Bağçılıq ilə məşğul olan uşaqlar daha ağıllı olur

bagcılıqİngiltərədəki Krallıq Bağbanlıq Dərnəyinin etdiyi bir araşdırma nəticəsində bağ işləri ilə məşğul olan uşaqların daha uğurlu, eyni zamanda ağıllı olduqları müəyyənləşib. Edilən araşdırmada bağda meyvə, tərəvəz əkən uşaqların, etməyənlərə görə daha müvəffəqiyyətli olduğu müşahidə olunub.

Araşdırma üçün 1,300 müəllimlə bərabər işlənilib. Araşdırmanın nəticələri açıq şəkildə təqdim olunub: Bağbanlıq edən uşaqların söz ehtiyatı daha geniş, qida istehsalı ilə bağlı daha məlumatlı, riaziyyat istedadı daha güclü və özgüvənləri daha inkişaf etmiş halda olub.

Mütəxəssislərə görə, bunun səbəbi, uşaqların torpaqla təmas halında olmasıdır. Torpaq bədəndəki bütün neqativ enerjiləri alaraq, uşaqların və yeniyetmələrin daha sağlam və ağıllı olmasına şərait yaradır. Bu vəziyyətə əlavə olaraq, böyütdükləri çiçək, meyvə və ya tərəvəzin böyüdüyünü görmək onları daha özgüvənli edir.

Mənbə: qadin.net

“Valideynlər evdə bağça rejimini davam etdirməlidirlər”

1«Qeyri-sabit hava şəraiti, temperaturun kəskin dəyişməsi uşaqların tez-tez tərləməsi və soyuqlama hallarının artması ilə nəticələnir. Eyni zamanda uşaqların mövsümü meyvə-tərəvəzlərlə az qidalanması da immun sisteminin zəifləməsinə gətirib çıxarır».

Bu barədə Bagcam.az saytına uşaq bağçasının meneceri, pediatr Şəlalə Orucova müsahibə verib.

Valideyn necə əmin ola bilər ki, övladının immun sistemi normaya uyğundur?

– Əvvəlcə qeyd edim ki, il ərzində uşaq 8-12 dəfə xəstələnə bilər. Əgər ağırlaşma olmursa, bu, normaldır. Əksinə, il ərzində bir neçə dəfə ardıcıl olaraq ağır xəstəliklər məsələn, pnevmaniya (ağciyər iltihabı), otit (qulaq iltihabı) və s. keçirən uşaqlar immun sistemi zəif olan hesab edilə bilər.

Bağçada tez-tez xəstələnən uşaqlar 2-3 yaşlı qrup olur ki, bu da çox normaldır. O yaşda olan uşaqlarda immunitetin formalaşması prosesi gedir, bu da ancaq infeksiya ilə qarşılaşma zamanı yaranır. Əgər uşaq bağçaya getmədən birbaşa məktəbə gedirsə, bu proses məktəbdə baş verir. Bu zaman uşaq dərslərdən geri qalır və zəif nəticələr göstərir. Hər bir prosesin öz vaxtı var.

Uşaqlar havalar istiləşdikcə daha çox dondurma, sərinləşdirici soyuq içkilər istəyirlər. Belə olan halda uşaqların soyuq qida ehtiyacını necə qarşılamaq lazımdır ki, onlar xəstələnməsin?

– Bəzən valideynlər immun sistemi gücləndirmək üçün immunmodulyatorlardan istifadə edirlər. Ən gözəl immunmodulyator elə dondurmadır. Uşaq dondurmanı ağzında 10 saniyə saxlayıb udduqdan sonra heç nə olmayacaq. O cümlədən də soyuq içkilər – bir neçə saniyə uşaq ağzında saxlayıb içərsə, heç bir ziyan olmaz. Bunu da tədricən, uşağı öyrəşdirərək etmək lazımdır. Yəni heç dondurma yemiyən uşağa ilk gün 1 dəfə yarım çay qaşığı, ikinci gün 2 dəfə yarım çay qaşığı, üçüncü gün 3 dəfə yarım çay qaşığı dondurma verilir. Sonra yarım çay qaşığı tam, 2 və 3 qaşıqla əvəz olunur. Dondurmanın miqdarını   gün ərzində 60 qr qədər çatdırmaq mümkündür. Ən gözəli isə evdə hazırlanan dondurmalardır. Bu proseduru yaz-yay mövsümlərindən başlayıb qış aylarında da davam etdirmək olar.

