1917-ci ildən qalan qara lövhələr

Amerikada Emerson Liseyində təmir zamanı təxminən 100 il əvvələ qədər qara lövhələrə yazılmış dərs qeydləri tapılıb. Vurma cədvəli, din tarixi, musiqi, oxuma və yazma və təmizliklə bağlı dərs qeydlərinin yer aldığı 1917-ci ildən bəri heç toxunulmamış bir şəkildə qalan taxtaları, məktəbdə çalışan ustalar tapıb.

1895-ci ildə inşa edilən Emerson Liseyi olduqca köhnə məktəbdir.

Lövhələrin birində vurma cədvəlini öyrətmək məqsədilə istifadə olunan bir çarx var. “Həyatımda heç belə texnika görmədim” məktəb müdiri Sherry Kishore deyir.

Lövhələrdə təkcə müəllimlərin deyil, şagirdlərin yazıları da əks olunub.

 

Mənbə: egitimpedia.com

 

Uşaqlara riyazi hesablamaları sevərək öyrədin

Uşaqlarınızın riyazi təməlləri anlamaları bəzən çətin olur. Öyrənmə müddətini oyun vəziyyətinə gətirə bilərək, uşağınızın riyaziyyatı öyrənməsini asanlaşdıra bilərsiniz. Sizə toplama və çıxmada uşaqlarınıza kömək edəcək riyazi oyunları təqdim edirik:

Termometr ilə sayma

Domino daşları ilə riyaziyyat

Alma ağacı

Meyvələri sayma

Barmaq ilə sayma

Uşaqların basketbola başlaması

Basketbol sağlamlığı qorumaq və gücləndirmək məqsədi daşıdığı kimi, emosional gərginliyin də azaldılmasına  kömək edir.

Uşaqların sağlam fərd olaraq böyümələri üçün idman etmələri təmin olunmalıdır. Fiziki görünüşün, uşaqlıqdan etibarən hansı yaş olursa olsun insanın psixologiyasına təsir edən ən önəmli faktorlardan biri olduğu artıq sübut olunub.

Basketbola başlama yaşı deyildikdə, yaş olaraq deyil, fiziki və zehni olaraq baxmaq ən önəmli kriteriyalardan biridir. Məsələn, uşaq 8 yaşında olub fiziki xüsusiyyətləri olmadığı zaman basketbola başlaması düzgün olmayacaq. Vacib nüans uşaqların başlayacaqları idmanı edəbiləcək fiziki və zehni yetkinlikdə olmalarıdır ki, bu da uşaqdan uşağa dəyişir.

Uşaq uğursuz olduğu zaman özgüvənini itirə bilər. Basketbola küsəcək və başqa bir idman arxası ilə getdiyi zaman belə eyni güvənsizliyi yaşayacaq. “Mən bacarıqsızam, basketbolda uğursuz olmuşdum” kimi şüuraltında müxtəlif düşüncələr olacaq. O düşüncəyi qırmaq o yaşdakı uşağa izah etmək olduqca çətindir. Bu eyni zamanda təhsil həyatına da təsir göstərəcək. Bu səbəblə, uşaqlarla çalışacaq olan məşqçilərin həqiqətən təchizatlı və təhsilli olmağı önəmlidir. Çünki bu idmana davam etmələri tamamilə məşqçiləri ilə qurduqları birə-bir münasibətə də söykənə bilər. Bu yaşda olan uşaqlar məşqçisini sevdiyi zaman məşğul olduğu idmanı da sevər.

Uşağın oyun zamanında olmağı bilinməli, məktəbdə verilən təhsildə oyunlara əlavə olaraq məlumatlar alınmağı, hətta bu haqda təşviq edilməsi çox önəmlidir. Basketbol təhsilinin yanında idmançı, ailə və müəllim arasında il boyu davam edən bağlantı sistemi mənimsənməlidir.

