Oktyabrın 28-də uşaq bağçasında nənələr və babalar gününə həsr olunmuş tədbir keçirilib. Tədbir balacaların oxuduğu mahnı ilə açıq elan olunub. Daha sonra müxtəlif yaş qruplarından olan uşaqlar şeirlər səsləndirib, mahnılar oxuyublar. Bununla yanaşı milli və xarici folkorlardan rəqslər də ifa ediblər.
Balacalara maraqla tamaşa edən nənələr və babalar da, onları tək qoymayıblar. Belə ki, bir neçə oyunda və müxtəlif səhnəciklərdə iştirak ediblər.
Tədbir haqda fikirlərini bildirən nənə və babalar bu günki tədbirin əhəmiyyətindən danışdılar.
Rəfiyeva Sevinc- Çox razı qaldım. inanmağım gəlmir ki, 3-4-5 yaşlı uşaqlar bu qədər inkişaf ediblər. Çox sevinirəm, fərəhlənirəm. Müəllimlərin əziyyətləri var
Abdullayev Musa- Hesab edirəm ki belə tədbirlərin keçirilməsi uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinə çox yaxşı təsir göstərir. Uşaqların dünya görünüşünü artırır, Azərbayan milli musiqisinə olan həvəsin artırır. Bizə çox yaxşı təsir bağışladı
Sonda uşaq baçasının direktoru Samirə xanım da fikirlərini bizimlə bölüşdü.
– Bu günü qeyd etməkdə məqsədimiz uşaqlara nənə- babaya, böyüyə olan hörməti aşılamaqdır, onlara olan sevgini göstərməkdir. Çünki indi demək olar ki, bütün analar və atalar işləyirlər. Uşaqların bağça həyatına qədər böyüməsində, yetişməsində nənə və babaların rolu böyükdür. Həm minnətdarlıq hissi kimi, həm də uşaqlarda böyüyə hörmət hissini aşılamaq üçün hər il ənənəvi olaraq belə bir gün qeyd edirik