Uşaqlara hazır olduqlarında öyrədin

Dostum Marianın qızı Emily ibtidai sinifə yeni başlayıb. Emily daha əvvəl tədris planının dovşanları əzizləmək və makarondan nələrsə düzəltməkdən ibarət olan bağçaya getmişdi. Emily oxumağı öyrənməklə maraqlanmır, ancaq rəqs etməyi və mahnı oxumağı sevir və saatlarla oyuncaqlarla oynayayır.

Emilynin bacısı Frances ibtidai sinifə başlamadan öncə oxumağı bacarırdı və iki uşağın arasındakı fərq Marianı  narahat edirdi. Emilynin nənəsi və atası da bunun problem olduğunu düşünürdülər və bəlkə də Marinaın Emilyə daha çox kitab oxuması lazım olduğunu eyham edirdilər. Maria bu mövzuda başqa anayla da danışanda, rəfiqəsi də öz iki qızı haqqındakı oxşar qayğılarını bölüşüb. O da, bir formada balaca qızına kifayət qədər kitab oxumamasının özünün səhvi olub-olmadığından narahat idi. Bu balaca uşaqlar, ibtidai sinifə başladıqları zaman digər yoldaşlarından geri qalacaqlar?

Bu ssenari bizi narahat edir, çünki elmə, həqiqətə deyil, qorxu, rəqabət və təzyiqə dayanır. Bu yersiz təzyiqi sadəcə valideynlər deyil, uşaqlar da hiss edir. Bu nöqtədə məktəbə başlamadan əvvəl bir uşaq digərləriylə müqayisə olunmağa başlanılır.

Elmi araşdırmalar, uşaqlara 7 yaşında oxumağı öyrətməyin daha təsirli olduğunu və oxumağı erkən öyrənən uşaqların qazandıqları bu avantajı uşaqlıqlarının növbəti illərində itirdiklərini göstərməsinə baxmayaraq, biz artıq 5 yaşındakı uşaqlara oxumağı öyrədirik.

Bir vaxtlar, müəyyən sinif səviyyəsi üçün qabaqcıl səviyyə olan bir çalışma artıq standart olaraq görülür və uyğunlaşmaqda çətinlik çəkən ya da hələ də hazır olmayan uşaqlar kifayətsiz olaraq dəyərləndirilir. Uşaqlar özlərinə öyrədilən şeyləri öyrənməyə hazır olmadıqlarında, xəyal qırıqlığına uğramış və utanc dolu hiss edirlər və heç bir şeyə nəzarət edə bilmədiklərini düşünürlər.

Həqiqət budur ki, məktəblər dəyişsə də, uşaqlar dəyişmədi. Bu cür şeyləri ölçməyə başladığımızdan bəri, bu günün 5 yaşındakı uşaqları 1925-dəki yaşıdlarına görə əsasən daha irəli deyillər. Bu günün bir uşağı ilə 1925-ci ilində yaşayan bir uşaq eyni çərçivəni və ya üçbucağı çəkər ya da neçə dənə pul saydığını xatırlayar.

Bu əsas məlumatlar, uşağın oxumağa və hesablamağa hazır olduğunu göstərir. Əlbəttə, bəzi uşaqlar bu əyrinin üzərinə çıxacaq, amma toplamağı həqiqətən anlamaq üçün uşaqların rəqəmləri ağıllarında tuta bilməsi və K, R kimi hərfləri oxuması və yazması üçün də bir üçbucaqdakı əyri çizginin fərqində olması lazımdır.

Problem budur ki, 1920-ci illərdən 1970-ci illərə qədər uşaqlar oyun oynamaqda sərbəstkən və avtokontrol kimi əsas bacarıqların təməlini qoyarkən, müasir məktəblər oxuma və yazmağı əsas götürdü.

Tələsiyə gətirilən akademik təhsilin ən çox bilinən problemlərindən biri də zəif qələm tutulmasıdır. Qələmi düzgün tutmaq əslində olduqca çətindir. İlk iki barmağın və başbarmağın ucları arasında qələmi tutmağınız, sabitləməyiniz və sadəcə barmaq uclarınızı istifadə edərək həm üfüqi, həm şaquili hərəkət etdirməyiniz üçün incə motor bacarığıa sahib olmağınız lazımdır. Uşaqların çox erkən yaşda yazı yazmağa təşviq edildiyi 20 nəfərlik bir məktəbə hazırlıq sinifində, 17 uşağın qələmi tutmaq, müvəqqəti problemləri düzəltmək üçün terapiyaya ehtiyac duyduqlarını bilirik.

Düşünün: Uşaqların 85%-i əlavə köməyə ehtiyac duydu, valideynlər bunun üçün əlavə pul xərclədilər və bəzi yetkinlər uşaqların inkişaf dövrlərinə diqqət etmədən, “Bu 4 yaşındakı uşaqlara yazmağı öyrətsək, yaxşı olmaz?” düşündüyü üçün valideynlər və uşaqlar özlərini stress altında hiss etdilər.

Test hazırlıqlarına erkən yaşlarda başlamaq sadəcə lazımsız deyil, eyni zamanda əks reaksiya da verər. Bu, 14 yaşındakı bir uşağa fərdi pensiya planının incəliklərini izah etməyə bənzəyir. Bu, heç bir işə yaramayacaq.

Sağlam düşüncə sahibi hər valideynin mənimsəyə biləcəyi əsas və kritik mesaj budur: “Daha erkən, həmişə daha yaxşı deyildir” və eyni şəkildə “Əgər çoxdursa, daha çox, daha yaxşı deyildir”.

Mənbə: egitimpedia.com

0-5 yaşlı uşaqlarda revmatizm olmur – Pediatrdan çağırış

Son zamanlar hər oynağı, dizi, sümüyü ağrıyan uşaqda revmasınaq analizi etdirən, revmatizm axtaran valideynlər hələ də, körpələrin revmatizm olmadığını bilmir.
Üstəlik bəzi həkimlərin də əsassız olaraq “yəqin revmatizmi var” düşünüb diaqnoz qoyması həkimlər arasında da fikir ayrılığı yaradıb. Bu xəstəlik təkcə C-reaktiv zülal analizi ilə qoyulmur.
Bagcam.az Medicina.az-a istinadən pediatr Tərlan Eyyuvobun valdieynlərə bu mövzuda çağırışını təqdim edir:
Son zamanlar yanıma gələn pasiyentlərdə əsassız yerə qoyulan revmatizm diaqnozunu görüb, dəhşətə gəlməmək mümkün deyil. Hər bir valideyn bunları bilməlidir:
1.Hər oynaq, sümük ağrısı revmatizm deyil. 4-12 yaşlı uşaqlarda intensiv boy artma dövrü olduğundan, diz oynaqlarında, baldırda, pəncədə ağrı müşahidə oluna bilər.
2.0-5 yaşlı uşaqlarda revmatizm olmur. Revmatizm üçün xarakterik yaş həddi 5-15 yaşdır.
3.Revmatizm klinik diaqnozdur, laborator deyil. Bu xəstəliyin diaqnozu həkim müayinəsi zamanı müyyən bir çox əlamətlər toplusu ilə qoyulur.
4.Revmatizm yalnız qan analizi verilərək qoyulan diaqnoz deyil. C reaktiv zülal, revmatoid faktor, ASO kimi analizlərin nəticəsi dərimizdə sızanaq, kəsik olduqda, dişlərimizdə və ya hər hansı orqanda iltihab prosesi olduqda da yüksək çıxır.
Ona görə hər oynaq ağrısına görə qan analizi verib, revmatizmdən şübhələnmək absurddur.

