Daun və autizmdən əziyyət çəkən uşaqların evdə təhsil alması təklif olunub

Ombudsman Elmira Süleymanova sağlamlıq imkanları məhdud olan uşaqlar üçün ölkədəki müxəlif profilli özəl reabilitasiya-inkişaf, günərzi qayğı və məktəbdənkənar təhsil xidmətləri göstərən mərkəzlərin fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsi məqsədilə onlara vergi güzəştlərinin tətbiqi təklif edib.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, bu, ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

İnsan Hüquqları üzrə Müvəkkil körpələr evlərinin, uşaq bağçalarının, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin bu fəaliyyətlərdən əldə etdikləri gəlirlərinin 2014-cü il yanvarın 1-dən 10 il müddətinə gəlir vergisindən azad edilməsi ilə bağlı müsbət təcrübəyə əsasən belə bir təklif irəli sürüb.

Məruzədə qeyd edilib ki, evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısına daun və autizm kimi sindromların adları daxil edilmədiyinə görə hazırda həmin sindromlardan əziyyət çəkən uşaqların evdə təhsilə cəlb olunması ilə bağlı problemlər mövcuddur. Müvəkkil bunu nəzərə alaraq, səhhətinə görə bilavasitə ümumtəhsil məktəbində təhsil ala bilməyən həmin qəbildən olan uşaqlar üçün xüsusi tədris planı əsasında “Evdə təhsil” formasının tətbiq edilməsi məqsədilə buna hüquq verən xəstəliklərin siyahısına müvafiq əlavələrin edilməsini təklif edir.

Hansı dəyərlər sizi yaxşı insan edər?

Əsas etika qaydalarının unudulduğu, insanların qazandığı pula görə dəyərləndirildiyi uşaqların küçələrdə diləndirildiyi,  qadına şiddətin sürətlə artdığı və bunun kimi bir çox digər sosial çöküşün yaşandığı bir həyatda yaxşı insan olduğunuzu haradan bilə bilərsiniz? Meyar qəbul edilə biləcək əxlaqi standarlar nələrdir?

İnsan həyatına dəyər vermək

İnsan həyatına dəyər verməmək terrorizm və soyqırıma  yol açır. Dünya miqyasındakı rejimlər, həm müasir, həm tarixi insan həyatına dəyər vermədiyi üçün minlərlə ölümə səbəb olmuşdur. Fərd olaraq siz haradasınız? Din, dil, irq, cinsiyyət ayrı-seçkiliyi etmədən hər insanın həyatına hörmət göstərirsinizmi? Doğru seçim olduğuna inandığınız şeyi etmək üçün güclü olmağınız lazımdır.

Özünə hörmət

Özünə hörmət etmək eqoist ya da qürurlu olmaq mənasına gəlməz. Özünə dəyər vermək və bu dünyada sadəcə bir müddət daha olacağının fərqində olmaq deməkdir. Pis zamanalar keçirə biləcəyiniz, hətta məğlubiyyətlərə düçar ola biləcəyiniz, amma yenidən dimdik ayağa qalxmağa hazır olmağınız lazım olduğu mənasına gəlir. Başqası üçün öz üstünlük və dəyərlərinizdən imtina etməməyinizin lazım olduğu mənasına gəlir.

Uşaqların gələcəyinə dəyər vermək

Bu dəyərə sahib olan  insan hamilə olarkən siqaret çəkməyən ana olmaqla yanaşı, uşaqların qabağında pis danışmayan bir yad da ola bilər.  Bu insan uşaqların dünyanı dərk etməsinə köməkçi olmağa çalışır. Onları hər cür zehni, fiziki və emosional zərərdən qorumağa diqqət göstərir.

Yer kürəsinə hörmət etmək

Yer hamımızın evidir və ona yaxşı baxmaq da hər kəsin vəzifəsidir. Yaxşı insan təbiətə hörmət etməli və onu qorumalıdır. Təbii resurslara zərər verən şirkətləri boykot etməyə qədər olan təklif olunan bütün fəaliyyətlərdə həmişə aktiv olmalıdır.

Fikirlərə hörmət etmək

Hər insanın özünə xas, xarakterinə özəl fikirləri var və yaxşı insanlar qarşısında eyni düşüncəni paylaşmadığında buna hörmət etmək məcburiyyətindədir. Heç kimi sizinlə eyni düşünməsi üçün məcbur edə bilməzsiniz. Doğru və yanlış nisbidir.

Qarşınızdakına sizə davranılmasını istədiyiniz kimi davranmaq

İnsanlar bir-birlərinin sərhədlərinə hörmət etməlidir. Birinin sərhədinin başladığı yerdə digərinin sərhədi bitir. Bu gerçəyin şüurunda olmaq pisə gedən bir çox şeyi dəyişdirmə gücünə sahibdir.

