Uşaqlarda iştahsızlığın 3 ƏSAS SƏBƏBİ

“Uşaqlarda müşahidə olunan iştahsızlığın 3 əsas səbəbi var və bunu aradan qaldırmaq üçün iştahaçıcı vitaminlərə üz tutmaq lazım deyil”. 
bagcam.az xəbər verir ki, bu sözləri Medicina.az-a açıqlamasında pediatr-allerqoloq Xəyalə Quliyeva deyib. O, iştahsızlığın səbəblərini də açıqlayıb:
“Əsas 3 səbəbi var. Həqiqi iştahsızlıq. Yəni hansısa xəstəlikdən yaranır. Düzgün qidalanmamaq və psixoloji səbəblər. Adətən 1 yaşa qədər olan körpələrdə iştahsızlığın səbəbi qanazlığı və diş çıxarma müddəti ola bilər. Əgər iştahsızlığın səbəbi diş çıxarmadırsa, bu zaman müalicə etməyə ehtiyac yoxdur. Bir müddətdən sonra öz-özünə düzələcək. Əgər qanazlığıdırsa, bu problem həkim rəyi əsasında aradan götürülməlidir. Bu zaman iştahsızlıq problemi də qalmayacaq”.
Mütəxəssis hansı xəstəliklərin iştahsızlıq yaratdığından bəhs edib.
“İştahsızlıq xəstəlik deyil hansısa xəstəliyin əlamətidir. 1 yaşdan yuxarı uşaqlarda adətən qurd xəstəlikləri buna səbəb ola bilər. Bunu qeyd edim ki, iştahsızlıq qurd xəstəliyinin sadəcə bir əlamətidir.
Bundan əlavə olaraq allerjik uşaqlarda da iştahsızlıq yarana bilər.
İştahsızlığa səbəb olan əsas xəstəliklərdən biri sidik yolu infeksiyalarıdır. Bu zaman da iştahsızlıq xəstəliyin bir əlaməti kimi yarana bilər. Əgər səbəbsiz yerə qızdırma yüksəlirsə, yəni 38 dərəcədən yuxarı olarsa, uşaqda digər heç bir problem aşkar edilməssə bu zaman sidik yolu infeksiyası düşünülə bilər.
Həmçinin qulağ ağrıları, D vitamini defisiti zamanı da iştahsızlıq yarana bilər”,- deyə Quliyeva vurğulayıb.
Pediatr, dərmanlara üz tutmağın faydadan çox zərəri olduğunu qeyd edib:
“İştahsızlığın səbəbləri araşdırılmalıdır. Əks halda dərmanlar daha çox zərər verər. Əgər iştahsızlıq artıq boy və çəki artımında ləngimə yaradırsa, bu zaman tədbirlər görülməlidir”.
Yanlış qidalanmadan bəhs edən pediatr 6 aydan sonra körpələrə ana südündən əlavə qidaların verilməsinin vacibliyindən danışıb:
“İlk 6 ay ana südünü tövsiyə edirik. Təbii ki bu yetmədikdə əlavə hazır qida (smes) verilə bilər. Ana südünün yetib-yetmədiyinə belə həkim nəzarətində qərar verilməlidir.
Ancaq 6 ayın tamamında əlavə qidaya ehtiyac var. Əgər uşaq 8 aylıqdırsa və hələ də əlavə qida, yəni sup, kaşa yemirsə, bu onda iştahsızlıq yarada bilər. Çünki uşaq ancaq smesə və ya ana südünə öyrəşdiyi üçün  əlavə qidanı qəbul etməyə bilər. Bu səbəbdən zamanında əlavə qidaya keçid lazımdır”,-deyə Xəyalə xanım bildirib.

İctimai yerlərdə olmayan uşaqlar bu xəstəliyə yoluxa bilər

Uşaqlarda kəskin limfoblast leykozu əksər hallarda genetik meyl və ətrafın həddindən artıq steril olması ilə əlaqəli olur.
 
