Rəsm çəkmək şübhəsiz ki, hər kəsə müsbət təsir edir. Amma xüsusilə uşaqlar çün rəsm çəkmək, bir ekrandan heç vaxt öyrənə bilməyəcəkləri şeyləri qavramasının ən yaxşı yoludur.
Uşaqlar üçün rəsm çəkməyin üstünlükləri saymaqla bitməz. Bunlardan biri kiçik motor bacarıqlarının inkişafıdır: Bir qələmin necə tutulmasını öyrənmək, uşağın əlləri, barmaqları və biləkləri ilə çox xüsusi hərəkətlər edə bilmək bacarığı qazanmasına köməkçi olur. Bundan əlavə rəsm çəkərkən uşağın, gördüklərinin etdikləri ilə əlaqəsi olduğunu göstərən əl-göz koordinasiyası da inkişaf edir.
Rəsm çəkmək eyni zamanda diqqət və səbri də öyrədən bir fəaliyyətdir. Gördüklərini kağıza köçürmək asan deyil və bunu doğru bir formada etmək əzm tələb edir. Bu sırada uşaqlar, “Baxın, mən nə etdim!” deyərək özgüvən qazanırlar.
Uşağınızı rəsm çəkməyə təşviq etməyin yollarını axtarırsınızsa, hər yaş kateqoriyasına aid hazırladığımız sadə rəsm ideyaları ilə tanış ola bilərsiniz.
Uşaq üçün rəsm ideyaları:
- Sevdikləri bir heyvan (varsa, ev heyvanı);
- Qabdakı meyvə;
- Ən sevdikləri və ya sevmədikləri qidalar;
- Evlərinin kənardan görüntüsü;
- Pəncərədən görünən mənzərə;
- Parkda bir gün;
- Gördükləri ən böyük ağac;
- Şəhərdəki bir bina;
- Əlləri və ya ayaqları;
- Ən sevdikləri müəllimləri;
- Yarpaq forması;
- Bir kafedə rəsm çəkmək: Masanın üzərində nə var?;
- Muzeydəki sənət əsəri;
- İkiyə bölünmüş meyvə və ya tərəvəzlər.
Mənbə: egitimpedia.com