Həkim, qohumlar yaxud dostlarınız uşağınız olan bütün bu davranışların keçid dövrünün əlamətləri olduğunu desələr də, siz bununla razılaşmırsız. Keçid dövrünün uzun çəkdiyini və davranışların daha dağıdıcı olduğunu düşünürsünüz.
Hər hansı problemin xəbərdar edicisi olan əlamətlərə xüsusi diqqət yetirmək lazımdır. Ann Douqlas kitabında xəbardar edici əlamətlərin siyahısını qeyd edib. Həmçinin uşaqlarda xəbərdar edici əlamətlər keçid dövründən, valideynlərin boşanmasından və digər stressli hadisələrdən qaynaqlana bilər.
1. Uşağınızın məktəblə bağlı çoxlu çətinlikləri varsa
2. Uşağınız başqa uşaqlara zərər yetirib, vurursa
3. Uşağınız özünə zərər verirsə
4. Uşağınız ailəsini və dostlarını özündən uzaqlaşdırırsa
5. Uşağınızda tez-tez əhval dəyişikliyi olursa
6. Emosiya gərginliyi varsa və əsəb partlamaları yaxud həddindən artıq qorxu olursa
7. Uşağınızda motivasiya yaxud enerji zəifliyi varsa
8. Diqqət cəmləməkdə çətinlik çəkirsə
9. Yuxusuzluq problemi varsa yaxud çoxlu kabuslar görürsə
10. Uşağınızın fiziki şikayətləri çox olursa
11. Öz görünüşünə qarşı vecsiz yanaşırsa
12. Uşağınızın özünə, çəkisinə yaxud görünüşünə qarşı taxıntısı (obsessiyası) varsa
13. Uşaqda normadan artıq yaxud az yemək yemə vərdişi varsa