Uşaqlarınızın məmnuniyyətlə gedə biləcəyi 10 bağça

Bu bağçalar sizi çox təəccübləndirəcək. Sanki bu bağçaların dizaynını pərilər komandası edib. Dünyanın ən kreativ 10 bağçasını sizə təqdim edirik.

Sjötorget Kindergarten, Stokholm (İsveç)

Rotstein Arkitekter ofisi tərəfindən hazırlanan bu bağça yeni tikilinin aşağı mərtəbəsində yerləşir. Bağçanın rəngarəng dizaynı, rahat atmosferi uşaqların istedadını  üzə çıxarmağa, yaradıcılığını inkişaf etdirməyə kömək edir. Bağçaya giriş binanın mərkəzində yerləşir. Çoxsaylı, müxtəlifölçülü pəncərələr günəş işığının otaqlara düşməsini təmin edir. İsveçdə günəş nadir hallarda görünür və onlar üçün günəşin görünməsi bayramdır. Elə ona görə də isveçlilər bağçanı bu cür dizayn etməklə uşaqlara sevincli anı yaşatmaq istəyiblər. Bağçanın pozitiv rənglərlə dizayn olunması uşaqların əhval-ruhiyəsini qaldırır, uşaq psixologiyasına müsbət təsir göstərir, öyrəmə prosesinə kömək edir və hətta uşaqların sağlam yuxusunu təmin edir. Şüşəli oyuqlar uşaqların vaxtlarını şən keçirmələrinə kömək edir. Bu oyuqlarda kitab oxumaq, gizlənqaç oynamaq və ya sadəcə dostlarla ünsiyyət saxlamaq olar. Bağça təhlükəsizdir və məkanda hər şey yumşaqdır, otaqlarda iti künclər yoxdur.

Eva Samuel Architec, Paris

Olympiades şəhərində yerləşən, beton bloklar və şüşəli binalarla əhatə olunan bu bağçanın görünüşü rəngarəng oyuncağı və ya konfeti xatırladır. 1960-cı ildə inşa edilən bağça Eva Samuel Architec bürosu tərəfindən yenidən bərpa edilib. Bağça hovuz, boulinq, yeməkxana, oyun zalları və rahat məşğələ otaqlarından ibarətdir. Bağçanın interyerində təbii materiallardan mümkün qədər çox istifadə edilib. Məsələn, döşəmə, divar və tavanlar ağacdandır və moruq rəng məkanda isti və rahat atmosfer yaradır.

Barbapapà, Vinola, İtaliya

Bağça,  CCD bürosu tərəfindən 2009-cu ildə inşa edilib. O, Vinolanın yaxınlığında yerləşir. Pəncərələr elə qurulub ki, günəş işığı günün müxtəlif vaxtlarında otaqlara daxil olur. Bağçanın damında yerləşən panellər günəş şüasını elektrik enerjisinə çevirir və bağçanı elektriklə təmin edir. Yağış suyu üçün quraşdırılan xüsusi anbarlardan isə fermer təsərrüfatında istifadə olunur. Bundan əlavə, bağçada asudə vaxtı keçirmək, idman oyunları və yarışlar üçün geniş stadion var.

Kensington International Kindergarten, Banqkok, Tailand

Plan Architect bürosu tərəfindən tikilən bağça uşaqların yaradıcılığını inkişaf etdirmək üçün inşa edilib. Uşaqların otaqlarını küçəndən ayıran şəffaf divalar, əyri şüşələr buna misal ola bilər. Bağçada uşaqların velisoped və maşınlarla hərəkəti üçün məhdudlaşdırılmış yol da çəkilib.

Design Kindergarten, Vonslid, Danimarka

Ultra-müasir bağça CEBRA bürosu tərəfindən elə tikilib ki, uşaqlar burda olduqları müddətdə yaradıcılıqlarını inkişaf etdirsinlər. Maraqlısı odur  ki, bağçanın tərtibatında  valideynlər də fəal iştirak ediblər.

COBY Kindergarten, Tokio, Yaponiya

Yapon bürosu Tsushima Design Studio tərəfindən inşa edilən bağça müasir dizaynı, minimalizmi ilə fərqlənir. Uşaq bağçasının içərisindəki bütün otaqlar bir-biri ilə bağlıdır və açıqdır. Belə ki, məşğələ otaqlarından uşaqlar ikinci mərtəbədəki mətbəxdə yeməklərin necə hazırlandığını görə bilirlər.


Terenten, İtaliya

Bu bağça keçmiş qolf sahəsində inşa edilib. Kompleksdə fitnesin müxtəlif növləri, rəqs və yoqa  ilə məşğul olmaq üçün müasir idman zalı var. Bağça aktiv oyunlar üçün nəzərdə tutulan geniş sahəsi, pilləkən və pəncərələri, həyəti, müasir texnologiyaya əsaslanan məşğələ otaqları ilə fərqlənir.

8Units, Veles-Pubio, İspaniya

Bu bağça layihəsinin məqsədi uşaqların psixomotor bacarıqlarını, zehnini və sosial inkişafını təmin etməkdir. LosdelDesierto dizayn bürosunun fikrinə görə, bağça uşaqlar üçün ikinci ev olmalıdır. Bunu nəzərə alan büro

birmərtəbəli, böyük pəncərəli bağça inşa edib. Rəngarəng şüşəli, kreativ interyerli bağçada uşaqlar özlərini rahat hiss edirlər. Bağça elə tərtib edilib ki, qızğın oyunlar zamanı uşaqlar yaralana bilməsinlər. Yumşaq vinil döşəmə, dairəvi divarlar və iti künclərin yoxluğu bu təhlükəsizliyi  təmin edir.

Bir yaşlı uşaqların otaqları yuxunu, dənizi simvolizə edən göy rəngdədir. 1 yaşdan 2 yaşa qədər uşaqların otaqları isə, psixomotorikanı və aktivliyi stimullaşdıran narıncı rəngə boyanıb. 2 yaşdan 3 yaşa qədər olanların isə otaqları təbiətin rəngini əks etdirən yaşıl rəngdədir.

