“Uşaqlar bizim gələcəyimizdir” – ulu öndərimiz Heydər Əliyevin bu fikrini biz Oskar uşaq inkişaf mərkəzini yaradarkən özümüz üçün şuar seçdik.
Oskar uşaq inkişaf mərkəzi 2013-ci il 1 oktyabr tarixindən fəaliyyət göstərir. Şəhərimizin ən gözəl ərazilərinin birində yerləşən mərkəzimiz özünün gözəl dizaynı, komfortu, peşəkar kollektivi ilə seçilir. Mərkəzimiz Türkiyədən gətirilmiş avadanlıqlar, əyani dərs vəsaitləri, idman alətləri ilə təsis olunub.
2 yaşdan 6-dək uşaqlar peşakar müəllimlər və tərbiyyəçilər tərəfindən müxtəlif məşğələlərə cəlb edilir. Uşaqların öz yaşlarına uyğun tərbiyə və təhsil metodları tətbiq olunur. Bundan başqa mərkəzimizdə müxtəlif dərnəklər eyni zamanda loqoped, psixoloq xidməti fəaliyyət göstərir. Bu da uşaqların fiziki və estetik cəhətdən formalaşmasını təmin edir. Mərkəzdə uşaqlar səhər və günorta yeməyi ilə təmin olunurlar.
Oskar uşaq inkişaf mərkəzi sizin uşaqlarınızın erkən yaşlarından bilik və savada yiyələnməsində, dünya görüşünün formalaşmasında bir çox uğurlu addımlar atmaqdadır. Əbəs yerə deyilməyib: Hər bir uşaq bir dahidir lakin bu dahiliyi üzə çıxarmaq üçün uşaqlardakı, gizli potensialı lap kiçik yaşlarda aşkarlamaq lazımdır. Bu böyük məsuliyyət uşaq inkişaf mərkəzinin üzərinə düşür.
Mərkəzimizin məqsədi uşaqlarda elmi biliyə maraq və gələcəkdə məktəblərdə keçirilən fənlərə həvəs oyatmaqdır. Tədris olunan proqram uşaqlarda ilkin savad, dünyagörüşü, sosial davranış vərdişlərinin yaranmasına və inkişaf etməsinə, özünə inamın formalaşmasına kömək göstərir. Bu proqramın tərkib hissəsi aşağıdakılardan ibarətdir:
Savad təlimi;
Sadə riyazi təsəvvürlərin inkişafı;
Məntiqi təfəkkürü inkişaf;
Ətraf aləmlə tanışlıq;
İntellektual oyunlar;
İngilis dili v.s
Bunlarla yanaşı sizin istəyinizdən aslı olaraq uşaqlarınız üzgüçülük, şahmat, rəqs, rəsm, rəngkarlıq və musiqi və s. dərnəklərə qoşula bilərlər.
Oskar uşaq inkişaf mərkəzində fəaliyyət göstərən peşəkar müəllimlər və tərbiyəçilər həmçinin müəssisə tərəfindən də müxtəlif təkminləşdirmə kurslarına göndərilir. Mütəmadi olaraq müəllimlərin psixoloji durumu həkim mütəxəssis tərəfindən yoxlanılır. Çünki biz, Oskar uşaq inkişaf mərkəzi olaraq sizin uşaqlara dəyər veririk və ən son metodlarla sizin uşaqların bilik və bacarığının, dünya görüşün formalaşması üçün çalışırıq.
Məşğələlər uşaqların qavrama səviyəsini nəzərə almaqla müəyyən müddət çərçivəsində keçirilir. Tədrisi asanlaşdırmaq üçün müxtəlif yardımçı vasitələrdən, nağıl qəhrəmanlarından istifadə olunur eyni zamanda böyük monitorlarda yardımçı vəsaitlər az yaşlılara nümayiş etdirilir. Dərslər arası baxılan cizgi filmlər isə öz tərbiyyəli effekti ilə yanaş, uşaq beyninin səmərəli istirahətini təmin edir.
Bu müxtəliflik uşaqların həvəs və çalışqanlığını artırır, onlarda təhsil proqramına maraq yaradır. Proqramın kompleks şəkildə tədbiqi arzu olunan nəticələri əldə olunmasına zəmin yaradır. Uşaqlar oxumağı, yazmağı, hesablamağı asanlıqla bacarır və birinci sinifə qədəm qoyan zaman məktəb proqramının digər uşaqlara nisbətən daha tez və səmərəli mənimsəyirlər.
“Oskar” Uşaq İnkişaf Mərkəzi
Həsənova Xəyalə \ Məktəbəqədər Hazırlıq Kursunun Müəlliməsi