Əkizlər eyni sinifdə oxumalıdırmı?

Əkizlərin fərqli məktəblərdə və ya siniflərdə oxuması düzgündürmü? Əkiz uşaqlara sahib olanlar nəyə diqqət etməlidir?

Əkiz uşaqlara sahib olan ailələrin məktəblə bağlı düşündürən ən vacib mövzulardan biri də, “əkizlər bir-birindən ayırmalıdırmı?” sualıdır. Uşaqların sosial bacarıqları baxımından vacib yer tutan məktəb, uşağın müəllimləri və dostları ilə əlaqədə olduğu məkandır.

Əkizlərin bir-biri ilə münasibəti digərlərindən fərqlənir, onların bir-birinə olan bağlılığı daha güclüdür. Bir-birindən ayrı qalmaq özlərinə qapanmalarına səbəb ola bilər. Eyni sinfə getmələri daha məqsədə uyğundur. Ancaq, nə qədər bir-birilərinə bağlı olsalar da, öz fərqliliklərini tapıb, fərq kimi formalaşmaqlarına diqqət etmək lazımdır. Bu baxımdan fərqli siniflərdə oxumaları daha düzgündür.

Eyni sinifdə onların bir-biri ilə müqayisə edilməsi, əkizlərdə çatışmazlıq və kopleks yarada bilər. Bunlardan əlavə, çətinliyə düşdükdə bir-birinə arxalanan əkizlər, digər uşaqlara qarşı məsafələrini qoruyacaqlar. Dostluq qurma bacarıqları inkişaf etməyəcək.

Mənbə: Qadin.net

Uşaqların saçın uzatmaq ziyanlıdırmı?

Saç uzatmağın uşaqların fiziki inkişafına təsiri varmı? Qəbul edilən vitaminlər saçlarımı gedir? Uşaqların saçlarını uzatmaq düzgündürmü?

Günümüzdə ailələrin çoxu, cəmiyyətdən eşitdiyi yanlış məlumatlara görə uşaqların saçını uzatmaq istəməzlər. Saç uzatmağın inkişafa təsir etdiyini düşünənlər ətraflarındakı insanlara da təsir edirlər.

Halbuki saç uzatmağın uşağın inkişafı ilə heç bir əlaqəsi yoxdur. Uşağınızın düz, qıvırcıq və ya dalğalı olan saçarını “inkişaf etməz” düşüncəsi ilə kəsməyinizə ehtiyac yoxdur.

Uşağınızın inkişafını müsbət istiqamətdə davam etdirmək üçün rejimlə qidalanma və fiziki fəaliyyətlərlə məşğul olmağına diqqət etməlisiniz.

Mənbə: qadin.net

Valideynlərin müəllimlərə dediyi ən qəribə 10 cümlə

Müəllimlərdən valideyn iclaslarında eşitdikləri ən qəribə cümlələri soruşduq. Budur, aldığımız ən inanılmaz cavablar!

  1. “Başqa uşaqların allergiyası var deyə, oğlumun fısdıq əzməli sendviç yeməsi qadağan olunmamalıdır. Digər uşaqlara deyin ki, oğlum sendviç yeyəndə ondan uzaq dursunlar”.
  2. “Facebookda dostluğumu qəbul edərsiniz? Beləcə, tapşırıqla bağlı sualım olduqda daha tez cavab verə bilərsiniz. Mənim üçün daha asan olar”.
  3. “Bayramdan bir həftə əvvəl oğlumla birlikdə ailəcə səyahətə çıxacağıq. O həftə çox önəmli şeylər keçməsəniz, olar?”
  4. “Bağışlayın, bir az xəyal qırıqlığına uğramış haldayıq, başqa bir müəllimin sinfində olmağı ümid edirdik, əslində”.
  5. Valideynlər: “Şuluqluq etsələr, uşaqlarımıza vurmaq məsələsində rahat ola bilərsiniz”,

          Müəllim: “Heç elə şey olar?”

          Valideynlər: “Yox, xahiş edirik, biz çox ciddiyik”.