Basketbol komanda oyunudur. Bu komandanın ən kiçik fərdi belə vəzifəsinə laqeyd yanaşarsa, komandanın uğur qazanması zəifləyər. Bir oyunçu oyun zamanı heç oynamasa belə komandanın taleyinə təsir edə bilər. Dostlarına dəstək olan və motivasiya verən ehtiyat oyunçu komandasına oyunu qazandıra bilər. Komanda daxilində sevgi və hörmət ən dəyərli qanunlardır. Böyüklərinə hörmət göstərməyən və dostlarını sevməyən fərdin komandanın bir parçası olması imkansızdır.

7-14 yaş qrupunda uşaqlarda 1.5 saatlıq basketbol məşqçisi üçün, təxmini olaraq minimum 400 Kkal, maksimum 800 Kkal enerji ehtiyacı müəyyənləşdirilə bilər. Bu dəyərlər uşağın günlük kalori ehtiyacına əlavə olunmalıdır.

Basketbol aşağıdakı kimi faydalı davranışların əldə olunmasına kömək edir.

  • Balanslı bəslənmə
  • İdman məşqçisi və valideynin danışığı sayəsində proqramlı şəkildə dərs oxumaq
  • Yuxu nizamı
  • Sürət, çeviklik, qüvvət, elastiklik xüsusiyyətləri inkişaf edir.

Mənbə: cocuklar.biz

 

Övladınız xəstə olsa belə onu tez-tez çimizdirin – Həkimlər bildirir

Vacib olan şərt heç xəstələnməmək deyil, xəstələnən zaman infeksiyanı təhlükəsiz şəkildə sonlandırmaqdır.
 
Son zamanlara havaların nəmli və küləkli keçməsi səbəbindən insanlar arasında qrip infeksiyası geniş yayılıb. Əsasən də kiçik uşaqların tez yoluxduqları bu xəstəlik yüksək temperatur, öskürək və burun axıntısı kimi əlamətlərlə özünü büruzə verir.
Həkimlər uşaqlarda bu cür hallar müşahidə edildikdə dərman müalicəsi ilə yanaşı, bir sıra məqamlara diqqət yetirməyi də məsləhət görürlər.
Bagcam.az-ın Medicina.az-a istinadən xəbərinə görə, həkimlər xəbərdarlıq edir ki, uşağınız xəstə olsa da onun su ilə təmasını azaltmayın, əksinə daha da tez-tez çimizdirin. Bu, onun dərisində yığılan mikrobları və onların toksinlərini təmizləyərək uşağın təkrar yoluxmasının qarşısını alacaqdır.
İlk növbədə şəxsi gigiyenaya diqqət yetirilməlidir. Uşaqların əllərini tez-tez yumağa alışdırmaq lazımdır. Bu infeksiyanın daha da yayılmasının qarşısını alacaq.
Bundan əlavə uşağı hava soyuq olsa da tez-tez açıq havaya çıxarın. Yaxşı olar ki, hər gün ən az yarım saat uşağı təmiz havada gəzdirəsiniz. Onu insanların çox olduğu qapalı oyun parklarından, ticarət mərkəzlərindən uzaq tutsanız bir o qədər yaxşı olar.
Sağlam olduğunu bilsəniz də övladınızı kiminsə öpməsinə, qucaqlamasına icazə verməyin. Çünki xəstə olmasa da bir çoxları virus daşıyıcısı ola bilər. İmmuniteti zəif olan körpə isə belə olan halda dərhal xəstəliyə yoluxacaq.

Uşaqlara qiymət cədvəlinə görə hədiyyə verilməlidirmi?

Yarımillik tətilin başlaması ilə bağlı olaraq valideynlər uşaqlarına hədiyyə almaqda tərəddüd yaşaya bilərlər. Bəs, uşaqlara hədiyyə alınmalıdırmı? Qiymətləndirmə günü uşağa necə davranmaq lazımdır? Qiymət cədvəlini alarkən nələrə diqqət etmək lazımdır? Ekspert, psixoloq Gizem Ünveren bu sualların cavablarını verib.

Qiymət cədvəli təqdim edilən uşaqlarla necə davranmaq lazımdır?

