Bu məqaləmizdə övladınızla birgə evdə oynaya biləcəyiniz oyunlarla tanış ola bilərsiniz:
Musiqi ilə tullanma oyunu
Ailəliklə oynaya biləcəyiniz bu oyunda, oyunçular musiqi çalarkən tullanırlar. Musiqi dayandığında yerə oturub bardaş qurarlar. Bardaş qurmada sona qalan oyunçu oyundan çıxar. Təbii sizin uşağınıza yol göstərici olmağınız, onun sürətinə uyğunlaşmağınız lazımdır. Bu oyunu rəfiqələrinizin uşaqlarıyla öz uşağınız bir yerdə olarkən etmək daha əyləncəli olar.
Şpilka oyunu
Rəngli şpilkaları rənglərinə görə çoxluqlara ayırın. Hər bir çoxluqdan bir dənə götürüb uşağınıza verin. Ondan, əlindəki paltar şpilkaları aid olduğu rəng tipinin yanına qoymasını istəyin. Təbii bu əsnada rənglərin adlarını hər dəfə təkrarlamanız, öyrənməsi baxımından faydalı olacaq.
Oyuncaq gizlətmə
Oyuncaqları şkafda gizlədin, amma şkafın harasında gizlətdiyinizi göstərməyin. “Gəl, indi oyuncaqları tapaq” deyə onu oyuna daxil edin. O axtararkən rəfin üzərində tapa bilmədisə, “Rəfin üzərində deyilmiş demək” kimi təkrarlarla, alt-üst, var-yox kimi zidd anlayışları öyrənməsini təmin edə bilərsiniz
Heyvan səsləri oyunu
Oyuncaq heyvanların hamısını bir paketə qoyun. Sonra uşağınızdan torbadan bir dənə oyuncaq çıxartmasını istəyin. Götürdüyü heyvanın adını və hansı səsi çıxardığını birlikdə təkrarlayın. Eyni şəkildə heyvan səsləri sahəsində oynaya biləcəyiniz bir oyun daha var; bu da görərək deyil, eşidərək tapmağa aiddir. Bunun üçün heyvan səslərini audio kasete yazmaq lazımdır. Daha sonra ona dinlətdiyiniz heyvan səsinin hansı heyvana aid olduğunu tapmasını xahiş edin.
Mənbə: qadin.net