  1. “Qızım hamsterini məktəbə gətirməyinə icazə vermədiyinizi dedi. Bu, çox rasist bir davranışdır”.
  2. “Testlərə zaman məhdudiyyəti qoymasanız, olmur? Oğlumun tələsdirilməkdən heç xoşu gəlmir”.
  3. “Müəllimliyin fərq yaratmaq olduğunu zənn edirdim, amma, bəlkə də, sizin üçün hər şey sadəcə tətillərdən ibarətdir”.
  4. “Vergilərimi ödəyirəm, dolayısı ilə sizin maaşınızı da ödəyən mənəm. Ona görə də dediklərimi dinləyin”.
  5. “Sinfiniz üçün bir az daha enerji sərf edə bilərsiniz? Onsuz da, bütün yay tətil edəcəksiniz, buna görə də bir az daha güc sərf edin, zəhmət olmazsa. Ümid edirəm ki, kobudluq etmək istəmədiyimi başa düşürsünüz. Mən sadəcə uşaqlarımın gələcəyini düşünürəm”.
  6. Qızımın sizin dərsinizdən başqa digər bütün dərslərdən yüksək qiymətlər almasının səbəbini mənə açıqlaya bilərsiniz, zəhmət olmazsa? Sizin müəllimliyinizdə bir problem var?”
  7. “Əgər şagirdlərinizin müəyyən məktəb vəsaitləri almalarını istəyirsinizsə, niyə onları almaq məsuliyyəti bizim boynumuzdadır? Sinif sizindirsə, bu məsuliyyət də sizdə olmalıdır”.
  8. “Sizdən fərqli olaraq, mənim sosial elmlər deyil, psixologiya diplomum var. Sinfi necə idarə etməyinizlə bağlı məsləhətlər verdiyimdə mənə daha çox hörmət göstərməlisiniz”.
  9. Uşaqlarını məktəbdən tam vaxtında götürməli olduğunu öyrənən valideynin reaksiyası: “İşləməliyəm mən! Müəllimənin vəzifəsi valideynlərin işləməsinə şərait yaransın deyə uşaqlara baxmaq deyil?!”

Mənbə: www.egitimpedia.com

 

Həmişə məşğul olmaq “xəstəliyi”

Bir neçə gün əvvəl yolda çox sevdiyim dostlarımdan birini gördüm. Dayanıb hal-əhvalını, ailəsini soruşdum. Mənə baxdı, qısıq səslə dedi: “Çox məşğulam… Çox məşğulam… Etməli olduğum o qədər çox şey var ki!”

Onun ardından bir başqa dostumla da qarşılaşdım. Onunla da hal-əhval tutduğumda eyni səs tonu ilə eyni cavabı verdi: “Çox məşğulam… Etməli olduğum bir ton şey var”.

Əsəbi, yorğun və hətta əldən düşmüşdülər.

Və bu durumda olan sadəcə yetkin insanlar deyil.

On il əvvəl böyük şəhərə köçəndə çox həyəcanlı idik. Gözəl bir məhəllə və məktəb tapdıq. Hər şeyi ilə möhtəşəm idi. Köçdükdən sonra olduqca cana yaxın qonşularımızdan birinə gedib onların qızı ilə bizim qızımızın birlikdə oynayıb-oynayamayacağını soruşduq. Baxdı, baxdı… Nəhayət, bizə dönüb “İki həftədən sonra 45 dəqiqəlik boş vaxtı var. Qalan vaxtları gimnastika, piano və vokal dərsləri ilə doludur. Çox məşğuldur”.

Həddindən artıq yıxıcı vərdişlər daha erkən yaşlardan yaranır, həqiqətən, erkən.

Biz necə bu hala gəldik? Bunu özümüzə nə üçün edirik? Bunu uşaqlarımıza niyə edirik?

Uşaqların palçıq və kir içində qaldığı, ətrafı dağıdaraq əyləndiyi, sıxıldığı dünyaya nə oldu? Onlara bu qədər yüklü proqramlar hazırlayıb davamlı məşğul və dolayısı yolla stressli olmaqlarına uşaqlarımızı çox sevdiyimiz üçünmü səbəb oluruq? Onları eynilə özümüz kimimi etməyə çalışırıq?

Çox sevdiyimiz insanlarla oturub qəlbimizin və ruhumuzun vəziyyəti haqqında etdiyimiz uzun söhbətlərə nə oldu? Yavaş-yavaş açılan, dərinləşən, arada səssizlik çökən və bundan heç narahatlıq hiss etmədiyimiz, tələsiyə gətirmədiyimiz söhbətlər?

Biz daha çox və davamlı daha çox şey etmək məcburiyyətində qaldığımız, amma boş zamana, oturub düşünməyə, dostlarla vaxt keçirməyə, ya da sadəcə var olmaya çox az zaman ayırdığımız dünyayı necə yaratdıq?

Sokrat deyir ki, “Üzərində düşünülməmiş, sorğulanmamış bir həyat yaşamağa dəyməz”. Bu qədər məşğul ikən buna necə nail ola bilərik?