Kita Göttingen, Göttingen, Almaniya

Bu bağçanın binası elə tərtib edilib ki, istiliyi otaqda saxlayaraq istilik itkisini minimuma endirir, eyni zamanda təmiz havanın sərbəst dövriyyəsini təmin edir. Bağçanın rahat atmosferi uşaqların səhərdən axşama qədər məmnunluqla  vaxt keçirmələrinə kömək edir. Bu bağçada da digər bağçalarda olduğu kimi böyükölçülü pəncərələr günəş işığının ilin istənilən vaxtında otaqlara daxil olmasını təmin edir.

Cakarta, İndoneziya

Cakartada yaxınlıqakı kəndlərin təbii materiallardan istifadə edən dizaynerlər eko bağça yaradıblar. Oyunlar üçün geniş sahəsi olan bağçanın interyerində əl əməyi ilə hazırlanmış mebellər yer alır.  Geniş parlaq otaqlar, harmonik oyun sahələri, məşğələ otaqları, yemək və yataq otaqları – bütün bunlar bağçanı xoşagəlimli edir.

Mənbə: 4mama.ua

Düzgün bağça seçimi necə edilməlidir?

Bağça insanın həyatında ən vacib mərhələlərdəndir. Valideyn olaraq övladınıza düzgün bağça, məktəb seçdiyinizdən əmin olmaq istəyirsiniz, amma ən yaxşı seçimi necə etməli olduğunuzu bilmirsiniz? Övladınız bağçaya başlamadan əvvəl ən azından bir neçə ay araşdırma edin.

Övladıma ən uyğun bağça hansıdır?

Bu günlərdə təhsil daha çox biznes sahəsi halına gəlib və uşaqlara təhsil verməkdən ziyadə pul qazanmaq üsulu olub.

Övladınıza ən uyğun bağçanın hansı olduğunu necə biləcəksiniz?

Bütün bu sualları cavablamaq üçün uşağınızı bağçaya göndərmə müddətində axtarmalı olduğunuz xüsusiyyətlərin siyahısını sizə təqdim edirik.

“Bağçaya getmək uşağın müstəqil olmasında ilk addımdır”

Uşağınızın bağçasında və ya məktəbində ən çox axtarmağınız lazım olan 10 xüsusiyyət

  1. Sizə yaxın ərazidən bağça seçin

Əsas şərt budur: evinizə yaxın ərazidə bağça axtarmalısınız. Bu, azyaşlı uşaqlar üçün uzaq yerə getməkdən daha yaxşı seçimdir. Bir bağça ən yaxşısı olsa belə, uzaqdadırsa, seçməyin. Uzaq məsafələrə getmək uşağınıza mənfi təsir edə bilər. Övladınızın təsəlliyə ehtiyacı olduğunda onu tez-tez ziyarət etməyinin lazım ola bilər.

  1. Yaxşı ada sahib bir bağça axtarın

Həmin bağçaya gedən uşaqların valideynləriylə danışmaq sizə çox kömək olacaq. Ailələrdən uşaqlarına necə baxıldığı və necə öyrədildiyi haqqında məlumatlar alın. Ailələrin tövsiyələrini dinləmək burada önəmli rol oynayır və haqqında yaxşı şeylər eşitdiyiniz bağçaya getmək istəyəcəksiniz.

Təhsil müəssisəsi geniş, yaxşı işıqlandırılmış və havalandırılmış olmalıdır. Uşaqların bir-birilərinə dəymədən oynaya biləcəkləri qədər geniş oyun əraziləri olmalıdır. Dərsliyin isə uşaqlara müxtəlif fəaliyyətlər təqdim edə biləcək fərqli sahələri olmalıdır. Uşaqların oyuncaqlarla oynaya biləcəkləri oyun ərazisi də olmalıdır. Stol və stullar kiçik uşaqlar üçün yemək yemə, üzərində nəsə etməyə imkan verə biləcək şəkildə olmalıdır.

  1. Təmizlik və gigiyena

Uşağınız balaca olduğu üçün tamamilə təhsil müəssisəsindəki işçi heyətinə bağlıdır. Övladınızın hər mövzuda köməyə ehtiyacı olacaq. Yaxşı qulluq göstərilən və təmiz bir bağça axtarmalısınız. Tualetlər təmiz və uşaqların təməl ehtiyaclarına kömək edə biləcək yetəri qədər işçi heyəti olmalıdır.

  1. Binanın imkanları

Təhsil müəssisəsində kifayət qədər tualet, əl yumaq üçün lavabolar (uşaqların boyuna uyğun yüksəkildə), uşaqların gigiyenik olmayan vəziyyətlərdə infeksiya tutmasına səbəb olmayacaq təmiz su qaynağı olmalıdır.

  1. Müəllim başına düşən uşaq sayı

Bir müəllim üçün ən ideal şagird sayı 14-dür. 20 uşağa qədər bu vəziyyət idarə edilə bilər. Bir müəllim ancaq bu qədər saydakı uşağa lazım olan diqqəti göstərə bilər.

  1. Bağça saatları

İşləyən valideynlər bağçaya gedən uşaqları üçün uzun müddətli, tam günlü bağçalar axtarırlar. Əslində başlanğıcda uşağı 2 saatlığına bağçaya verməklə başlamaq olar. Övladınızı tam gün olaraq bağçaya verməkdən çəkinin, çünki bu, uşağınızın daha çox stress yaşamasına səbəb ola bilər.

  1. Həyətdə oyun

Bağçada ən azından 30 dənə uşağın sərbəst oynaya biləcəyi ərazi varmı?

  1. Dostcanlı, səmimi

Səmimi, gülərüzlü işçi heyətindən ibarət bağça seçməlisiniz. Onlar sizi səmimi qarşılamalı və yaxınlaşma, əlaqə qurmaq asan olmalıdır. Uşaqlarınızı intizamlı bağçalara göndərməkdən çəkinin, çünki burada heyət uşaqlarınızı intizamlı etmək üçün onlarla sərt davranacaqlar. Uşaqlarınız sərbəst olsun və səhv edərək öyrənsin, çünki bu ən effektiv öyrənmə yoludur.

  1. Təhlükəsizlik

Həmişə ətrafı qapalı olan, təhlükəsiz olan bağça axtarın. Uşaqların bağçadan kənara çıxmağına mane olan bir qapıçı olmalıdır. Nəqliyyat xidmətində hər şey qaydasındadır? Buna diqqət edin, məsələn uşaqların yaralanmamaları üçün avtobusun içində sərt hissələr olmamalıdır.

  1. Uşaqların çatdırılması

Bu, olduqca önəmli mövzudur. Uşağınızın bağçadan evə, evdən bağçaya gedəcəyi yola mütləq nəzarət edin. Uşağınızı özünüz aparıb gətirəcəksinizsə, bu, problem deyil, ancaq siz götürməyəcəksinizsə, bu məsələni həll etdiyinizdən əmin olmalısınız.

