Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 5 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.
Education Management Network Bakı şəhərində yeni açılacaq Uşaq Bağçası üçün Dayə vəzifəsi üzrə boş İş Yerini (Vakansiya) elan edir.
Dayə Uşaq Bağçasında yaşa görə ayrılmış xüsusi qrupda fəaliyyət göstərəcəkdir. Dayə qrup rəhbərinin (Tərbiyəçinin) tabeliyində olacaq və onun tapşırıqları əsasında hərəkət edəcəkdir. Dayə əsas əmək funksiyası tabeçiliyində olduğu tədris qrupundakı uşaqların fiziki ehtiyaclarının (qidalanma, tualet, geyinib – soyunma, yuxu və d.) ödənilməsindən cavebdeh olacaq və iş vaxtı 8:00-dan 18:00-dək müəyyən olunmuşdur.
Tələblər:
- Toplam 3 il, əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi
- 25 – 35 yaş aralığına üstünlük verilir
- Azərbaycan və rus dillərini səlis bilmək
- Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
- Münasibət qurmaq bacarığı və həssaslıq
- Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
- Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı.
- Gərgin iş mühitində çalışmaq bacarığı
Öz CV və İstək Məktubunuzu karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “Dayə – Yeni İş” qeyd edin.
Əlaqəli Şəxs: Rasif Dünyamalı (Vakansiya ilə bağlı Zəng Etməyin)
Son Müraciət Tarixi: 31/03/2016 (son müraciət tarixindən sonrakı cv-lərə baxılmayacaq)
Ətraflı məlumat üçün şirkətin veb səhifəsinə baxa bilərsiniz: www.bagcam.az