Hepatit virus xəstəlikləri təkcə böyüklərdə yox, uşaqlarda da rast gəlinir. Amma uşaqlarda bu xəstəlik çox gizli, demək olar, simptomsuz irəliləyir.
Bəs necə olur ki, azyaşlı uşaq belə ağır bir virusa yoluxur?
Bagcam.az Medicina.az-a istinadən bu səbəbləri təqdim edir:
Uşaqlarda hepatit C-nin mənbəyi: infeksiyalı, xroniki hepatit xəstəsi ola bilər. Uşaqlar infeksiyalaşmış qan, qanla təmas etmiş preparatlar, iynə ilə yoluxa bilər.
Hemodializ, stomatoloji müalicə, sterilizə olunmamış alətlər, inyeksiyalar, əməliyyatlar, qan köçürülmə və s. də uşaqlarda hepatit səbəblərinə aiddir.
Yeniyetmələr arasında narkomaniyanın yayılması da onları Hepatit C-ə yoluxdurur.
Hepatit C xəstəsi hamilə qadından doğulan körpənin doğuş yollarından keçərkən virusa yoluxması təxminən 5%-dir.
Uşaq və yeniyetmələrdə gigiyena qaydalarına düzgün riayət olunmaması da hepatit C-nin ötürülməsinə zəmin yaradır: dəri qatında kəsik, çapıq, yara olanda uşağın xəstə insanın gigiyena vasitələrindən istifadə etməsi. Diş fırçası, ülgüc, manikur alətləri və s. Yeniyetməlik dövründə təsadüfi cinsi əlaqə də artıq onun hepatit təhlükəsini artırır.
Əlamətləri:
Valideynlər diqqətli olub,bu xəstəliyi digər simptomlarla səhv salmamalı, özü keçəcək deyə gözləməməlidirlər. Uşağı selikli qişaları, gözlərinin içi, dərinliyi saralıbsa, qarnı şişirsə, qarın, bel nahiyədə sancı, ağrı varsa, hərarət qalxıb düşürsə, ürəkbulanma, qusma, sarılıq varsa, terapevt hepatoloqa götürün.
Ən diqqət yetirilməli məqam: sidik və nəcisin rəngidir. Sidik və nəcis rəngsiz, ağdırsa, o zaman hepatitdən şübhələnin.
Diaqnozu:
USM, qaraciyər göstəricilərinin qan analizi və sınaqları, lazım gələrsə biopsiya.
Müalicəsi:
Çətin də olsa var. Uşaqların həyat tərzi, qidasını tənzimləmək asan olduğundan müalicə daha tez effekt verə bilər.
Yeni virus əleyhinə dərmanlar, simptomatik terapiya, interferon, immunomodulyatorlar, pəhrizlə 6 aya müsbət nəticə əldə etmək olur.
Xəstəlik irəliləyərsə, xronikləşərsə və müalicə olunmazsa sirroz, qaraciyər çatışmazlığı, bədxassəli şişə çevrilə bilər.
Hepatit virionları digər orqanlar, ürək, beyin, immun hüceyrələrə keçərək, onları da sıradan çıxara bilər.
Profilaktika məqsədilə uşaqlara gigiyena qaydaları, başqalarının əşyalarına toxunmamaq öyrədilməlidir. Uşağı stomatoloji klinikaya apardıqda orda sterlizasiyanın yüksək olmasına diqqət yetirin. Ailədə, evdə hepatitli xəstə varsa, onun iti uclu əşyalarından uşağı uzaq tutun, yəni onun əşyaları ilə uşaq az təmasda olsun.
Mənbə: medicina.az

1970-ci ildən etibarən “özgüvən” valideynlər, müəllimlər və psixoloqların dilinə düşən bir kəlmədir. Əgər valideynlər uşaqlarının xoşbəxt və bacarıqlı yetişkin olmasını istəyirlərsə, onlara özgüvən aşılamaları lazım olduğunu düşünürlər. Müəllimlər özgüvənin akademik uğurun açarı olduğuna inanır və buna görə özünə hörmət duyğusu yeni tumurcuqlanan uşaqları incitməmək üçün tənqidi, narazıçılığı belə təriflə birgə deyirlər.
Əksər valideynlər uşağını səhər məktəbə qoyur, günün sonunda məktəbdən götürür. Aradakı vaxtda uşaqlarının bir çox şey yaşadığını təxmin edir, amma tam olaraq bilə bilmirlər. Kitablar, imtahanlar və dərslər xaricində uşağınızın məktəbdə ayrı bir dünyada inkişaf etməyə davam edir və sinifdə kiçik bir insana çevirilir. Valideynlərin uşaqlarıyla daha yaxşı əlaqə qura bilmələri və onların günlük təcrübələrini daha yaxşı anlaya bilmələri üçün bir müəllim, gündəlik məktəb günüylə bağlı, bir çox valideynin fərqində olmadığı, amma fərqində olması lazım olan 8 şeydən bəhs edir.
Bütün analar istəyər ki, uşağı sağlam böyüsün və mümkün qədər az xəstələnsin, ümumiyyətlə isə ağrımasın. Bəs bağçaya, məktəbə gedən uşağı mikrob, virus və müxtəlif infeksiyalardan qorumaq mümkündürmü?
İngiltərənin Oksford və Liverpul Con Mures universitetlərinin alimləri uşaqlarla bağlı yeni araşdırma edib.
Təlimçi müəllim kimi məktəbdə verdiyim seminarlarda, valideynlərə bəzən bu sualı verirəm: Neçəmiz övladımızın davamlı olaraq kitab oxumağını istəyirik? Sonra əlavə edirəm: Bəs yaxşı, neçəmiz davamlı olaraq kitab oxuyuruq? Təəssüflər olsun ki, ilk suala nə qədər çox əl qaldırılırsa, ikincisinə də bir o qədər az əl qaldırıldı. Valideyn kimi hər nə qədər kifayət qədər kitab oxumasaq da, xüsusən, inkişaf dövründəki uşağımızda kitab oxumaq vərdişinin yaranmasını istəyirik. Çünki ictimai göstəricilər kitab oxumağın faydalı vərdiş olduğunu göstərir. Fəqət eyni ictimai göstəricilər bu doğru informasiyanın həyata keçirilməsində nədənsə qeyri-kafi qalır. Kitab oxumağın uşaqların duyğularını daha konkret əks etdirə bilməsinə imkan verir, xəyal dünyasını genişlədir, beynin analiz-sintez bacarığını inkişaf etdirərək çox mərhələli başa düşməsinə kömək edir. Amma eyni xeyri yetkinlərə də verdiyini də unuduruq, deyəsən.

İşçilərin rifahını dəstəkləmək üçün məktəblərə olan ehtiyacın getdikcə artdığını vurğulayan yeni bir araşdırmaya görə, müəllimlərin dörddə üçü işlədikləri məktəblərdə psixi və ruhi sağlamlıqlarına diqqət ayrılmadığını deyir.
Yazdığım bütün yazılar, hər kəsin uşaqları iki mövzuda məhdudlaşdırmağın qaranlıq həqiqətinə oyanmasını təmin edən çağırışdır: hərəkət və açıq havada oynamaq.