Qiymətləndirmə günü uşağa öz əmək və davranışlarının qarşılığının, məktəbdəki vəziyyəti izah edə biləcək şəkildə yaxınlaşmaq lazımdır. Bu vəziyyətin uşağın düşünə biləcəyi səviyyədə izah edilməsi vacibdir. Məsələn, çətin il keçiribsə, bunu başa düşməsi və dəyərləndirə bilməsi qiymətlidir. Cəzalandırmaq heç bir sistemdə yararlı olmadığı kimi münasibətləri də pozur. Təhsil, uşağa müəyyən bir şüurun verilməsini məqsəd qoyur. Mükafat və cəza uşağı təhsilin təbiətindən uzaqlaşdıraraq başqa bir konkret prosesə yönləndirməklə həmin vaxtı mənimsəməsinə maneə törədir.

Uşaqlara qiymət cədvəli ilə bağlı hədiyyə alınmalıdırmı?

Məktəb dövründə templi bir çalışma proqramı olan, müəyyən saatda yatıb müəyyən saatda qalxan şagirdlər üçün tətil çox böyük əhəmiyyət daşımaqdadır. Ancaq hər bir uşaq üçün qiymət cədvəlinin gözləntisi bir-birindən fərqlidir. Burada gözlənti hədiyyədirsə; Hədiyyənin uşaqlara qiymət cədvəli üçün mükafat məqsədli olmadığı, tətil üçün olduğu hiss edilməlidir.

Qiymət cədvəlinə görə verilən hədiyyə uşaqlarda motivasiya vasitəsidirmi?

Valideynlərin əksəriyyəti qiymət cədvəli mükafatının uşağı motivasiya etdiyini düşünür. Buna görə müddət başlamazdan əvvəl uşaqlara şərt qoymağa başlayırlar. Uşaqlar öyrənmədən uzaqlaşaraq  yalnız qeydlərə diqqət yetirir. Bu, uşaqda öyrənməyə qarşı mənfi münasibət yarada bilər. Həm uşağın, həm də ailənin məqsədi yaxşı qiymət almaq  olmamalıdır.  Öyrənmək və öyrəndiyini tətbiq edə bilmək olmalıdır. Uşağın səyləri görülməli və uşaqla paylaşılmalıdır. Uşağın qiyməti deyil, səyi vurğulanmalıdır.

Hansı hallarda uşaq qiymət cədvəli ilə bağlı mükafatlandırılmalıdır?

Ümumiyyətlə, uşağın qiymət cədvəli yaxşı olanda hədiyyə alınır. Bu uşaq üçün mükafat olsa da, qiymət cədvəli pis olan uşaq tətilə çıxa bilməməklə cəzalandırılır. Bu, uşağın mükafat sistemini öyrənməyə səbəb olur. Gündəliyi yaxşı olmayan uşaq, mənim gündəliyim yaxşı olmadığı üçün heç nə istəmirəm şəklindəki bəyanatla valideynlərinə yaxınlaşa bilərlər. Belə haqlarının olduğunu düşünə bilərlər. Uşağa tətil hədiyəsi alınaraq müddətin bitməsi ilə münasibət qurularaq, qiymət cədvəli alan uşağa yaxşı-pis fərqi qoyulmadan yaxınlaşıla bilər. Unudulmamalıdır ki, uğurlu olsun ya da olmasın hər bir uşağın tətil, oyun oynamaq, gəzmək hüququ var.

Qiymət cədvəli ilə bağlı mükafatlandırılarkən nələrə diqqət edilməlidir ?

Uşağın yaşına, inkişafına və cinsinə uyğun hədiyyələr seçilməsi vacibdir. Fərdi inkişafı dəstəkləməlidir. Maddi dəyəri yüksək olan hədiyyələrdən qaçmaq lazımdır. Uşağın fikrinin nəzərə alınması ehtiyaclarını müəyyən edə bilməsi baxımından önəmlidir.  Bundan əlavə, dostları ilə fəaliyyətlər ya da ailələri ilə birlikdə edə biləcəkləri tətil proqramları da nəzərə alınmalıdır.

