Yoxla

ÖVLADLARIMIZI DAHA YAXINDAN TANIYAQ!

Məktəbəqədər Təhsil səviyyəsində olan uşaqların inkişafının dəyərləndirilməsi məqsədilə “Bağçam” Uşaq Bağçaları Şəbəkəsi olaraq onlayn qiymətləndirmə sistemi yaratdıq! Beləliklə, hər bir valideyn etibar etdiyi uşaq bağçası və ya tədris mərkəzindən asılı olmayaraq övladının inkişafını dəyərləndirə və nəticələri əsasında müəyyən addımlar ata bilər. Bu qiymətləndirmə meyarları beynəlxalq uşaq inkişafı standartları əsasında Şəbəkəmizin psixoloq, loqoped və pedaqoqları tərəfindən hazırlanıb. Dəyərləndirməyə başlamaq üçün aşağıdakı “QİYMƏTLƏNDİRMƏYƏ BAŞLA” düyməsini sıxmaq lazımdır. Onlayn qiymətləndirmə “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin əqli mülkiyyətidir və istifadə zamanı istinad etmək vacibdir.