Yaradıcı zövqü inkişaf etdirən musiqi dərsi

Fiziki, ruhi və zehni sağlamlıqlarını qoruya bilmək üçün ibtidai təhsil çağındakı uşaqları müxtəlif fəaliyyətlərə yönəltmək lazımdır. Musiqinin də içində olduğu nizamlı bədii fəaliyyətlərlə uşaqların üzərindəki təzyiqlərin yüngülləşdirilməsi təmin edilməlidir.

Musiqi, özünü ifadə etmə bacarığı ilə yanaşı, yaradıcı zövqü inkişaf etdirməyə, səs və dil inkişafı ilə birlikdə mücərrəd düşünməyə kömək edir. Bu səbəbdən “İndiqo” uşaq bağçasında musiqi dərsinin tədrisinə xüsusi diqqət ayrılır. Bagcam.az Sizə musiqi dərsindən video çarxı təqdim edir:

Yaxşı bağçanın 10 önəmli xüsusiyyəti

14494693_1182616551808575_9007049116277830627_nMəktəbdən öncəki dövr   uşaqların öyrənmək istəyini, ümumi biliklərini zənginləşdirdiyi, başqaları ilə ünsiyyət qurmaq, uyğunlaşmaq kimi sosial bacarıqlarını inkişaf etdirdiyi, ətrafa və dünyaya açıldığı dövrdür.

Məktəb öncəsi təhsil uşaqların məktəbə hazırlanması, akademik bilginin oyun saatını əvəzləməsi yaxud uşağın uğurunu dəyərləndirən standart testlərə arxayın olmaq deyil.

Məktəb öncəsi tədris planı ənənəvi təhsil metodları ilə yanaşı fərdi və qrup işləri, dinləmək, düşünmək, planlamaq, qiymətləndirmək kimi fəaliyyətləri özündə əks etdirir. Yaş qrupunun özəlliklərinə uyğun olaraq yaradılan məktəb öncəsi sinif uşaqların mənlik anlayışı və hörmətini, eyni zamanda onların mədəni şəxsiyyətini formalaşdırır, fərdi olaraq güclü olduqları sahələr haqqında məlumatlandırır və müstəqil hərəkət edə bilmək bacarığını inkişaf etdirir. Bu zaman ərzində mehriban və həssas rəhbərlərin nəzarəti ilə uşaqlar öz davranışlarını idarə etməyi öyrənirlər.

Məktəbəqədər dövrdə uşaqların öyrənmək istəyi və marağı olur. Bir çox mənbə bu marağı artıran, uşaqları intellektual sahədə inkişaf etdirə biləcək yaxşı bağçalarda olan 10 xüsusiyyəti belə sıralayıb:

  1. Yaxşı bağçada uşaqlar materiallar və ya dostları ilə oynayır və çalışırlar. Məqsədsiz gəzən və uzun müddət səssiz şəkildə oturmağa məcbur edilən uşaq olmur.
  2. Uşaqlar gün ərzində şəkilli kitablar, boyalar, oyuncaqlar, qutu oyunları kimi bir çox fəaliyyətlə məşğul olurlar. Uşaq hər anını dostları ilə eyni şeyi edərək keçirmir.
  3. Müəllimlər fərdi olaraq uşaqlarla işləməklə yanaşı, kiçik və böyük qruplarla da məşğul olur.
  4. Siniflər uşaqların düzəltdikləri əşyalarla doludur və bunları sərgiləməkdə bərabər hüquqlara malikdirlər.
  5. Uşaqlar rəqəmləri, riyazi anlayışları, hərflərin bir səsi ifadə etdiyini gündəlik həyatın parçası olaraq öyrənirlər. Bitki və heyvanların yaşam tərzini araşdırmaq, qrup ilə birgə yeyilən səhər və günorta yeməyi, bağça oyunları uşaqlar üçün hazırlanan dəyərli fəaliyyətdir.
  6. Uşaqlar bağçada uzun müddətli oyun və kəşf fürsətlərinə sahibdir. Layihələr yaradır, onun üzərində təkrar çalışır və düşünürlər.
  7. Uşaqlar hər gün açıq havada oynaya bilir. Təbiət ilə zaman keçirir, kəşf edirlər.
  8. Müəllimlər gün ərzində uşaqlar üçün tez-tez kitab oxuyur və onlara həmin kitabları şəkilli oxumaqlarına fürsət yaradır.
  9. Məktəbəqədər təhsil proqramı dəstəyə ehtiyacı olanları dəstəkləyəcək, bacarığı olanları daha da inkişaf etdirəcək formada hazırlanır. Uşaqlar istedadları, öyrənmək maraqları ilə bir-birilərindən fərqlənirlər. Təbii olaraq, hər uşaq eyni zaman, fəaliyyət və üsulla öyrənmir.
  10. Uşaqlar bağçaya getməkdən zövq alır, valideynlər isə övladlarını güvənərək təslim edirlər.