Uşaqlara necə hədiyyə alınmalıdır?

Hədiyyə deyildiyi zaman ağla gələn konkret hədiyyə olmalıdır. Uşağın düşüncəsini nəzərə alaraq ailə ilə birgə planlaşdırılmış tətil də uşaq üçün hədiyyə ola bilər. Xüsusilə getmək istəyib gedə bilmədiyiniz gəzinti, ailəniz ilə etmək istəyib edə bilmədiyiniz fəaliyyət varsa, bunları da edə bilərsiniz. Əgər belə bir fəaliyyət yoxdursa, hədiyyə seçimi uşaqların tətildə inkişafını, sosial fəaliyyətlərini dəstəkləyici şəkildə ola bilər. Bundan əlavə uşağın bu müddət ərzində göstərdiyi özgüvən təqdir olunmalıdır. Valideynlərin sevgisini və təqdirini hiss edən uşağın özgüvəni daha da artacaq.

 Qiymət cədvəli pis olan uşağa davranmaq lazımdır?

Qiymət cədvəli pis olan uşağa bunu dəyərləndirə biləcəyi, rəy deyə biləcəyi şəkildə əlaqə qura bilməsi üçün imkanlar verilməlidir. Bunu dəyərləndirməsinə yardım edəcək şəkildə uşağa yoldaşlıq edilərək, inkişaf etdirəbilməsi üçün çərçivə müəyyənləşdirilməsinə dəstək göstərilməlidir.

Dərsləri zəif olan uşaqlara hansı motivasiya ilə yaxınlaşmaq lazımdır?

Qiymət cədvəli vaxtının yaxınlaşması ilə uşaqlara təzyiq gedərək artır. Buna görə qiymət cədvəllərində aşağı qeydləri olan uşaqlar özlərini qeyri-adekvat və uğursuz hiss edə bilərlər. Uşaqların qiymət cədvəllərinə görə dəyərləndirilməsi özgüvənlərinin azalmasına yol aça bilər. Qiymət cədvəli uşağın valideynləri tərəfindən müvəffəqiyyətli və ya uğursuz etiketlənməsinə səbəb ola bilər. Lakin, qiymət cədvəli uşağın bütün fəaliyyətini ölçmür. Qiymət cədvəli yaxşı olan uşağa necə müvəffəqiyyətli olacağı söylənə bilməzsə, qiymət cədəvli pis olan uşağa da uğursuz olacağı söylənə bilməz. Valideynlər uşaqlarını dəstəkləyici şəkildə anlamağa çalışmalıdırlar. Onlar mühakimə və cəza kimi mənfi hissləri hiss etdirə biləcək ifadələrdən çəkinməlidirlər. Uşağın  qiymətlərindəki zəifliyin səbəbi araşdırılmalı və başqaları ilə müqayisə edilməməlidir. Valideynlər öz gözləntilərinimi ödəməli ya uşağın gözləntilərinəmi cavab verməlidirlər? Bunları ayırd edə bilməlidirlər.  Uşağın müvəffəqiyyətli olduğu sahələrin görülməsi vacibdir. Uşağın özünü daha yaxşı hiss etdiyi və müvəffəqiyyətli olduğu sahələr tapılaraq dəstəklənməlidir.

Mənbə: milliyet.com.tr

 

Qızdırma zamanı edilən səhvlər

Uşağın xəstələnəcəyini əvvəlcədən bilmək mümkün deyil. Tamamilə sağlam uşaq 2 dəqiqə sonra qızdırmadan od tutub yana bilər. Belə olduqda necə davranmaq lazımdır? Uşağın qızdırmasını endirmək lazımdır, yaxsa gözləmək?

Bagcam.az Medicina.az-a istinadən bildirir ki, qızdırma infeksion xəstəliyin qarşısını almaq məqsədilə lazım olan maddələrin sintezinin artırmaq üçün beyində yaranan siqnaldır. Virusların ən başlıca düşməni olan interferon zülalının səviyyəsi birbaşa olaraq bədənin temperaturundan asılıdır. Başqa sözlə, orqanizmin temperaturu nə qədər yüksək olarsa, sözügedən təbii dərman maddəsi daha çox sintez olunur.

