərəfdən də ağrılar olması qorxusundan uşağın nəcis ifraz etməməsi çox təhlükəli hesab edilən xroniki qəbizliyə, orqanizmin nəcis intoksikasiyasına (zəhərlənməsinə) və s. xoşagəlməz ağırlaşmalara da səbəb ola bilər.
Qəbizliyin digər növü də atonik qəbizlikdir. Bu formaya uşaqlarda daha tez-tez rast gəlinir. Atonik qəbizlik zamanı uşaqda nəcis ifraz etmək istəyi azalmış olur və ya heç olmur. Belə uşaqlarda defekasiya hətta 10 gündən bir olur. Bir çox belə hallarda uşağa təmizləyici imalə etmək və ya işlədici şamlar qoymaq lazım gəlir. Bu cür qəbizlik zamanı nəinki qastroenteroloqa (mədə-bağırsaq xəstəlikləri üzrə ixtisaslaşmış həkim), bəzi hallarda hətta cərrah-proktoloqa (düz bağırsaqda aparılan əməliyyatlar üzrə ixtisaslaşmış həkim) da müraciət etmək lazım gəlir.
Valideynlər uşaqda defekasiya aktının tezliyinə nazarət etməli, həmçinin qəbizliyin əmələ gəlməsinə xüsusi diqqət yetirməlidirlər. Uşaqda olan qəbizliyə etinasız yanaşmayın. Bu çox xoşagəlməz ağır nəticələr verə bilər.
Yaxşı olardı ki, uşağın bağırsağının boşalması mütəmadi olaraq gündə bir dəfə, həm də eyni vaxtlarda (səhər və ya axşam) baş vermiş olsun. Uşaqda qəbizlik aşkar edilən kimi, təxirəsalınmadan həkim qastroenteroloqa müraciət etmək lazımdır. O bunun səbəbini aydınlaşdırdıqdan sonra düzgün müalicə təyin edə bilər.
Uşaqlarda qəbizliyin müalicəsində pəhrizin böyük əhəmiyyəti vardır. Uşağın rasionunda kifayət qədər meyvə, tərəvəz, süd məhsulları olmalıdır. Ağ çörəyi quru çörək (“suxari”) ilə əvəz etmək lazımdır. Qara gavalı, ərik, əncir qurusu, üyüdülmüş buğda kəpəyi (uşağın bütün qidalarına 1 xörək qaşığı əlavə emək olar), kişmiş qəbizlik zamanı yaxşı kömək edir. Bundan əlavə uşaq kifayət qədər su içməlidir, yaxşı olardı ki, bu su qaynanmış yox təmiz içməli su olsun. İşlətmə üçün olan dərman preparatlarından (xüsusən də kimyəvi tərkibli) istifadə edilməsinə çox da üstünlük verməyin.
Əsas müalicəyə əlavə olaraq mineral suların (yessentuki, borjomi, istisu və s.) da daxil edilməsi yaxşı təsir göstərir. Spastik qəbizlik zamanı mineral suları ilıq və qazsızlaşdırılmış, atonik qəbizlik zamanı isə sərin və qazlı şəkildə içmək lazımdır.
Bir daha təkrar etmək lazımdır ki, analar uşağın nəcis ifrazına diqqət yetirməlidirlər. Qusma, kəskin qarın ağrısı, nəcis ifrazının olmaması və köp bağırsaq keçməməzliyinin simptomlarıdır. Uşağınızda bu simptomları müşahidə edərkən onu dərhal cərraha göstərmək lazımdır.
Bağırsaq keçməməzliyi – çox qorxulu xəstəlikdir. Bu xəstəlik zamanı hər hansı bir səbəb üzündən bağırsaq yolunda maneələr əmələ gəlir ki, bu da nəcisin keçməsinə imkan vermir. Diaqnozu dəqiqləşdirmək üçün bağırsaqların rentgen müayinəsi aparılır. Diaqnoz təsdiqləndiyi halda, bağırsaq keçiriciliyinin bərpa edilməsi məqsədi ilə uşaq təcili olaraq cərrahi əməliyyata götürülür.

Saglamolun.az

Yəhudi anaların uşaqlarını dahiyə çevirən 6 primitiv tərbiyə metodu

b_520_0_16777215_0___images_stories_00000001noyabr_ana_bala_045Yəhudi xalqı öz uşaqlarının tərbiyəsinə çox ciddi yanaşır. Keyfiyyətli təhsil, firavanlıq və xoşbəxt uşaqlıq az qala yəhudi xalqının milli ideyasıdır.