Mənbə: hthayat.haberturk.com

Hiperaktiv uşaqları necə ram etməli?

Həddindən artıq hərəkətli uşaqlar bəzən valideynlərinə çətin anlar yaşadır. Onların davranışları hərdən etik normaları belə aşır. Bu isə problemin ilkin siqnalıdır. Hiperaktivlik – “hiper” yunanca yüksək, “aktivas” hərəkət və ya hərəkətli deməkdir. Bu termin aktiv, davranış sistemini tənzimləyə bilməyən uşaqları ifadə edir. Bu tip balacalar ətraf mühitlə münasibətdə müəyyən mənada çətinlik yaşayır.

“Ailələrdən gələn ən çox şikayət isə uşaq yeməyini zülmlə yeyir, hər şeyə aid suallar verir” – mütəxəssislər belə deyir.

Bagcam.az xəbər verir ki, psixoloq Aygün Cəfərova mövzu ilə bağlı Medicina.az-a ətraflı danışıb: ”Əgər uşaq çox sual verirsə, hər şeylə maraqlanırsa, bu, nadinclik demək deyil. Sadəcə uşaqda yaranan maraqların göstəricisidir. Belə olan təqdirdə əgər valideynlər uşaqları diqqət mərkəzində saxlaya bilmirsə, məsələn, onların suallarına cavab vermirsə, uşaqlar başlayırlar digər vasitələrlə diqqət cəlb etməyə. Beləliklə, nadinclik edirlər”.

Bunu valideynlər çox vaxt hiperaktivlik kimi qiymətləndirirlər. Lakin mütəxəssislər bunun düzgün olmadığını bildirirlər. Psixoloq Aygün Cəfərova məsələni belə izah edir: “Əslində onlar bu hərəkətləri ilə valideynlərin və ətrafdakıların diqqətini cəlb eləmək istəyirlər. Uşaqlar bu addımı diqqətdən kənarda qaldıqlarını hiss etdiklərində atırlar. Ailədən uşağa ötürülən sevgi azlığı onları nadinclik, dəcəllik etməyə sövq edir”.

Sevgi çatışmazlığından gələn şuluqluq

Nəticə isə özünü çox ağır formada büruzə verə bilər. Araşdırmalar göstərir ki, hiperaktiv uşaqlar olduqca hərəkətlidirlər. Məsələn, belə uşaqlar yaşıdlarını itələyir, divara dırmanır, həddindən çox danışır, başqalarının sözünü kəsir – bir sözlə onları ram etmək çətindir. “Bəs bu halda nə edilməlidir, hansı addımlar atılmalıdır?” kimi suallar yaranır. Psixoloq Aygün Cəfərova deyir ki, bunu yalnız sevgi ilə aradan qaldırmaq mümkündür: “Onlara daim sevgi aşılamaq lazımdır. Danışanda mümkün qədər göz təması qurmaq, nəvaziş göstərmək müsbət nəticə verir. Uşaqlara mütləq vaxt ayrılmalıdır. Yəni, onlarla ünsiyyətdə olmaq vacibdir. Günü necə keçirdiyi, nələr etdiyi, hansı problemdən narahat olduğunu müzakirə etmək lazımdır. Onların suallarına ətraflı cavablar verilməlidir. Bir sözlə, əgər uşaqların sevgi ehtiyacı ödənilərsə, onlarda nadincliyin qarşısını almaq mümkündür”.

Hiperaktivlik sindiromu diaqnozuna gəlincə, psixoloqlar deyir ki, bu, yalnız düzgün müayinə ilə təsbit olunmalıdır. Bunun üçün ilkin olaraq tibbi və psixoloji müayinələr aparılmalıdır. Sindiromun ilkin əlamətləri bir sıra hallarda özünü göstərir: “Diqqət pozğunluğu varsa, misal üçün, bir dəqiqə ərzində oturub su içə və ya yeməyini yeyə bilmirsə bu, artıq patoloji aktivlikdir. Bu zaman artıq mütəxəssisə müraciət olunmalıdır. Psixoterapiya götürülməlidir, dərmanlarla müalicə olunmalıdır. Ancaq bir məqam var ki, bəzən aktivliklə hiperaktivlik qarışdırılır. Aktiv uşağa da hiperaktiv diaqnozu qoyurlar. Bu isə çox yanlış yanaşmadır. Yalnış diaqnozla uşaqları səhv yönəldirlər. Yaxud da baxırsan adi uşaqdır, normal aktivliyi var, sadəcə valideyn iddia edir ki, uşağım hiperaktivdir”.

Odur ki, valideynlər onları başa düşməli, uşaqlarına sevgi ilə yanaşmalı, onlara dəstək olmalıdırlar. Mütəxəssislər aktiv və dəcəl olan hər uşağa bu diaqnozu qoyub, dərman müalicəsi tətbiq etməyin əleyhinədirlər.