Nəticə olaraq,

Ümid edirik, bu nümunələr doğru məktəbi seçməkdə sizin üçün faydalı olar, çünki təhsil uşağınızın həyatının ən önəmli dönüş nöqtəsidir. Uşağınızın təhsilini ən yaxşı şəkildə almasını arzulayırıq. Təhsil müəssisələrinin özlərinə aid İnternet səhifələrində doğru məlumatı qoymaları müəssisələr üçün vacibdir. Buna görə də seçdiyiniz bağçanın səhifəsinin olması əlavə üstünlükdür.

Mənbə: zekatesti.com.tr

Uşaqları telefon və televizordan uzaq tutun

Artıq Avropa və Amerikada aparılan tədqiqatlar müasir uşaqlarda ildən-ilə artan Virtual Autizm sindromunun səbəbinin planşetlər, televizor və telefon olduğunu təsdiqləyir. Rusiyanın məşhur pediatrı Komarovskiy öz bloqunda valideynlərə çağırış edib.
“2 yaşına kimi uşaqları texnoloji cihazlardan, telefon və planşetdən uzaq tutun”.
3-6 yaşlı uşaqların isə virtual reallıqda olma müddəti gündə 1-2 saatdan artıq olmamalıdır. Yalnız 6 yaşından sonra uşaqlara elektron cihazlarda proqramlara baxmaq icazə verilə bilər.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, Rumıniya Autist uşaqlar Mərkəzi apardıqları araşdırmalarla sübut edib ki,  90% uşaqlarda 2-3 yaşında autistik pozğunluqların baş verməsi faktoru işə düşür. Gündə 4-5 saat televizor və planşetə baxan uşaqlarda virtual autizm inkişaf edir.
0-2 yaş arası körpələrin elektron gadjetlərə baxması onların beyninə və psixikasına dağıdıcı təsir göstərir. Psixoloq Marius Zamfir öz araşdırması barədə danışarkən bunları qeyd edib:
“Gündə 4-5 saat ekran qarşısında əyləşdirilən körpələrdə psixomotor və danışıq funksiyasında tormozlanma və geriləmə müşahidə olunub. Ekran qarşısında keçirilən hər artıq saat ciddi əqli geriləmə və autizmə bir addım yaxınlaşmaq deməkdir.  Klassik autizmlə virtual autizmi fərqləndirmək çətindir: hər ikisində uşağın ətrafa uyuşması çətinləşir, bir yerə baxma, eyni sözləri təkrarlama, oynadığı oyun və baxdığı cizgi filmlərinin personajlarının sözlərini, hərəkətlərini təkrarlama olur. Bircə fərq var: klassik autizmdə bioloji nevroloji geridə qalma faktı var, digərində virtual reallıqdan qaynaqlanan neyroinkişafın geriləməsi baş verir. Bioloji pozuntuda sinapslar demək olar bərpa olunmur, virtual autizmdə uşağı vaxtında virtuallıqdan ayırıb, neyronları stimulyasiya etməklə bərpa etmək şansı var.
Təbiətin qanununa görə, uşaq sözlərin mənasını predmetlər, insanların hərəkətləri, sözləri, izahı ilə öyrənir. Hərəkətləri isə canlı insanın nümunəsində görüb götürməlidir. Uşağın beyni predmet və insan toxunuşu olmadan düzgün inkişaf edə bilməz. Ekrandakı işıq və görüntü, səs uşağın diqqətini çəkə bilər, amma onun beyninə düzgün təsir etmir. Ekranda baş verənlər uşağı o qədər özünə çəkir ki, o artıq ətrafda baş verənlərə qarşı diqqət yetirmir. Axı ekranda hər şey daha cəlbedici, səs-küylü, rəngli və sürətlidir. Kadrların sürətlə dəyişməsi uşaqda neqativ və ağrılı emosiyalar yaradır, onu aqressivləşdirir, idarəolunmaz həddə kimi gətirir. Ona görə 0-2 yaşına kimi körpələri tamamilə  elektron texnikadan, gadjetlərdən uzaq tutub, onları təbiət, ailə, insanlar və reallıqla təmasda böyütmək lazımdır.
Virtual autizmin yayılmasının qarşısını almaq üçün ailələr övladlarını televizor və telefondan uzaq tutmalıdır. Əks halda 10 ildən sonra hər ailədə autist uşaq böyüyəcək.

Uşaqların ən çox zədə aldığı idman növləri

İdman zamanı xəsarət almaq əksər insanın yaşadığı problemdir. Bu vəziyyət qısa müddət üçün həmin hərəkətlərdə məhdudiyyət yarada bilər və ya uzunmüddətli olaraq ciddi zədələrə və qalıcı problemlərə yol aça bilər.
Uşaqların ən çox yaralandığı idman növləri açıqlanıb.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, türk mütəxəssis Qəmzə Şənbursa zədələnmə hadisələrinin ən çox futbol, həndbol və güləşdə olduğunu deyib.
Onun sözlərinə görə, qızlar, oğlan uşaqlarına nisbətən daha çox yaralanırlar.
Məlumata görə, gimnastika son dövrdə ailələr tərəfindən tez-tez seçilən idman növüdür. Sağlamlıq cəhətdən isə bir çox faydaları mövcuddur.
Araşdırmalara görə, gimnastika ilə məşğul olan uşaqların 65 faizi əl biləyindən zədələnir. 82 faizində isə əl biləyi ağrısı təsbit edilib.
Ən çox zədələnmə hadisələri isə futbol, hendbol və güləşdə baş verir.
Mütəxəssislər uşaqların aşağı ətraf nahiyələrinin yuxarı ətrafa nisbətən daha çox zədə aldığını deyir. Futbol, həndbol kimi idman növləri uşaqlarda daha çox diz yaralanmalarına səbəb olur. Həmçinin belə zədələrə ayaq biləyi də daxil edilir.
Ən az yaralanma isə üzgüçülük, su topu, tennis və qolf oyunları zamanı baş verir.
Bu oyunların hamısı yumşaq tərz idman növlərinə daxil edilir.
Yeniyetmələr üzərində aparılan araşdırmalar zamanı isə maraqlı nəticələr ortaya çıxıb.
Üzgüçülüyün vücud assimetriyası və beldə donqarlığı artırdığı, gənc qızlarda isə bel ağrısı yaratdığı təsbit edilib.
Bəs uşaqlar hansı idman növü ilə məşğul olmalıdırlar?
Mütəxəssislər bu barədə valideynlərə xəbərdarlıq edirlər.
“Uşaqların məşğul olduqları idman növündən asılı olmayaraq vücudun estetikliyi, qüvvətliliyi nəzərə alınmalıdır. Bunlar hamısı tənzimlənməlidir.
Uşağın ehtiyacına və bədən quruluşuna görə idman növü seçilməlidir. Həmçinin hər insanın özünəməxsus məşq dərsləri tərtib edilməlidir”, – deyə ekspertlər bəyan edib.

