4 yaşından sonra uşağın barmağını əmməyə davam etməsi özünü sevgisiz və güvənsiz hiss ediyinin əlaməti ola bilər.
Uşaqlarda 3-4 yaşlarına qədər normal qəbul edilən barmaq əmmək davranışı hər zaman məsum bir vərdiş olmaya bilər. 4 yaşından sonra uşağın barmağını əmməyə davam etməsi ya da barmaq əmməyi sonradan bir vərdiş halına gətirməsi özünü sevgisiz və güvənsiz hiss etməsinin əlaməti ola bilər. Mütəxəssislər, uşaqlarda tez-tez rastlanılan barmaq əmmək vərdişi ilə bağlı bu məlumatları verib:
Barmaq əmmək, uşaqlarda hər hansı bir psixopatoloji faktor olmadan 3-4 yaşlarına qədər görülən bir haldır. Zərərsiz bir davranış olan barmaq əmməyə təxminən uşaqların hamısında rastlamaq mümkündür. Bunun ən önəmli səbəbi yeni doğulan uşaqların barmaq əmməyi ana bətnində öyrənmiş olmaları və doğuşdan sahib olduqları ən güclü reflekslərindən birinin əmmək refleksi olmasıdır.
Barmaq əmmək aclıq əlaməti deyil
Anaların böyük əksəriyyəti barmaq əmməyin aclıqdan qaynaqlandığını düşünürlər. Halbuki 70% ehtimalla bu, qidalanma ilə bağlı olmayan bir davranışdır. 1 yaş uşaqlarının təxminən yarısı barmaqlarını əmirlər. Doqquzuncu aydan etibarən yuxuyla barmaq əmmək arasında yaxşın bir əlaqənin olduğu, yuxusu gələn uşağın barmağını ağzına apardığı görünür. Bəzi uşaqlar yeni dişlərinin çıxması, bəziləri də çətinliklə qarşılaşdıqlarında utanma və sıxılma əlaməti olaraq barmaqlarını sorarlar.
Diqqətsizlik barmaq əmmək səbəblərindəndir
Uşaqlarda barmaq əmmək davranışı 3-4 yaşlarına qədər davam edə bilən normal bir vəziyyətdir. Uşaqlar diş çıxartmaq dönəmlərində damağın qaşınmasından dolayı barmaq əmməyə başlaya bilərlər. Bu davranış adətən uşaqlar yuxuya gedərkən, ac olanda, tək qaldıqda, qorxduğunda ortaya çıxır.
Ancaq bu yaş aralığından sonra uşaq barmaq əmməyə davam edirsə, ya da sonradan vərdiş halına gətirirsə, altında psixoloji səbəblər axtarılmalıdır. Ana və ata çox nəzarətçi və basqılı bir mövqedədirlərsə, özünə güvənini qazana bilməyən uşaq, barmaq əmmək davranışını göstərə bilər. Uşaqlar, valideynlərinin onunla kifayət qədər maraqlanmadığını düşündüyü vaxt onların yenidən marağını çəkə bilmək üçün daha balaca uşaq kimi davrana bilər. Uşaqlar psixoloji problemlər və gərginliklər yaşadıqları zaman sıxıntılarını barmaq əmərək yansıda bilərlər. Ailə içində problemlər yaşanması (məsələn valideynlərin boşanması) uşaqda bu davranışa səbəb ola bilər.
Təzyiq göstərməyin
Barmaq əmmək davranışını uşaq adətən özü-özünə tərgidir, valideynlər təlaşlanmamalıdırlar. Uşağın bu davranışı üzərində durulmamalıdır. Bunun əvəzinə uşağın marağı başqa istiqamətə çəkilməlidir. Bu davranışın adətən təzyiqlə qarşısı alınmamalıdır. Məcbur etmək, əlini bağlamaq, əlinə vurmaq, əlinə acı sürmək kimi davranışlardan da uzaq durmaq lazımdır. Əgər barmaq əmmək davranışı uzun çəkibsə və bunu əlavə əlamətlər də müşayiət edirsə, bir uşaq psixiatırından məsləhət alın.
Mənbə: e-psikiyatri.com