Vacib imtahandan əvvəl nə yeməli?

Bilirik ki, yaxşı qidalanmaq bizə enerji verdiyi kimi daha uzun və daha doyurucu bir həyat yaşamağımızı da təmin edir. Bəs hansı qidaların və içkilərin beyninizə yaxşı təsir etdiyini və bir imtahanda uğurlu olmağınıza kömək edəcəyini bilirsinizmi?

Yaşıl çay
Əsas tərkib: Polifenol
Faydası: Beyni qoruyur və ruh sağlamlığına yaxşı təsir edir

Yaşıl çayın tərkibindəki acıya dadan maddə olan polifenollar, beyni yaşlanmaqdan qoruya bilir. Bu maddənin hüceyrə səviyyəsində böyüməyə köməkçi olan canlandırıcı bir təsiri mövcuddur. Bundan əlavə yaşıl çay pozitiv zehni vəziyyətin açarı olan dopamin istehsalını təşviq etməsilə də tanınır. İmtahandan əvvəl ən çox ehtiyacınız olan şeylərin başında pozitiv bir ruh halı gəlir, narahatlıq ya da qorxu deyil.

Yumurta
Əsas tərkib: Kolin
Faydası: Yaddaşı inkişaf etdirir

“B-vitamini” oxşarı maddə olan kolin, beynin daha asan xatırlamasını dəstəkləyir. Edilən bəzi araşdırmalar kolin qəbulundakı artımın yaddaşı inkişaf etdirə biləcəyini ortaya çıxarıb. Yumurta sarısı isə ən zəngin və ən asan çatıla bilən təbii kolin qaynaqları arasında yer alır.

Əsas tərkib: Omega – 3 yağlı turşular
Faydası: Beyin funksiyalarında yaxşılaşma

Omega–3 yağlı turşular DHA, beyində olan başlıca çoxlu doymamış yağ turşusudur. Tərkibində Omega-3  olan qidalarla zəngin bəslənmək – vəhşi somon kimi – beyin funksiyalarını və ruh halını inkişaf etdirə bilir. İnkişaf etmiş beyin funksiyaları daha uğurlu olmağınızı təmin edəcəkdir. Balığa allergiyanız var yaxud balıq yeyə bilmirsiniz? O zaman qoz yeməyi yoxlayın.

Qara Şokalad
Əsas tərkib: Flavonoid və kofein
Faydası: Fokuslanma və konsentrasiya

Tərkibindəki flavonoiddən gələn güclü antioksidantların xüsusiyyəti ilə bağlı olaraq qara şokalad yüksək təzyiq və xolesterin dərəcəsini aşağı salır. Qara şokaladın ən faydalı yönlərindən biri də tərkibindəki xəbərdaredici maddə olan kafeindir. Niyə? Çünki enerjinizi fokuslamağı təmin edir. Ancaq yenə də diqqətli olmaqda fayda vardır. Həddən artıq kafein qəbulu sizi yerinizdə dayana bilməyəcəyiniz bir həddə gətirə bilər və bu da imtahan müddətində rahat oturmağınızı çətinləşdirə bilər. Buna görə də qara şokaladı qəhvə ya da çay ilə qarışdararaq yox, tək qəbul edin.

Mənbə: egitimpedia.com

 

“Qənaətli ağ elektrik lampaları uşaqlarda görmə zəifliyi yaradır”

Sən demə, adi elektrik lapmasının da gözlərimizə təsiri var.

Son vaxtlar işığa qənaət etmək üçün sarı işıq yayan elektrik lampalarından “qənaətli” ağ işıq lampalarına kütləvi şəkildə keçid insanların gözünə mənfi təsir etməkdədir.

Məktəbyaşlı uşaqların gözlərində yaranan quru göz sindromu, uzaqdan görmə pozulması, görmə zəfliyi kimi problemlərin səbəbləri barədə çox fikirlər səslənməkdədir.

Bagcam.az-ın verdiyi xəbərə görə, bu barədə medicina.az-a məlumat verən oftalmoloq həkim Sevinc Babayeva məktəblərdə və evdə işıqlandırma qaydalarının pozulmasının fəsadlarından danışdı.

“Görmə zəiflikləri içərisində qazanılmış uzaqgörmə zəifliyi xüsusən məktəbyaşlı uşaqlarda və gənclərdə çox aşkarlanır. Əsasən yorğunluqdan, dərs yükündən, yaxına baxmaqdan, telefona, kompüterə çox baxmaqdan, işdən, dərsdən sonra yarıqaranlıq evdə, otaqda uzanılı vəziyyətdə qalmaqdan, yatanda da telefona baxmaqdan yaranır.