Yetkin yaşlardan qoyulmuş bu prinsiplər yəhudilərə məqsədyönlü, müdrik və özünə inamlı olmağa kömək edir.

Yəhudi anaların uşaqlarını ağıllı, müdrik və dahi şəxsiyyət kimi yetişməsinə kömək edən 6 tərbiyə prinsipini təqdim edirik:

Uşaq qızıldır! Sadəcə, hərdənbir axmaqlıq edir. Yəhudi analar uşaqlarının pis və bacarıqısz olduğunu nəinki dilinə gətirmir, ümumiyyətlə bu barədə fikirləşmir. Onların ən sərt tənbehi belə səslənir: “Belə bir gözəl oğlan necə belə axmaqlıq edə bilərdi”. Yəhudi qadınları çox yaxşı başa düşür ki, itaətsizlik və yaramazlıq uşaqlara xasdır. Daimi tənqid isə uşağın yalnız özünə olan inamını zədələyəcək, nəticə etibarı ilə uşaq ürkək insan kimi yetişəcək. Odur ki, uşaqları komplekslərdən azad edin, onlara hər zaman gözəl sözlər və hər işdə bacarıqlı olduğunu deyib motivasiya etməyə çalışın. Pis yalnız onun hərəkəti ola bilər. Tərbiyənin məqsədi bu hərəkətin səbəblərini tapmaq və onlardan yaxa qurtarmaq olmalıdır.

Uşağa hər şey olar, amma… Bütün yəhudi ailələrində uşaqlara çox şeyi etməyə icazə verilir, valideynlər xırda xətalara diqqət yetirmir, hətta uşaqları hər hansı hərəkətinə görə, tənbeh etmirlər. Amma elə məsələlər var ki, onları heç vaxt və heç bir şəraitdə etmək olmaz. Bu, böyüklərə hörmət, təhsil, sağlamlıq və digər vacib məsələlərdir. Bu qadağalar azdır, lakin onlar dəyişməz olaraq qalır.

Dünya bilməlidir ki, mənim körpəm necə gözəldir! Uşaqları təkcə ikilikdə olanda deyil, dost-tanışın yanında da tərifləmək və xoş sözlər demək lazımdır. Bu, bizim üçün qəribə hal olsa da, yəhudi ailələri üçün kifayət qədər normaldır. Uşaq sevildiyini, dəyərli varlı olduğunu və sizə lazım olduğunu hiss etməlidir. Bu zaman övladınız sizi daha çox sevindirməyə çalışacaq.

Uşaqların xoşbəxt olmasını istəyirsinizsə, ailədə əmin-amanlığı təmin edin.Yəhudi ailəsində uşağa nəyisə öyrətmirlər. Onlar uşaqların beynini saysız-hesabsız məsləhətlə doldurmur və bunu nadanlıq sayır. Əvəzində isə övladlarına sadəcə yaxşı nümunə olmağa çalışırlar. Yadda saxlayın ki, uşaqlar sizin hərəkətlərinizi daim izləyir və onları mənimsəyir. Uşağın həyatdan zövq almasını istəyirsinizsə, özünüz də sevinin! İstəyirsiniz ki, o, xoşbəxt yaşasın, onda siz də xoşbəxt olun!

Valideyn olmaq bir elmdir. Yəhudi ailəsində uşaqları elə tərbiyə edirlər ki, onlar böyüyəndən sonra yaxşı valideyn olur. Evdə əyləncə və oyunlar vasitəsilə tərbiyə metodlarından istifadə olunur, sinaqoqlarda və məktəblərdə isə valideynlik kursları tədris edilir.

Uşaq məşğul olmalıdır. Bu zaman uşağın yaramazlığa daha az vaxtı qalır. Yəhudi uşaqlar daimi məşğuliyyətə uşaqlıqdan öyrəşir. Bu, onlara arzuları üzərində inadla işləməyə və xəyallarının arxasınca getməyə kömək edəcək.

Mənbə: Publika.az

“Uşaqlarda qidalanma saatı çox vacibdir”

qidalanmaAzərbaycanda piylənmə aşkar edilən uşaqların sayı açıqlanıb. Statistik göstəricilərə əsasən 2015-ci ildə 586 uşaqda piylənmə aşkar edilib. Əhalinin hər 100 000 nəfərinə bu göstərici 23 nəfər təşkil edib. 2016-cı ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə düşən bu xəstələrin sayı isə 51 nəfər olub.