Yaz-yay fəslində uşaqların immuniteti necə gücləndirilməlidir?

– Ən adi görünən soyuqlama belə, böyük fəsadlar verə bilər. Həkim göstərişi olmadan hər hansı dərman vasitəsinin qəbulu yol verilməzdir. Bəzən zərərsiz gələn bir dərman gələcəkdə uşağın daha tez və ağır xəstələnməsinə gətirib çıxara bilər. İmmunitetin qorunması üçün  isə uşaqlara bol-bol mövsümü meyvə-tərəvəz verməli, bolluca su qəbulu və su prosedurlarına əməl edilməlidir. Uşaqların burunları  NaCl (Natrium Xlorid)  məhlulu ilə yuyulmalıdır.

Uşaqların sağlamlığına diqqət etmək üçün  valideynlərin və bağçanın üzərinə düşən öhdəliklər nələrdir?

– Biz uşaq bağçası olaraq gün rejiminə əməl etməkdən əlavə, uşaqlara fərdi yanaşırıq. Onların bütün fərdi xüsusiyyətlərini nəzərə alırıq. Uşaqlara meyvə-tərəvəzi sevdirir, tərləmədən, soyuqlamadan və s. qoruyuruq. Uşaq inkişafı üçün ən vacib olan gecə yuxusu, bol su qəbulu və hava gəzintisidir. Uşaq saat 21:00-dan gec olmayaraq yatmalıdır. Bu isə valideynlərdən asılıdır. Valideynlər bağça rejimini davam etdirməlidirlər. Uşaqlar bazar günləri də həftə içi olduğu kimi bağçanın rejiminə uyğun yemək yeməli və hava qəbul etməlidirlər.

“Uşaqlara təqdim etdiyimiz təhsil bu olmalıdır?”

akademikAkademik təhsil mövcud təhsil sisteminin böyük bir hissəsini əhatə etsə də, uşaqların ehtiyaclarını qeyri-kafi şəkildə qaşılayır.

Məni əsla səhv başa düşməyin. Uşaqlarımız oxumağı, riyaziyyatı ya da digər qiymətli bacarıqları öyrənməməlidir demirəm. Ancaq uşaqlarımıza məktəbdə keçirilən dərsin əsası məzmunundan ibarət olduğu halda, bu məzmunun nə üçün əhəmiyyətli olmağı heç kimi maraqlandırmır. Tələbələrin böyük bir qismi birlikdə öyrənmək yerinə, zamanlarının çoxunu iş kağızlarını doldurmaqla ya da yalnız 30 saniyə ərzində Google-dan tapa biləcəkləri dərs qeydlərini kopyalamaqla keçirirlər.

Ümumiyyətlə, dinlədikləri dərslər də ya darıxdırıcıdır ya da öz həyatları ilə heç bir əlaqəsi yoxdur. Öz təcrübələrimdən yol çıxaraq deyə bilərəm ki, dərsin məzmunu əzbərləyir, imtahan zamanı əzbərlənən məlumatlar yazılır və sonra da sürətli unudulur. Ümumiyyətlə, tək doğru cavab var və bu da uşaqlarda səhv etmə qorxusunun meydana gəlməsinə səbəb olur.

Təhsil sistemimiz “Miş” kimi etməyə dəyər verir.

