Nağılların uşaqların psixoloji inkişafında önəmi

Nağılların uşaqların psixoloji inkişafında bir çox önəmi və dəyərli təsirləri var. Nağıl oxuyarkən bir yandan oxuyan insanla uşaq arasında kommunikasiya qurulur, digər yandan uşağın bütün zehni fəaliyyətləri hərəkətə başlayır. Oxuduğu və ya dinlədiyi nağıllardakı obrazlar haqqında xəyal quran uşaq hadisələrin inkişafına görə yaxşını, pisi, yaxud doğrunu, yanlışı ayırd etməyi öyrənir.

Əsasən, qız uşaqları qız, oğlan uşaqları isə oğlan obrazları ilə bağlılıq hiss edərlər. Beləliklə, gələcəkdəki şəxsiyyətlərinin zəminini hazırlamağa başlayarlar. Kobudca, 4-5 yaşına gəlmiş bir uşaq nağıllarda danışılan bir çox hadisənin, əslində, real olmadığını bilir. Onsuz da, bu məqsədlə başlayarkən deyilən və “biri var imiş, biri yox imiş” deyə başlayan yanıltmacların məqsədi də uşaqlara bu mesajı verməkdir. Bununla yanaşı, nağılı oxuyan insanın da uşağa bəzən fövqəl hadisələrin yalnız nağıllarda ola biləcəyini deməsində fayda var. Əslində, uşaqların nağıllardan götürməkləri lazım olan şey onların xəyal dünyasına xitab etməkdi. Beləcə uşaqların dünyasına giriş yaranır.

Nağıllar hər zaman yaxşıların qalib gəldiyi hekayədir

Nağıllar səbrli davrananların gec-tez məqsədlərinə çatdıqları, yaxşılıqların qarşılıqsız qalmayacağı, zəkanın çox hallarda fiziki gücdən üstün olduğu hekayədir. Nağıl sevginin bir çox məfhumdan daha dəyərli olduğunu, dostluğun çox önəmli olduğu hekayədir. “Çirkin ördək balası”, “Ağbəniz”, “Cırtdan”, “Qırmızı papaq”, “Məlikməmməd” kimi nağıllarda obrazlar əvvəllər çox çətinliklərlə qarşılaşsalar da, nəticədə mütləq yaxşılar qalib gəlir. Ümumi olaraq, nağıllarda cəmiyyətlərin marağına uyğun ünsülər olsa da, ümumiyyətlə, nağıllar içindən çıxdıqları cəmiyyətin dəyər, tabu və davranışlarını əks etdirir. Buna görə də uşaqlarımızın, əvvəlcə, öz nağıllarımızı oxuması daha faydalıdır.

Son dövrlər valideynlər gərgin iş rejimi səbəbilə övladlarına nağıl oxumamaqlarından danışırlar.

Bundan əlavə, cizgi filmlərin, animasiyaların və serialların həyatımıza girməsiylə birgə uşaqlar nağıl oxumaq, dinləmək yerinə bu tip proqramları izləməyi sevir. Üstəlik, uşaqların bəzən özlərinə xitab etməyən serial və proqramları izləmələri və ya şiddət səhnələri ilə dolu, doğru mesajlar verməyən animasiyalarla vaxt keçirmələri hələ şəxsiyyət kimi formalaşmadıqları üçün onların gələcəklərinə də birbaşa təsir edir.

Ailələr övladlarının gündəlik həyatı içində vizual, yaxud yazılı media ilə qarşı-qarşıya gəldiyi məşhurlar, uğurlu biznesmenlər və siyasətçilər haqqında müsbət mesajlar daşıyan və uşaqlarına yaxşını, doğrunu, çalışqan olmağın və çətinliklər qarşısında əsla dayanmadan əlindən gələnin ən yaxşısını etməyin vacibliyini göstərən nümunə hekayələr daşına bilərlər. Bu formada uşaq çevrəsində olub bitənlərdən ən müsbət şəkildə dərs alacaq, mənfi təsirləri ən aza endirəcək.

Mənbə: cocukvegenc.com

 

Uşaqların beyin inkişafı nə vaxt tamamlanır?

Ana və ataların körpələrlə bağlı maraqlarına səbəb olan nüans yaddaşla bağlıdır. Valideynlər həmişə körpələrinin onları seçib seçmədiyini, xatırlayıb-xatırlamadığını bilmək istəyirlər. Bəs körpələrin hafizəsi nə vaxta qədər inkişaf edər? Nə vaxt hər şeyi yadda saxlamağa başlayarlar?