Uşağınızın immun sistemini necə gücləndirə bilərsiniz?

Maryland Universitetinin tibbi həkim və pediatr dosenti Charles Shubin uşağın tamamilə təcrübəsiz immunitet sistemiylə dünyaya gəldiyini deyir.

İmmun sistemi ancaq mikroblara məruz qaldığında inkişaf edir və güclənir. Lakin bu çox vacib sual dəyişilmir: “Uşağımın immun sisteminin təbii yollarla güclənməsinə necə kömək etməliyəm?”

Uşağın bədəninin öskürək mikroblarına daha əvvəl məruz qalmadığı və bu xəstəliyə qarşı immuniteti formalaşmadığı üçün bəzi pediatrlar ildə 6-8 dəfə uşağın bu xəstəlikləri keçirməsini normal qarşılayır.

Bununla yanaşı, uşağınızın immun sistemini təbii yollarla gücləndirə biləcəyiniz bəzi üsullar var.

Bu övladınızın, tez-tez xəstə olmasına mane olacaq və onun yaxşı formada inkişafını görmək sizi xoşbəxt edəcək.

“Bu günün işini sabaha saxlama”

Güclü immun sistemi formalaşdırmaq, nizamlı şəkildə kiçik şeylər tələb edir. Bu yavaş müddətdir və istənilən nəticələri əldə etmək bir az vaxt aparır. İmmun qazanmaq, daxili və xarici faktorlara bağlıdır. Xarici faktor olaraq, gigiyena və təmizlik övladınızın sağlam olmasında ən böyük fayda olacaq.

Bu məqalədə övladınızın immun sistemini formalaşdıracaq faydalı üsullarla qarşılaşacaqsınız.

Övladınızın immun sistemini necə gücləndirə bilərsiniz?

  1. Yaşıl yarpaqlı meyvə və tərəvəz yedizdirin

Övladınıza meyvə və tərəvəz verməyiniz vitamin, mineral və mikro qidalar kimi qida növlərini almasını təmin edəcək. Bu qidalar uşağınızın immun sistemini inkişaf etdirir və onun uyğun inkişafını təmin etməkdə köməkçi olur. Şokalad və şirin şeylərin miqdarını azaltmalısınız. Uşaqlar iştah itkisinə səbəb olan bu qidaları səsli şəkildə yeməyə meyl göstərirlər.

  1. Gündəlik hərəkətlər etdirin

Memorial Universitetinin pediatr immunoloji mütəxəssisi Dr. Ranjit Chandra belə deyir: “Hərəkətlər bədənin təbii antikorlarının sayını (mikrob öldürən qan hüceyrələri) artırır və həm yetkin, həm də uşaqların immun sistemini gücləndirir”.

Uşaqları həyətə çıxarıb onları oynamağa yönləndirmək, onları ərköyün etməməlidir, gündəlik edilən hərəkətlər infeksiyalarla mübarizə aparmaq üçün antikorlarını formalaşdırmaqda köməkçi olmalıdır. Yəni bu hərəkətləri sağlamlıq üçün edilməlidir.

  1. Siqaret tüstüsündən uzaq tutun

Siz və ya həyat yoldaşınız siqaret çəkirsə, övladınızın yanındaykən xahiş edirik siqaret çəkməyin və ya çəkilməməsinə diqqət göstərin. Siqaret sizə verdiyi zərər qədər uşağınıza da eyni zərəri verəcək.

  1. Ətrafın təmiz olmasına diqqət göstərin

Övladınızın təhlükəsizliyini onu mikroblardan qorumaqla təmin edə bilərsiniz. Evin nizamlı olaraq gigiyenik təmizliyi vacibdir. Uşağınızın yeməkdən əvvəl əllərini sabunla yuduğundan əmin olun. Bundan əlavə, dırnaqlarını kəsdiyinə diqqət edin. Yatağını nizamlı olaraq dəyişdirin. İnfeksiyanın əsas qaynağı adətən diş fırçaları olur. Diş fırçaları mikrobları uzun müddət saxlayır və yaxınındakı diş fırçalarına da ötürür.

  1. Yaxşı yuxu almasını təmin edin

Uşaqların vahid təhsili və tədqiqat mərkəzinin müdiri, həkim Kathi Kemper uşaqlarda yuxu əskikliyinin bədəninin immun sistemi hüceyrələrini öldürdüyünü deyir. Bu hüceyrələr mikroblarla mübarizə aparmaqda bədənə kömək edir.

Tədris uşaqlarda erkəndən başlayır, beləcə övladınıza öyrətmək və tətbiq etmək istədiyiniz hər şeyi öyrədə biləcəyiniz bu müddəti ən yaxşı formada istifadə edin.

Mənbə: ustunzekalilar.org

Utancaq, özünə qapalı uşaqlarla necə davranmalı?

Uşağınızın utancaqlığı, özünə qapalı olması ilə bağlı narahatlıq keçirirsiniz?

İnsanların arasına qarışmaqdan daha çox sizinlə qalmağa üstünlük verir? Elədirsə, əmin olun ki, bu mövzuda tək deyilsiniz. Utancaqlıq uşağın sosial inkişafına mane olduğu üçün ciddi problem kimi görünsə də, öhdəsindən asanlıqla gəlmək olar. Çox ailə uşaqlardakı bu xüsusiyyətdən narahatlıq keçirirlər. Ancaq dürüst olmaq lazımdırsa, bu mövzuda qorxacaq, narahatlıq keçirəcək heç bir şey yoxdur. Təkcə bu vəziyyətə qarşı fərqli münasibət göstərməyiniz lazımdır.

“Utancaqlıq genetik deyil, sadəcə tez-tez qarşılaşılan problemdir”

Adətən utancaq uşaqlar həddən artıq emosional olurlar. İçinə qapalı olurlar və onlar sosiallaşmada çox çətinlik çəkirlər. Utancaqlıq sosial vəziyyətlərdə uşaqların çətinlik çəkməsinə səbəb olur, çünki emosialarını rahat şəkildə ifadə ettməyi bir az çətin tapırlar. Ailənin dəstəyi uşağın rahat olmasına uzun müddətli kömək ola bilər. Sizin valideyn olaraq uşağınızın utancaqlıq mövzusunun öhdəsindən gəlməsində böyük rolunuz var.

İndi isə uşaqların utancaqlığa qalib gəlməsinə köməkçi olacaq asan və faydalı təkliflərə nəzər yetirək.