Məncə bir başqa əhəmiyyətli mövzu  “akademik” olaraq adlandırdığımız uşaqların böyük bir qisminin böyüklərə və sistemə “özlərini bəyəndirmə” mövzusunda rəqabət aparmaqlarıdır. Bu uşaqlar sistemi həll edirlər və sistemə nəzərdə tutulan tələblər daxilində “gəzinirlər”. Ancaq etdikləri işlərdə nadir hallarda özlərini görürlər. Əllərindən gələnin ən yaxşısını etmək yerinə, edir”miş” kimi edərlər.

Araşdırmalar nəticəsində ən az “öyrənən” bəzi tələbələrin məktəbdə ən müvəffəqiyyətli tələbələr olduqları öyrənilib. Bunu fikirləşin. Bu uşaqlar müvəffəqiyyətlidir, çünki məktəblə necə davranmağı yaxşı bilirlər. Uşaqlara təqdim etdiyimiz təhsil bu olmalıdır? Əlimizdən daha yaxşısı gələ bilməz?

Bəs “akademik” şagird deyilsinizsə? Bu uşaqlar, uşaqlıqlarının və gəncliklərinin böyük bir qisimini “akademik” uşaqlarla müqayisə edilə bilməyəcək qədər pis olduqlarını düşünərək keçirirlər. Ehtimalla özlərini “axmaq” kimi hiss edirlər. Bu bəzilərinin yetkin həyatlarının istiqamətini radikal bir şəkildə dəyişdirə bilir. Təəssüf ki, çox şagird məzun olduqdan sonra məktəbin təsirlərindən xilas olmaq və “yaxşılaşmaq” məcburiyyətində qalır. Uşaqlar üçün istədiyimiz şey həqiqətən budur?

Mən də belə müəllim idim.

Bütün vicdanımla etiraf etməliyəm ki mən də akademik təhsil yönümlü sistemə inanırdım. Çox uzun illər ərzində tələbələrim düz sıra nizamında oturdu. Sualları mən soruşdum. Cavablar məndə idi. Öyrənmə prosesini mən idarə etdim.

Həqiqət budur ki; bunu etdim, çünki tək bildiyim bu idi. Mən belə öyrənmişdim. Universitetlərdə və digər müəllimlərin siniflərində gördüyüm şey həmişə bu idi. Yaxşı qeydlərin əhəmiyyətli olduğuna bütün ürəyimlə inanırdım.

Mən anadili (İngilis) müəllimiyəm. İngiliscədə müvəffəqiyyətin zirvəsinin “kompozisiya” yazmaq olduğuna inanırdım. Ancaq bloq yazmağı kəşf etdikdən sonra bu mövzudakı düşüncəm radikal şəkildə dəyişdi. Artıq ənənəvi kompozisiyanın şagirdlərimizə öyrətdiyimiz ən lazımsız şey olduğunu düşünürəm.

Bir neçə müddət əvvəl ətrafımdakı hər kəsdən “Heç kompozisiya yaza bilirsinizmi?” sualını soruşdum. Heç kimin bəli dediyini eşitmədim. Həyatında neçə müəllimin bir dəfə olsun kompozisiya yazdığı mənə maraqlıdır. Daha da dəqiq deyim: Neçə dil müəllimi nizamlı olaraq yazı yazır?

Akademik Təhsil Akademik olmaq istəyənlər üçündür.

“Akademik” olmağın sizə özünüz haqqında çox şey ifadə etmədiyini başa düşdüm. Məktəbdə yaxşı olduğunuzu söyləyərlər. Əgər həyatınızı akademiya dünyasında keçirmək istəyirsinizsə, bu, yaxşı bir şeydir. Ancaq tələbələrin çox azı bu yolu seçir.

