Ana və ataların körpələrlə bağlı maraqlarına səbəb olan nüans yaddaşla bağlıdır. Valideynlər həmişə körpələrinin onları seçib seçmədiyini, xatırlayıb-xatırlamadığını bilmək istəyirlər. Bəs körpələrin hafizəsi nə vaxta qədər inkişaf edər? Nə vaxt hər şeyi yadda saxlamağa başlayarlar?
Böyüdükdən sonra körpə vaxtımızı xatırlamasaq da, yaddaşa yazılan ilklərin böyük əhəmiyyəti vardır. Körpə dünyaya gəlmədən, ana qarnında bir çox şeyin fərqində olur. Mütəxəssislər hamiləlik dövründə körpə ilə ünsiyyət qurmağı tövsiyə edirlər. Beləliklə, körpələr analarının səsini asanlıqla xatırlayırlar.
Körpələr nə vaxt xatırlamağa başlayır?
Yeni doğulan körpələr analarının səsini, əmizdirilməyə başlayan körpələr isə anasının qoxusunu 1 həftəyə öyrənir və xatırlayır. Gördükləri insanları və əşyaları xatırlama isə üçüncü aydan sonra başlayır. Körpələr 14 aylıq olana qədər konkret yaddaşa sahib olmazlar. Ona görə uzun müddətli yadda saxlama reallaşmaz.
Çox vaxt 3 yaşına qədər olan hadisələr yaddaşda uzun müddət qalmır.
Körpələrin yaddaşını gücləndirməyin yolları:
- Davamlı bir formada təkrar və tətbiqi olaraq praktik edin.
- Yavaş-yavaş öyrətməli, məlumatlarını zamana bölməli.
- İlk 18 ay körpələrin hafizə inkişafı baxımından olduqca vacibdir. Beyni inkişaf etdirən qidalara yer verməli.
Mənbə: qadin.net