  1. Uşağınıza dəstək olun

Utancaq uşaqlar utancaq olmayan uşaqlara nisbətən ana və atalarından daha çox diqqət və dəstəyə ehtiyac duyurlar.  Valideyn olaraq bu mövzuda çox həssas olmalısınız. İçinə qapalı uşaqlar əvvəlcədən yaxşı formada dəstək görməsələr, gələcəkdə özlərini daha dəqiq ifadə edə bilməyən və sosial  həyatında çətinlik yaşayan narahat, qorxaq yetkin ola bilərlər.

  1. Anlayışlı olun və uşağınızı utandırmayın

Uşağınıza qarşı mühakiməedici olmayın, onu alçaltdığınızda, xor baxdığınızda bunu çox rahat formada başa düşə, hiss edə bilər. Uşağınızı qəbullanın. Onu dinləyin və müsbət formada qəbul edin. Bu, onu emosional olaraq inkişaf etdirəcək və daha rahat ünsiyyət qurması üçün özgüvən verəcək. Utancaq uşaqlar struktur baxımından daha həssasdırlar, siz daha səbrli və uşağınızın duyğularına qarşı daha diqqətli olmalısınız.

  1. Siz örnək olaraq ona öyrədin

Valideynlər uşaqlarının ilk dəstəkləyicisi və müəllimləridir. Uşağınızla daha çox vaxt keçirin.  Çölə çıxarın, sizinlə birlikdəykən insanlarla daha çox ünsiyyətə girsin, məsələn mağazadan nəsə alsın. Uşaqlar valideynlərini müşahidə edirlər. Bu, sosial vəziyyətlərdə necə davranacağını öyrənməyinə köməkçi olar. Uşağınız zamanla sosiallaşmağı qəbullanmağa başlayacaqdır.

  1. Əsas sosial bacarıqları öyrədin

Uşağınıza yetkin və dostlarını salamlamaq, gülər üzlü olmaq, nəzakətli danışmaq, yemək yemə qaydaları və çəngəl-qaşıq istifadəsi bacarıqları kimi bir çox əsas sosial bacarıqları öyrətməlisiniz. Bütün bu bacarıqları uşağınıza nəzakətlə öyrətməlisiniz. Bununla da uşağınızın sosial bacarıqları inkişaf edəcəkdir. Sadə hesab etdiyimiz salamlaşmaq belə uşağınızın rahat hiss etməsini təmin edə bilər. Uşağınız qorxur ya da utanırsa, onu məcbur etməyin. Özünə gəlməsi üçün ona vaxt ayırın.

  1. Uşağınızı dostlaşması üçün cəsarətləndirin

Bu, uşağınızı rahat şəkildə sosiallaşdırmada ən asan yollardan biridir. Dostlaşmaq övladınızı sosiallaşdıracaq və bir yerə gəlmələrini asanlaşdıracaq və zövq verəcəkdir. Uşaqlar birlikdə olmağı çox sevirlər. Bunu bir avantaj olaraq istifadə edin və uşağınızın yeni dostlar qazanmasına köməklik edin. Onu öz yaşıdlarının olduğu yerlərə aparın.

  1. Uşağınızı heç vaxt utancaq olaraq tanıtmayın

Uşağınızı dostlarının və digər ailə fərdlərinin qarşısında utancaq olaraq xarakterizə etməyin. Bu, mənfi imic formalaşdırmasına səbəb olar. Unutmayın, utancaq uşaqlar çox duyğusaldırlar. Yetkinlər kimi uşaqların da yeni şeylərə uyğunlaşmasının bir az vaxt alacağını qəbullanmalısınız.

  1. Son olaraq, övladınızı heç vaxt qısnamayın

Bu mövzunun üzərində çox dayanılmır. Uşaqlarınızın insanlara rahat əlaqə qurmasının vaxt aparacağı bir həqiqətdir. Uşaqlar hələ böyümə prosesində olduqları üçün yeni vəziyyətə uyğunlaşmaları vaxt alır. Uşağınızı heç vaxt rahat hiss etdiyi mühitdən başqa mühitə itələməyin. Bu, onu narahat edər və incidər.

Nəticə olaraq bu nümunələrin uşağınızın utancaqlığına uzun müddətli faydasının olacağından əminik.

Mənbə: zekatesti.com.tr

Bəs uşaqları intizamlı etməklə bağlı bildiklərimiz səhvdirsə?

Leigh Robinson, məktəbdə günorta tənəffüsündə gəzintiyə çıxanda məktəb müdirindən zəng gəldi. Sinifdə “həddən artıq” hərəkətlər etməklə tanınan üçüncü sinif şagirdi Will, oyun ərazisində kontroldan çıxmışdı. Kəmərini çıxarıb, ətrafa doğru sallayırdı. Tənəffüsdəki müəllimlər onun birinə zərər verə biləcəyindən narahat idi. Willin köməkçi-təlimatçı müəllimi olan Robinson, telefon zəngi gələn kimi tələsik məktəb həyətinə geri döndü.

Will “o uşaq” idi. Hər məktəbdə onlardan bir neçəsi olur: Həmişə başı bəlaya girən ya da özü problemə səbəb olan o uşaq. Yerində otura bilməyən, hirslənən və bir müəllimin həyatını cəhənnəmə çevirə bilən o uşaq. Digər uşaqların tənəffüsdə çıxan dava üçün günahlandırdığı o uşaq. Will də o uşaqlardan biri olduğunu bilirdi. Birinci sinifdən bəri məktəbə bir sinif yoldaşıyla ya da müəllimiylə yaşayacağı bir sonrakı problemə görə narahat, daim müdafiə və hazırlıqlı vəziyyətdə gəlirdi.

“Məktəbdən həbsxanaya gedən uzun incə yol” ifadəsi, Amerika dövlət məktəblərinin Will kimi uşaqlar üzərində necə bir uğursuzluğa uğradığını tərif etmək üçün yaradıldı. İsyankar davranışı düzəldilməyə birinci sinif şagirdi, məktəbdən uzaqlaşdırılan beşinci sinif şagirdinə, ardından özbaşına dərmanlar istifadə edən səkkizinci sinif şagirdinə, ən sonunda isə 17 yaşında köhnə məhkuma çevrilir. Günümüzdə müəllimlər hər nə qədər “sosial və duyğusal inkişaf” istiqamətində həssas olmalarıyla bağlı təlimləndirilsələr də və məktəblər bilik və inkişaf problemləri yaşayan uşaqları normal siniflərə inteqrasiya etməyi vəd etsələr də, nə vaxt uşaq “ifrat” davranışlar etsə psixologiyadakı bütün bu inkişaflar zibil qabına atılır. Çünki müəllimlər və məktəb idarəçilərinin hələ əksəriyyəti dəbi keçmiş mükafat və cəza sisteminə güvənir. Hələ qırmızı-sarı-yaşıl kartları, davranış cədvəllərini və mükafatdan uzaqlaşdırmağa və məktəbdən atmağa qədər bütün klassik yolları yoxlayırlar.