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, Britaniyalı alimlərin elmi işinin nəticələri “MedicalXpress”də dərc olunub.
Tədqiqatçılar limfoblast leykozla bağlı onlarla elmi işin meta-analizini aparıb və belə bir nəticəyə gəlib ki, bu xəstəyilin formalaşması iki mərhələdə baş verir.
Əvvəl genetik mutasiya nəticəsində (beş faizli ehtimalla) embrionda bu xəstəliyə meyl yaranır. Daha sonra hər hansı adi xəstəlik, məsələn soyuqdəymə kəskin limfoblast leykoza yol açır.
Elmi işin müəlliflərinə görə, ilk illərini steril şəraitdə keçirmiş, həmyaşıdları ilə təmasdan qaçınmış və ictimai yerlərdə nadir hallarda olmuş uşaqlar bu xəstəliyə tutulmağa daha həssasdır.
Körpələr evinə və uşaq bağçasına getmiş uşaqlarda isə əksinə limfoblast leykozuna tutulma riski əhəmiyyətli dərəcədə aşağı olub.
Alimlər sınaqları laboratoriya siçanları üzərində aparıb. Leykoza genetik meyli olan və steril şəraitdə böyüdülmüş gəmiricilər, adi şəraitdə böyüyən siçanlarla müqayisədə daha tez-tez xəstəliyə tutulub.
Tədqiqatın professoru Mel Qreyvs bu halı “irəliləyişin paradoksu” adlandırır. Onun sözlərinə görə, leykoza daha çox zəngin ailələrdə, uşaqların müxtəlif xəstəliklərlə az təmasda olduğu mühitdə rast gəlinir. Uşaqlar həmyaşıdları ilə az təmasda olduğundan onların immun sistemi  xəstəliklərə qarşı bir növ “hazırlıq kursundan” keçmiş olmur .

Uşağa hər gün bir yumurta yedizdirin

Yumurta faydalı qidalar siyahısında yer alır. Xüsusilə də uşaqların inkişafında yumurtanın inanılmaz rolu var. Mütəxəssislər uşaqların qida rasionunda gündə ən az bir yumurtanın olmasını məsləhət görür. Bağçam.az Ailem.az-a istinadən yumurtanın uşaqlar üzərində müsbət təsirlərindən bəhs edən məlumatı diqqətinizə çatdırır.

Uşaqlara enerji toplamaq üçün proteinlə zəngin qidalar verilməsi məsləhət görülür. Uşağınız hər gün bir ədəd yumurta yeməlidir. Yumurta yüzdə yüz protein qaynağıdır və qan yaradır.

Elmi araşdırmalara əsasən, yumurtanın göz sağlamlığına və gözdə yaranan sarı nöqtə xəstəliyinə faydası olduğu ortaya çıxıb. Uşaqlıqdan etibarən balanslı qidalanmanın göz sağlamlığına bir çox faydası var. Bu balanslı qidalanmanın içərisində mütləq yumurta da olmalıdır. Yumurta yemək göz sağlamlığını qoruyur.

Yumurtanın tərkibində A, B və C vitaminləri var. A vitamini xüsusilə gözün retina qismindəki işıq göndərməni öz üzərinə götürür, bunun əskikliyi görmə problemi yarada bilər.

Yumurta yeməyin yaddaş problemini azaltdığı və qarşısını aldığı da sübut olunub.

Özümə güvənməyim üçün anamın mənə dediyi sözlər

Analar ailənin ürəyi və ruhudur. Eyni anda milyonlarla şey edə bilərlər, həqiqi super qəhrəmandılar. Anam da mən böyüyəndə çox şey edib, hələ də edir. Bütün bu etdiklərinin içində ən önəmlisi, mənliyimə güclü və dəyərli iç səsi yerləşdirmək oldu. Bu iç səs hər gün zehnimdə əks-səda verməyə davam edir.

Bu, uzun müddət onun səsiydi, amma gün keçdikcə mənim oldu. Anam mənliyimə güvən duyğusu yerləşdirdi, möhtəşəm sözləriylə özümə qarşı güclü güvən duyğusu bəsləməyimi təmin etdi.

Çünki mənə həmişə bunları söylədi:

  1. Çox gözəlsən

Anam bunu çox yaxşı şey etdiyimdə, düzgün qərar verdiyimdə ya da güclü, heç kimdən asılı olmadan davrandığımda deyirdi. Bunu tər içində qalanda, üst-başım çirkələnəndə, çox işləyəndə də söyləyirdi. Mənə həqiqi gözəlliyin görünüşümdə deyil, içimdə və müsbət hərəkətlərimdə yatdığını göstərdi.