“Məşğul” olmaq xəstəliyi həm sağlamlığımız, həm də ruhumuz üçün mənfi təsirlərə sahibdir. Çünki davamlı məşğul olmaq ailələrimizlə, sevdiklərimizlə dolu-dolu vaxt keçirə bilməyimizi və əslində, çox arzuladığımız bir şey olan kiçik cəmiyyətlər yarada bilməyimizi baltalayır.

1950-ci illərdən etibarən o qədər çox yeni texnoloji alət həyatımıza girdi ki, bunların həyatlarımızı daha asan, daha sürətli və daha sadə hala gətirəcəyini düşündük, ya da inandırıldıq. Halbuki bu gün əvvəllər sahib olduğumuz boş zamana sahib deyilik artıq.

Və bəzi “imtiyazlı” olanlarımız üçün iş və ev arasındakı cizgilər tamamən bulanıqlaşmış vəziyyətdədir. Həmişə əlimizdəki cihazlara baxırıq.

Ağıllı telefonlar və kompüterlər ofis və ev arasında heç bir ayrı-seçkilik yoxdur deməkdir artıq. Uşaqlarımız yatandan sonra yenidən onlayn oluruq.

Günlük olaraq verdiyim mübarizələrdən biri də elektron poçtların (email) bir uçqun kimi üzərimə gəlməsidir. Onlarla, həqiqətən, savaşdığımı hiss edirəm. Davamlı yüzlərcə və yüzlərcə emailin altında qalıram və bunu necə dayandıra biləcəyim haqqında qətiyyən fikrim yoxdur. Çox fərqli cəhdlərim oldu: Sadəcə axşamlar cavablamaq, həftə sonları cavablamaq, insanlardan daha çox üz-üzə görüşməyi tələb etmək…

Gəlməyə davam edirlər. Hər kəs məndən cavab gözləyir. Deyirəm: “Deməli, mən də çox məşğulam”.

Bəzilərimiz üçün isə həyat daha fərqlidir. Ailələrini ayaqda tutmaq üçün iki işdə birdən işləmək, aşağı maaşları səbəbilə əlavə işlər etmək məcburiyyətində qalan insanların da sayı az deyil. Onlar da buna görə çox məşğuldur.

Bir valideynin işlədiyi əvvəlki kiçik ailə modelləri də artıq bir o qədər məşhur deyil. Bu gün tək valideynli ailələr, ya da hər iki valideynin də işlədiyi ailə sayısında ciddi artım var. Onlar da çox məşğuldur.

Bəzi mədəniyyət və dillərdə (Fars, yaxud Ərəb dili) qarşısındakı insanın necə olduğunu soruşanda o insanın qəlbinin tam o anda hansı vəziyyətdə olduğunu soruşmuş olursan. Yəni “Necəsən?” deyə sual ünvanlayanda etməli olduqları siyahısında çox şeymi olduğunu, yaxud email qutusunun dolu olduğunu soruşmuş olmazsan. “Ürəyin necədir hazırda?” deyə soruşarsan. Mənə qəlbini başa sal deyərsən. Qəlbin xoşbəxtdirmi, qırılğandırmı, üzgündürmü, qəlbin bir insan üçünmü darıxır? Qəlbinə bax və sorğula, ruhunu kəşf et və sonra mənə qəlbinlə və ruhunla bağlı bir şey de.

Sehrli həllərim yoxdur, əlbəttə, amma “gerçək” insan kimi yaşamağı itiririk kimi hiss edirəm. İşlə və texnologiya ilə daha fərqli bir münasibətə ehtiyacımız var kimi gəlir mənə. Həyatlarımızı, cəmiyyətlərimizi, ailələrimizi daha fərqli bir modeldə nizamlamağımız lazım olduğuna inanıram.

Uşaqlarımın kirli, dağınıq və hətta sıxılan uşaqlar olmağını istəyirəm. Çünki ancaq bu şəkildə bir insan olmağı öyrənə biləcəklər. Dura bildiyimiz, bir-birimizin gözlərinə baxıb, bir-birimizə toxunub birlikdə araşdıra biləcəyimiz anların olduğu bir varoluşa sahib olmaq istəyirəm.

Bu gün qəlbin necədir? Hazırda qəlbin hansı vəziyyətdədir?

Bundan sonra hansısa dostum “Çox məşğulam”, deyə cavab verəndə “Bilirəm, əzizim. Hamımız eləyik, amma qəlbin necədir, o maraqlıdır mənə” deyəcəyəm.