Onsuz da dərs yükü ağır olan uşaqlar məktəbdə saatlarla sinifdə oturaq, beli, boynu əyilmiş vəziyyətdə qalır, tənəffüsdə həyətə çıxmırlar, evdə də eyni şərait.

Hazırda bağçalarda, məktəblərdə, evlərdə “led lampalar”-dan, qənaətli elektrik lampalarından istifadə olunur. O da ətrafa ağ işıq yayır. Bu işıqlar isə göz dibini qıcıqlandırır.

Eləcə də plastik qapı-pəncərə sinifdə havasızlıq yaradır. 30-40 uşağın olduğu otaqda nə havalandırma, nə işıq texniki baxımdan düzgün olmadığından məktəbə gedən uşaqların demək olar, yarıdan çoxunda 2 aydan sonra gözdə zəiflik problemləri başlayır.

Göz beynin bir hissəsidir. Beyin yorulursa, hava almırsa, gözə işıq bucağı düzgün düşmürsə, artıq görmə zəifləyir”.

Bəs valideynlər bu problemlərin qarşısını necə almalıdır? Məktəbdə lapmaları dəyişmək mümkün deyil, evdə nələr edə bilərlər?

“Valideynlər heç olmasa uşağın yatdığı, dərs hazırladığı otaqda qənaətli “ağ” işıq lampaları yox, adi, sarı işıq yayan, düzgün bucaqda işıq yönləndirən stolustu lampadan istifadə etsinlər, plastik pəncərə qoymasınlar, otağın havalandırılmasına fikir versinlər.

Uşaq gün ərzində açıq havada müəyyən müddət gəzsin, oynasın. Maksimum uzağa baxma məşqləri etdirsinlər. Dar sinif və otaqlar uşağın normal göz inkişafına birbaşa zərbədir. İndi uşaqlar hara gedirlər internet axtarırlar. Uşaqlar başını qaldırıb heç ətrafa belə baxmır.

Yatan zaman uşağın telefona baxmamasına çalışsınlar. Masa arxasında düzgün əyləşməsini təlqin etsinlər. Onurğanın, boynun vəziyyətinə baxsınlar”.

Həkim hazırda sağlam gözü və 100% görməsi olan məktəbliyə nadir halda rast gəldiyini bildirir. Bu isə genofondumuz və gələcəyimiz üçün çox təhükəli məqamdır.

Övladınızın yaradıcılıq qabiliyyətini necə artıra bilərsiniz?

Övladınızın yaradıcılıq qabiliyyətini necə artıra bilərsiniz?

Təqdim edəcəyimiz bu nümunələr sizə bu işdə kömək olacaq.

Səhv etməyin pis şey olmadığını öyrədin

Aparılan araşdırmalara görə, səhv etməkdən qorxan uşaqların yaradıcılıq qabiliyyəti azalır. Övladınız səhv etdikdə və xəyal qırıqlığına düçar olduqda onu gələn səfər üçün dəstəkləyin. Tək şansın bu olmadığını xatırladın, ona cəsarət verin.

Dağınıqlığa dözümlü olun

Uşağınız bəzən çox dağınıq ola bilər. Boyanmış divarlar, qarmaqarışıq otaq əsəblərinizə toxuna bilər. Bu əslində uşağınızın yaradıcılıq qabiliyyətininin göstəricisidir. Ona öz otağında, öz mühitini yaratmasına icazə verin.

Özünəməxsus olmaq

Başqalarını təqlid etmək yerinə özünəməxsus olmağı öyrədin. Uşağınızı yeni və fərqli nümunələr yaratmaq sövq edin. Onu dəstəkləyin.

Yenilikləri yoxlamasına icazə verin

Uşağınız yaradıcılığını inkişaf etdirmək üçün gündəlik vərdişdən çıxaraq yeni fəaliyyətlərlə məşğul olmasına icazə verin. Birlikdə yeni fəaliyyətlərlə məşğul olun. Həyatınıza yeniliklər qatmağı göz ardı etməyin.

Mənbə: qadin.net

Qastrit məktəbli xəstəliyinə çevrilir

Son zamanlarda qastrit xəstəliyi göz xəstəliklərindən sonra məktəblilər arasında 2-ci çox yayılan xəstəlik hesab edilir.

Nə üçün məktəblilər arasında mədə ağrıları yayılıb?

Bagcam.az Medicina.az-a istinadən sizə qastrit barədə məlumatlar təqdim edir:

Alimlər müəyyən ediblər ki, mədənin selikli qişasının iltihabı – qastrit hepikobakter pilori mirkobu sayəsində yaranır.

Adətən bu mikroba yoluxma 4-8 yaşlarında baş verir. Səbəbi isə uşağı öpmək, ümumi qabdan istifadə, yuyulmayan əllər və s.dir. Yoluxmadan sonra bir neçə il müddətində heç bir əlamət müşahidə edilmir. Amma selikli qişanın iltihabı prosesi artıq başlayır. İlk ağrılar əsasən orta və yuxarı siniflərdə müşahidə edilir.