  1. Belə hiss etdiyin üçün kədərlənirəm

Anam həmişə mənim nə hiss elədiyimi bilmək istəyirdi. Niyə belə hiss etdiyimi bilməsə ya da anlamasa belə həmişə mənə empatiya ilə yaxınlaşdı.

  1. Nə etmək istəyirsən?

Anam mənə nə edəcəyimi heç vaxt söyləməyib. Mənim doğru yoldan uzaqlaşdığımı düşündüyündə məni nəzarət altına almaq yerinə, mənə güvəndiyini bəll etdi. Mənə nə hiss etdiyimi və nə düşündüyümü soruşaraq duyğu və düşüncələrimə dəyər verdiyini göstərdi.

  1. Sən ən doğrusunu edərsən

Bir mövzuda nə edəcəyimə qərar verməyə çalışdığım zamanlarda anam mənim qərarlarıma güvəndiyini söyləyərdi. Qərar vermək insanın özünə qarşı duyduğu güvəni artırır, anam isə mənim qərarlarımı təxmin etməyə çalışmaz, öz qərarlarımı verməyimi təmin edərdi. Yanlış qərar versəm belə, əlimdən tutub qaldırar, yanımda olardı.

  1. Dostlarını evə dəvət elə

Dostlarım evimizdə həmişə çox xoş qarşılanırdı. Dostlarım mən evdə olmayanda belə bizə gəlirdilər, çünki anamın onlara həmişə dadlı təmlar verəcəyini bilirdilər. Bunun sayəsində anam mənə evin dağınıqlığının ya da evdə hazır yemək olub-olmamasıyla bağlı kiçik detalların məni incitməməsini öyrətdi.

  1. Səni sevirəm

Əlbəttə, bütün analar bunu söyləyir. Anam mənə həmişə söyləyirdi. Əgər mənə qarşı hiss etdiyi və söyləyə biləcəyi daha yaxşı şeylər olsaydı, onları da söyləyərdi. Amma anamın səni sevirəm kəlməsi həmişə bu sözlərin ən üstündə olub və bu belə bəzən onun mənə qarşı duyduğu gerçək sevgini ifadə etməkdə yetərsizmiş kimi gəlir.

  1. Get bir az əylən

Mən uşaqkən həmişə əyləncə, oyun və qəhqəhə vardı. Böyüyəndə, həyat gedərək qarışıq hala gəldiyində bunları çox axtardım. Məni az qala qapıdan itələyib göndərərkən, uşaqlardan ötrü narahat olmamağımı söyləyir.

  1. Səninlə fəxr edirəm

Nə səbəblə olursa olsun birinin mənimlə qürur duyduyğunu eşidərək böyümək möhtəşəm bir şeydir. Özümlə fəxr eləməyimin lazım olduğuna inanaraq böyüdüm. Özümlə indi də fəxr  edirəm.

Təşəkkürlər, ana…

Mənbə: egitimpedia.com

 

Uşaqları belə oturmağa qoymayın

Uşağınızın oturma şəkli bir çox ortopedik problemlərdən xəbər verə bilir. Belə ki, həkimlər tez-tez azyaşlı uşaqların 5-6 yaşından sonra meydana çıxan problemlərinin məhz 1-2 yaş aralığındakı oturma formalarından qaynaqlandığını deyirlər.
Bəs görəsən bu nədir?
Diqqət etsəniz görərsiz ki, xüsusilə “W” oturuşu dediyimiz forma uşaqlarda çox rast gəlinir.
 
Bəs bu “W” oturuşu nədir?
 