Temperaturu necə aşağı salmaq olar?

Biz uşağın temperaturu artan kimi onu dərhal aşağı salmağa çalışırıq. Amma bu, düzgün deyil. Belə olduqda orqanizm özü xəstəliyə qalıb gələ bilmir.
Bilmək vacibdir: qızdırma salan dərmanlar uşağın temperaturu olanda yox, onun ümumi vəziyyəti pis olduqda verilməlidir!

Qızdırmanı nə vaxt salmaq lazımdır?

Bəzi uşaqlar 39°-də özlərini yaxşı hiss edir, bəziləri isə 37,5°-də yataqdan qalxa bilmirlər. Burdan belə bir nəticəyə gəlmək olar ki, hər uşağın özünün səddi var və onu keçərək risk etmək lazım deyil. Əgər temperatur 39,5°-ə qədər artıbsa o zaman fəaliyyətə keçmək lazımdır.

Temperatur 40,0°-yə yaxınlaşdıqda aşağıdakılar hallar baş verir: metabolizm və oksigen istifadəsi sürətlənir, bədən maye itirməyə başlayır, ürək və ağciyərlər üçün əlavə gərginlik yaranır.

Əsas olaraq qıcolma sindromunu nəzarətdə saxlamaq tələb olunur. Əgər temperatur fonunda febril qıcolmalar başlayıbsa, o zaman uşağa qızdırma salan dərman vermək lazımdır. Bu vəziyyət 3 aylığa qədər olan uşaqlara aid edilir.

Uşağın temperaturu artan zaman onun bədəninin maksimum olaraq istilik itirməsini təmin etmək lazımdır. Bunu isə yalnız 2 yolla etmək mümkündür: tər və nəfəs vasitəsilə.

Uşaq yatan otaqda sərin hava (17–20 °С) olmalıdır. Amma bununla belə uşağı isti geyindirməlisiniz. Üstünə ədyal örtün. Çoxlu maye (hər kq-a 50-100 ml) içirin.

Qızdırmanı salmaq üçün uşağa yaxşı olardı ki, sirop içirəsiniz və ya rektal şam qoyasınız. Sirop 15-20 dəqiqəyə öz təsirini göstərir. Amma onun tərkibinə ətirləndirici, rəngləyici kimi bir sıra kimyəvi maddələr daxildir. Rektal şamlar isə 40–50 dəqiqə sonra təsir edir və effektini uzun müddət saxlayır. Əgər uşaqda ürəkbulanma və qusma varsa o zaman bu şamlardan istifadə etmək məsləhətdir. Şamlar defikasiya aktından sonra qoyulmalıdır.

Qızdırması olan uşağa qətiyyən spirt və sirkə ilə kompres etməyin. Çünki körpənin həsas dərisi bu maddələri özünə çəkə və zəhərlənmə verə bilər.

Məktəbəqədər təhsil qrupları üçün 8 sehrli məsləhət

Child Development jurnalında yayımlanan bir araşdırma müəllimlərdə müşahidə edilən  8 açar davranışın keyfiyyətsiz bağça qrupu ilə mükəmməl bağça qrupu arasında fərq yarada bildiyini göstərib.

Amerikanın Vanderbilt Univesitetindən bir qrup tədqiqatçı bu davranışların işə yaradığını sübut edəcək datanı toplamaq üçün tam 2 ilini sərf edib. Baş tədqiqatçı Dale Farran bu layihənin 2015-də xəyal qırıqlığı yaradan əvvəlki araşdırmanın nəticəsi olduğunu deyir.

Vanderbilt Universitetinin Peabody Araşdırma Mərkəzində müdir köməkçisi olan Farran “Keçən üç ildə “Bu vəziyyəti necə düzəldə bilərik?” sualını hər gün düşünürdüm. Yalnız “Biz bu nəticələri əldə etdik,” demək mənim üçün kifayət deyildi. Sadəcə “Bu nəticələri əldə etdik”mi deyərsiniz, yoxsa bunu düzəltmək üçün bir şeylər etməyəmi cəhd edərsiniz?” deyir.