Böyüdükdən sonra körpə vaxtımızı xatırlamasaq da, yaddaşa yazılan ilklərin böyük əhəmiyyəti vardır. Körpə dünyaya gəlmədən, ana qarnında bir çox şeyin fərqində olur. Mütəxəssislər hamiləlik dövründə körpə ilə ünsiyyət qurmağı tövsiyə edirlər. Beləliklə, körpələr analarının səsini asanlıqla xatırlayırlar.

Körpələr nə vaxt xatırlamağa başlayır?

Yeni doğulan körpələr analarının səsini, əmizdirilməyə başlayan körpələr isə anasının qoxusunu 1 həftəyə öyrənir və xatırlayır. Gördükləri insanları və əşyaları xatırlama isə üçüncü aydan sonra başlayır. Körpələr 14 aylıq olana qədər konkret yaddaşa sahib olmazlar. Ona görə uzun müddətli yadda saxlama reallaşmaz.

Çox vaxt 3 yaşına qədər olan hadisələr yaddaşda uzun müddət qalmır.

Körpələrin yaddaşını gücləndirməyin yolları:

  • Davamlı bir formada təkrar və tətbiqi olaraq praktik edin.
  • Yavaş-yavaş öyrətməli, məlumatlarını zamana bölməli.
  • İlk 18 ay körpələrin hafizə inkişafı baxımından olduqca vacibdir. Beyni inkişaf etdirən qidalara yer verməli.

Mənbə: qadin.net

Ağızdan gələn pis qoxu, diabetdən xəbər verir

Şəkərli diabet şəkərin qanda xroniki yüksəlməsidir. Uşaqlarda diabet ən çox 10-14 yaş arasında müşahidə olunur. Bununla bərabər 1-3 yaşlarında diabetli uşaqlara da rast gəlinir.

“Şəkərli diabet uşaqlarda böyüklərdəki kimi deyil. Yetişkin insanlar 1-2 ay yüksək şəkərlə rahat gəzə bilərlər, lakin bu azyaşlılar üçün keçərli deyil.”

Bagcam.az xəbər verir ki, bu sözləri medicina.az saytına pediatr Gülnar Abdullayeva bildirib. Pediatırın sözlərinə görə, şəkər uşaqlarda daha kəskin yüksəlir.

“Şəkərli diabetdən əziyyət çəkən uşaqlarda halsızlıq, iştahsızlıq, daim yorğunluq hisssi, çox su içmək hissi, tez-tez sidiyə getmə, dəridə quruluq kimi əlamətlər biruzə verir. Şəkərin səviyyəsi həddindən çox olduqda isə təngnəfəslik, huşun itməsi baş verir. Şəkərli diabet olan balacalarda həddindən artıq çəki itirmə baş verir. Daima yatmaq istəyirlər. Çünki həmin uşaqlar özlərini yorğun hiss edirlər.

Şəkərli diabetin kökündə genetik faktorlar, keçirilmiş ağır virus infeksiyalar durur. Lakin bəzən bu səbəbsiz olaraq da müşahidə olunur. Bəzi uşaqlarda qusma hallarının artması, ağızdan kəskin qoxunun gəlməsi halları artıq şəkərin yüksəlməsi siqnalı ola bilir. Ona görə də həmin şikayətlər olduğu andan etibarən həkimə müraciət etmək lazımdır. Şəkərli diabet ömür boyu davam edən xəstəlikdir. Daim tibbi müşahidə altında olamlıdır”.

1-5 yaş arası uşaqların sağlamlığı üçün nə etməli?

ÜST 5 yaşından kiçik uşaqların sağlam həyat tərzi ilə bağlı tövsiyələrini dərc edib.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, ilk buraxılışda fiziki aktivlik, oturaq həyat tərzi və yuxu normalarına dair məsləhətlər yer alıb.

Təlimat ciddi elmi araşdırmalar və təcrübələrin nəticələrinə əsaslanıb.

Ona görə hər bir valideyn əgər yaşı 1-5 yaş arası övladı varsa, bunlara əməl etməlidir.