Bagcam.az Medicina.az-a istinadən sizə “W” oturuşunun uşaqlarda yarada biləcək problemləri haqqında maraqlı faktları təqdim edir:
Adətən 1-2 yaş dövründə olan uşaqlar tez-tez dizlərini qatlayaraq, ayaqlarını müvafiq olaraq sağ və sol istiqamətində geriyə uzatmaqla dizlərinin üzərində otururlar. Həkimlər buna “W” şəklində oturma deyir. Bu zaman uşaqların bütün bədən ağırlıqları bud, diz və ayaq topuqları üzərinə düşür. Bu təzyiq nəticəsində uşaqların bud, diz və ümumilikdə bədən quruluşunda, qamətində çox ciddi pozuntular yarana bilir.
“W” oturuşunun gələcəkdə uşaqlara qazandırdığı problemlər bunlardır :
1. Gövdə gücündə azalma: Bu oturuş şəklində bədən əzələləri minimum şəkildə istifadə edilir. Bu isə dik dayanmağa kömək edir. Lakin xüsusilə qarın və kürək bölgəsindəki əzələlər zəifləyir.
2. Bud nahiyəsində çıxıq: Xüsusilə bədən ağırlığının bud üzərinə düşməsi onun inkişafına mane olur ki, bu da gələcəkdə bud çıxığı riskinin artmasına səbəb olur.
3. Bədəndə hərəkətsizlik: Bu vəziyyətdə oturan uşaqlar xüsusilə çarpaz gövdə hərəkətlərini edə bilmirlər. Bu da gələcək dövrdə oturaq iş həyatında onlara ciddi problemlər yaşada bilər.
4. Əllərdə passivlik: “W” oturuş formasında olan uşaqlar oyun oynayan zaman oyuncaqları müvafiq olaraq soldadırsa sol əlləri ilə, sağdadırsa sağ əlləri ilə götürürlər. Bu isə əllərin birgə fəaliyyətini zəiflədir.
5. Bud və çanaq quruluşunda deformasiya: Bu oturuş şəkli vərdiş halına gələrsə, bud prizmasında pozulmaya səbəb ola bilər. Bu da diz və ayaq biləklərində, çanaq nahiyəsində struktur pozuntularına gətirib çıxara bilər. Gələcəkdə isə ayaqda dabanın, pəncənin düz olması kimi fiziki qüsurlara gətirib çıxara bilir.
Həkimlər tövsiyyə edir ki, əgər uşağınız davamlı “W” şəklini xatırladacaq tərzdə oturursa, yavaşca ayaqlarını düz uzadın, uyğun və rahat formada oturmasına kömək edin. Ya da onun kiçik bir kresloda oturmasını təmin edin.

Uşağa düzgün ayaqqabını necə seçməli?

Uşağa qulluq vasitələri içərisində ayaqqabı seçimi xüsusi yer tutur. Əksər ailələr uşaqlarına ayaqqabı seçən zaman çətinlik çəkir. Çünki əksər uşaqlarda bir ayaq digərindən böyük olur. Bu da seçim zamanı özünəməxsus çətinliklər yaradır.
Bəs düzgün seçim nəyə əsasən edilməlidir?
Bagcam.az xəbər verir ki, mövzu ilə bağlı Medicina.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, travmotoloq-ortoped Ramil Nəcəfov ayaqqabı alan zaman diqqət ediləcək məqamlardan bəhs edib. Onun sözlərinə görə, uşaqlara ayaqqabı alarkən onun bahalı olması önəmli deyil:
“Uşaq üçün rahatlıq əsasdır. Ayaq ölçüsünə görə müvafiq ayaqqabı seçilməlidir. Bunun üçün də ayaqqabı almaq istəyirsinizsə uşağınızı özünüzlə götürün. Yaxşı olar ki, ayaqqabını uşağa geyindirib, elə alasınız.
Ən əsas nüanslardan biri isə seçilən ayaqqabının yüngül olmasıdır. Təəssüf ki, bəzi valideynlər görünüşə aldanaraq uşaqlar üçün ağır geyim seçirlər. Bu isə onlar üçün diskomfort hissi yaradır”.
Mütəxəssis ayaqqabının corabsız geyinilməsinin düzgün olmadığını qeyd edib.