Bagcam.az xəbər verir ki, uşaqlarda piylənmə ilə bağlı GSR.fm-ə müsahibə verən pediatr Günay Rəsulova bildirib ki, piylənmənin əsas səbəblərindən biri passiv həyat tərzidir:

Uşaqlar əvvəlki illərlə müqayisədə televizor, kompüter, planşet qabağında saatlarla oturur və az hərəkət edirlər. Bu da piylənməyə səbəb olur.  Bundan başqa uşaq qida rasionunda fast foodların çoxluq təşkil etməsi, yuxu rejiminin düzgün olmaması, uşaqların gec saatda qidalanması piylənmənin səbəblərindəndir. Eyni zamanda valideynlərin uşaqlara yerli-yersiz iştah açıcı vitaminlər verməsi və ya onları məcburi qidalandırması, bəzi  dərmanların yan təsiri nəticəsində də piylənmə baş verə bilər. Uşaq qida rasionunda bütün növ qidalardan, yəni zülallardan, karbohidratlardan, yağlardan mütləq olmalıdır, amma, hərəsinin öz qədəri vardır. Məsələn, daha asan həzm olunan karbohidratlardan, meyvə və tərəvəzlərin tərkibində olanlardan istifadə edilməlidir. Həmçinin proteinlə zəngin qidalar, süd və süd məhsulları da uşaq qida rasionunda olmalıdır. Uşaqları tərkibində süni şəkərlər olan qidalardan uzaq tutmaq lazımdır”.

Artıq çəkili uşaqların pəhrizindən də danışan pediatr qeyd edib ki, belə uşaqlar mümkün qədər aşağı kalorili qidalandırılmalıdırlar:

“Uşaq qida rasionunda kalorili qidalara günün birinci yarısında üstünlük verilməlidir. Axşam isə tez həzm olunan qidalar salınmalıdır. Uşaqlarda qidalanma saatı da çox önəmlidir. Uşaqlar yatmamışdan 2 saat qabaq qidalanmalıdırlar. O cümlədən yağlar və karbohidratlar azaldılmalıdır”.

Finlər körpələri niyə karton qutularda yatızdırırlar?

korpeBu, 1930-cu illərdən başlanan bir ənənədir və məqsədi Finlandiyadakı bütün uşaqların əsil-nəcabətindən asılı olmayaraq həyata eyni cür başlamasına nail olmaqdır.

Analıq paketi hökumətin hədiyyəsi kimi ölkənin bütün uşaq gözləyən qadınlarına verilir.

Bura uşaqlar üçün alt və üst geyimləri, yataq torbası, çağalar üçün hamam ləvazimatı, əskilər, bələklər və kiçik döşəkcə daxildir.

Dibinə döşəkcə yerləşdirilmiş karton qutunun özü isə çarpayı rolunu oynayır. Beləliklə, ölkənin bütün sosial təbəqələrindən olan uşaqlar eyni formalı karton qutuların dörd divarı arasında mışıl-mışıl yatırlar.

Analara seçim də verilir. Onlar qutuları, ya da nəqd pulu – 140 avronu götürürlər. Amma anaların 95 faizi qutulara üstünlük verir, çünki onun dəyəri daha çoxdur.

Bu ənənə 1938-ci ildə başlanıb. Bu tədbirə başlayanda qutuları yalnız imkansız ailələrə verirdilər, lakin 1949-cu ildə bu qayda dəyişdirildi.

“Hökumət bu hədiyyəni bütün gələcək analara verməklə kifayətlənmir. Analıq qutusunu almaq üçün gələcək ana hamiləliyin dördüncü ayından əvvəl həkimə və ya bələdiyyə doğuşaqədər klinikasına baş vurmalıdır” – deyir Finlandiyanın Kela – Sosial Təminat İdarəsində işləyən Heidi Liesivesi.

Beləliklə qutular heç də təkcə yenicə doğulanlara ilkin tələbat ləvazimatını vermir, həm də anaları Finlandiyanın yenicə formalaşan sosial təminat sisteminin həkim və tibb bacıları ilə görüşdürürdü.

1930-cu illərdə Finlandiya yoxsul bir ölkə idi və burada uşaq ölümü reyti hər 1000 uşaqdan 65-ə bərabər idi. Lakin bundan sonrakı onilliklərdə vəziyyət sürətlə yaxşılaşdı.