Hər bağça sinfi və tədris planı uşaqların xüsusiyyətləri və maraq obyektlərinə görə fərqli olur. Ortaq olan tək şey uşağın inkişafının hədəflənməsidir.

Bağça yaşlı uşaqlar üçün inkişafetdirici oyunların əhəmiyyəti

687bigUşaqlıq – şəxsiyyətin formalaşdığı ən vacib dövrdür. Bu illərdə uşaq ətraf aləm haqqında ilkin təsəvvürlər qazanır. Oyun uşağı əhatə edən reallıqdır. Məhz aktiv fəaliyyət etmək tələbatı onu oyuna sövq edir. Oyunda uşağın öyrənmə prosesi çox  asan və tez baş verir. Bu baxımdan uşaqlar üçün inkişafetdirici oyunlar böyük əhəmiyyət kəsb edir. Belə ki, inkişafetdirici oyunlar uşaqların nitqini, diqqətini, yaddaşını, məntiqi təfəkkürünü, yaradıcı təxəyyülünü  inkişaf etdirir.

İnkişafetdirici oyunların bağça yaşlı uşaqların həyatında rolu barədə bagcam.az saytına “Education Management Network”un təlim-tərbiyə işləri üzrə mütəxəssisi Xalidə Rzayeva məlumat verib:

Oyunların uşaqların həyatında rolu

İnkişafetdirici oyunlar uşaqların həyatında ən məşhur əyləncələrdən biridir. Məktəbəqədər yaş dövründə olan uşaq oyun vasitəsilə rəngləri, fiqurların formalarını, fəsilləri, ayları, hərfləri, rəqəmləri, toplama-çıxma əməllərini və xarici dilləri öyrənir. Parlaq əyani vəsaitlər uşaqların diqqətini cəlb edir və oyuna maraq oyadır.

Əgər uşaq kompüter texnologiyası vasitəsi ilə oyunlara cəlb olunursa, valideynlər unutmamalıdır ki, azyaşlı uşaqlara kompüter qarşısında 10-15 dəqiqədən artıq vaxt keçirmək olmaz. Belə oyunların müddəti uşağın yaşına uyğun olaraq qısa olmalıdır.

Uşaqların inkişafı üçün onlara dəstək olaq

Tapşırığı uşağa təklif edərkən həmin tapşırığın onun gücünə uyğun olub-olmadığını yoxlamaq lazımdır. Çünki yalnız həllini tapdığı tapşırıq uşaqda özünə əminlik hissi yarada bilər. Uşaq tapşırıq vaxtı çətinliklə rastlaşırsa, ona bir qədər dəstək olun, düzgün  düşünməsi üçün ipucu verin ki, növbəti dəfə tapşırığın öhdəsindən sərbəst gələ bilsin.

Uşaqdan tapşırığın həlli yolunu soruşun, belə etməklə siz ona öz fəaliyyətini şüurlu izah etməyi öyrədəcəksiniz. Hər dəfə onu həll olunmuş tapşırığa görə tərifləyin, onda tədqiqatçılıq hissini oyatmağa çalışın. Yadda saxlayın, bu gün öyrənmək həvəsini uşağa oyun vasitəsi ilə verirsinizsə, gələcəkdə özü də yeni biliklər qazanmağa can atacaq.

