Maraqlıdır, uşaqlarda ayaq ağrısı şikayəti eşidən kimi, bəzi həkimlərin və valideynlərin ağlına ilk “Revmatizma” xəstəliyi gəlir. Qəbula gələn xəstələrin çoxu artıq evdən bu “diaqnoz”la gəlir. Əllərində “təsdiqlənmiş” müsbət revmotestlər. Yalnız bu analiz cavablarına əsasən, aylarla boşuna Bicillin vurulan sağlam uşaqlar da gördük. Nəzərinizə çatdırım ki, Revmatizm diaqnozu sadəcə qan analizi ilə qoyulmur, xüsusi diaqnostik kriteriləri var ki, onu da işinin mütəxəssisləri bilir.
Bəs uşaqlarda ayaqda ağrı hansı səbəblərdən görülə bilər?
– Oynaq, sümük, əzələ ağrıları bir sıra Revmatik xəstəliklərin əsas əlamətidir. Yanaşı olaraq əsas və ciddi şikayətlər olur ki, bunu da mütəxəssislər aydınlaşdırır.
– Ayaq ağrıları bəzi ortopedik xəstəliklərdə də görülə bilər (onurğa əyrilikləri, yastıpəncəlilik, Perthes xəstəliyi və.s)
– Travma sonrası ola bilər (sınıq, çıxıq, burxulma, əzilmə və s.)
– Ayaq ağrıları qan xərçəngi və bəzi onkoloji xəstəliklərdə (sümük şişləri) ola bilər. Bu xəstəliklərdə təkcə ayaq ağrı mır, həmçinin basqa ciddi simptomlar da görülür.
– 3-12 yaşarası uşaqların böyümə prosesində də ayaqlarının ağrımasından şikayət edə bilər.
Pediatr Günay Rəsulova