Mənbə: egitimpedia.com

 

Məktəbəqədər Təhsildə kişi müəllimlər

“Bir neçə il bundan əvvəl, karyera planlarımı təhsil sahəsində etməyi ciddi-ciddi düşünərkən, ixtisaslaşacağım sahənin 6 yaşdan balaca uşaqlar olacağı ağlımın ucundan belə keçməzdi. Ağlımdakı seçimlər ya İngilis dili müəllimliyi, ya da ibtidai sinif müəllimliyi idi. Qərarımın üzərində düşündükdən sonra, ibtidai sinif müəllimliyinə müraciət etdim. Ancaq müraciətimə qarşılıq olaraq “Məktəbəqədər Təhsil” təklifi gəldi. Üstəlik “Məktəbəqədər” deməklə nəyin nəzərdə tutulduğunu da bilmirdim. Bir az araşdırma etdikdən sonra 5 yaşdan balaca uşaqlara oyun əsaslı təhsil yanaşması olduğunu öyrənib, təklifi qəbul etdim. Bir il sonra karyeramın ilk iki ilini keçirəcəyim bağçanın qapısındadaydım və narahat idim.

Başlanğıcım elə də asan olmadı. Bir çox insanın, bir kişinin necə bir bağça müəllimi ola biləcəyi ilə bağlı qərəzli davranışları ilə mübarizə etmək məcburiyyətində qaldım. Əsasən bu həqiqətdən kənar mühakimə səbəbilə, hələ əskik, yanlış hərəkətim olmasa belə, “daha çox diqqətli olmağımla” bağlı bir neçə xəbərdarlıq aldım”.

Bunlar, İngiltərədə yaşayan bağça müəllimi Tim Kookun sözləridir. Bəs məktəbəqədər təhsildə kişi müəllimlərin olması niyə bu qədər çətindir?

Uşağa qulluq qadınlıq rolu olaraq analığın davamıdırmı?

Əksər cəmiyyətlər, qadınları evdə oturan və uşaqlara baxan şəxs olaraq görməyə meyilli olduqlarından, erkən uşaqlıq təhsilində də qadınların ixtisaslaşmaları lazım olduğunu düşünürlər. Qadınların bu işdə uğurlu olduqlarını düşündükləri üçün, kişilərin bu sahədə qadınlar ilə rəqabət etməkdən çəkinmələri də mümkündür. Bundan əlavə qadınlar, azyaşlı uşaqlarla işləmək üçün etibarlı şəxslər kimi görülsə də, bu işə girən kişilərə uşaq istismarı niyyətlərinin ola biləcəyi kimi qorxunc düşüncəylə yanaşırlar. Bunlarla yanaşı, sektordakı maaşların aşağı olması, kişinin “evə çörək aparan” və daha çox pul qazanan rolunu əlindən almış olur.

Halbuki, azyaşlı uşaqların olduğu sinifdə kişi rol modellərinin olması faydalıdır. Bunlardan bəzilərini təqdim edirik:

  • Uşaqda ictimai cinsiyyət tarazlığının inkişafına kömək olur;
  • Evdə ata fiqurunun olmadığı boşanmış ailələrdə və ya atanın vəfat etdiyi vəziyyətlərdə uşaq üçün ən azından bağçada vaxt keçirə biləcəyi bir kişi obrazı olur;
  • Bəzi uşaqlar, ataları fiziki olaraq evdə olsa da, evdə belə tapa bilmədikləri pozitiv kişi rol modellərə sahib ola bilirlər;
  • Kişilərin və qadınların uşaq baxımı və təhsilində izlədiyi fərqli yollar var və bu fərqlilik sayəsində uşağın dünyagörüşü formalaşır;
  • Uşaqlar, kişilər və qadınlar arasındakı pozitiv əlaqələri izləyib, təcrübə qazanmış olurlar;
  • Kişi və qadın beyinlərinin bir-birindən fərqli işlədiklərini nəzərə alsaq, kişi müəllimlər oğlan uşaqları ilə bağlı vəziyyətlərdə fərqli düşüncə sərgiləyə bilirlər.

Mənbə: egitimpedia.com

 

Yuxu probleminin səbəbi sosial media ola bilər

Əksər uşaqlar yuxu problemindən əziyyət çəkir. Yuxu problemindəki bu artım, yuxu saatından əvvəl istifadə olunan sosial media və rəqəmsal cihazlarla əlaqələndirilir. Uşaqlıq obezitesi və uşaqlarda müşahidə edilən zehni sağlamlıq problemlərindəki bu yüksəliş isə digər təsirli faktorlar arasında yer alır.