Məntiqi oyunların uşaqlara öyrətdikləri

Oynamaq və eyni zamanda intellekti inkişaf etdirmək möhtəşəmdir. Məntiqi tapşırıqlar uşaqlara toplanmış bilikləri təcrübədə istifadə etməyi, düşünməyi, faktları müqayisə və analiz etməyi, mümkün nəticələri təsnif etməyi öyrədir. Bu bacarıqlar uşaqların gələcəkdə məktəbdə qazandığı uğurlara təsir edəcək.

Məntiqi inkişaf etdirməyin yolu

Ən uğurlu yol – əyləncə yolu ilə, inkişafetdirici oyunlarla maraqlandıraraq uşaqlarda məntiqi təfəkkürü gücləndirməkdir. Çünki oyun uşağa bütün hallarda uyğun gələn yeganə fəaliyyət növüdür.

Uşaqlar üçün “Özün Rənglə”

Uşaqların maraqlarına uyğun seçilmiş “Özün Rənglə” təsvirləri balacalara pozitiv hisslər bəxş edir. Bu proses zamanı uşaq müxtəlif rənglərin köməyi ilə individual aləm yaradır və öz emosional halını rəsmə ötürür, öz şəxsi situasiyalarının modelini yaradır. Həmçinin bu yolla balacanın əl motorikası, detallar üzərində uzun müddət diqqətini cəmləməsi bacarığı, təxəyyülü, yaradıcılığı inkişaf edir. “Özün Rənglə” uşaq psixikası üçün  böyük terapevtik effektə malikdir.  Belə ki,  özünü yaradıcılığa həsr edən uşaq bu dövrdə tez-tez baş verən depressiya təhlükəsindən də uzaqlaşır.

Uşaqlarda diqqəti inkişaf etdirməyin yolu

Məktəbəqədər və məktəb dövründə uşaqların diqqət əksikliyinə və daim diqqətinin yayınmasına tez-tez rast gəlinir. Bu halların qarşısının alınması üçün diqqəti inkişaf etdirən “Fərqi tap”, “Əşyanın digər tayını tap” kimi oyunlar təşkil etmək lazımdır.

Yaddaşı inkişaf etdirən oyunlar

Yaddaş uğurlu təlimə gedən birbaşa yoldur. Mütəmadi olaraq yaddaşı möhkəmləndirən oyunlar oynamaq uşağın məktəb dövründə əldə edəcəyi uğurlara zəmin yaradır. Tapmacalar, müxtəlif rebuslar (sözlərin şəkillərlə təqdim olunması), “Yadda saxla və tap” kimi oyunlar balacaların yaddaşını inkişaf etdirir. Əgər uşağın həvəsi şahmat oyununa yönəlsə, yaddaşın möhkəmlənməsi baxımından gözəl nəticə əldə etmək olar.

Uşaqlar üçün “Puzzle”ın faydaları

“Puzzle”lar faydalı inkişafetdirici oyunlardır. Bu oyun vasitəsilə uşaqda kiçik motor, fantaziya, rəng anlayışı, səbr, dözümlülük, müşahidəçilik və diqqətini bir yerə toplamaq bacarığı inkişaf edir.

Valideynlərin 4 səhvi

sualBagcam.az valideynlərin uşaq böyüdərkən etdiyi dörd “səhv”i təqdim edir:

1. Uşağım üşüsə xəstə olar, qalın geyindirməliyəm.

Uşaqlar üşüdüyü üçün yox, hava soyuyanda havada mikroblar artdığı üçün xəstə olurlar. Qışda qapalı mühitdə çox insan olduğu üçün mikroblar daha tez yayılır.

Qalın geyindirməklər tərləmənin artdığını söyləyən Dr. Özlem Eroğlu Kayacık, əslində bu şəkildə xəstəliklərə dəvət verdiyimizi deyir. Qalın geyimlərlə tərləyən uşaqlar  soyuğa çıxsa, daha tez xəstə olurlar.

2. Zəif uşaq daha çox xəstə olur. İştaha açan həb istifadə etməliyəm.

Əgər həkim uşağın inkişafını normal hesab edirsə, çox yesin deyə məcbur etməyə ehtiyac yoxdur. Uşağın artıq çəkili olması yox, düzgün qidalanması lazımdır.

