Kompüter oyunlarının tarixi 1940-cı illərdən başlayır. İlk dəfə ingilis riyaziyyatçısı Alan Türinq kompüterdə şahmat oyununun alqoritmini tərtib edib. Müasir dövrdə isə kompüter oyunları inkişafı ilə öz əcdadını dəfələrlə üstələyir. Müxtəlif strategiya oyunları, qrafikalar, effektlər və dizaynlar. Bəs görəsən, uşaqlara kompüter oyunlarının təsiri necədir?
Uşaq inkişafı üzrə mütəxəssis, psixoloq Mətanət Əliyevanın sözlərinə görə, uşaq tərkibində aqressiv elementlər olan oyunlar oyanayırsa, bu onun davranışında öz əksini tapır. Valideynlər uşaqlarının hansı oyunları oynadığına diqqət etməlidir. O, həmçinin azyaşlı uşaqların təfəkkür və ünsiyyət bacarığının inkişafı üçün real oyunların daha effektiv olduğunu qeyd edir:
“Mümkün qədər uşağı öz marağına uyğun digər fəaliyyətlərə cəlb etmək lazımdır. Nə qədər ki, uşaq asudə vaxtını boş keçirmir, hər hansı bir fəaliyyətlə məşğuldur, onda uşaqda belə oyunları oynamağa nə həvəs qalır, nə də zaman. Yeniyetməlik dövrü böhranlı, problemli dövrdür, bu dövr sosial öyrənmədir. Uşaq baxır, öyrənir, dəfələrlə məşq edir, insan öldürməyi, insan vurmağı. Yəni ki, bu onunçün artıq adi hala çevrilir”.
Kompüter oyunları tərtibatçısı Bakir Ömərov isə qeyd edir ki, kompüter oyunları yarananda ümumi filterdən keçirilir. Oyunun tərkibində şiddət, qan varsa, bu beynəlxalq reytinq cədvəli ilə tənzimlənir. Burada avtomatik filtirasiya sistemi tətbiq olunur. Ekspert bildirir ki, əgər oyun bu qanunlara uyğun deyilsə, ya avtomatik onlayn marketdən silinir, ya da developerlər cərimə olunur.
“Biz çalışırıq ki, qeyd edək. Yazırıq məsəl üçün +16; +18; +12 yada ki, +0 yəni hər kəs oynaya bilər. Valideynlərə məsləhətim odur ki, uşaqların hansı oyunları oynadığına nəzər salsınlar. Onlayn oyunlar var harda ki, kompüterlə yox, başqa insanlarla oynayırsınız. Orada artıq sizin aranızda bir ünsiyyət də var. Yəni, bir-birinizə söyüş də yaza bilərsiniz. Bu, uşaqları daha da aqressivləşdirir. Çünki, o, hiss edir ki, qarşısındakı real insandır. Harda ki, 3-cü şəxslər var, uşaqları sırf belə oyunlardan uzaq tutsunlar. Onlar virtual aləmdə onun uşaqlarını söyə də bilər və bu, ona təsir edə bilər”.
Bəs uşaqlar üçün təhlükəli olan oyunlar hansılardır?
Türkiyənin “Yeni Şafak” qəzetinin apardığı araşdırmaya görə, “Metin 2”, “Counter strike”, “GTA San andreas” kimi tərkibində şiddət elementləri olan bu tip oyunlar uşaqlarda fiziki, psixoloji və mental deformasiyaya səbəb olur.

Bir təqibçi “Nesin Matematik Köyü”nün Facebook səhifəsində soruşur: 6-7 yaşarası uşaqlara hansı riyaziyyat kitabını məsləhət görürsünüz? Cavab belədir: “O yaşdakı uşaqları riyaziyyata boğanları Uşaq qoruma təşkilatlarına şikayət edirik. Uşaqlar kitab oxusunlar, oyun oynasınlar, musiqiylə maraqlansınlar…”
Amerikalı alimlər bir məktəbdə araşdırma aparıb, uşaqları yarım il ərzində müşahidə ediblər.
İma Moteki firması, uşaqların yaradıcılığının daha da artması üçün üzərində hansı rəng olduğunu göstərən etiketlər olmayan boyalar hazırladılar.

Mənbə: egitimpedia.com
Günümüzdə uşaq böyütməyin ən əsas “çətinliklərindən” biri də valideynlərin uşaqlarının təhsilinə aktiv bir şəkildə daxil olmasısıdır: Müəllimlərlə iclaslar etmək, məktəbdəki könüllü işlərə qoşulmaq, tapşırıqlara kömək etmək və çox az sayda işləyən valideyinin vaxt tapa bildiyi yüzlərcə şey etmək.. Bu çətinliklər içimizə elə hopub ki, çox az valideyn bu qədər cəhdlərə dəyib dəymədiyini sorğulayır.
Bagcam.az pediatr Günay Rəsulovanın məqaləsini təqdim edir.
Silikon Vadisinin rəsmi olmayan sloqanı var: “Uğursuz ol”. Məsələn Facebook-un ofisində, üzərində “Dərhal uğursuz ol” yazan afişalar var. Sanki işçiləri daha çox uğursuz olmaları üçün təşviq edilir.
İsveç alimləri 8-13 həftə hamiləliyi olan 754 qadına və daha sonra 2,5 il ərzində onların dünyaya gətirdiyi uşaqlara nəzarət ediblər.
“Hər kəs öz uşağının ürəyini exokardioqrafiya etdirsin. Çünki bəzi xəstəliklər simptomsuz keçdiyinə görə, onların vaxtında aşkarlanması çox vacibdir”.
Apraksiya uşağın danışmasını çətinləşdirən, nitqin motor (hərəkət) pozğunluğudur. Rusiyada bu motor alaliya nitq problemi ilə eynilik təşkil edir. Nitq əzələlərinin zəifliyi yoxdur, sadəcə, səsləri demək üçün nitq aparatını, yəni ağızı necə hərəkət etdirəcəklərini bilmirlər. Çünki beyin danışma üçün lazım olan hərəkətləri, planlaşdırmağı və ya koordinasiyanı çətinləşdirir. Bu halda loqoped olaraq uşağa səsləri və sözləri deməsi üçün fiziki dəstək göstəririk. Çünki apraksiyalı uşaqlar hansı səsi necə deyəcəklərini bilmirlər. Biz uşağa hansı səsin ağızdan necə çıxdığını fiziki olaraq həm öz, həm də onun üzərində göstərərək öyrədirik. Fiziki köməklə ağız artikulyasiya əzələlərinin işləkliyini artırmağa çalışır, bu yolla uşağın səs və sözləri demə şansı yüksəlir. Lakin bu korreksion mərhələnin müddəti uşağa, onun qavramasına görə dəyişir. Çünki bütün statistika göstəricilərində apraksiya anlayışı autizm anlayışı ilə birlikdə səslənir. Yəni autizmli uşaqlarda daha çox apraksiya müşahidə olunur.