– Necə oxumağı seçmək də kömək edə bilər. Bəzi uşaqlara sinifdə, digərlərinə isə evdə diqqət cəmləyərək oxumaq daha faydalı ola bilər.
– Seçim etmək uşaqlara qiraətin darıxdırıcı olmadığını anlamaqda, kömək edəcək. Klassik qaydaya əlavə olaraq, jurnal və komiks variantlarından da istifadə etmək olar.
2. Qiraətdə təşviq edən mühiti təmin etmək. Əgər sizin evdə oxu üçün materiallar və kitablar yoxdursa, sizin övladınızı qiraəti zövq verici bir iş kimi görməkdə çətinlik yaranacaq. Maraqlı və əyləncəli kitabları evdən əksik etməyin.
– Öz qiraətnizi yaxşılaşdırın. Əgər övladınız, sizin oxumaqdan zövq aldığınızı görsə, o da bunu etməyə başlayacaq.
– Ailəniz ilə birlikdə qiraət etməyə cəhd edin. Ailənin əyləncə vaxtı ilə qiraət vaxtı arasında əlaqə olması, uşaqların oxu vərdişini artıra bilər.
– Evdə və ya sinifdə xüsusi “ qiraət yeri” yaradın. Bu yer, diqqət yayındıran yer olmamalıdır. Uşaqların qiraətdən zövq alması üçün kiçik xoş yer olmalıdır.
– Kitabları mükafat kimi istifadə edin. Məktəbdə və ya evdəki hər hansı işdəki uğuruna görə uşağınızı mağazaya aparın və bir neçə kitabı mükafatı olaraq seçməsinə izn verin.
3. Yaradıcılığı təşviq edin. Uşaqlara oxudakı yaradıcılığı tutmağa təşviq edin.
– Məsələn, siz şagirdlərinizi və ya övladınızı oxduğu səhnəni rəsm dəftərinə çəkməsi üçün təşviq edə bilərsiniz.
– Qiraət edərkən obrazları məzəli səslərlə səsləndirin, bacardıqca oxudakı səhnələşdirməni yüksək həddə çatdırın.
– Növbəti hekayədə, nə baş verəcəyini onlardan soruşun yaxud onların öz fikirlərini əsərin davamı olaraq yazın.
– Kitabdakı hansı elementlərin vacib olduğunu onlardan soruşun, sonra bu haqqda divar kağızı düzəldin.
4. Təşviq edici və dəstəkləyən olun. Uşaqlar çox vaxt oxuduqlarını başa düşməməkdən yaxud “səhv” cavab verməkdən narahat olurlar.
– Gənc oxuculara heç vaxt rəylərinin “yalnış” olduğunu deməyin. Bunun yerinə, uşaqdan bu rəyə necə gəldiyini soruşun. Bu ona fikirlərini formalaşdırmaqda kömək olacaq.
– Əgər gənc oxucu çətin qavrama qabiliyyətinə malikdirsə, səbrli olun. Uşağa özünü axmaq və heç bir materialı qavraya bilmirmiş kimi hiss etməsinə icazə verməyin. Bunun yerinə, uşağınız üçün aydınlanma yolunda bələdçi olun.
– Hər rəyi qəbul et, hətta qeyri-dəqiq görünənləri belə, əməkdaşlığa dəyər ver. Qeyri-dəqiq olan rəyi imtina etmək yerinə, daha çox sual verərək, onu aydınlaşdır.
Mənbə: http://qadin.net/