Tədqiqatçılar Nashville-dəki üç fərqli məktəbəqədər təhsil mərkəzində direktorlar, müəllimlər, təlimçilər ilə bir araya gəldilər. 26 bağçadan müəllim davranışı və şagird uğuru üzərinə datalar topladılar. İştirakçı müəllimlərin hamısı məktəbəqədər təhsil mövzusunda savadlı və diplomlu idi, K-12 müəllimləri ilə eyni maaşı alırdılar. Hər sinifdə bir köməkçi vardı. Siniflərdə maksimum 20 şagird olurdu. Araşdırma 2014-dən 2016-a qədər iki il ərzində davam etdi və cəmi 840 şagird təhlil edildi.

Budur, Məktəbəqədər Təhsil Mərkəzi tərəfindən hazırlanan  “Sehrli 8” adlandırılan o siyahı:

  1. Keçid vaxtlarını azaldın. Bir oyundan digərinə keçərkən xərclənən zaman şagirdlərin bilmədiklərini öyrənmədiyi və neqativ davranışlar sərgilədiyi zamandır.
  2. Təhsil səviyyəsini inkişaf etdirin. Uşaqlara açıq, davamlı suallar soruşmaq onlardan öyrəndikləri üzərinə düşünməklərini, ya da bildikləri üzərinə təxminlər aparmaqlarını istəmək həm yaddaşlarını gücləndirər, həm də ibtidai sinfə daha yaxşı hazırlanmasına kömək edər.
  3. Pozitiv mühit yaradın. Müəyyən davranışlarını qınamaq əvəzinə, pozitiv bir dil istifadə etmək uşaqların özlərini idarəetmək bacarıqlarını tənzimləmək üçün müsbət təsirə malikdir.
  4. Müəllimlərin uşaqları dinlədiyi vaxtı artırın. Araşdırmalara görə, müəllimlər şagirdlərini dinləməyə daha çox vaxt ayırdığı zaman şagirdlər riyaziyyat mövzularını, hərfləri və kəlmələri daha yaxşı başa düşürlər. Bundan əlavə, daha çox fikir bildirən uşaqların daha güclü özünü idarəetmə bacarıqları və söz bazaları olur.
  5. Ardıcıl tədbirlər planlayın. Uşaqlar puzzle düzəltmək, ya da mesaj yazmaq kimi məntiqi ardıcıllıqla oyun fəaliyyətlərində olduqda dərin düşünməyə məcbur olurlar. Bu halda da problem həll etmək bacarıqları inkişaf etmiş olur.
  6. Uşaqları öz aralarında əməkdaşlığa təhrik edin. Yaşıdları ilə daima birlikdə işləyən uşaqlar sinif daxili fəaliyyətlərə daha çox qatıldılar və daha yaxşı dil bacarıqlarına malik idilər.
  7. Uşaqların iştirakını təşviq edin. Uşaqlar bir tədbirə aktiv olaraq qatıldıqları zaman oxuduqlarını başa düşməkdə, kəlmə öyrənməkdə və riyazi məsələlərdə daha uğurlu olurlar
  8. Riyazi anlayışlarını inkişaf etdirəcək fürsətlər yaradın. Çox çətin riyaziyyat məsələləri həll etməyə çalışan və riyazi anlayışları müzakirə edən uşaqlar ibtidai sinfə daha yaxşı hazırlanmış olurlar və daha uşaq yaşlarından riyaziyyatla bağlı uğurlar əldə etmək üçün kifayət qədər yetişmiş hala gəlirlər.

Farran bu 8 anlayışın tətbiqini inkişaf etdirməyə xeyli güc və məntiq sərf edir. Siyahı 3 məktəbəqədər təhsil mərkəzində daha müasir müəllimlər və təhsil sistemi üçün istifadə olunur.

Mənbə: egitimpedia.com

 

Uşaqları dərs oxumaqdan soyudan davranışlar

Uşaqları dərslərdən soyudan vərdişləri görmək istəyirsinizsə, bunlara nəzər salın.

