“Uşaqlar öz ehtiyaclarını ağlaya-ağlaya bildirirlər”
Bu sözləri GSR.fm-in “Atalar deyir ki” verilişində “Uşaq ağlaya-ağlaya” böyüyər deyimini şərh edən EDU.co şirkətinin direktoru Rasif Dünyamalıyev deyib:
“Bu o demək deyil ki, uşağa qarşı zorakılıq et, döy ağlasın. Bu sadəcə o deməkdir ki, hər uşağın müəyyən ehtiyacları var və uşaq öz ehtiyaclarını ilkin başda danışa bilmədiyi üçün ağlamaqla ifadə edir. Burada müdriklik ondadır ki, uşaq ağlayırsa, onun ehtiyacı var və ehtiyaclarını ödəmək lazımdır. Valideynlər bu ehtiyacları anlayırlarmı, onların ehtiyaclarını ödəyirlərmi yoxsa yox? bu ayrı məsələdir. Amma uşaq ağlaya-ağlaya böyüyər, çünki uşağın özünü ifadə etməsi, ehtiyaclarını bildirməsi yaxşıdır”.