  • Hazırda uşaqlarda piylənmə kəskin artır, profilaktika çox erkən yaşda başlanmalıdır. Uşaqların fiziki aktivliyini artırmaq üçün onlar gündə bir neçə dəfə 30 dəqiqə müddətində döşəmədə oynamalı, eləcə də qarnı üzərində hərəkət etməlidir. Bu 1-2 yaş qrupu üçündür.
  • Körpəni stulda, divanda və ya kolyaskada 1 saatdan artıq oturaq vəziyyətdə saxlamaq olmaz. Maksimum 40 dəqiqədən sonra yerini dəyişməli, hərəkət etməlidir.
  • Telefon, televizor – 2 yaşa kimi olmaz, 2-5 yaş gündə 30 dəqiqədən artıq baxmamalıdır.
    0-3 aylıq uşaqlar sutkada 15-17 saat yuxu rejimi olmalıdır. 4-11 aylarda isə 11-16 saat.
    1-2 yaş uşaqlar sutkada 3 saatdan az olmayaraq aktiv oyunlar oynamalıdır.
  • Uşaq birdəfəyə 1 saatdan artıq oturmamalıdır. Xüsusən çarpayıda, divanda oturub 2-3 saat ekrana baxmaq qəti olmaz.
    2-5 yaş arası uşaqlar gündə 12 saat keyfiyyətli yuxu almalıdır.
  • 3-5 yaş arası uşaqlar açıq havada ən azı 1 saat orta intensivli hərəkətli oyunlar oynamalıdır.
  • Uşaqlar ayaqüstü qidalandırılır, bazar günləri belə hərəkətsiz olur. 4-5 yaşlı uşaqları valideynlər əlavə fiziki və zehni məşğələlərlə yükləyir, uşaqların dincəlməyə vaxtı olmur, ona görə onlar həftə sonuna yorğun və əzgin çatırlar. Valideynlər 4-5 yaşlı uşaqları əlavə məşğələləri hər gün yox, həftədə 2 dəfə verməlidir.

Övladınıza gün eynəyi seçərkən bunlara diqqət edin

Havalar yavaş-yavaş isinir. Özünü asta-asta göstərən günəşdən qorunmaq üçün gün eynəklərindən istifadə isə zəruridir. “Uşaqların xüsusi ilə qızmar günəş şüalarından qorunması üçün günəş eynəkləri məsləhətlidir. Lakin düzgün seçim edilməzsə, korluq yarana bilər”.

Bagcam.az xəbər verir ki, bu sözləri medicina.az saytına pediatr Gülnar Abdullayeva deyib.

“Yayda günəş şüalarından həm dərimizi, həm də gözlərimzi qorumalıyıq. Ümumiyyətlə, göz günəş şüalarına həssas olan orqanlardan biridir. Sadə amma keyfiyyətli gün eynəklərindən istifadə etmək lazımıdır. Gün eynəklərində xüsusi təbəqə var ki, o, günəşin ultrabənövşəyi şüalarının qarşısını alır. Bəzən allergiyası olan uşaqlar var. Balacaların gözləri yaşarır, su axır, qızarır. Bu kimi problemlərin qarşını almağa məhz gün eynəkləri kömək edir. Lakin düzgün seçim edilmədikdə böyük fəsadlar verə bilər. Plastmas və ya qeyri- müəyyən tərkibli gün eynəklərindən istifadə etdikcə, uşağın görməsi zəifləyir. Günəş şüası birbaşa gözün selikli qişasına təmas edir. Nəticədə isə göz zədələnir”.

Mütəxəsislər bildirir ki, uşaqlara gün eynəyi alarkən bir neçə incə məqama xüsusi ilə diqqət etmək lazımdır.

  • Şüşəsi möhkəm, gec qırılan olmalıdır.
  • Şüşələri UB filtrli olmalıdır.
  • Uşaqların dəcəlliklərini nəzərə alıb, arxası elastik iplə bağlı olmalıdır.
  • Ucuz qiymətli eynəklərdən tamamilə uzaq durulmalıdır.
  • Çərçivəsindəki boyanın kimyəvi tərkibi barədə məlumat almaq.
  • Çərçivənin sapının qulağa tam oturmaması və qabaqda qalması diqqət pozulmalarına səbəb ola bilər.

