Metal və plastik tullantılar əvəzinə uşaqlara kitab verən kitabçı

İtaliyadakı bir kitab evi geridönüşüm məqsədilə bir plastik və konserv qutusu gətirən hər şagirdə pulsuz kitab verəcəyini bildirib.

İtaliyadakı balaca qəsəbə olan Polladakı Ex Libris Kafe kitab evinin sahibi Michele Gentile, çevrə üçün nələrsə etməklə yanaşı, uşaqların kitab oxumasını da təşviq etmək istədiyini söyləyir.

“Məqsədim adətən oxumağı çox da sevməyən italyanlar arasında oxumaq sevgisini yayrkən, bir tərəfdən də çevrəyə dəstək olmaqdır. Ümid edirəm bu addım qısa zamanda viral olar və bütün ölkəni təsir altına alar”.

Gentile, bir tarlaya buraxılmış böyük bir metal yığınını gördüyü gün bu layihə fikrini tapdığını deyir: “Ən az 300-400 Euro dəyərindəydi. Bir məktəb şagirdinin illik kitab xərclərindən çox idi. Məhəllədəki bir dövlət məktəbilə danışdım, onlar da metal tullantılarını toplamağa başladılar. Nəticə möhtəşəm idi. İki gün ərzində 200 kq tullantı topladıq”.

Gentile geridönüşüm mərkəzindən aldığı pula bütün sinfə kitab aldı. “Bunun üzərinə belə düşündüm: Mənə plastik şüşə və konserv qutusu gətirən uşaqlara niyə kitab verməyim?”

Kitab evinin sahibinin məktəblərlə və əhaliylə apardığı bu layihə plastik və konserv qutuları göndərməyə başlayan ölkənin şimalındakı uşaqlara qədər yayılmağı bacardı.

“Sadəcə dünən 60 ədəd pulsuz kitab verdim. Dünyadakı hər uşağın bir plastik və konserv qutusu qarşılığında kitab aldığını düşünün. Bilirəm, bu bir xəyaldır, amma niyə də real olmasın?”

Mənbə: egitimpedia.com