İngiltərədəki Sağlamlıq və İctimai Qulluq İnformasiya Mərkəzi NHS Digital tərəfindən əldə edilən məlumata görə, yuxu problemi yaşayan uşaqların xəstəxanaa müraciətlərində artım müşahidə olunub. 16 yaşdan balaca uşaqlar arasında edilən müraciətlərə qoyulan yuxu pozuntusu diaqnozu 6.520-dən (2012-13) 9.429-a qədər yüksəlib (keçən il).

Mütəxəssislər yenə də sosial medianı pisləmək yerinə, valideynlərə uşaqlarına limit qoymağı öyrətməyimiz lazım olduğunu söyləyir. “Ekranlardan yayılan mavi işığın yuxuya mane ola biləcəyini bilirik, ancaq bu problemlərin həqiqi qaynağı sosial media deyil, yetərsiz valideynlikdir”, deyir Ekranlara baxmayın kitabının yazarı və rəqəmsal detoks mütəxəssisi Tanya Goodin.

“Əgər uşaqlar ekran və sosial mediaya görə gec saatlara qədər oyaq qalırlarsa, bunun günahkarı valideyndir, sosial media şirkətləri deyil”.

Obezite yuxusuzluğu, yuxusuzluq obeziteni hərəkətə gətirir!

Mütəxəssislərə görə, yaxşı yuxu rejimi, daha yaxşı yuxu düzəninin açarıdır. Bu mövzuda bəslənmə də xüsusi rol oynayır. Uşaqların və yeniyetmələrin yaşadıqları yuxusuzluğu kompensasiya etməyə çalışmaq üçün təəssüf ki, çoxlu şəkər və enerji içkisi qəbul etdiyini görürürk.

Yuxu pozuntularındakı artımın bir nömrəli səbəbi sosial media görülsə də, çoxalan obezite səviyyələri və zehni sağlamlıqla bağlı problemlərin artımı da buna dəstək olan digər faktorlar arasında yer alır.

Uşaqların yaxşı yuxu rejiminə ehtiyacı var

Evelina Uşaq Xəstəxanasında Yuxu Tibbi Mütəxəssisi Michael Farquhar “Uşaqlar arasında yayılmış iki vəziyyət var: obezite və zehni sağlamlıq problemləri. Bunların hər ikisi də yuxunun təməlini təşkil edir”, deyir.

“Həmişə yuxunun obezitenin bir nəticəsi olduğunu düşünürdük, halbuki artıq yuxusuzluğun obeziteyə təkan verdiyinə dair bir anlayış mövcuddur. Yuxusuz olduğunuzda bədəniniz, iştaha və aclığa təsir edən hormonların dəyişimi ilə reaksiya verir. Yorğun olduğunuzda isə zərərli şeylər istəyirsiniz”.

Eyni şəkildə qayğıdan əziyyət çəkmək də yuxu problemlərinə səbəb ola bilir və yuxusuzluq qayğıya qatqı qata bilir.

“Uşaqlar çox kiçik yaşlardan etibarən tutarlı rejimə ehtiyac duyurlar. Rutin tutarlı olmalı, amma ifrata qaçılmamalıdır və mütləq rahatlıq da olmalıdır”.

“Gün sonunda dincəlmək üçün vaxtı yaratmaq, yuxudan bir saat əvvəl ağıllı telefon istifadəsini azaltmaq yaxşı bir yuxu üçün önəmlidir”.

Mənbə: egitimpedia.com

Uşağın qanında limfositlərin miqdarı nəyi göstərir?