Dr. Özlem Eroğlu Kayacık belə deyir : “Xüsusilə tərəvəz, meyvə, qırmızı ət, qatıq, yumurta ilə qidalanması sağlamlıqdır. Onlara şokolad, şəkər verilməməlidir. Quru meyvələr verilməlidir. Əgər bunları yeyirsə, vitamin həblərinə ehtiyac yoxdur.”

3. Çimsə xəstə olar.

Soyuq havada uşaq çimsə, xəstələnəcəyini düşünürlə. Amma çimmək uşaqları rahatladır, mikrobları bədəndən uzaqlaşdırır. Əgər eviniz soyuq deyilsə, yazda hər gün, qışda həftədə 3-4 dəfə çimizdirin.

4. Qrip oldum, körpəni əmizdirsəm o da mikroba yoluxar.

Dr. Özlüm EroğluKayacık “Ana əmzirdikcə xəstəliyə qarşı yaranan müvazinət gücü olan maddələrdə uşağa keçər və körpənin orqanizmini müqavimətli edər. Qrip daha çox nəfəs yolu ilə, öpməklə keçir”.

Mənbə:qadin.net

Uşağınızı mənfi duyğulardan xilas edin

usaq_valideynBütün valideynlər uşağının böyüyəndə yaxşı insan olmasını istəyir. Lakin bunun üçün ona verilən tərbiyə mühüm rol oynayır. Uşağınızı yaxşı tərbiyə etmək üçün bu yazını oxuyun.

Uşaqlarınızla vaxt keçirin

Uşaqlarınızla tez-tez vaxt keçirməlisiniz. Problemlərini dinləməli və onların xoşladığı işlərə maraq göstərməlisiniz. Ən əhəmiyyətlisi isə danışarkən uşağa biganə yanaşmayın, onu diqqətlə dinləyin. Bununla övladınızın şəxsiyyəti haqqında məlumat toplayarsınız. Sizin bu davranışlarınız sayəsində digərlərinə dəyər verməyi və maraq göstərməyi öyrənəcək.

Sizin üçün nə qədər qiymətli olduğunu deyin

Psixoloqların araşdırmalarına görə, bir çox uşaq valideyni üçün nə qədər əhəmiyyətli olduğunun fərqində deyil. Sizin üçün nə qədər qiymətli olduqlarını hiss etdirmək kifayət deyil, bunu onlara söyləməlisiniz. Əks təqdirdə uşağınız dəyərli olduğunu və ya sevildiyini hiss etməz.

Problemlərindən qaçmamağı öyrədin

Məsələn, uşağınız artıq futbol kursuna getmək istəmədiyini söyləsə, ondan bunun səbəbini soruşun və komanda yoldaşlarına ilə olan problemini deməsini istəyin. Əgər hələ də qərarını dəyişməsə, başqa bir məşğuliyyət tapmasına kömək edin.

Hər gün uşağınızdan hər hansı bir mövzuda kömək istəyin və kömək etdiyi üçün təşəkkür edin.

Araşdırmalar minnətdarlıq görən insanların mərhəmət duyğusunun inkişaf etdiyini, daha comərd və kömək edən olduğunu göstərib. Buna görə də uşağınıza gün ərzində kiçik işlər verin və sonda ona təşəkkür edin. Psixoloqlar uşağınızın səmimi şəkildə sizə kömək etdiyi vaxtlarda onları mükafatlandırmağı də məsləhət görür.

Uşağı mənfi duyğulardan xilas edin

Hirs, nifrət, utanma və qısqanclıq kimi mənfi hisslərdən xilas olmasında uşağınıza kömək edin. Beləliklə, onun fikirlərinin dolaşıq düşməsinin də qarşısını alarsınız. Uşağınızın özünü analiz etmə bacarığı onun gələcəkdə mərhəmətli və şəfqətli bir fərd olmasını təmin edər. Uşağınızın psixoloji tarazlığını də inkişaf etdirin. Ona dünyanın nə qədər böyük, mürəkkəb və maraqlı bir yer olduğunu başa salın. Psixoloqların araşdırmalarına görə, az qala bütün uşaqlar yalnız ailə və dostlarından ibarət olan kiçik dünyalarına maraq göstərirlər. Bu məhdud dünyanın xaricinə çıxıb, başqa insanlar və hadisələrlə tanış olmaları əhəmiyyətlidir.