“Uşaqlara çiyələk və alça verməyin” – SƏBƏB

May ayı gələr-gəlməz çiyələk, alça artıq satışa çıxarılır. Qiymətləri baha olsa da, iştahı çəkən və alıb yeyənlər də az deyil. Ancaq hamımız bilirik ki, hazırda satışda olan çiyələk və alça təbii şəkildə yox, istixanada yetişdirilib. Bu meyvələrin sağlamlığa ziyanı bilinsə də, bəzi valideynlər azyaşlı uşaqlarına alıb yedizdirməkdən ehtiyat etmirlər. “Uşaqdır, tamahı çəkdi, alıb verdim” kimi bəhanələri də var. Süni yetişdirilən məhsulların “zəhərlənmə” təhlükəsini nəzərə alan isə yoxdur.

Bagcam.az xəbər verir ki, Ailem.az-a bu haqda pediatr Vaqif Qarayev açıqlama verib. Həkim valideynlərə hazırda satılan çiyələk və alçanı yedizdirməməyi məsləhət görüb.

Hər iki giləmeyvənin faydalarını inkar etməyən V.Qarayev deyir ki, hazırda satışda olan çiyələk və alçanı uşaqlara vermək olmaz:

“Uşaq orqanizmi üçün faydalı olan bu giləmeyvələri mövsümündə yemək lazımdır. İndi satışda olan çiyələk və alça istixana məhsuludur. Çiyələyin daha da qırmızı, alçanın böyük olması üçün mütləq tərkibinə kimyəvi maddə vurulub. Süni yolla yetişdirildiyində isə çiyələk və alçanın faydasından əsər-əlamət qalmır. Ancaq vaxtında, təbii yolla yetişdirilən çiyələk və alça sağlamlığa faydalıdır. Tərkibi vitamin və mikroelementlərlə zəngin olan bu giləmeyvələr diş əti, mədə-bağırsaq, ürək qan-damar, tənəffüs sistemi problemlərinə qarşı çox faydalıdır. Odur ki, hər meyvəni vaxtında yemək lazımdır”.

Süni yolla yetişdirilən istənilən məhsulun sağlamlığa zərərli olduğunu vurğulayan V.Qarayev əlavə edib ki, hər bir meyvə-tərəvəz təbii yolla yetişəndə onun orqanizmə faydalarından yararlanmaq mümkün olur:

“Süni yolla yetişdirilən qida sadəcə qəşəng görünüşə malik olur, dadı isə yoxdur. İstixanada süni yolla yetişdirilən məhsullar mədə-bağırsaq sistemini pozur, allergik problemləri kəskinləşdirir”.

V.Qarayev vurğulayıb ki, əsasən 2 yaşdan sonra uşaqlara çəkinmədən çiyələk və alça, eləcə də onlardan hazırlanmış kompotlar vermək olar:

“İndi uşaqlar allergiyalı dünyaya gəldiyindən valideynlər onlara şirin qida verməkdən ehtiyat edirlər. Çiyələk allergiyaya səbəb olan giləmeyvə olduğundan, əvvəlcə uşağın çiyələyə qarşı allergiyasının olub-olmadığı yoxlanmalıdır. Yoxdursa, verilməsində heç bir problem yoxdur. Bəzi düşüncələrə görə də, uşağa 5 yaşından sonra kompot verilə bilər. Amma 5 yaşdan öncə də kəm şirin kompotlar vermək olar”.

Uşaqlıq və yeniyetməlik böhranı: Tiklər

Tiklər qeyri-iradi, özünü anidən göstərən, özünəməxsus xüsusiyyətləri ilə fərqlənən, hər hansı bir məqsədə yönəlik olmayan əzələ sıxılmasıdır. Belə ki, tik zamanı bir hərəkət çox zaman refleks şəklində insanın iradəsindən asılı olmadan təkrarlanır. Aparılan araşdırmalara əsasən, on nəfərdən birində tik müşahidə olunur. Tiklər müxtəlif yaş dövrlərində müşahidə oluna bilər. Xüsusilə 3-6 (uşaqlıq böhranı) və 12-15 (yeniyetməlik böhranı) yaşlarında yaranır.
 