Uşağın qan analizində leykositlərin miqdarı və davranışına görə uşağın sağlamlığı, immunitetin vəziyyətinə görə çox informasiya əldə etmək olur. Sadə bir qan analizi peşəkar pediatra kifayətdir ki, uşağın hətta qidalanması, davranışı, inkişafı, hansı xəstəliklərinin olmasını təyin etsin. Uşaq üçün təhlükəli məqam immunitetin zəifləməsidir. Qanda limfosit hüceyrələrinin dəyişikliyi, səviyyəsi bu barədə bilgi verir.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, leykositlər orqanizmdə virus, infeksiya və neoplastik prosesləri, hətta uşağın stressini də göstərə bilir.
Limfositlər – qanın ağ hüceyrələridir. O, immunitetin hüceyrə zəncirinə daxildir. Normal sağlam qanda leykositlərin miqdarı ciddi, dəqiq sayda olmalıdır. Az və ya çox dəyişiklik artıq patologiya göstəricisidir.
Limfositlərin funksiyası nədir?
Qanda kifayət qədər böyük qrupda olan limfositlər-ağ qan 3 qrupa bölünür: T limfositlər  85% hissəni tutur. Onlar immunitetin işini təşkil edir, hüceyrə səviyyəsində infeksiyalardan qorunmaya cavabdehdir.  Onların içində killer limfositlər də vardır ki, patogen mikroorqanizmlərə qarşı aktivdir.  Bu 3 qrup limfositlərin hesablna infeksiyalara qarşı dayanıqlıq yaranır.
İkinci qrup B limfositlərdir – təhlükəli antigenləri tanıyır və məhv edir.
Üçüncü qrup NK limfositləri – şiş və viruslarla zədələnmiş hüceyrələri məhv edir.
Onların sayəsində şiş əleyhinə immunitet formalaşır, xroniki virus infeksiyalarına – hepatit, herpes, QİÇS  viruslarının aktivliyini sıxır.
Qanda limfositlərin analizi nə göstərir?
Uşaqdan alınan ümumi qan analizində limfositlərin artması, yüksəlməsi – virus təbiətli infeksion prosesin başladığına dəlalət edir. Mononukleoz, qızılca, məxmərək və s kimi infeksiyalarda da leykositlər yüksəlir.
Lakin yüksəlmiş leykositlər heç də həmişə virusa dəlalət etmir. Allergiya, şiş, immunitet patologiyasında da qalxır.
Konkret növ infeksiya və patologiyaları ayırd etmək üçün ümumi limfositar hüceyrələrin miqdarına yox, T və B limfositlərinin öz aralarında nisbətinə baxılır.
KÖrpələrdə limfosit miqdarı
4-5 günlükdə və  4-5 yaşlarda kimi uşaqların qanında limfositlərin kütləsi ilə leykositlər bərabər olur. Daha sonra  limfositlərin miqdarı leykositləri keçir. Bu onunla əlaqədardır ki, uşaqlar daha tez-tez xəstələnir, mikrob və virusları tanıyır, immuniteti formalaşır. Bu ərəfədə limfositlər sanki dərs keçir, immuniteti alışdırır.
6 yaşından sonra limfositlər normal qaydasına düşür, ümumi ağ qan hüceyrələrinin 23-45%-ni təşkil edir.
Uşaq orqanizmində limfositlər virus ataklarının qarşısını alır, həmçinin şiş hüceyrələrinin artmamasına nəzarət edir. Leykositlər bazofil və neytrofillərin hesabına mikroblarla mübarizə aparır.
Ona görə qanda limfosit artımını görəndə həkim orqanizmdə virus, qrip, bağırsaq qripindən şübhələnir.  Həmçinin limfosit yüksəlməsi xroniki infeksiyanın kəskinləşməsini göstərir, məsələn herpes.
Limfositlər istənilən virusu tanıya bilir, ona qarşı aktitel formalaşdırır, xüsusi mexanizm işə salır. Onların bir hissəsi təhlükəli virusu yadda saxlayır, növbəti yoluxmada onu dərhal blokadaya alır.
Ona görə qanda uşaqlarda qanda limfpsitlərin artıb-azalmasına diqqətli olub, təhlükəni vaxtında aşkarlamaq lazımdır.

Məktəblərdə fiziki tərbiyə niyə lazımdır?

Bəzi məktəblər riyaziyyat, Ana dili və digər təməl dərslərə daha çox vaxt ayırmaq üçün fiziki tərbiyə dərsinin saatını azaldır. Bundan əlavə, ibtidai sinif şagirdləri üçün tənəffüslər də getdikcə qısalır.

Fiziki tərbiyənin “daha vacib” dərslər üçün arxa plana atıldığı bu təhlükəli axının, istənilən nəticəni verməməsi aydındır.

Məktəblərdə fiziki fəaliyyətə niyə ehtiyac duyduğumzu göstərən 5 səbəbi sizə təqdim edirik:

  1. Fiziki fəaliyyət, diqqət toplama bacarığını kontrol edən “bazal ganglia” adlı beyin bölgənizin böyüməsinə köməkçi olur.

Hər birimiz diqqət toplamağın əksər vaxtlarda nə qədər çətin bir iş olduğunun fərqindəyik. Xüsusilə də yaşadığımız dövr düşünüldükdə, şagirdlərimizin diqqətini dağıdan çox şey olduğunu bilirik. Bu səbəblə də, şagirdlərimizin mövcud fokuslanma qabiliyyətini qorumaqla kifayətlənməyib, eyni zamanda onların inkişafına yönəlmiş bütün tədbirlər şagirdlərin öyrənmələrinə fayda verəcəkdir.