Helsinkidəki Sağlamlıq və Rifah İnstitutunun professoru Mika Gissler buna bir neçə səbəb göstərir. O deyir ki, 1940-cı illərdə verilən analıq qutularının ardınca, 1960-cı illərdə səhiyyə sığortası sistemi və mərkəzi xəstəxana şəbəkəsi yaradılıb.

Qutunun içindəkilər

– Döşəklər, döşəkağılar, yorğan və balış üzü, adyal, yataq çuvalı

– Qutunun özü hasarlı çarpayıya çevrilir

– Qış kostyumu, papaq, əlcək, çəkmə

– Yüngül kostyum dəsti və toxunma cemper

– Corablar, toxunma papaq və qulaqlı papaq

– Hər iki cinsdən olan uşaqlar üçün münasib rəngli və naxışlı canlıqlar, uşaq kombinezonu və dizliklər

– Başlıqlı hamam dəsmalı, dırnaq qayçısı, daraq, diş fırçası, vanna termometri, bələk kremi, əl-ayaq dəsmalı

– Əski dəstləri və parça salfetlər

– Şəkilli kitab və dişlik oyuncaq

– Lifçik altlığı və prezervativlər

75 yaşlı qutu ənənəsi indi artıq Finlandiyada qadının analığa keçidinin bir növ simvoludur. Bu rəmz indi artıq neçə qadın nəslini birləşdirir.

49 yaşlı Helsinki sakini Reija Klemetti 6 uşağından biri üçün qutunu alsın deyə poçt idarəsinə necə getdiyini xatırlayır.

“Bu çox sevincli və həyəcanlandırıcı bir hadisə idi, – deyir qadın. – Anam, dostlarım, qohumlarım qutunun içində nələrin olduğunu, həmin il paltarlar üçün hansı rənglərin seçildiyini bilmək istəyirdilər.”

Onun qaynanası da 1960-cı illərdə öz dörd uşağından birincisi üçün belə qutulardan birini hədiyyə almışdı. O vaxt o, uşaq üçün nələrin lazım olduğunu bilmirdi, lakin lazım olan hər şey qutunun içindəydi.

Lap bu yaxınlarda Klemettinin 23 yaşlı qızı Solja da bir vaxtlar anasının duyduğu sevinc hissini dadıb. İndi onun iki balaca uşağı var.

“Bu paltarlara görə uçaqların hansı illərdə doğulduğunu dəqiq demək olar. Çünki qutulardakı paltarlar hər il dəyişir. Müqayisə etmək maraqlıdır. “Bax o uşaq mənimki ilə eyni ildə doğulub” – deyir 35 yaşlı iki uşaq anası Titta Vayrynen.

Bəzi ailələr hökumət hədiyyəsi olmasaydı, özləri uşaq paltarlarını ala bilməzdilər. Lakin Vayrynen üçün bu daha çox vaxt məsələsi idi.

O ilk uşağına hamilə olanda işləyirdi və hədiyyə qutu onu dükan-dükan gəzib münasib qiymətə uşaq paltarı axtarmaq əziyyətindən xilas etmişdi.

“Bu yaxınlarda açıqlanmış bir hesabatda deyilirdi ki, fin analar dünyada ən xoşbəxt analardır və mənim ağlıma gələn birinci şey həmin bu qutular oldu” – deyir ana.

O deyir ki, ikinci oğlu – İlmar doğulanda artıq qutunu yox, nəqd pulu götürüb. İlmara isə qardaşından qalma paltarları geyindirərmiş.

Rəngləri elə seçirlər ki, işlənmiş paltarlardan oğlan və qız uşaqları üçün istifadə etmək mümkün olsun.

Qutuların içindəkilər zaman-zaman dəyişərək həm də dəyişən vaxtları simvolizə edib. 1930-40-cı illərdə qutulara parça qoyurdular. Çünki o vaxtlar analar uşaqları üçün paltarları özləri tikərdilər.

Lakin 2-ci Dünya Müharibəsi illərində flanelə və kətana Müdafiə Nazirliyinin ehtiyacı vardı. Ona görə də analıq qutularına parça əvəzinə kağız qoyurdular.

1950-ci illədə isə uşaqlar üçün hazır geyimlər istehsal olunmağa başlanmışdı. 1960-70-ci illərdə uşaqlar üçün geyimləri artıq elastik parçalardan tikirdilər.

1968-ci ildə qutuya yataq torbası əlavə edimişdi, 1969-cu ildə isə ilk dəfə olaraq bir dəfə işlədilən əskiləri vermişdilər.