Məktəb uşaqların sevdikləri şeyləri kəşf etdikləri yer olmalıdır. Özləri üçün əhəmiyyətli olan sualları soruşa bilməli və cavablarından razı qalmalıdırlar. Nəyə qarşı istəklərinin olduğunu, ürəklərinin və ruhlarının həqiqətən nə istədiyini bilməlidirlər. Hər şeydən əhəmiyyətlisi, hansı mövzuda yaxşı olduqlarını bilərək məktəbdən ayrılmalıdırlar. Bunun yerinə, bu gün tələbələrin çoxu yalnız məktəbdə yaxşı olub-olmadıqlarını bilərək məzun olurlar. Bəs bu problemin cavabını bilmək, həyatda müvəffəqiyyətli olmaq üçün kafidir?

Mənbə: ww2.kqed.org 

Uşaqların yuxusu haqqında bilmədikləriniz

sleepnannysolutionUşağın qayğısına qalmaq asan iş deyil. Onlar adətən yeyirlər və yatırlar. Lakin bunu çox edirlər. Beləliklə, böyük səbrə ehtiyac olur. Onların yuxusu haqqında müəyyən faktları bilmək, sizə çox kömək edə bilər.

Bir çox insan, körpəni qucağında yatızdırdıqdan sonra, yerinə qoymaqdan qorxur, çünki yerinə qoyan kimi ayılıb ağlamağa başlayır. Bu, ona görə baş verir ki, onlar hələ yuxunun REM( sürətli göz hərəkəti) dövründə olurlar. Bir çox körpə 20 dəqiqə sonra dərin yuxuya gedirlər. Onların nəfəsləri yavaşlayır və göz hərəkətləri dayanır. Bu, onları yatağa qoymağın ən yaxşı vaxtıdır.

Bir çox valideyn yuxusunu almaq üçün gecəni gözləyir. Amma körpələr gecə də oyanır. Körpələr periodik olaraq aclıq hiss edirlər. Ac və narahat olanda, asanlıqla oyanırlar. Beləliklə, gecə oyanmaq körpələrin sağ qalmaq mexanizmasıdır.

Körpələrin böyüklərdən fərqli yuxu dövrü var. Körpələr adətən yuxunun REM dövründə olurlar və burda bir saatdan az vaxt keçirirlər. Həssas və köməksiz olduqları üçün tez oyanırlar. Laylay çalmaq, əlini tutmaq onların dərin yuxuya getməsinə şərait yaradır.

Körpələr yatmağı sevir! Onlar gündüz və ya gecəni başa düşmürlər. Bir çox yeni doğulan körpələr 16-19 saat yatırlar. Bu, onların böyümə vaxtıdır. Bir çox körpə qarnını doyurmaq üçün gecə 2-3 dəfə oyanır. Gündüzlər körpəni oyaq saxlayıb, gecə rahat yatmasını gözləmək düzgün üsul deyil. Körpə özünü yorğun hiss edə bilər.

Mənbə: qadin.net

“O uşaqlar daha tez sağalır”

fotoK.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (“OMD” xəstəxanası) jurnalistlər üçün “Ana südü ilə qidalanmanın əhəmiyyətinə dair” UNİCEF və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə maarifləndirici seminar keçirilir.

Bagcam.az-ın Ailem.az-a istinadən verdiyi məlumata görə, seminarda çıxış edən Elmi-Tədqiqat Pediatriya İnstitutunun vaxtından əvvəl doğulan və yeni doğulanların patologiyası bölməsinin rəhbəri Mahirə Əfəndiyeva deyib ki, ana və uşaq sağlamlığı dövlətin əsas prioritet sahələrindən biridir.

Ana südü ilə qidalanmanın üstünlüklərinə toxunan M.Əfəndiyeva qeyd edib ki, həmin uşaqların süni qida ilə qidalanan uşaqlardan fərqi də çox olur: “Ana südü ilə qidalanan uşaqlar xəstələnən zaman daha tez sağalır, onlarda ölüm halları az təsadüf olunur. Hər bir ana süd ilə qidalanmanın əhəmiyyətini bilsə, uşağını yalnız südlə qidalandırar”.

