Üsküdar Universiteti NPİstanbul Beyin Xəstəxanasının psixoloqu Nazende Ceren Öksüz, depressiyanın uşaqlıq dövründə də ola biləcəyini bildirir.
Yuxu nizamı pozulur.
Uşaqlıq depressiyasının əlamətlərinin başında yuxu problemlərinin gəldiyini deyən professor, “Əgər uşağınız normaldan daha çox və ya daha az yatırsa, gecələri yuxuya getməkdə çətinlik çəkir, qorxulu yuxular görürsə, uşağın psixologiyasında bəzi problemlər ola biləcəyini düşünməlisiniz” deyir.
Az ya da çox yemək yemək depressiyaya işarə ola bilər.
Psixoloq Öksüz, uşağın iştahası və yemək nizamında ortaya çıxan bəzi problem və dəyişiliklərin depressiya əlaməti ola biləcəyini bildirir: “Uşağın yemək saatını unutmasını, düzgün qidalanmamasını və digər psixoloji problemlərlə birlikdə iştahasında son zamanlarda azalma və ya artım olmasını depressiya xüsusiyyətlərindən hesab etmək olar”.