Amma bu çox uzun sürməmişdi. Əsrin əvvəllərində bir dəfəlik əskilərdən parça əskilərə qayıtmışdılar. Bu, ətraf mühitin təmizliyinin saxlanması üçün idi.

Daha keyfiyyətli valideynlik vərdişlərinə həvəsləndirmək analıq qutusu siyasətinin daim bir hissəsi olub.

“Çağalar valideynləri ilə eyni çarpayıda yatırdılar, lakin bu praktikaya son qoymaq istəyirdilər, – deyir Helsinki Universitetində fin və nord tarixi professoru Panu Pulma, – Çarpayışəkilli qutuların hədiyyə edilməsi o demək idi ki, uşaqlatr valideynlərindən ayrı yatmağa vərdiş etməlidirlər”.

Sonralar hədiyyə paketindən uşaq süd butılkalarını və əmzikləri ixtisar etdilər ki, anaları uşaqlarını əmizdirməyə sövq etsinlər.

“Bütün sistemin məqsədlərindən biri bu idi ki, uşaqlar ana südü ilə böyüsünlər, – deyir Pulma, – Elə belə də oldu”.

Onun fikrincə qutuya şəkilli kitabın əlavə edilməsi də faydalı idi, çünki uşaqar kitabı əldə saxlamağı və günlərin bir günü oxumağı öyrənirdilər.

Pulma deyir ki, bütün bunlardan başqa qutu həm də bir simvoldur. Bərabərlik ideyasının, uşaqlaırn mühümlüyünün simvolu.

Analıq bağlamasının tarixçəsi

 1938: Finlandiyada Analıq Qrantı haqqında qanun qəbul edilib. Bu qanunun sayəsində uşaq doğmuş qadınların üçdə ikisi nəqd pul qrantı, analıq bağlaması və ya hər ikisini alıb

– Bu bağlamadan həm də uşaq çarpayısı kimi istifadə oluna bilərdi, çünki ən yoxsul evlərdə uşaqların yatması üçün təmiz yer yox idi

– 1940-cı illər: Müharibə illərinin qıtlığına baxmayaraq bu layihə davam etdirildi, çünki çox sayda fin evlərini bombardman və evakuasiya vaxtı itirmişdi

– 1942-6: Parça bələklər və analıq döşəkağları kağızla əvəz edilib

– 1949: Gəlir yoxlaması ləğv olunub və hədiyyə bütün analara təqdim olunmağa başlayıb. Bir şətrlə ki, analar doğuşqabağı klinikalara baş çəkməli idilər

– 1957: Parçalar və toxuma materiallarını hazır geyimlər əvəz edib

– 1969: Bağlamalara bir dəfə istifadə olunan əskilər əlavə edilib

– 1970-ci illər: Daha çox qadının işləməyə başladığı bu illərdə qeyri-elastik ağ geyimlər, asan yuyulan elastik və rəngarəng geyimlərlə əvəzlənib

– 2006: Parça əskilərin verilməsi bərpa edilib, lakin hədiyyə paketindəki süd şüşəsi çıxarılıb. Məqsəd qadınları uşaqlarını döşlə əmizdərirməyə sövq etmək idi.

Mənbə: Ailem.az

Uşaq peyvənd olunubsa, bunlara riayət edin

peyvend_9000ef084b6b06e946c770c49b6bc0dfSon zamanlar bəzi valideynlər uşaqlara peyvəndlərin vurulmasından imtina edir. Bu, çox təhlükəli haldır. Bununla valideyn tək öz uşağını deyil, digər uşaqları da təhlükə altına salır.

İmtinaya səbəb kimi valideynlər peyvənddən sonrakı “reaksiya”lardan qorxduğunu göstərirlər. Lakin statistika göstərir ki, 99,9% hallarda peyvənddən sonra mümkün olan fəsadların səbəbi peyvənd yox, uşaq orqanizminin xüsusiyyətləri və bir çox hallarda uşağa düzgün olmayan baxımdır.

Peyvəndlərdən sonra mümkün olan fəsadları minimuma çatdırmaq üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır. Bagcam.az saglamolun.az-a istinadən həmin qaydaları təqdim edir.