Öyrənmək bacarığı hər insanda fərqlidir. Kimi daha tez öyrənərkən, kimi də bir az vaxta ehtiyac duyur.

Günümüzdə bəzi ailələrin uşaqların təhsili ilə bağlı etdikləri səhvlər, uşaqların bacarıqlarını nəzərə almadan onlara yol çəkmək və uşağı bu yolda getməyə məcbur etməkdir. Ancaq hər kəsin maraq dairəsi və bacarıqlı olduğu sahələr var.

Uşağınızın sevdiyi şeyləri görməzdən gəlib, onu alçaltmaq, onun dərslərdən uzaqlaşmasının ən əsas səbəbidir.

Fasilə etmədən dərs oxumaq

Həyatınızın ən gözəl günlərində tək otaqda, başınızı qaldırmadan ancaq dərs oxumaq istəyən biri üçün nə düşünəcəyinizi gözünüzün önünə gətirin. Özünüzü pis hiss etmədinizmi? Uşaqlar da eynisini düşünəcəkdir.

Dərslər məcburiyyətə çevrildikdə, uşağın həvəsi olsa da dərs oxumaq istəməyəcək.

Bunun yerinə özü istəyəndə ayırdığı məhsuldar vaxt, məcburi 10 saat dərsdən daha təsirli olacaq.

Mənbə: qadin.net

Azərbaycanda görməsində və danışığında problem olan uşaqların sayı

Azərbaycanda son illər ərzində profilaktik müayinə olunan uşaqlar arasında görmə qabiliyyətində, danışığında və onurğa sütununda problemlər aşkarlanan uşaqların sayı artıb.

Bagcam.az-ın Medicina.az-a istinadən məlumatına görə, 2017-ci ildə Azərbaycanda 2 milyon 457 min 400 uşaq profilaktik müayinə edilib ki, onların 2000 nəfərində eşitmə qabiliyyətinin, 13 300 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2800 nəfərində danışığının qüsurlu olduğu, 3 000 nəfərində skolioz aşkarlanıb.

2016-cı ildə isə müayinə olunan 2 milyon 460 min 400 nəfər uşağın 2200 nəfərində eşitmə qabiliyyətinin, 10 100 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2500 nəfərində danışığın qüsurlu olduğu, 2800 nəfərin skoliozlu olduğu məlum olmuşdu.

2015-ci ildə isə müayinə olunan 2 milyon 412 min 400 uşağın 2000 nəfərində eşitmə, 9 100 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2000 nəfərində danışığın qüsurlu olduğu, 2100 nəfərinin skoliozlu olduğu məlum olmuşdu.

2015-ci ildə qaməti pozulmuş 1200, 2016-cı ildə 1600, 2017-ci ildə 1600 uşaq aşkarlanmışdı.

Ekran başında keçirdiyiniz vaxtı azaltmağa kömək edəcək məsləhətlər

Royal College Pediatr və Uşaq Sağlamlıq Bölümü tərəfindən yayımlanmış yeni araşdırmada ekran zamanının zərərli olduğuna dair çox az sübut olduğu irəli sürülərək ekran başında keçən vaxtın azaldılmasına gərək olmadığı bildirilib. Ancaq bu tövsiyədən ötrü ölkədəki bir çox valideynin xəyal qırıqlığı yaşadığını bildirərkən İngiltərənin uşaq haqları komissiyası prezidenti Anne Longfield də valideynlərin daha çox köməyə ehtiyacı olduğunu açıqlayıb.

14 yaşında bir oğlu olan Andy bu tövsiyənin onu nə qədər hüsrana uğratdığını açıqlayanlardan biridir: “Ekran zamanının məktəb performansına və fiziki fəaliyyətlərə zərər verdiyindən və təhlükəli dərəcədə bağlılıq yaratdığından adım kimi əminəm. Oğlumun ekran zamanına Cümə – məktəbdən sonra və Şənbə günləri olmaq üzrə azaltmaq məcburiyyətində qaldığım üçün məktəb fəaliyyətlərinə fokuslana bilmirdi. Evə gələndə ilk etdiyi şey Xbox-a yönəlmək olurdu. Bir az deyindikdən sonra bu vəziyyətlə üzləşdi və bundan sonra ardınca məktəb fəaliyyətində yüksəliş gördük”.