  1. Fiziki aktivlik sağlamlığınıza müsbət təsir edir.

Mütəmadi fiziki fəaliyyətlə məşğul olmaq obezitenin qarşısını alır və təzyiq səviyyənizi nizamlamağa kömək olur. Fiziki fəaliyyət, həmçinin skelet inkişafları ərzində şagirdlərin sağlam sümük quruluşuna sahib şəkildə böyümələrini təmin edir.

Hər kəsin bildiyi kimi fiziki sağlamlığı yerində olan uşaqlar məktəbə daha sıx gəlir və dərslərinə daha yaxşı diqqət ayıra bilirlər.

  1. Fiziki fəaliyyət rahat yatmağınıza kömək olar və yuxu keyfiyyətinizi artırar.

Mütəmadi və günlük edilən fiziki hərəkətlər yuxunuzun keyfiyyətini artırar. Məşqdən sonra bədənimizin yenidən “enerji yığmağa” daha çox ehtiyacı olacağı çün, vücudumuz daha çox yuxuya gedə bilir və “daha dərin” bir yuxu ala bilirik. Bunun sayəsində yuxu keyfiyyəti böyük ölçüdə artmış olur. Yaxşı dincəlmiş və enerjili şagirdlərlə dolu bir sinif həmişə, yuxusunu tam ala bilməmiş və yorğun şagirdlərdən ibarət olan sinifdən daha yaxşı nəticə göstərəcəkdir.

  1. Fiziki fəaliyyət stressi aradan qaldıran təbii vasitədir.

Stressli olduğumuz vaxtlarda fokuslanmaqda çətinlik çəkirik və stress qaynağı olan yuxu pozuntularından dolayı daha tez yoruluruq. Səbrli olmaqda çətinlik çəkirik və ruh halımız daha asan dəyişir. Fiziki fəaliyyət, stressimizi azaltmağa köməkçi olur. Bu vəziyyət də zehni və fiziki sağlamlığımıza müsbət yöndə təsir edər. Stressli şagirdlər öyrənə bilməzlər, buna görə də stress səviyyələrini minimumda saxlamağa köməkçi olacaq fiziki fəaliyyətlər etdiklərindən əmin olmalıyıq.

  1. Fiziki fəaliyyət, beyin plastisiyasını stimullaşdırır.

Beyin plastisiyası beynin mövcud əlaqələrini nizamlama və yeni əlaqələr qurma bacarığıdır. Bu bacarıq beynimizin daha “axıcı” olmasına və daha “formalaşmasına” imkan verir. Nə qədər çox və güclü nöronal əlaqələrə sahib olarsaq, öyrənmə və məlumatlarımızı saxlamaq bacarıqlarımız da o qədər çox inkişaf edər. Bu vəziyyət əlbəttə, şagirdlərimizin necə, nə zaman öyrəndiyinə də təsir edir.

Sonda, şagirdlərimiz üçün daha çox fiziki fəaliyyətlə məşğul olmalarına şərait yaradaq. Dərs proqramlarımıza fiziki fəaliyyətlə əlaqəli məşğələlər əlavə etdiyimiz təqdirdə istədiyimiz nəticələri əldə edə bilərik…

Mənbə: egitimpedia.com

Yaponlar kimi valideyn olmaq

Həyat yoldaşım və iki oğlumla birlikdə Tokioya köçdükdən sonra 6 yaşındakı oğlum bir gün küçədə itdi. Xeyr, qaçırılmadı ya da dərin bir çuxura düşmədi. Sadəcə, diqqətim üstündə olmayanda yanımdan gedib və öz başına gəzməyə başlayıb. Qısa ayrılığımız ərzində, əlbəttə, çox narahat oldum. Mən Nyu-Yorkluyam narahatlığımın əksi düşünülə bilməzdi. Oğlumu nəhayət marketin qabağında hönkür-hönkür ağlayarkən tapanda, başına heç vaxt pis bir şey gəlməyəcəyini, çünki artıq Tokioda yaşadığımızı və onun yaşındakı uşaqların bu böyük şəhərdə tez-tez tək gəzdiyini dedim.

Yaponiyada ilk öyrəndiyim şeylərdən biri bu oldu:

Cəmiyyət çox kiçik uşaqların da məktəbə yanlarında kimsə olmadan getməsini, müstəqil və özünə inamlı olmasını gözləyir. Ölkədəki həddindən artıq aşağı cinayətkarlıq səviyyəsi, şəhərin etibarlı olduğunu göstərir. Valideynlər arasında insanların bir-birinə qarşı çox diqqətli olması hissi çox geniş yayılıb. Buna görə də, heç kəs velosipedini kilidləmir, insanlar ən bahalı brend çantalarını da içki növbəsində durmaq üçün masada qoya bilir.