Alimlər müəyyən ediblər ki, “məktəbli qastriti”nin əsas səbəblərindən biri də mədəaltı vəzin zədələnməsidir.

Mədəaltı vəz mədənin selikli qişasını və bağırsaqları qanla təmin edir. Onun zədələnməsi həmçinin də mədə xorasının yaranmasına da səbəb olur.
Qastriti müalicə etmək mümkündür. Əgər analiz zamanı helikobakter pilori olduğu aşkarlanarsa, bu zaman həkim antibiotik təyin edir. Müalicə kursu 7-10 gün təşkil edir.

Aradan qaldırmaq üçün:

  1. Normal yatmaq;
  2. Evdə və məktəbdə olan psixoemosional gərginliyi azaltmaq, kompüterdə yatmazdan əvvəl cəmi 1,5 saat əvvəl istifadə etmək;
  3. Vegetativ sinir sistemini bərpa etmək. Bunun üçün kontras duş qəbul etmək və ya bədəni yaş dəsmalla silmək lazımdır;
  4. Normal və düzgün qidalanma;
  5. Tez-tez qastroenteroloqa müayinə olunmaq.

Nələri etmək olmaz:

  1. Qızarmış qidalar;
  2. Hisə verilmiş, acı və ədviyyatlı qadalar;
  3. Turş qidalar (sirkə, turp, sarımsaq, soğan, ispanaq);
  4. Uzun müddətə həzm olunan qidalar (təzə çörək, blinçik və s.);
  5. Tərkibində sərt lif olan qidalar (qoz, paxlalılar, çiy tərəvəzlər);
  6. Göbələk;
  7. Qəhvə, kakao, şokolad, çay və s.

 

Uşaqların əvvəllər olduğu kimi sıxılmasına icazə verin

“Sıxıldım”. Bu ifadə əhəmiyyətsiz cümlə kimi görünsə də, valideynlərin içini qorxu, kədər və günahkarlıq hissi ilə doldurmağa çatacaq gücə sahibdir. Əgər kimsə sıxıldısa, o deməkdir ki, çevrəsindəki başqa biri onu işıqlandırmağı, əyləndirməyi ya da diqqətini çəkməyi bacara bilməmişdir. Hərçənd ediləcək və edilməsi lazım olan bu qədər şey varkən insanlar – yetkin ya da uşaqlar – necə sıxıla bilər ki?

Ancaq əslində, can sıxıntısı içindən çıxılması lazım olan vəziyyətdən daha çox təcrübə əldə olunması lazım olan hisdir. Bunun səbəbi İngiltərənin Viktoriya dövründə qəbul edildiyi kimi can sıxıntısının qorxuducu və sizi gücləndirməsi demək deyil.  Böyüyərkən uşağımıza öyrədilənin əksinə – can sıxıntısı sıxıcı insanlara görədir fikrinin əksinə – can sıxıntısı rahatdır. Sizə yaxşı təsir edəcək.

Əgər uşaqlar bu vəziyyətin fərqinə tez varmasalar pis sürpriz ilə qarşılaşacaqlar. Bu həqiqət ilə üzləşək: Məktəb sıxıcı yer halını ala bilər və təhsil verərkən eyni zamanda əyləndirmək müəllimin işi deyil. Həyat sadəcə əyləncəli anlardan ibarət deyil. Mariya Semplenin “Hardasan Barnadette?” adlı kitabında bir ananın öz qızına dediyi kimi: “Bəli, sıxıldın. Sənə indi  həyatla bağlı bir sirr verəcəm. Həyatı daha maraqlı vəziyyətə gətirənin özün olduğunu nə qədər tez öyrənsən o qədər sənin üçün yaxşı olar”.

İnsanlar əvvəllər həyatın böyük bir hissəsinin sıxıcı olduğunu qəbul edərdilər. 21-ci əsrdən əvvələ aid xatirə yazılarına baxdığımız zaman insanların həyatlarının can sıxıntısı ilə keçdiyini görə bilirik. İşləməyən insanlar vaxtlarını otaqlarında heç nə etmədən,  ya da uzun gəzintilər edərək, ağacları seyr edərək keçirirdilər. Sonra maşın istifadə etməyə başladılar və etdikləri tək şey daha çox ağac seyr etmək oldu. İşləmək məcburiyyətində olanlar üçün həyat daha çətin idi. Kənd təsərrüfatı və sənaye işləri son dərəcə sıxıcı idi və bir çox insan işləmək istəmirdi. Uşaqlar da gələcəklərinin bundan fərqli olmağını gözləmir və bu fikrə uşaq yaşlarından etibarən alışırdılar.