1. İlk növbədə yalnız tam sağlam uşaq peyvənd oluna bilər. Əgər uşaq vaksinasiyaya yaxın 1 ay ərzində heç bir ciddi xəstəlik keçirməyibsə, vaksinasiya günü uşaqda hər hansı xəstəlik, zökəm, öskürək, səpgilər, hərarət, ishal, qəbizlik yoxdursa, uşaq peyvənd oluna bilər. Lakin hər halda peyvənddən əvvəl uşaq mütləq həkim tərəfindən müayinə olunmalıdır.

Soyuqdəymə, qrip, digər infeksion xəstəliklikdən sonra 1 ay gözləmək lazımdır. Daha tez vurulan peyvənd müxtəlif ağırlaşmaların inkişafına səbəb ola bilər.

2. Peyvənddən 1 gün əvvəl, peyvənd günü və peyvənddən 1 gün sonra uşağı həddindən artıq yedizdirməyin. Bağırsaq nə qədər az yüklənərsə, o qədər yaxşıdır. Uşağa kifayət qədər maye verin.

Peyvənddən 1 gün əvvəl, peyvənd günü və bir neçə gün sonra (1 həftəyə qədər) uşağa yüksək allergiya xüsusiyyətlərinə malik olan qida məhsulları (yumurta, balıq, sitrus meyvələri, qoz-fındıq, şokolad, konservləşdirilmiş məhsullar, yağlı bulyonlar və s.) vermək olmaz.

Körpə uşaqların qidalanmasına peyvənddən 1 gün əvvəl, peyvənd günü və peyvənddən təxminən 1 həftə sonra yeni qidaları daxil etmək olmaz.

3. Peyvənd olunduqdan sonra uşağı soyuqdəymədən, infeksiyalardan qorumaq, bir müddət digər uşaqlar və böyüklərlə ünsiyyətini məhdudlaşdırmaq lazımdır. Bu məqsədlə uşağı dükana, uşaq bağçasına, teatra və s. yerlərə aparmayın.

4. Bütün peyvəndlər üçün müəyyən əks göstərişlər mövcuddur: əvvəlki peyvəndə qarşı güclü reaksiya və ya postvaksinal fəsadlar, ilkin immunodefisitlər, onkoloji, autoimmun, proqressivləşən sinir sistemi xəstəlikləri, allerqik xəstəliklər. Bunu mütləq nəzərə almaq lazımdır.

5. Valideynlər həkimdən peyvənddən sonra uşaqda baş verə biləcək fəsadlar haqqında ətraflı məlumat almalı və lazım olduqda dərhal həkimə müraciət etməlidir.

“Valideynlər uşaqlara tualet vərdişlərini öyrətməlidirlər”

enurezUşaqlarda  ən çox rast gəlinən hallardan biri enurezdir. Enurez uşaqlarda sidik saxlamama kimi bir patologiyadır. Bu barədə GSR.fm-ə müsahibə verən “İndigo” uşaq bağçasının pediatrı Şəlalə Orucova bildirib ki, uşaqlarda belə hal  4-5 yaşına qədər müşahidə olunursa, bu normal qəbul edilməlidir:

“Adətən uşaqlarda gecə enurezinə rast  gəlinir. Əgər bu, uşaqlarda gündüzlər də baş verirsə, məsələyə daha ciddi yanaşmaq lazımdır. 4-5 yaşından yuxarı olan uşaqlarda sidik saxlamama kimi problem olduğu halda, valideynlər həyəcan təbili çalmalıdırlar. Öncə uşaqların yaş xüsusiyyətlərini, rejimini, qidalanmasını nəzərə almaq lazımdır. Məsələn, yay mövsümündə qarpızdan və ya başqa qidadan bədəndə olan mayenin miqdarı arta bilər. Yaxud uşaq  yatana yaxın çox su içə bilər. Bu kimi səbəblərdən uşaq sidiyə gedərsə, bu normaldır. Əgər belə hal daim baş verirsə,  su və ya başqa qidadan olmursa, valideynlər mütəxəssislərə müraciət etməlidirlər: uşaq uroloqları, pediatrlar, həmçinin nevropatoloqlar”.

Şəlalə xanım onu da qeyd edib ki, enurezə səbəb olan amillərdən biri də uşaqlara düzgün tualet vərdişlərinin vaxtında öyrədilməməsidir:

“Uşaq əgər normal inkişaf edirsə, 1 yaş 3 ayından sonra valideynlər tualet vərdişlərini öyrətməlidirlər. Təbii ki, tez olmağı daha təqdirəlayiqdir. Analar uşaqlara bu vərdişi sevdirməlidirlər ki, onlarda hər hansısa psixoloji travma olmasın”.