Uşaqlarınızı eynək seçərkən çərçivə və eynək şüşələrinin mütləq zəmanət sənədlərini və CE sertifikatların tələb edin. Çünki bazarlarda dəyişik ölkələrdə istehsal olununan zəif xüsusiyyətli şüşələr mövcuddur. Mütəxəssislərin sözlərinə görə, əslində, ultrabənövşəyi şüalar günəşdən gələn yeganə ziyan deyil. Yeni tədqiqatlar göstərir ki, “göy işıq” adlanan yüksək enerjili işıq şüalarının gözə uzunmüddətli təsiri də gözlərdə mütləq narahatlıqlara səbəb ola bilir. Xüsusi olaraq, bəzi alimlər hesab edirlər ki, UB şüaların gözlərə uzunmüddətli təsiri gələcəkdə makulyar degenerasiyanın yaranmasına gətirib çıxarır.

Çində açılmış möhtəşəm kitabevi

Çinin Xi-an bölgəsində YJY Maike Centre Flagship Kitab evi kitabları və öyrənməyi əsas tutan səmimi və müasir bir məkandır. Həm kitabxana, həm də qalereya hissi oyandırmaq istəyən yapon dizayner Tomoko İkegai bu iki konsepsiyanı iki fərqli qatda və təxminən 4500 kvadrat metrlik məkanda bir araya gətirir.

Dünyanın dörd bir yanından insanların, mədəniyyətlərin və kitabların iç-içə yaşaya biləcəyi məkan yaratmaq istəyən kitab evinin içinə ümumi olaraq, ədəbiyyat havası hakimdir. Buranı ziyarət edənlər girişdə 10 metr yüksəkliyindəki kitab rəfi tərəfindən qarşılanaraq bu konseptə birbaşa daxil olurlar. Davamında məkanın ortasında spiral pilləkənin üstündə yer alan və kəlmələrlə doldurulmağı gözləyən uçuşan kağız parçalarına bənzəyən gözəl bir işıqlandırma ilə ədəbiyyat konsepsiyası daha da zənginləşir.

“Kitabxanalar öyrənməyin və sərbəst vaxt keçirməyin dəyərini hiss etdiyimiz yerlərdir. Dizayn isə hər iki nüansı birləşdirir. Eyni zamanda, ziyarətçiləri və məkanı iş birliyi ilə yaradıcı fikirlər istehsal etməyə və fikir mübadiləsinə təşviq edir”, – deyir dizayner İkegai.

Mənbə: egitimpedia.com

 

Gündə 2 saat planşetə baxan uşaqlarda bu pozulmalar olur

Kanadalı alimlər belə nəticəyə gəlib ki, gün ərzində ard-arda 2 saat planşet, telefon və ya kompüterə baxan uşaqda diqqət əskikliyi sindromu və hiperaktivlik yaranır.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər 2400 ailəni əhatə edən tədqiqat aparıblar.

Məlum olub ki, hər gün 2 saat telefon və planşetə baxan uşaqlarda hər gün 1 saat qadjetə baxan uşaqlardan fərqli olaraq hiperaktivlik 7 dəfə çox inkişaf edib.

Diqqətini tapşırığa yönəltmək isə 5 dəfə azalıb.

Alimlər bildirir ki, qadjet qarşısında keçən hər dəqiqə uşağın beyninə hətta stress və validyenlər arasındakı münasibətdən də çox təsir edir.

Gündə 2-3 saat telefona baxan 3-5 yaşlı uşaqlarda yuxu keyfiyyəti azalır, fiziki aktivlik aşağı düşür, diqqət dağılır. Eləcə də onun psixikası, beyin inkişafı və gözlərinə gələcəkdə böyük problem yaradır.

Alimlər tövsiyə edir ki, 2 yaşına kimi uşaqlar qətiyyən qadjetə baxmamalıdır. 2-5 yaşında uşaqlar isə gündə 30 dəqiqəqən artıq istifadə etməməlidir. 30 dəqiqə isə fasilələrlə nəzərdə tutulur.

Xoşbəxt ailələrin sirri “Tənbəl Valideynlik” ola bilər?

Son zamanlarda, bəzi insanların “tənbəl valideynlik” olaraq adlandırdığı valideynlik stili ilə bağlı çox danışılır. Vertalyot valideynliyin “zəhərin təsirini aparan dərman” olaraq təqdim edilən bu valideynlik növü, əslində adı hər nə qədər əksini xatırlatsa da, tənbəl olmaqdan çox uzaqdadır.

Bəs, bu tənbəl valideynlik nədir?  Mən bunu necə edirəm və  uşaqlarım bundan necə təsirlənir?