Qısa bir müddət əvvələ qədər, yetişkinlər bəlli miqdarda can sıxıntısının qəbul edilə bilən olduğunu düşünürdülər. Buna görə də uşaqlar boş vaxtlarının qiymətini bilirdilər. Amerikalı məşhur aktyor və bəstəkar Lin Manuel Miranda, GQ dərgisinə verdiyi reportajda uşaqkən heçnə etmədən keçirdiyi axşamlardan ilhamverici şəkildə danışır. Miranda, “Yaradıcılığı hərəkətə keçirmək üçün boş bir səhifədən və ya otaqdan daha yaxşı bir şey yoxdur” deyir.

İndi isə uşaqları belə bir hərəkətsizliyə məruz buraxmaq valideynlik vəzifəsinin laqeydliyi olaraq görülür. Jurnalist Claire Cain Miller; sinif, ekonomik qazanc və irqdən asılı olmayaraq valideynlərin “məktəbdən sonra sıxılmış olan uşaqların tədris planından kənar fəaliyyətlər ilə məşğul olmaları və istənildiyi təqdirdə öz işlərini buraxıb uşaqları ilə maraqlanmaları lazım olduğuna “inandıqlarını ortaya qoyan aktual bir araşdırmaya diqqət çəkir.

Hər boş vaxt ən yaxşı şəkildə istifadə olunmalı və bu vaxtlardan bir hədəf istiqamətində maksimum gəlir əldə edilməli olduğu düşünülür.

Uşaqlar valideynləri tərəfindən sıxılmadığı müddətdə öz oyuncaqlarına, yəni rəqəmsal alətlərinə təslim edilir. Valideynlərin uzun bir maşın ya da təyyarə səyahətinə hazırlanması, ordu səlahiyyətlilərinin qarışıq hərəkət planı hazırlamağına bənzəyir. iPad-ə hansı filmlər yüklənməlidir? Uşaqların beyinləri kreslolarına yapışana qədər Fortnite oynamaqlarına icazə verməliyikmi? Bəli, 70-ci illərdə valideynlər uşaqları sıxılarkən nə edirdi? Heç bir şey! Uşaqları öz hallarına buraxırlar, qardaş-bacıları ilə məşğul olmaqlarına ya da pozulmuş təhlükəsizlik kəmərləri ilə oynamaqlarına icazə verirdilər.

Əvvəllər sıxılmadan şikayət edərkən valideynləriniz bunu sizə öyrədirdi. “Çölə çıx” və ya daha pisi “otağını təmizlə” reaksiyasını alırdınız. Bunlar əyləncəliydirmi? Xeyr. Bəs sizin üçün faydalıydırmı? Əlbəttə.

Çünki sıxıldığınız zaman nələrsə olmağa başlayır. Etdiyim ən sıxıcı işlərdən bəziləri eyni zamanda ən yaradıcı olmağımı təmin edən işlərdir. Məktəbdən sonra idxal firmasında işləyirdim, çirkin sviterlərin şəkillərini satış sənədlərinin arxasına yapışdırırdım. Əllərim yapışdırıcı istifadə etməkdən qabıq bağlamışdı və sviterlərin hamısı bir-birinə bənzəyirdi. Nəyə görə bilmirəm həmişə şəkər qamışı qoxusu alırdım. Yəni məcburən başqa şeylər düşünməyim, zehnimdə fərqli diyarlara getməyim lazım olurdu. Belə hekayələr sıxıldığınızda ortaya çıxır. Marketdə işlədiyim zamanlarda da insanların nələr aldıqlarına əsasən onlarla bağlı hekayələr yaratmağa başlamışdım.

Əlbətdə can sıxıntısı tək başına önəm daşımaz, önəmli olan bizim bu sıxıntı ilə nə etdiyimizdir. Dayanma nöqtənizə çatdığınızda, sıxıntı sizə quruluşçu olaraq necə reaksiya göstərəcəyinizi, öz adınıza nə edəcəyinizi də öyrədir. Amma bunları həqiqətən çox sıxılmadan öyrənə bilmərik.

Məqsəd qorxunc can sıxıntısına və bezginliyə qeydsiz qalmağı öyrənmək deyil, bu vəziyyətin öhdəsindən necə gələcəyinizi öyrənməkdir. Bu bir neçə fərqli şəkildə gerçəkləşə bilər: İçinizə qapanıb düşünərək bu zamanı keçirə bilərsiniz. Kitab oxuya bilərsiniz. Daha yaxşı bir işin xəyalını qura bilərsiniz.  Can sıxıntısı xəyal qurmağınızı təmin edər.