Onun sözlərinə görə, 3-5% ananın südü olmur: “Ananın sağlamlığı ilə bağlı olan məsələlər nəticəsində körpələr südü qəbul edə bilmir. Belə hallarda körpəni ac saxlamaq olmaz və süni qida vermək olar. Bu istiqamətdə maarifləndirmə və təbliğat işləri düzgün aparılmalıdır”.

Seminarda çıxış edən Azərbaycan Tibb Universitetinin terapektiv-pediatrik kafedrasının dosenti Səidə Məmmədova qeyd edib ki, ana südü ilə qidalanmanın əsas amillərindən biri psixoloji amildir.

2 nömrəli Doğum evinin baş həkimi Mehriban Abbasquliyeva vurğulayıb ki, son zamanlar süni qidaların təbliğatı da çox geniş yayılıb. Körpənin süni qida ilə qidalanması üçün mütləq tibbi göstəriş olmalıdır.

Uşaq və oyun – Gerçəklə xəyal arasında körpü

cocuk-oyun-ve-aktiviteleri-3Oyun, nəticəsi düşünülmədən, əylənmək məqsədilə edilən hərəkətlərdir. Oyun əzələ sistemini inkişaf etdirməklə, uşaqda yığılmış mənfi enerjinin boşalmasını təmin edir. Uşaq, müxtəlif forma və ölçülərdəki oyun ləvazimatları ilə oynaya-oynaya, rəng, ölçü və obyektləri tanıyır, içində olduğu həyatı qavramağı, realla qeyri-realı ayırmağa başlayır. Oyun yolu ilə sosial “mən” və “başqa”sı qavrayışlarını dərk edən uşaq,  paylaşmağı da oyun vasitəsilə öyrənir.

Uşaq oyun ehtiyacını ailədə, çöldə və ən əsası bağçada təmin edir.

Bağça “oyuncaqlarla dolu” olan təlim – tərbiyə ocağıdır. Uşaq, bağçada ən yaxşı oyun mühitini tapıb, əməkdaşlıq və oyun bacarıqlarını inkişaf etdirir, yaşıdları ilə ünsiyyətə girir. Bağça, uşağı öz hüquqlarını qorumaqdan əlavə, başqalarının azadlığını zədələməməyi də öyrədir.

Həddən artıq tolerant ailələrdəki uşaqlar oyun qaydalarına uyğunlaşmaqda çətinlik çəkirlər. Avtoritar ailələrdəki uşaqlar isə ya çox passiv ya da təcavüzkar davranış sərgiləyərlər.

Təlim dəyəri böyük olan “oyuncaq” sudur. Toxunma duyğusunu inkişafı üçün önəmli hesab olunan su, uşağa böyük həzz və sevinc bəxş edir. Su sayəsində utancaq uşaqlar canlanır, aqressiv uşaqlar isə sakitləşir. Su həm də diqqət inkişafında müsbət təsirə malikdir. Qum və su qarışımının özünəinamsız, aqressiv, utancaq və digər psixoloji problemli uşaqlara terapevtik təsiri də var.

Bu misal, oyun və oyuncağın əhəmiyyəti haqqında sadəcə bir hissə idi. Oyun mədəniyyətinin təəssüf ki, telefon, planşet, kompüterlə əvəz olunması uşaqların psixi inkişafında öz mənfi izlərini qoyur.

Əziz valideynlər, çalışın, bacardığınız qədər uşaqlarınıza oyun öyrədin, çünki oyunla sosial qaydaları öyrətmək daha asandır. Onların oyuncağını və uşaqlığını əllərindən tez almayın. Oynamayan uşaq yetkinlik dövründə cəmiyyətə uyğunlaşmaqda boşluqlar hiss edəcək.

Uşaqlarımızı bir fərd kimi yox, şəxsiyyət kimi böyütmək diləyilə!

Psixoloq Həmzəyeva Anagül

 

Uşaq qorxulu yuxular görürsə…

certified-child-sleep-consultantÜsküdar Universiteti NPİstanbul Beyin Xəstəxanasının psixoloqu Nazende Ceren Öksüz, depressiyanın uşaqlıq dövründə də ola biləcəyini bildirir.