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan uşaq nevroloqu Samirə İsmayılovanın sözlərinə görə, bu, çox vaxt üzdə gözqırpma, burun çəkmə, səsçıxarma, müxtəlif ağız hərəkətləri, həmçinin boyun, çiyin, əzələlərində müşahidə olunur.
“Oğlan uşaqları arasında daha çox müşahidə olunan bu xəstəliyin başlanma zamanı adətən 4-5 yaşdır. Səbəbləri isə müxtəlifdir. Bunlar genetik, bəzən də keçirilmiş xəstəliyin nəticəsi kimi, həmçinin bəzi dərmanların qəbulu ilə əlaqəli yarana bilər”.
Mütəxəssis emosional stress, həyacan, qorxunun da tikləri artıra biləcəyini vurğulayıb:
“Bəzən tiklər spontan keçsə də, uzun müddət davam edən və müalicəyə çətin tabe olan hallar müşahidə olunur. Belə hal Turett sindromu olan uşaqlar üçün xarakterikdir. Bu uşaqlarda lokal və yayılmış motor tiklərlə yanaşı, vokal tiklər – yəni müxtəlif səsçıxarma, aqressivlik kimi təzahürlər görünür”.
Nevroloq bunun ümumilikdə dalğavari gedişə malik olduğunu bildirib:
“Adətən payız-qış aylarında artma, yay fəslində isə azalma müşahidə olunur. Bu da məktəblilərdə yükün azalması ilə əlaqələndirilir. Düzgün günlük rejim tiklərin azalmasında rol oynaya bilir. Tiklərin xoşxassəli variantı ilə yanaşı, ciddi xəstəliklərin əlaməti ola biləcəyini nəzərə alaraq, nevroloq müayinəsi və ehtiyac olduqda digər mütəxəssislərin də məsləhəti vacibdir”.

Azərbaycanda uşaqlar bağçalara 1 yaşından veriləcək

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər müzakirə olunub.

Bagcam.az-ın APA-ya istinadən məlumatına görə, komitə rəhbəri İsa Həbibbəylinin sədrliyi ilə keçirilən iclasda müzakirə olunan layihədə uşaqların məktəbəqədər təhsil müəssisələrinə 3 yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəzinə uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi ilə bağlı dəyişikliyin edilməsi təklif edilir.

İ. Həbibbəyli bildirib ki, “Təhsil haqqında” qanununun mövcud variantına əsasən məktəbəqədər təhsil 3 yaşından başlayır: “Amma uşağı 3 yaşından məktəbəqədər müəssisəyə cəlb etmək bir qədər gecdir. Əhalinin real tələbatını ödəməyə başlamaq məqsədilə “Məktəbəqədər qədər təhsil haqqında” qanunda məktəbəqədər təhsilin 1 yaşından başlanılmasına qərara alınıb. Dünyada hətta 2-3 aylıq uşaqların bağçalara verilməsi faktı var. Amma Azərbaycanda reallıq budur ki, uşaq 1 il ana tərbiyəsi almalıdır. Biz “Təhsil haqqında” qanunda da uşaqların 1 yaşından bağçaya verilməsi ilə bağlı dəyişikliklərin edilməsini təklif edirik”.

İclasda “Məktəbəqədər təhsil haqqında” qanuna uyğunlaşdırmaq məqsədilə “Təhsil haqqında” qanuna, Əmək Məcəlləsinə, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Dövlət qulluğu haqqında”, “Yanğın təhlükəsizliyi haqqında” qanunlarına dəyişikliklərin edilməsi təklif edilir.

Layihə plenar iclasa tövsiyə olunub.

Qan azlığı olan uşaqlara bunları yedizdirin

Qan azlığı uşaqlarda ən ciddi sağlamlıq problemlərindən biridir. Əksər uşaqlar qan azlığından əziyyət çəkir. Bəs valideynlər uşaqda rast gəlinən qan azlığının aradan qaldırılması üçün nələrə diqqət etməlidir? Əsasən hansı yaş aralığında uşaqlarda qan azlığı daha çox müşahidə edilir? Bagcam.az Ailem.a-a istinadən mövzu ilə bağlı pediatr Aytən İsmayılzadənin fikirlərini diqqətinizə çatdırır.