Can sıxıntısı ilə başa çıxa bilmək bacarığı, fokuslanma bacarığı ilə bağlıdır. Araşdırmalar diqqət pozuntusu olan insanların sıxılmağa daha uyğun olduğunu göstərir. Həddindən artıq xəbərdaredici ünsürlərə sahib olan dünyamızda, əvəllər marağımızı çəkən şeylərin zamanla çəkiciliyini itirməsi və keçmişdə başımızı qatan şeylərin bizə artıq sıxıcı gəlməsi dərəcə anlaşıqlı vəziyyətdir.

Bütün bunların qulağa çox sıxıcı gəldiyini düşünə bilərsiniz. Çünki, iş həyatı və əslində ümumi  olaraq həyat belədir. Bəlkə də bu vəziyyətə təkrar alışmalı və bunu xeyrimizə istifadə etməliyik. Bəlkə də fasiləsiz inkişaf edən dünyamızda bir az həyəcandan imtina edə bilərik.

Mənbə: egitimpedia.com

12 yaşa qədər uşağa telefon vermək olmaz – 5 səbəb

Uşaqların qadjetlərdən asılı olması artıq epidemiya halını alıb. Yəqin ki, çoxları uşaqların əlindən telefonun almağın necə çətin olduğunu bilir. Uşaqlar texnikaya çox tez alışırlar. Qadjet onların əllərində olduğu müddətcə uşaq ətrafında baş verənlərə biganə qalır və əhəmiyyət vermir. Onlarla dil tapmaq çətinləşir və real həyatla əlaqələri azalır.

Pediatrların bildirdiklərinə görə, görmə və danışıq qabiliyyətinin inkişaf etməsi üçün 0-3 yaş arası uşağın əqli inkişafı çox əhəmiyyətlidir. 3 yaşına qədər uşaqlar valideynləri ilə daha çox ünsiyyətdə olmalıdırlar.

Statistikaya görə, müasir zamanda uşaqlar ekran qarşısında gün ərzində 6-7 saat vaxt keçirirlər. Bir çox uşaqlar artıq iki yaşından mobil qurğularla tanış olurlar və internetdən istifadə edə bilirlər. Pediatrlar 12 yaşadək uşaqlara mobil telefonlardan istifadəni qadağan etmələrinin 5 səbəbini açıqlayıblar.

Bagcam.az Medicina.az-a istinadən sizə onları təqdim edir:

1. Qadjetlərdən asılılıq

Analar xəbərlərə, seriala baxır, oyun oynayır və beləliklə də uşaqlarından uzaqlaşırlar. Buna görə də uşaq ona diqqətin kifayət qədər olmamasını texnika ilə kompensasiya edir. Beləliklə də uşaq telefondan asılı vəziyyətə düşür.

2. Şüalanma

2011-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mobil telefonlardan ayrılan şüaların xərçəngə yol aça biləcəyini bildiriblər. Bundan əlavə uşaqların beyni və immun sistemi inkişaf etdiyinə görə zərərli təsirlərə daha həssas olurlar.

3. Baş beynin inkişafına təsir edir

Körpənin beyni ilk 2 ildə 3 dəfə böyüyür. Ətraf mühit beynin inkişafına mənfi təsir göstərə bilər.

4. Piylənmə

Bütün gün televizora baxmaq və telefonla oynamaq qidalanma rejimini pozaraq uşaqların piylənməsinə səbəb ola bilər. Elektron vasitələrdən kontrolsuz şəkildə istifadə edən uşaqlar arasında piylənmə 30% çox müşahidə edilir.

5. Aqressivlik

Kompüter oyunlarında və televiziya verilişlərində olan qəddarlıq öz əksini real həyatda tapır. Uşaq hazır rəftar sxemi alır. Bir çox araşdırmaçılar belə qənaətə gəliblər ki, ekranda əks olunan qısamüddətli zorakılıq görüntüsü uzunmüddətli effekt verə bilər. Aqressiya özünü həmin dəqiqə deyil, uzun illə sonrası da büruzə verə bilir.

Məktəbə könülsüz gedən uşaqla necə davranmaq lazımdır?

Məktəbə getmək mövzusunda  hər uşaq  fərqli duyğular yaşayır. Məktəbə getmək istəməyən uşağa necə davranmaq lazımdır? Məktəblər başlamazdan əvvəl valideynlərə yol göstərə biləcək üsullar təqdim edirik.

Yeditepe Universitetinin İxtisas Xəstəxanasının psixoloqu Merve Öz yaşanan bu vəziyyətin valideynlər tərəfindən düzgün k idarə olunmasının lazım olduğunu deyir.

Məktəb alış-verişini birlikdə edin

Birlikdə edəcəyiniz məktəb alış-verişi uşaqların motivasyasının artmasına fayda verir. Öz zövqünə görə alınmış məktəb ləvazimatlarını istifadə etmək məktəbə getmək istəyinin artmasına kömək edir. Həmçinin, çanta və geyimi uşağınız ilə birlikdə hazırlamağınız, onun həm motivasyasının artmasını, həm də məsuliyyət qazanmasını təmin edir.