Ailənizin ekran başında keçirdiyi müddət nəzarətdən çıxıb?

Royal College Pediatriya və Uşaq Sağlamlıq Bölümü ailələrin ekran zamanının uşaqlarına mənfi təsirləri olub-olmadığını dəyərləndirmələri üçün sual siyahısı yayımlayıb:

  • Ailənizin ekran vaxtı nəzarət altındadır?
  • Ekran istifadəsi ailənizin etmək istədiklərini əngəlləyirmi?
  • Ekran istifadəsi yuxu rejiminizi pozur?
  • Ekran başında vaxt keçirəndə bir şeylər yemək istəyinizi idarə edə bilirsiniz?

Bəs valideynlər ekran zamanının uşaqlarının həyatına mənfi təsir etdiyini düşünürlərsə, nə etməlidirlər?

Limitlər qoyun

Anna Longfieldin ekran vaxtını tənzimləmək üçün verdiyi məsləhət bunlardır:

  • Bəzi sərhədləri müəyyənləşdirin. 9 yaşındakı bir uşağın cəmiyyət içində, küçədə tək başına gəzməsinə icazə verməzdiniz, elə deyilmi? Telefon istifadəsi üçün də eyni şey tətbiq olunmalıdır. Əgər bir uşaq erkən yaşlardan ağıllı telefon sahibi olursa, siz də onun yerinə potensial təhlükələrə qarşı gözdə-qulaqda olun.
  • Əgər ekran vaxtı yuxuya, yemək masasındakı söhbətə, yemək tərzinə və idman vərdişlərinə təsir edirsə, uşağınızla sövdələşmə edin. Misal üçün telefonların masada, ya da yataq otağında, səhər yeməyindən əvvəl və ya ev tapşırıqları bitənə qədər istifadə edilməməsi ilə bağlı qaydalar qoya bilərsiniz.
  • Öz istifadənizi də nəzarət altında saxlayın, valideynlər hər zaman nümunəvi davranışlar sərgiləməlidirlər.

“Görünüşünə fokuslanmaq miskinliyə səbəb ola bilər”

Uşaq və yeniyetmə ruh sağlamlığı üzrə mütəxəssis psixoloq Dr. Tara Porter bir terapevt və valideyn olaraq, ekran istifadəsinin onu narahat etdiyini deyir: “Qız uşaqları erkən yaşlardan etibarən bu girdaba qapılırlar. Üz-üzə deyilən normal sözlər virtual aləmdə onlar üçün daha sərt olur. Bu vəziyyət getdikcə artım göstərir. Xarici görünüşə fokuslanmaq məmnuniyyətsizliyə və miskinliyə yol aça bilər”.

Porterin məsləhətləri bu istiqamətdədir:

  • Uşaqlarınız 16 yaşına gələnə qədər bütün avadanlıq istifadəsini nəzarətiniz altında saxlayın.
  • Cihazlara əlçatanlığını məhdudlaşdırmaq üçün uyğun tətbiqlərdən istifadə edin.
  • Qabaqdan gəlmişlik edin – uşağınızı cihazla təmin etməzdən əvvəl onun qarşısına qaydalar qoyun.

Ekran zamanını azaltmaq üçün texnologiyadan istifadə edin

Son olaraq, müxtəlif proqramlarda nə qədər vaxt keçirildiyini hesablayan bir çox proqram və Apple, Google, Facebook tərəfindən təqdim edilən tətbiqlər mövcuddur. Bunlardan bəziləri valideynlərin kəskin məhdudiyyətlər qoymaqlarına kömək edərək internetə çıxışın, proqramların müəyyənləşdirilən zamanda bağlanılmasına imkan verir.

Mənbə: egitimpedia.com