Ən çətin uşaqlarla necə məşğul olacağımızın kökləri B.F Skinnerin 20-ci əsrin ortalarında ortaya atdığı fəlsəfəsinə dayanır: İnsan davranışı nəticələrinə görə dəyərləndirilir və pis davranışlar cəzalandırılmalıdır. (Bunu da ilk dəfə Pavlov itlər üzərində izah etmişdi.)

Ancaq nəticələrin də nəticlələri var. Müasir psixoloji işlər belə deyir: Bu standart intizam üsulları uşaqların davranış problemlərini həll etmir, əksinə onları daha da pisləşdirir. Qısa müddətli hədəflər uğruna (sinifdə anlıq hüzur) uzun müddətli hədəfləri (şagird davranışının tamamilə yaxşılaşması) qurban verirlər.

2011-ci ildə edilən bir araşdırmada Texas A&M Universitetinin araşdırmaçıları təxminən 1 milyon məktəb uşağını 6 ildən uzun bir müddət ərzində izlədi. Tətqiqatçılar kiçik cinayətlərdən dolayı – qısa müddətli davalar ya da telefon istifadəsi kimi – məktəbdən uzaqlaşdırılan ya da atılan uşaqların, cəza aldıqdan sonra bir il içində uşaq ədalət sistemiylə tanış olmalarını yaşıdlarına görə üç qat daha meyilli olduqlarını gördü.

O zaman bu sualları verməyimiz lazım gəlir: Ən çətin uşaqlara ən sərt münasibəti göstərmək ağıla yatan bir şeydir? Bəlkə xroniki olaraq dəcəllik edən uşaqlara, əslində çox vaxt istəsələr də “sakit” dayana bilmədikləri halda sanki elə olmaq istəmirlərmiş kimi davranırıq?

Bu suallar önəmlidir, çünki uşaq həbsxanalarından məktəblərə qədər bir çox yerdə intizamda inqilab yaratmağa başlayan diqqətçəkici bəzi araşdırmaların mərkəzində yer alırlar. Harvardda dərs verən psixoloq Ross Greene, çətin uşaqlarla məşğul olan valideynlər və təlimçilər arasında “kult” ola biləcək sistem inkişaf etdirdi.

Greenin təhsil fəlsəfəsinə görə, bir uşağı sinifdə qışqırdığı üçün ya da həmişə sırasından kənara çıxdığı üçün cəzalandırmamalısınız. Uşaqla əvvəlcə etdiyi dəcəlliyin səbəblərini anlamaq üzrə danışmalı və sonra bir daha özünü bu şəkildə hiss etdiyində istifadə edə biləcəyiniz alternativ üsullar üzərində beyin fırtıası etməlisiniz. Məqsəd problemin kökünə enməkdir, bir uşağa beynin çalışma şəklindən dolayı cəza vermək deyil.

Əgər Greenein yanaşması doğrudursa, o zaman mükafat, cəza və nəticələri haqqında mübahisələr etməyə davam edən təlimçilər tamamilə yanlış bir mövzu üzərindədirlər. Nəticədə davranışlarına nəzarət etmək üçün lazım olan beyin funksiyalarını hələ qazana bilməmiş bir uşağa cəza vermək nəyə lazımdır?

Müəllimi Leigh Robinson tələsərək məktəbin həyətinə çatanda Willin əlində kəmər var idi. Məktəbəqədər dönəmdən başlayıb üçüncü sinfə qədər şagirdi olan bu məktəb, Greenein yanaşmasını yoxlayan ölkədəki bir neçə yüz məktəbdən biridir.

Will aktiv, ağıllı, danışan və çöldə oyun oynamağı sevən bir uşaqdır. Eyni zamanda yerində ya da sinifdə oturmaq mövzusunda – tipik bir altı yaş uşağından daha çoxdur – çətinlik çəkir.  Robinson oyun ərazisində Willə güvənverici formada yaxınlaşıb, ona yumşaq formada “Kəmərlə nə etməlisənsə, et” dedi. “Sadəcə onu insanlardan uzaq tut”.  Will yavaş-yavaş sakitləşməyə başladı. Birlikdə məktəbin yaxınındakı meşəliyə tərəf getdilər. Müəllim Willin dərəyə daş atmasına, qışqırmasına icazə verdi. Ta ki qolları arasında gözyaşlarına boğulanadək. Sonra danışdılar və bir plan müəyyənləşdirdilər. Bir daha özünü yorğun və narahat hiss etdiyində, köməkçi-rəhbər müəlliminə ehtiyacı olduğunu deyəcəkdi.

Bundan bir neçə il əvvələdək məktəb nümayəndələri eyni hadisəyə fərqli formada reaksiya verirdi. Ya Willi müdir otağına göndərirdlər ya da tənəffüs qadağası qoyurdular. Willin “özünü aşması” birinci sinifdə reallaşdı: əvvəlcə məktəb müdiri Daran, sonra rəhb və öz müəllimi Will ilə oturub danışdıqdan sonra. Will sinif yoldaşlarıyla birlikdə yazma dərslərinə qoşulmağı rədd edirdi. 45 dəqiqə müddətincə, sızıldamalar və “bilmirəm”lər içində olan Willi razı salmağa çalışdılar. Ən nəhayət bir nəticəyə gəldilər: Will əgər eyni zamanda rəsm çəkə bilmək üçün boş hissəsi olan kağızlardan istifadə edə bilirsə, yazı yazmağa başlaması daha asan ola biləcək. Çox keçmədən yazı tapşırıqlarını heç problem yaşamadan həll etməyə başladı.

Beləliklə, Will məktəbindən məzun oldu. İndi beşinci sinifdədir. Yeni məktəbində dostlar qazandı və qürurla məktəb gedir. Will əvvəlki məktəbində müəllimləriylə yaşadığı təcrübələri belə danışır: “Hirsli uşağın fərqinə varanda kömək etməyə çalışırlar. Onu nə narahat etdiyini soruşurlar”.

Greenein baxış bucağına görə, ən böyük qazanc: sadəcə uşaqların davranış problemlərini düzəltmək deyil, öz-özlərinə uğura çatmalarını təmin etməkdir. “Hansı evə gedirsə getsin bir uşaq üçün ildə 9 ay, həftədə 5 gün və gündə 6 saat içində çox şey edə bilərik. Halbuki biz haqqında heç bir şey etməyəcəyimiz şeylərə fokuslanıb, sadəcə əl-qolumuzu bağlayırıq”, deyir Greene.

Mənbə: egitimpedia.com

Uşaqlarınızı cinsi istismardan belə qoruyun

Bütün dünyada uşaqlara qarşı cinsi istismar halları baş verir. Bəs bu vəziyyətdə ailələr nə etməlidir? Uşaqları cinsi istismardan necə qoruya bilərik?