Daha asan uyğunlaşması üçün ilk gün yanında olmağa çalışın.

Tətildən sonra gündəlik həyata uyğunlaşmaqda çətinlik çəkən uşaqların da məktəbə uyğunlaşmasında çətinlik çəkməsinin normal olduğunu unutmamaq lazımdır. İlk gün onun yanında olaraq sinif yoldaşları və  müəllimləri ilə tanış olmasını təmin edərək uyğunlaşma müddətinə kömək edə bilərsiniz. Bu sahədə özünü çox rahat hiss etməsini təmin edə bilərsiniz. Məktəbdə bir neçə gündən artıq zaman keçirməyinizin məktəbə uyğunlaşma müddətinə zərər verəcəyini də unutmayın. Bu səbəblə uşağınıza, müəllimi ilə daima əlaqədə olduğunuzu və hər hansı bir problemdə dərhal məktəbə gələ biləcəyinizi söyləyərək güvən yarada bilərsiniz.

Narahatlıqlarını, duyğularını ifadə etməsinə icazə verin.

Uşaqlarınızın yaşadığı təcrübələri danışa bilmələri üçün şərait yaradın. Hətta nələr hiss etdiklərini, qorxularını, narahatlıqlarını dilə gətirmələrinə yardımçı olun. Qayğı, qorxu kimi kəlmələri istifadə etmələrindən narahat olmayın. Bunların səbəblərini qırıcı olmadan soruşmağa çalışın. Yaşadıqları qorxularla bağlı onları rahatlatmağa çalışın.

Müəllimlərindən yardım alın.

Uşaqlarınızın yaşadıqları qorxu və narahatlığın səbəbini öyrəndikdə mütləq bu mövzudan müəllimlərinə bəhs edin. Adaptasya müddəti boyunca da mütləq uşağınızın müəllimi ilə əlaqənizi davam etdirin.

Məktəbdə həzz aldığı fəaliyyətlər haqqında  danışmasını təmin edin.

Əyləncəli tətil günlərinin ardından tez yatıb, tez oyanan, yeni bir bəslənmə sistemi yaradılan üstəlik dərslərin stresinin də artığı məktəb günləri əlbəttə ilk günlərdə sıxıcı gələ bilər. Psixoloq Merve Öz, valideynlərin uşaqlarının məktəbdəki gündəlik edəcəklərini müəllimlərinin fayda verəcəyini bildirərək, “Onlarla gün içində həzz aldıqları fəaliyyətlər haqqında danışa bilərsiniz. Oyunlarını, yeni dostlarını, dərslərdəki əyləncəli fəaliyyətlərini  izah etmələrini istəyin. “Dərslər necə keçdi?” kimi cavabını ala bilmədiyiniz suallar yerinə “Bədən tərbiyəsi dərsində nə oynadınız?” kimi danışmaqdan həzz alacağı suallar verin. Bu şəkildə məktəbin əyləncəli tərəflərini görməsini təmin edə bilərsiniz” deyir.

Problem olduğunu düşündüyünüzdə mütəxəssis  dəstəyi almaqdan çəkinməyin.

Hər uşaq bu müddəti fərqli şəkildə və fərqli sürətdə keçirdiyi üçün valideynlər uşaqlarını digər uşaqlarla müqayisə etməməlidir.  Ümumi olaraq problemlərin bir neçə həftə içində yavaş-yavaş ortadan qalxması lazımdır. Ancaq hər hansı inkişaf olmasa və uşağınız sabah oyanmasa, məktəbə getməmək üçün bəhanələr edirsə, yemək yemə problemi, həddindən artıq şıltaqlıq, zorakılıq ya da içinə qapanıqlıq kimi problemlər yaşayırsa, mütəxəssis köməyi almaq üçün gecikməmək lazımdır.

Qısa-qısa

Özünü dəyərli hiss edən, sevgi dolu və özgüvənli uşaq yetişdirməyin yolunun, uşağı dinləməkdən keçdiyini söyləyən mütəxəssis  Merve Öz, edilməsi lazım olanları belə sıralayır:

  1. Uşağınız məktəbdən gələrkən gününün necə keçdiyini soruşun;
  2. Bütün suallarına sıxılmadan cavab verin;
  3. Bəzi mövzularda onun fikirlərini soruşun;
  4. Uşağınızla iş birliyi yaradın;
  5. Məsuliyyət verməyə laqeyd yanaşmayın;
  6. Uşaqlarınıza güvənin;
  7. Sözlü olaraq ya da hərəkətləriniz ilə onun dəyərli olduğunu hiss etdirin.

Mənbə: hthayat.haberturk.com