Mütəxəssislər deyir ki, uşağı nəzakətli, şəfqətli və mərhəmətli bir fərd olaraq yetişdirmək asan deyil. Ancaq bu, hamımızın bacara biləcəyi bir işdir. Dünyada heç bir şey sizə bu müvəffəqiyyətin bəxş etdiyi xoşbəxtliyi verə bilməyəcək.

Mənbə: Aile.lent.az

Uşaqların iştahasızlığının səbəbləri

istahsizliqİştah nədir? Bu, insanda ac olduğu zaman yemək yeməyə olan həvəsidir.

Tam nevroloji sağlam uşaqlarda iştahasızlıq 25%, nevroloji problemi olan uşaqlarda isə 80% hallarda rast gələ bilir. Aşırı iştahasızlıq anoreksiya adlanır. Uşaqlarda ən çox 6-36 ay arasında rast gəlinir.

İştahasızlıq – uşağın böyümə və inkişafı üçün lazım olan qidalardan hər hansı səbəbə görə imtina etməsidir. Bəs bu səbəblər nədir? Ümumiyyətlə uşaqlarda 1-2 % hallarında ciddi iştahasızlıq səbəbləri vardır.

Risk faktorları bunlardır:

  • vaxtından əvvəl doğulma
  • ailədə ilk uşaq
  • nevroloji və və ya anatomik problemlərin olması
  • işləyən ana-atanın olması
  • düzgün olmayan qidalanma
  • baxımın düzgün olmaması
  • ailə içi psixoloji problemlərin olması.

İştahasızlıq səbəblərini bu cür sıralamaq olar: orqanik, psixoloji, qidalandırma xətaları.

Orqanik: İştahasızlığın səbəbi mədə-bağırsaq sisteminin xəstəlikləri (kəskin qastroenterit, ishal, qastroezofaqal reflü və s.), onların patologiyaları ola bilər. Məsələn, udma aktının normal olmaması, ağızda yaraların və çürük dişlərin olması və s.

Xroniki xəstəliklər, məsələn, vərəm zamanı uşaqda iştahasızlıq ola bilər.

Uşaqda dəmir defisitli anemiyalar zamanı “grelin” adlı maddənin sintezinin pozulması nəticəsində iştahasızlıq əmələ gəlir. Bu defisiti aradan qaldırdıqda isə iştahasızlıq şikayəti də aradan qalxmış olur.

Psixoloji: Qidalanmaya təsir edən hər hansı bir mental xəstəliklər (autizim, bəzi psixi xəstəliklər).

Qidalandırma xətaları: Sadə də olsa, bəzi səbəblər vardır ki, onlar məhz iştahsızlığı yarada bilər. Məsələn, ananın uşağı zorla yedirtməsi, daima onun ağzının kobud şəkildə silinməsi, vaxtından əvvəl qatı qidalara başlanması, aşırı cəza verilməsi və ya qiymətləndirilməsi.

Uşaq tərəfdən hansı səbəblər ola bilər:

  • hələ bu kimi qidalanma üçün tam inkişaf etməməsi,
  • “neofobi” – hər hansı yeni qidanı qəbul etməkdən imtina,
  • travmatik qida verdikdən sonra uşaqda əmələ gələn qaşıq qorxusu,
  • uşağın hədsiz dərəcədə aktiv və ya fikrinin dağınıq olması.

Ümumiyyətlə, yemək verən zaman uşağa görə davranmaq lazımdı. Belə ki, adi uşaqda bu şikayətlər yoxdur. Onlar aktivdirlər və xəstələndikdə və ya hər hansı narahatçılıqları olan zaman iştahasızdırlar.

Çox hərəkətli uşaq. Onlar gün ərzində 2 dəfə yaxşı yeyib sonrakı hallarda isə az yeyirlər. Buna görə narahat olmaq lazım deyil.

Çox qapalı uşaqlar isə sevdikləri tərəfindən yedizdirilmələrini istərlər və qidaya qarşı çox seçicidirlər.

Diqqət əskikliyi olan uşaqlar. Onlar səssiz və sakit şəraitdə yeməyi sevirlər.

