Uşağın açıq havaya çıxarılması çox vacibdir. Gün işığının sümük və toxuma inkişafı üçün lazımlı olduğunu söyləyən Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Yrd. Dr. Emre Çenesiz yayda günəş şüalarının kəskin olmadığı saatlara (11. 00 -15.00 kənar saatlarda) üstünlük verilməli olduğunu bildirir.
Uşaqlar oyunu ən rahat açıq havada oynayırlar. Onlar üçün açıq havada oyun oynamaq böyük ehtiyacdır. Təbii ki, oyun yerlərinin nəqliyyata qapalı sahələr olmasına xüsusi diqqət edilməlidir.
1-12 ay sümük inkişafı üçün lazımlı olan D vitamini günəş şüalarının köməyi ilə orqanizmdə sintez edilir. D vitamini eyni zamanda immunitet sistemi üçün də lazımlı vitamindir. Bu vitamin, xüsusilə, həyatın ilk illərində sağlam inkişaf üçün vacibdir.
Açıq rəng paltarlar günəş şüalarının qəbul edilməsinin qarşısını alır, xüsusən bu cür geyimlərin seçilməsinə diqqət göstərilməlidir. Uşağınız günəşli havada çöldə olacaqsa, günəş şüalarının zərərli təsirlərinə qarşı qoruyucu kremlərdən istifadə etmək lazımdır. Uşağın yaşı nə qədər kiçikdirsə, o qədər yüksək qoruyucu krem seçilməlidir.
Uşaqları açıq havaya çıxarın
- Uşaqların təmiz hava almasını təmin edir.
- Uşaqlara istədikləri kimi hərəkət etmək imkanı verir.
- Öz səslərini istifadə etməkdə sərbəst olurlar, məhdudlaşdırma hiss etmirlər.
- Bəzi təbiət hadisələrinin fərqinə varır, müşahidə edir və araşdırırlar. Qarışqaların yuvalarına yemək daşımalarını, küləyi, yağışı görərək və yaşayaraq öyrənirlər.
Mənbə: Qadin.net