“Xarıbülbülün nağılı” Nağıl -konsert

“Xarıbülbülün Nağılı” – Zəfərin 5 illiyinə həsr olunmuş Nağıl-Konsert
Zəfərimizin 5 illiyi münasibətilə keçirilən “Xarıbülbülün Nağılı” adlı nağıl-konsertdə 9 bağçadan olan 200 balaca birlikdə səhnəyə çıxaraq tamaşaçılara unudulmaz anlar yaşatdılar.
Uşaqların çıxışları yaradıcı komandanın böyük sevgisi, zəhməti və vətənpərvərlik ruhu ilə hazırlanmışdı.
Tədbir “Bir ürək, bir səhnə, bir Zəfər ruhu ilə” şüarı altında baş tutdu. Nağıl -konsert Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın möhtəşəm ifası ilə yekunlaşdı.
Bu layihə uşaqlara Zəfər tariximizin önəmini anlatmaq, onlarda vətənpərvərlik duyğularını möhkəmləndirmək məqsədi daşıyırdı.
Bağçam Şəbəkəsi adından bizə bu Zəfəri yaşadan bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı və şəfa diləyirik.
Zəfərin mübarək, Azərbaycan!