Tənbəl valideynliyi ilk eşitdiyimdə, cümə axşamları 17:30-dan yatmaq saatına qədər birinin mənə göz qoyduğunu və ifadənin də bu şəkildə yarandığını düşünmüşdüm.

Çünki bu aralıqda, həyat yoldaşımla valideynlik etmək üçün heç enerjimiz olmur. Sendviç, alma dilimləri, pendir çubuqları,  və krakerlərdən ibarət olan axşam yeməyimizi, qonaq otağında yerə sərdiyimiz süfrənin üstündə, bir növ “axşam yeməyi pikniyi” edərək yeyirik. Sonra, uşaqlar öz başlarına oynayarkən mən də tavanı seyr edib həftə sonu  yumalı olduğum paltarları düşünürəm.

Belə anlarda, özümü heç kimin yaralanmadığını və evdə yanğın çıxmadığını yoxlamaq vəzifəsini üzərinə götürən bir gözətçi kimi hiss edirəm. Möhtəşəm bir valideynlik nümunəsi sərgiləyirmişəm kimi hiss etmirəm və əsasən daha çox şey etmədiyim üçün özümü günahlandırıram. Əgər valideynəmsə və tənbəllik edirəmsə, buna tənbəl valideynlik deyilir, elə deyil? Ancaq anlaşılan odur ki, vəziyyət heç də elə deyil.

Tənbəl valideynlik, uşaqların duyğularını inkişaf etdirmələrinə fürsət yaratmaq üçün qəsdən edilən valideynlik stilidir. Tənbəl valideynlik, tələsik qaçıb onu qurtarmaqdansa, uşağınızın içində olduğu vəziyyət ilə mübarizə aparması üçün diqqətli şəkildə geri çəkilməkdir. Uşağınızın nələr edə biləcəyini öyrənməsinə imkan verməkdir. Uşaqlar həqiqətən də çox şey edə bilərlər.

Həqiqi tənbəl valideynlikdən fərqli olaraq, həftə sonları bizim qonaq otağımızda nələr olur? Daha artıq tənbəllik və daha az valideynlik edirəm. Mən əsasən fərqli mövzuları düşünərkən, uşaqlarım mən istiqamətləndirmədən gözəl şəkildə oyun oynamağı bacarırlar.

Tənbəl valideynlik məqsədli olaraq edilən bir valideynlik tərzidir. Uşaqlarınız yaşına görə fərqlilik göstərsə də, işə bu maddələr ilə başlaya bilərsiniz:

  1. Uşaqlarınız üçün evinizdə azad bir sahə yaradın.

Evinizdə, uşaqlarınızın azad şəkildə hərəkət edib kəşfə çıxa biləcəyi bir məkan yaradın. Bu bir otağın tamamı və ya bir hissəsi də ola bilər. Bu məkanı, təhlükəsizlik üçün tez-tez yoxlamağınız lazım olmayacaq yaşa uyğun əşyalarla doldurun. Daha sonra geri çəkilərək uşağınızın istədiyi kimi kəşf etməsinə icazə verin.

  1. Təbii nəticələri qəbul edin.

Uşağınıza məsuliyyət vermək, etmələri lazım olanı etməyəcəkləri zamanların olacağını da qəbulanmaq deməkdir. Tənbəl valideynlik, bu vəziyyəti və – məntiqli olduğu müddətdə – uşaqların qərarlarının nəticələrinə qatlanmaqları lazım olduğunu qəbul  edir.

Məsələn, axşamlar bel çantasını öz başına hazırlaya biləcək yaşda olan bir orta məktəb şagirdini düşünək. Anası əvvəllər tapşırıqlarını bitirdiyinə görə və çantasına qoyduğundan əmin olmaq üçün onu kontrol edirdi. Tənbəl valideynliyə keçərkən işlər belə dəyişib: Ana uşağa bir müddət bu mövzuda rəhbərlik edir və daha sonra öz çantasını hazırlaması və kontrol etməsi üçün ona fürsət verir. Bu rejim sayəsində uşağın özgüvəni artır və bacarığı ilə qürur duymağa başlıyır. Bu rejimi təkrarladığı günlər hər şey yolunda gedərkən, etməsi lazım olanı etmədiyi zaman tapşırıqlarını evdə unudur.