Yuxu nizamı pozulur.

Uşaqlıq depressiyasının əlamətlərinin başında yuxu problemlərinin gəldiyini deyən professor, “Əgər uşağınız normaldan daha çox və ya daha az yatırsa, gecələri yuxuya getməkdə çətinlik çəkir, qorxulu yuxular görürsə, uşağın psixologiyasında bəzi problemlər ola biləcəyini düşünməlisiniz” deyir.

Az ya da çox yemək yemək  depressiyaya işarə ola bilər.

Psixoloq Öksüz, uşağın iştahası və yemək nizamında ortaya çıxan bəzi problem və dəyişiliklərin depressiya əlaməti ola biləcəyini bildirir: “Uşağın yemək saatını unutmasını, düzgün qidalanmamasını və digər psixoloji problemlərlə birlikdə iştahasında son zamanlarda azalma və ya artım olmasını depressiya xüsusiyyətlərindən hesab etmək olar”.

 

Albalının uşaqlar üçün faydası

albaliŞirin, dadlı, qıpqırmızı albalılar, tam balaca körpənizə layiq daddır. Üstəlik bu kiçik meyvələr körpəniz üçün tam vitamin anbarıdır.

Pediatr Günay Rəsulova albalının faydalarından danışır:

Yalnız bir stəkan albalıda 20 mq kalsium var. Albalıda kalsium olduğu kimin ağlına gəlirdi? Albalı “super meyvələr” siyahısında baş sıralarda dayanır. O qıpqırmızı rəngiylə də kiçik körpənizin diqqətindən qaçmasına imkan yoxdur. Körpənizə albalını 8 aylıqdan daddıra bilərsiniz. Təbii ki, əvvəl həkimə soruşub onun təsdiqini almağınız lazımdır. Narahat olmayın, albalı allergik yeməklər arasında üst sıralarda deyil. Yalnız bəzi körpələr üçün albalının qabığının həzmi çətin olur.

Uşaqların izləməli olduğu 5 cizgi film

cizgi-filmUşaqların əyləncələrindən biri də cizgi film izləməkdir. Elə bunu da nəzərə alaraq Bagcam.az uşaqlarınbaxmalı olduğu 5 cizgi filmin adını təqdim edir:

1. The Lion King – 1994

Aslan Sinbanın uşaqlıqdan çıxıb bir krala çevrilənədək yaşadıqları, sadəcə 90-cı illərdə uşaqları deyil, izləyən hər kəsə dərindən təsir edir. Hans Zimmer və Elton Johnun unudulmaz musiqiləri isə filmə başqa gözəllik qatır.

2. WALL-E – 2008

İki robot arasındakı ola biləcək ən isti şəkildə ağ pərdəyə köçürülən bu film, eyni zamanda çatışmazlıq, vərdişlərimizin və ətrafımızdakı problemlər haqqında ciddi tənqid daşıyır.

3. İnside Out- 2015

Bütün izləyicilərin ən sevdiyi bu film, bir qızın həyatındakı vacib dəyişikliklərdən, sevinc, qəzəb, qorxu hisslərindən bəhs edir.

4. Toy Story – 1995

Digər bölümləri ilə də izləyicilər üçün unudulmaz olan bu film, animasiya texnologiyası baxımından böyük yeniliklər təqdim edərək digər filmlərə dərindən təsir edib.

5. İce Age – 2002

Buz dövrünün başlanğıcında, bütün heyvanlar canlarını xilas etmək üçün köç etməyə çalışarkən, qəhramanımız bir körpəni ailəsinə təslim etməyə çalışır. Bütün fərqliliklərinə baxmayaraq bir-biriləri ilə dost ola bilən film qəhrəmanları, çox əyləncəli və duyğu dolu bir məcara təqdim edirlər.