Uşaq həftənin 6 günü 8:00 – dan 20:00 – dək yaşına uyğun olaraq qruplarda təlim – tərbiyə prosesinə cəlb olunur. Bağçada 5 dəfə qidalanır və 5 dəfədən çox müxtəlif məktəbə hazırlıq, idrak, mədəni – estetik, nitq, fiziki və sosial-emosional inkişaf etdirici və xarici dil proqramlarına uyğun məşğələlərə qoşulur və müxtəlif əyləncə və istirahət xarakterli tədbirlərdə iştirak edir.
Bağçalarımızın əsas məqsədi uşaqların fiziki və psixoloji, həmçinin intelektual inkişafını təmin edəcək tədris proqramlarını tətbiq etmək, sağlam və intelektual gələcək nəsil formalaşdırmaqdır.
Biz “Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək” prinsipinə inanaraq, “Övladınız Hər Şeyin Ən Yaxşısına Layiqdir” siyasətini fəaliyyətində tətbiq edərək, uşaqlara özlərini tanımaq və ifadə etmək imkanı yaradırıq.
Uşaq Bağçasında tədris qrupları 2 dildə – rus və azərbaycan dilində təşkil olunur və 2 yaşdan 6 yaşa qədər dövrü əhatə edir. Məşğələlər 20 nəfərlik qruplarda keçirilir. Qruplarda uşaqlarla işi tərbiyəçi, müəllimə və dayə həyata keçirir.
Gündə 12 Saatlıq, Həftədə 6 Günlük Xidmət
Online Müşahidə Kameraları və Nəqliyyat Xidməti
Sanitar – Gigiyenik Vəziyyətin Davamlı Yaxşılaşdırılması (Dezinfeksiya Tədbirləri)
Gündəlik Tibbi Nəzarət və Pediatr Müayinəsi
Valideynlər üçün Həftəlik Tədris və Fəaliyyət Hesabatı
Rüblük Uşaq İnkişafı Qiymətləndirilməsi
Peşəkar İşçi Heyəti və Davamlı Onların Təkmilləşdirilməsi
Uşaqların Ehtiyaclarına Fərdi Yanaşma
Xüsusi Təhlükəsizlik Tədbirləri
İldə 125 növlük Yemək Menyusu
Şahmat Kursu
İngilis dili Kursu
Rus dili/Azərbaycan dili Kursu
Rəqs Kursu
Gimnastika Kursu
Teatr Kursu
Dəyərlər Təlimi
Robotiks Məşğələsi
Ekskursiya
Psixoloq Xidməti
Loqoped Xidməti
Nəqliyyat Xidməti
Növbətçi Xidməti
Discovery Club
Conversation Club
Üstün Zəkalılar Klubu
Valideyn Klubu
Ekoloqlar Klubu
Teatr Klubu
Şahmat Klubu
Gənc Musiqiçilər Klubu
Film Klubu
Biz həftənin 6 günü 8:00 – dan 20:00 – dək fəaliyyət göstəririk. Bağçada qidalanma vaxtları gündəlik 5 dəfə olmaqla, 9:00 – Səhər Yeməyi, 11:00 – Şirniyyat Vaxtı, 13:00 – Nahar Yeməyi, 15:00 – Meyvə Vaxtı, 18:00 – Axşam Yeməyi təmin edilir. Bağçada istirahət vaxtı gündə 1 dəfə olmaqla, 13:30 – dan 15:00 – dək həyata keçirilir.