Beş il Tokioda yaşadığımız müddətdə valideyn olmağın da fərqli yollarını öyrəndim:

Bu ölkədə uşaqlarınız haqqında danışmayın. Digər ölkələrdən olan analar yaşadıqları çətinliklər haqqında hər kəsə şikayətlənsələr də, bunun əksinə yapon qadınlar şəxsi məsələləri gizli saxlayır və  bunları yalnız ən yaxın, etibarlı şəxsləri ilə bölüşürlər.

Uşağınızın hər hansı futbol klubunda oynamasından, ya da akademiyada təhsil almasından danışmaq lovğalanmaq kimi qəbul edilir, lakin Yaponiyada valideynlik etmək həddindən artıq rəqabət tələb edir və uşaqlarınızın doğru məktəbə getməsi üçün daha çox məsuliyyət hiss edirsiniz.  Qəbul imtahanlarına hazırlıq isə çox çətindir.

Uşaqlarınıza həddən artıq yaxın olun, lakin öpməyin. Burada analar çalışır ki, daim körpələrini özləri ilə hər yerə aparsınlar. Onların uşaqları evdə, alış-verişdə və hətta şəhər içində velosiped sürərkən belə yanlarında olur. Bu fiziki yaxınlıq sevginin ifadə tərzidir. Amma uşağı öpüb, qucaqlamırlar. Çox ailələr birlikdə yatır – ana çarpayının bir kənarında, ata digər kənarında və uşaq ortada. Bu vəziyyət məktəb dövrünə qədər davam edir. Bir çox ananın kiçik uşaqlarını da hamama gətirdiyini görə bilərik. Yaponlar buna “dəri dəriyə” deyir. Bəzi hamamlarda analar da, uşaqlar da çılpaq olur.

Uşaqların qidalanma çantalarına həssaslıqla yanaşın. Əksər yapon analar uşaqlarının qidalanma çantalarını səhər tezdən yuxudan oyanaraq böyük həssaslıqla hazırlayırlar. Uşaqlar üçün seçilmiş sağlam meyvə və tərəvəzlər, faydalı yeməklər xüsusi dizayn və maraqlı görünüşlə çantaya yerləşdirilir. Qidalanma çantası yetərincə yaxşı hazırlanmadıqda bu barədə müəllim sizə xəbərdarlıq edir.

Güllərə ciddi yanaşın. Çiçəkləyən albalı ağaclarının altında ailəlikcə piknik etmək yapon mədəniyyətinin bir hissəsidir. Hətta uşağın albalı çiçəkləri ilə ilk fotosunun xüsusi adı var: Hanami. Həmin dövrdə bütün parklar xüsusi səliqə ilə bəzədilir və daim park ərazisində uşağınızın gəzdiyi yerlərə nəzarət etməlisiniz.

Mənbə: egitimpedia.com

 

Uşaqlara şəkilli kitab oxuyun!

3-5 yaşlı uşaqların hekayə dinləyərkən beyinlərinin fəaliyyəti müşahidə edilib. Araşdırmalar, beyin fəaliyyətlərində, uşaqların evdə nə qədər oxuduğuna görə dəyşikliklər olduğunu müəyyən ediblər. Evdə daha çox kitab oxunduğunu deyən valideynlərin uşaqlarında, beynin sol yarımkürəsində aktivliyin daha çox olduğu müşahidə edilib. Yaşca böyük uşaqlar özləri kitab oxuyanda, kiçik uşaqlarda isə hekayələrə qulaq asanda bu bölgə aktivləşir. Şəkilləri görmədən hekayə dinləyən uşaqlarda da görüntü ilə bağlı bölgədə aktivlik müşahidə edilib. Bu, tətqiqatçıları təəccübləndirib.

Beyin fəaliyyətlərindəki fərqli səviyyələr, şəkilli kitablara baxıb hekayələr dinlədikcə, bu uşaqların gələcəkdəki bacarıqlarında inkişafa zəmin yaranır. Amma hekayələri ekranlardan yox, insanlardan eşitməyə ehtiyacları var. Aparılan araşdırmalara görə, hər uşaq müəyyən yaşına kimi fərqli miqdarda kəlimə eşidir və öyrənir.  Kitab oxunan uşaqlar daha çox kəlimə eşidir və öyrənir. Bu, onların gələcəkdə formalaşan nitqlərinə təsir edir.