Bagcam.az-ın verdiyi xəbərə görə, mövzu ilə bağlı Ailem.az-a danışan psixoloq Vəfa Rəşidova deyir ki, son illər uşaqlara qarşı cinsi istismar halları çox yayılıb: “Bu da əlbəttə ki, son illərin psixoloji problemlərinə aid bir məsələdir. Hazırda nevroz, depressiya, intihara meyl kimi hallar necə yaranıbsa, cinsi istismar da eyni şəkildə yayğınlaşıb. Və bu, təkcə psixoloji problem deyil. Əgər bir insan kimisə cinsi istismara məruz qoyursa, bir uşağa qarşı belə bir addım atırsa, artıq həmin insan yatılı müalicə almalıdır. Bunlar, bu günün, dünənin psixoloji problemini yaşayan insanlar deyillər. Bunlar, illər boyu bunu gizli şəkildə edən insanlar da ola bilirlər. Məsələn, cinsi istismar edən şəxsin hərəkəti bu gün bilinibsə, bu, o demək deyil ki, bunu birinci dəfədir edir. Bəlkə də bir neçə uşağa, ailəyə bu kimi zərbələr vurub”.

Uşaqları daha çox 50-65 yaşlı şəxslər cinsi istismar edir

V.Rəşidova deyir ki, azyaşlı uşaqlara qarşı cinsi istismara əl atan insanlar daha çox yaşlılar olur: “Onlar haradasa 50-65 yaşlı kişilər və xanımlardır. Uşaqlara qarşı cinsi istismar dedikdə bir çox hallarda yalnız kişilər nəzərdə tutulur. Amma mən deyim ki, bu, tək kişilərə aid deyil. Xanımlar da uşaqları cinsi istismar edə bilir. Bu cür davranışlar pedofiliya adlanır. Artıq burada insanın bütün sinir sistemlərinin sıradan çıxmasından savayı, şəxsiyyətinin parçalanmasından da söhbət gedir. Bəzən də bu, şüuraltı proses olur və gizli formada gedir. Bəzən yaşlı qadın sanki uşağı sevir, öpür, qucaqlayır kimi davranış sərgiləyir. Əslində o, şüuraltı seksual həzlərini yerinə yetirmiş olur. Ona bu barədə dedikdə isə and-aman edəcək ki, belə deyil”.

Bu cür hallar yalnız küçədə olmur

“Amma uşaqlarımızı yalnız yaşlı insanlardan qoruyaq fikrinə fokuslanmaq da yanlışdır, çünki bu, hər yaşda ola bilər. Ən önəmli məqam odur ki, bu, qonşu da ola bilər, xalaoğlu, xalanın yoldaşı, əmi oğlu, bibinin yoldaşı da. Yəni heç uzağa getmək lazım deyil. Çünki bu cür hallar tək küçədə olmur. Valideynlər bu məqamda çox diqqətli olmalıdırlar. Bəzən kiməsə həddindən artıq güvənib, uşağı onun yanına qoyurlar. Burada önəmli məqam kimin yanında qoymaqları yox, həmin adamın əsəblərinin necə olması ilə bağlıdır. Əmin olduqdan sonra güvənib qoymaq olar”, – deyə psixoloq qeyd edib.

Onun sözlərinə görə, bir adama güvənib, “bu, qohumdur”, – deyib uşağı ona etibar etmək olmaz: “Çox vaxt atalar, analar güvənirlər, çox yaxınımızdır deyirlər. Məgər çox yaxınımızın psixoloji problemi ola bilməz? Əlbəttə, olar. Ona görə də uşaqları saatlarla kiminsə yanında qoymaq düzgün deyil. Bunu ona görə xüsusi vurğulayıram ki, əksər insanlar uşaqlarını bayırdakı insanlardan qoruyurlar, yaxınlarındakı insanlara isə güvənirlər. Bu, belə olmamalıdır”.

Uşaq bir neçə dəfə cinsi istismara məruz qalırsa…

Psixoloqun sözlərinə görə, əgər uşaqlar bir neçə dəfə cinsi istismara məruz qalırsa, artıq buna öyrəşirlər və belə hallar onlar üçün adiləşir: “Bu kimi hallarda uşaqlar başqa cür davranışlar sərgiləyir və valideynlər başa düşmür nə olub. Şəxsən mənim psixoloji araşdırmalarımda şəxsin uşaqlıq illərinə endikdə görürəm ki, həmin uşaq cinsi istismara məruz qalıb, amma gizlin. Bax, bu da önəmlidir”.

Uşaqlara məhrəm yerləri barədə məlumat verin

Bəs bu kimi hallardan uşaqları qorumaq üçün onları necə başa salmaq lazımdır? Hansı yaşdan uşaqlara cinsi bilgiləri vermək olar? Psixoloq deyir ki, uşaqlara cinsi bilgilər 5 yaşdan etibarən verilməlidir: “5-6 yaşından etibarən uşaqlara başa salmaq lazımdır ki, kimsə sənə yaxınlaşırsa, diqqətli ol, məhlədəki uşaqlara qoşulub kiminsə evinə getmə. Çox zaman belə hallar yaşanır ki, uşaqlar məhlədə, həyətdə oynayarkən bir-birlərinə qoşulub, gəl bizə gedək deyirlər. Uşağa başa salmaq lazımdır ki, bu cür hallarda da heç kimə güvənib getməsin. Bina evlərində blokun içində oynamasınlar, orada da hər cür insan ola bilər. Valideyn uşağa izah etməlidir ki, məhrəm yerlərini qorumalısan. Kimsə sənin bu məhrəm yerlərinə toxunmamalıdır. Uşağa bədənin hansı yerlərinin məhrəm olduğunu başa salmaq lazımdır. Bəzən biz valideynlərə deyəndə bunları izah edin, deyirlər, yox, ayıbdır. Bu, doğru yanaşma deyil”.

Valideynlər uşağa güvən verməlidir”

V.Rəşidovanın sözlərinə görə, bu bilgilər o qədər incə şəkildə izah olunmalıdır ki, uşaqlarda insanlara qarşı nifrət oyanmasın: “Uşaq sadəcə özünü müdafiə, qorunmaq üçün bu şeyləri anlamalıdır və bu, ayıb deyil. Bir məqama da toxunum. Məktəbə getməzdən əvvəl valideyn uşağa müəyyən etik qaydaları öyrətməlidir. Məsələn, tualetdə çox adam olduqda sən girmə. Tualetə girdikdə mütləq qapını bağla. Biz uşaqlarımızı elə formalaşdırmalıyıq ki, onlar qorxmadan gəlib hər şeyi bizə danışsınlar. Əksər hallarda uşaqlar qorxaraq, bu barədə gəlib danışmırlar. Düşünürlər ki, deyərəm valideynlərim məni günahkar bilər, döyər. Amma valideynlər uşağa güvən verərək, bu qorxunu aradan qaldırmalıdırlar”.