A.İsmayılzadə məlumat verir ki, uşaqlarda qan azlığı-anemiya daha çox dəmir əskikliyi ilə bağlı yaranır: “Əsasən 6-24 aylıq körpələrdə, məktəbəqədər uşaqlarda və yeniyetməlik dövründə rast gəlinir. Əgər hamilə və süd verən qadının dəmiri azdırsa, bu, körpədə də belə olacaq. Uşaqlarda inkişaf sürətli getdiyindən qida ilə alınan dəmir bu ehtiyacı ödəmir. Uşaq 6 ayadək dəmiri yetərli olan ananın südü ilə bəslənirsə, onun bu problemi olmur”.

Pediatr bildirir ki, körpələrdə 6 ayından sonra əlavə qidalara keçildiyində taxıllı məhsullara, çaya üstünlük verildikcə dəmirin sorulması azalır və qan azlığı inkişaf edir: “Qidalardakı dəmirin 90 faizi inorqanikdir, onların yalnız 5 faizi sorula bilir. Qidalardakı dəmirin 10 faizi orqanikdir. Onun isə sorulması 20-30 % səviyyədədir. Qidalardakı dəmirin yalnız 10 faizi sorulduğundan 1 mq dəmir almaq üçün 10 mq dəmir qəbul edilməlidir. 10 yaş ətrafında inkişaf edən uşaqların dəmirə tələbatı hamilə qadınla eynidir – 18 mq. Ana südü laktoferrin və askorbin turşu hesabına dəmirin sorulmasında idealdır. İnək südü və süd məhsulları isə əksinə, sorulmasına mane olar”.

A. İsmayılova xəbərdarlıq edir ki, valideynlər aşağıdakı məsələlərə diqqət etməlidirlər:

– Körpəni mümkün qədər ana südü ilə qidalandırmağa çalışmaq. Əsasən də ilk dövrlərdə

– Əlavə qidaya keçərkən nələrin verildiyinə diqqət etmək

– Düzgün bəslənmədikdə asanlıqla anemiyanin inkişaf edəcəyini bilmək

– Buna görə artıq bir yaşadək qan testini etdirmək

“Uşağınızın hüceyrəsinin yaşamasını və onun da uşağınızı yaşatmasını istəyirsinizsə, onun dəmirini verəcəksiniz”, – deyən pediatr vurğulayır ki, 8-15 aylıq körpədə dəmir azlığı onun psixomotor inkişafında geri dönməz iz qoya bilər: “Dəmiri az olan uşaq tez-tez xəstələnir, yorulur, yuxulayır, iştahı olmur, infeksiyalar qarşısında zəif olur. Həmçinin, öyrənmə qabiliyyəti və yaddaşı zəif olur, fiziki inkişafda geri qalır, əhvalsız, təngnəfəs, ürəyi tez çırpınan olur. İnək südü xüsusən dəmir azlığına gətirir. Həm kalsiumun dəmirin sorulmasına mane olması hesabına, həm də bağırsaq divarında inək südünə qarşı yaranan reaksiyada gizli qanama hesabına. C vitamini ilə zəngin məhsullar gün ərzində yeyilərsə, dəmirin sorulması da artar. Uşaqlarda sürətli inkişafla bağlı dəmir azlığını önləmək üçün 4-6 aydan etibarən 3 yaşına kimi 1mq/kq/ gün dozası ilə dəmir verilir. Vaxtından qabaq doğulan uşaqlarda isə dəmir depoları daha tez boşaldığından 2 aydan etibarın 2 mk/kq/gün olmaqla 3 yaşadək verilir. Dünyaya gələcək körpənin dəmir deposu hamilə qalmadan öncə nəzərə alınmalıdır. Gözün və ağızın selikli qişasının avazıması dəmir azlığına bağlı anemiyanın təzahürüdür. Uşağınızı özünüz də müayinə edib, ümumi qan analizi verə bilərsiniz”.

A. İsmayılzadə tərkibində dəmir çox olan qidaların siyahısını təqdim edir:

– Ət, balıq

– Yumurta sarısı

– Yaşıl tərəvəz və meyvələr

– Qaraciyər, böyrək

– Keçibuynuzu bəhməzi

– Üzüm bəhməzi

– Mərci, noxud, lobya

– Qarabaşaq

– Kişmiş, qoz, fındıq

Tərkibində dəmir az olan ərzaqlar isə aşağıdakılardır:

– Taxıl bitkiləri

– Çay