Bu vəziyyətdə, mətbəx masasında qızının unutduğu faylı görən ana hər nə qədər onu qurtarma istəyi duysa da, bunu etmir. Çünki, qızının bu təbii nəticə ilə başa çıxa biləcəyinin fərqindədir və sınaq sayəsində tapşırığını növbəti səfər unutmayacağını bilir.

Ümumiləşdirsək, şüurlu olaraq tənbəl valideynlik etmək, “hərəkətə keçməli və uşağımın yaxşılığı üçün bu vəziyyəti düzəltməliyəm”, düşüncəsindən “geridə durmalıyam və uşağımın bu vəziyyətlə başa çıxa bilib, bilmiyəcəyini görməliyəm. Zaman uzun müddət davam edə bilər və qarma-qarışıq bir hal ala bilər, ancaq bunu öz başına edə bilirsə, öz başına da həll etməlidir” düşüncəsinə keçməkdir.

Bu valideynlik tərzini bəlkə tamamilə mənimsəməyə bilərsiniz, ancaq bu üsula zaman-zaman da olsa müraciət etməyiniz  həm sizin, həm də uşağınız üçün rahat olacaq. Uşaqların öz başlarına nələr edəbildiklərini görərkən gözlərinizə inanmayacaqsınız.

Mənbə: egitimpedia.com

 

Uşaqlar valideynlərinin yatağında yatmağı niyə xoşlayır?

Uşaqların valideynlərin yatağına qaçmalarının müxtəlif səbəbləri ola bilər. Onlar tək yatmağa qorxurlar və bu yolla sevilib-sevilmədiklərini yoxlayırlar.

Bagcam.az Medicina.az-a istinadən bildirir ki, valideynləri ilə bir yataqda yatmaq hər uşağın arzusudur. Uşaqların bir çoxu qaranlıqdan qorxur, digərləri tək qalmaq istəmir, bəziləri isə valideynlərinə çox bağlı olduğu üçün tək yatmaqdan çəkinir.

Alimlər və psixoloqlar bu mövzuda bir neçə fikir irəli sürür. Burda ilk növbədə uşağın təbiətini nəzərə almaq lazımdır. Bir çox hallarda burda uşağın yaşı, xarakteri və valideynlərindən nə dərəcədə asılı olması böyük rol oynayır.

Bir çoxları əmindir ki, körpələr 4-5 ayına qədər öz yataqlarına yatmalıdırlar. Daha böyük yaşlı uşaqları isə öz yataqlarında yatmağa razı salmaq daha asandır.

Amma birlikdə yatmağan bir sıra üstünlükləri də mövcuddur:

  • Valideynlərin və uşağın sakitliyi;
  • Uşağa nəzarət etmək üçün başqa otağa getməyə ehtiyac yoxdur;
  • Uşağın yuxusuna nəzarət edə bilərsiniz;
  • Körpəni gecə rahatlıqla əmizdirmək mümkündür;
  • Birlikdə yatmaq valideynlə uşaq arasında emosional əlaqə yaradır;
  • Hamı eyni vaxtda yatağa girir. Bu isə həm valideyn, həm də uşaq üçün çox əlverişlidir.

Çatışmazlıqları:

  • Valideynlərin dincələ bilməmələri;
  • Uşaqların valideyndən asılılığı;
  • Valideynlərin şəxsi həyatlarında yaranan çətinliklər;
  • Uşağın yuxusunun pozulması;
  • Uşaqda asfiksiya riski;
  • Daha sonralar uşağın təklikdə çətinliklə yuxuya getməsi.

Fekal transplantasiya Autizmi azaldır – Araşdırma

Arizona ştatının mikrobioloqları uşaqlarda autizmin simptomlarını azaltmaq və müalicədə effekt almaq üçün fekal transplantasiya, yəni daha sağlam nəcisin köçürülməsi metodunun effektli olduğunu bildirib.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, autizmli uşaqlarda beyin pozulmaları bağırsaqlardan qaynaqlanır.

Yeni elmi araşdırmada 18 autist uşaqda fekal transplantasiya icra olunub. 1 ildən sonra ağır formalı autizm əlamətlərinin 39% xəstədə azalması, 44%-də minimuma enməsi təsdiqlənib. Mikrobiotlar köçürülməsindən 2 il sonra həzm traktında yaxşılaşmalar davam etmişdir. Alimlər bildirir ki, autizmli uşaqlarda mədə-bağırsaq sistemi sağlamlaşdırılsa, psixi vəziyyət bir o qədər yaxşılaşacaq.