“Zəka elə bir anlayışdır ki, onu daim məşq etdirmək lazımdır. Məşq etdirmədiyimiz zaman biz onu itirə bilərik” bu sözləri uşaq psixiatrı Vəfa Şirinova müsahibəsində bildirib. Üstün zəkalı uşaqlardan danışan Vəfa xanımın sözlərinə görə, uşağın zəkası onun xronoloji yaşının ağıl yaşına olan nisbəti ilə ölçülür.
Zəkada kəmiyyət və keyfiyyət anlayışları var. Biz zəkanın kəmiyyətini ölçməliyik. Hazırda məktəbəqədər yaşdan söhbət gedir. Zəkanın keyfiyyətinə gəldiksə isə uşağın xronoloji yaşının ağıl yaşına olan nisbətidir. Eyni yaşda olan uşaqların xronoloji yaşı eyni olsa da, onların ağıl yaşları arasında fərqlər olur. Xronoloji yaşla ağıl yaşı arasında olan nisbət normadan az olduqda bu ağıl geriliyi hesab edilir. Bu üstün olduqda isə üstük zəkalı kimi qələmə verilə bilər. Məsələn, İQ səviyyəsi 130-dan yuxarı olarsan bu üstün zəkalı uşaq hesab olunur.
Vəfa xanımın sözlərinə görə, uşağın müəyyən sahədə olan qabiliyyəti onun zəkasından xəbər verir. Əsas məsələ o qabiliyyəti vaxtında aşkar edə bilməkdir. Çünki uşağın həmin sahədə üstün zəkalı olmasını istəyiriksə, onun qabiliyyətini inkişaf etdirməliyik.
10 yaşında bir uşağın musiqi qabiliyyəti çox yüksəkdir, bacarıqları var. Amma onu heç vaxt müəllim yanına qoymayıblar, musiqi məktəbinə getməyib və heç musiqi aləti belə yoxdur. Eyni zamanda başqa bir 10 yaşlı uşağın musiqi qabiliyyəti yoxdur, ancaq onu 5 yaşından musiqi məktəbinə qoyublar. O daim evdə musiqi sədaları eşidib. Onlar sabah imtahan verib Asəf Zeynallı adına musiqi kollecinə daxil olsalar, əlbəttə ki, anadan gəlmə qabiliyyəti olan uşaq həmin itirdikləri bilikləri tez bir zamanda qavrayır. Digəri isə loru dilində desək, yerində addımlayacaq. Çünki o öz qabiliyyəti ilə gəlib onu keçdi. İntelekt, qabiliyyət, əqli bax budur.
“Education Management Network” şirkətinin təşəbbüsü ilə “İndigo” Nərimanov, “Baby star” uşaq bağçalarında “Üstün Zəkalılar” Klublarının yaradılması layihəsinə artıq başlanılıb. Psixiatr məktəbəqədər yaş dövründə olan üstün zəkalı uşaqların müəyyən olunub onların zəkasını mütəmadi olaraq məşq etdirmək məqsədilə yaradılan bu klub haqqında danışdı.
Həmin klubda nəzərdə tutulub ki, oyunlar oynanılacaq. Çünki məktəbəqədər yaş dövründə olan uşaqlar dünyanı oyunla dərk edirlər. Məncə uşaqlar üçün hər bir yenilik yenidir və hər bir yenilik maraqlıdır. Düşünürəm ki, onlara çox maraqlı gələcək. Xüsusən də onlar daim orada oyun oynuyacaqlar. Yəni biz böyüklər belə qarşımıza qoyulan hər hansı yeni oyuncağa, oyuna maraq göstəririk. Onu çözməyə çalışırıq. Sonda kim qalib gələcək bizim üçün maraqlıdır. Təsəvvür edirsiniz, uşaqlar üçün bu nə dərəcədə maraqlı olacaq.
Vəfa xanım uşaqların kluba daxil olma prosesindən danışarkən qiymətləndirmənin testləri vasitəsilə 2 yaşından sonra ölçüldüyünü vurğuladı.
Əqli inkişafdan, intelektdən danışarkən biz daha çox uşaqlın intelekt səviyyəsini daha çox 2 yaşdan sonra ölçə bilirik. Çünki 2 yaşına qədər olan uşaqlar dünyanı tam dərk etmir, hələ dilləri tam açılmır. Yəni onların bir sıra dayanma nöqtələri var. Daha doğru olar ki, bu 4-5 yaşdan sonra olsun. Ona görə də klubun iştirakçıları böyük ehtimal ki, 3 yaş yarım 5 yaş arası uşaqlar olacaqdır.