Əgər uşaq yeməyə qarşı seçicidirsə, onun da dərmanı yoxdur.

Bundan başqa uşaqlarda iştahasızlığa səbəb kimi səliqəsiz yemək yemə, televizorla yedirtmə, səs-küylü şərait, yeməyin hədsiz duzlu, istiotlu olması, böyük qaşıqla, kobud yedirdilməsi və s. göstərilir.

Uşaqda əlavə qidaya keçən zaman mütləq oturma, udma, bağını dik tutma kimi funksiyaları yerinə yetirməlidir.

1 yaşa kimi uşaqlarda son illərdə “neofobi” deyilən bir hal qeyd edilir. Hansı ki, bu halda yeni qidaları uşaq qəbul etmir və ya etmək istəmir. Bu haldan qorxmaq lazım deyil. Zamanla uşaq bu hala alışacaqdır.

Uşağın boyu və çəkisi normalara uyğundursa, o zaman uşağın yediyi ona yetir. Ümumiyyətlə, yersiz verilən vitaminlərdən qaçmaq lazımdır. Belə ki, bu zaman onların toksiki təsiri də qeyd edilir. Bundan əlavə fol turşusu və niasin preparatlarının verilməsi də uşağın iştahanı normallaşdıra bilər. Lakin sonradan yenə əvvəlki vəziyyətə qayıdacaq.

Sizin uşaqlara sevə-sevə verdiyiniz vitaminlər ağır xərçəng xəstəliyi zamanı əmələ gələn kaxeksiya üçün nəzərdə tutulmuşdur. Məsələn, omega-3,  siproheptadin, megestral asetat və s. kimi tərkibli dərmanlar bu siyahıya aiddir.

Niasin adlı iştahaaçıcı dərmanın isə çox istifadə edildikdə uşaqda 2-ci tip şəkərli diabetin əmələ gəldiyi sübuta yetirilib.

İştahaaçıcı qidalara acı bibər, istiot, adaçayı, nanə, darçın, qırmızı bibər aiddir.

Uşaqlarda iştahasızlıq olduqda mütləq 1-ci növbədə orqanik və psixoloji səbəblər aradan qaldırılmalıdır. Əgər bu səbəblər qeyd edilmirsə, onda digər səbəbləri araşdırmaq və aradan qaldırmaq lazımdır. İşatahaaçıcı dərmanlardan istifadə edilməməlidir!

Pediatr Gülnar Abdullayeva

“Bağçam Valideynlik Klubu” təqdim olunub

unnamed (2)Fevral ayının 12-sində “Education Managment Network”a daxil olan bağçalarda təhsil alan uşaqların valideynləri üçün “Bağçam Valideyn Klubu”nun təqdimatı keçirilib.  Təqdimatda valideynlərlə birgə klubun məqsədləri, fəaliyyəti haqqında müzakirələr aparılıb.

Bu barədə Bağçam.az saytına  “Bağçam Valideynlik klubu”nun koordinatoru Rumiyyə Kərimova məlumat verib. Rumiyyə xanım klubun yaradılması və gələcək fəaliyyəti haqqında da  danışıb:

“Valideynlik klubunun məqsədi valideynlərlə bağça arasında mənəvi bağı gücləndirmək, uşaq inkişafı ilə maraqlanan valideynlərin şəbəkəsini yaratmaqdır. Klubun fəaliyyəti çərçivəsində gələcəkdə valideynləri maraqlandıran mövzular ətrafında görüşlərin keçirilməsi nəzərdə tutulur. Belə görüşlərlə yanaşı, seminarlar, forumlar, ustad dərsləri, müzakirələr, müsabiqələr, xeyriyyə aksiyalarının keçirilməsi də planlaşdırılır. Bütün bunlar valideynlərin maraqları əsasında təşkil olunacaq.

Klubda valideynlər əsasən uşaq inkişafı, uşaq tərbiyəsi mövzusunda məlumatlanacaqlar. Eyni zamanda valideynlərin öz üzərlərində işləyə biləcəkləri mövzular da müzkirəyə təqdim olunacaq. Bura ailə və qadın psixologiyası, vaxtın idarə olunması daxildir.
Rumiyyə xanım bildirib ki, təqdimatda iştirak edən xanımlar günün sonunda
 “Sevgi xurcunu” adlı ustad dərsində də iştirak ediblər:

“Tədbirimizin sonunda xanım valideynlərin iştirakı ilə əl işləri hazırlandı. Xanımlar “Sevgililər günü” ərəfəsində  atalar, necə deyərlər ikinci yarlar üçün “sevgi xurcunu” düzəldiblər.

Sonda Rumiyyə xanım klubun valideynlərinə iştirak  üçün təşəkkür edib.unnamed (1)

unnamed

 

“Bağçada tərbiyəçi, psixoloq və  loqoped sıx əməkdaşlıq etməlidir”

psixoloqDünyaya göz açan körpənin ilk mühiti onun ailəsindən ibarət olur. Üç yaşından etibarən isə uşaqların həyatında növbəti sosial mühit, təhsilin başlanğıc pilləsi hesab olunan bağça əsas yer tutur. Burada uşaq ilkin biliklərlə yanaşı, həmyaşıdları ilə ünsiyyət qurmağı, güzəştə getməyi, ətraf aləmlə tanış olmağı, öz dünyasını kəşf etməyi öyrənir. Bunların düzgün öyrənilməsində bağçadakı pedaqoji heyət, psixoloq və loqoped xüsusi rol oynayır.

Bəs bağçada fəaliyyət göstərən psixoloq və loqopedin işi nədən ibarətdir? Bu sualın cavabını “Baby Star” uşaq bağçasının psixoloqu Günel Məhərrəmli bagcam.az üçün açıqlayıb:

“Psixoloq psixoloji təhsili olan, həm elmi, həm də psixoloji yardım sahəsində fəaliyyət göstərən mütəxəssisdir. O, kliniki cəhətdən normal, sağlam  uşaqlarla işləyə, onlara psixoloji yardım göstərə bilər. Tibbi təhsili olmadığına görə, diaqnoz təyinetmə və dərman preparatı yazmaq hüququ yoxdur. Loqoped isə nitq qüsurlarını aradan qaldırmağa,  eyni zamanda nitqi olmayan uşaqların nitqini inkişaf etdirməyə yardım edən xüsusi mütəxəssisdir.

Bağçada loqoped, psixoloq və tərbiyəçi sıx əməkdaşlıq etməlidir. Belə ki, gün ərzində uşağı müşahidə edən tərbiyəçi onun müvafiq davranışları haqqında psixoloqa müraciət edir. Psixoloq uşağın müxtəlif davranışlarını valideyni ilə müzakirə edir, problem olarsa, çıxış yolu tapmaqda köməklik göstərir. Bəzən ailədə baş verən hər hansı dəyişiklik uşağın psixoloji vəziyyətinə təsir göstərir. Bura valideynlərarası konfliktlər, uşağa düzgün yanaşmamaq, ailədə ikinci övladın dünyaya gəlməsi və böyük uşağın kiçik bacısına (qardaşına) olan qısqanclığı, ona kifayət qədər diqqətin ayrılmaması daxildir. Bunlarla bərabər, uşağa həddən artıq diqqətin olması, hər istəyinin yerinə yetirilməsi, digər həmyaşıdları ilə müqayisəsi, aqressiv cizgi filmlərini seyr etməsi də mənfi təsirlərə daxildir. Bundan əlavə, ananın hamiləlik dövründə keçirdiyi stress, həyəcan, qorxu da uşağa ötürülə bilir. Bu hallarda uşaqla yalnız psixoloq, pedaqoq deyil, ailə də işləməli, ona qarşı olan münasibəti dəyişməlidir”.

Günel xanım bildirib ki, uşaqda aqresivlik (həmyaşıdlarını vurmaq, oyuncaqları atmaq, deyilənləri dinləməmək və s.) müşahidə olunursa, bunun ilkin səbəbi nitq geriliyidir:

“Özgüvəni aşağı olan, qapalı, utancaq və eyni zamanda  nitq qüsuru olan uşaqla loqopeddən əlavə, mütləq psixoloq da işləməlidir. Belə ki, loqoped onunla səslərin düzgün tələffüzü, psixoloq isə özgüvəninin yüksəlməsi üzərində işləyir. Beləliklə, onun həmyaşıdları ilə ünsiyyət qurmasına şərait yaradılır. Vaxtında aşkar olunmuş problem kompleks şəkildə (bağça heyəti və valideynlərlə birgə) öz həllini tapır”.

Qeyd edək ki, bu kimi problemlərin yaranmaması üçünEducation Management Network”a daxil olan bağçalarda uşaqların inkişaf qiymətləndirilməsi aparılır. Bu qiymətləndirmədə uşağın fiziki, idraki, mədəni-estetik və sosial-emosional bacarıqları, eyni zamanda nitq inkişafı da yoxlanılır.

Uşaqlarda ağız qoxusu

agiz_qoxusuUşaqlarda ağız qoxusu anaların çox narahatlığına səbəb olan bir əlamətdir.

Uşaqlarda ağız qoxusunun ən sıx səbəbləri; Diş, diş əti, damaq problemləri ilə əlaqəli olub, Üst tənəffüs yolu xəstəlikləri, Boğaz infeksiyaları, Burun və Burunətrafı ciblərin iltihabında, Ağciyər, bəzi metobolik xəstəliklərdə, Mədə, Qida borusu və Reflyuks xəstəliyində də uşağın nəfəsindən xoşagəlməz qoxu gələ bilər.

Bundan başqa allergik xəstəliklər, allergik rinitə bağlı burun tıxanıqlıqlarında uşaq ağızla nəfəs aldığı üçün, ağız quruluğuna bağlı xoşagəlməz qoxu əmələ gəlməyə başlayır.

Körpələrdə yeyilən qidalar diş səthi, dilin arxası və badamcıqlar üzərində toplanıb qaldığında ağız boşluğunda bakteriyaların bu qidaları parçalayaraq sülfürlü birləşmələr əmələ gətirir və ağızda pis qoxu əmələ gəlir. Uşaqlarda burunda qalan yad cisimdə qoxu yaradır.

Uşaqlarda metobolizm sürətli getdiyi üçün gün ərzində mayeyə tələbatda yüksəlmiş olur.Bol maye qəbul etməyincə ağız boşluğunda quruluq və pis qoxu əmələ gəlməyə başlayır. Uşaqların qəbul etdiyi bəzi dərman preparatları da(allergiya əleyhinə dərmanlar) ağız quruluğuna bağlı pis qoxu əmələ gəlməsinə səbəb olur. Uşaqların uzun müddət istifadə etdiyi əmzik və yemək şüşələri ağız boşluğunda bakteriyaların artıb çoxalmasına və pis qoxuya səbəb olur. Əmzik və yemək şüşələrini tez tez dəyişdirmək lazımdır.

Uşaqlarda qida borusu və mədə arasında məsafə qısa olduğundan yeyəcəklər asanlıqla qida borusuna geri qayıdaraq qoxuya səbəb olur. Bundan başqa Parazitar xəstəliklər, Ağciyər, bəzi metabolik xəstəliklər, şəkər,qaraciyər və böyrək çatmazlığı da ağız qoxusunun az rast gəlinən səbəblərindəndir.
Ağız qoxusunu önləmək üçün ağız gigiyenasına ciddi fikir vermək lazımdır. Dişlərlə yanaşı dilin səthi də hər qidalanmadan sonra təmizlənməlidir, bol maye qəbul etməklə ağız quruluğunun qarşısını almaq, yuxarı tənəffüs yolu infeksiya və altda yatan yuxarıda sadalanan hər hansı bir problem varsa mütləq Pediatra müraciət etmək lazımdır.

Pediatr Dr. Günay Rəsulova

Gələcək gimnastlar uşaq bağçasında böyüyür

Uşalarda güclü və sağlam bədənin formalaşması üçün idman vacib şərtdir. Xüsusilə gimnastika uşaq bədəninə elastiklik qazandırır və inkişafını təmin edir. Bu hal balacaların gələcəkdə də digər idman növlərini asanlıqla mənimsəməsinə kömək edir.
“Education Management Network”a daxil olan uşaq bağçasında davamlı olaraq səhər idmanı və gimnastika dərsləri təşkil edilir. Bagcam.az burada keçirilən gimnastika dərsinin video çarxını Sizə təqdim edir: