Mütəxəssislər uşaqların yay tətilinin onların gələcək fəaliyyətlərinə təsir etdiyini söyləyirlər. Tətilin maraqlı və səmərəli təşkili uşaqların növbəti mövsümdə daha enerjili olmasına kömək edir. “Məktəbli Klubu” bu məqsədlə “Məktəbli Yay Düşərgə”si təşkil edib.
“Bizim əsas məqsədimiz uşaqlara həm istirahət, həm də öyrədici proqramlar təşkil etməkdir” deyən “Məktəbli Klubu”nun rəhbəri Ləman Hüseynli düşərgənin fəaliyyəti haqqında Bagcam.az-a məlumat verib:
“Uşaqlarımız gündəlik proqram əsasında hərəkət edirlər. Onları qrup rəhbərləri gündəlik proqrama əsasən bölüşdürür. Uşaqlar səhər servislərlə düşərgəyə daxil olub, yerləşirlər. Hər qruplar öz fəaliyyətləri üzrə otaqlarına yerləşdikdən sonra müəllimlər sayəsində toplanırlar və himn oxuyurlar. Sonra uşaqlarımızın səhər gimnastikası olur. Gimnastikamızı keçdikdən sonra isə qidalanmamız olur”.
Səhər yeməyindən sonra günlük proqrama uyğun olaraq uşaqlara rəqs, gimnastika, kapoeyra, üzgüçülük kimi dərslər peşəkar müəllimlər tərəfindən öyrədilir.
Düşərgədə uşaqlarla maraqlı oyunlar təşkil edən şəxsi inkişaf üzrə təlimçi Tofiq Sadıqov oyunların faydasından söhbət açıb:
“Uşaqlar buraya əylənməyə, dincəlməyə oynamağa gəliblər. Mənim payıma düşən hissə uşaqlarla oyun keçirtməkdir. Bu, komanda oyunlarıdır. Biz komanda oyunları çərçivəsində uşaqlarla həm qalib olmaq, həm udmaq, uduzmaq, sağlam rəqabət, yarışmaq, komanda tərtib etmək qaydalarını öyrənirik. Bu da uşaqlara həm əyləncə verir, həm də onlar əylənərək öyrənirlər. Həm də bu rəqabət hissi onları inkişaf etməyə, daha da yaxşı hazırlaşmağa sövq edir”.
Yay tətilini əylənərək, öyrənərək, dincələrək keçirən Ləman və Turan isə düşərgədə keçirdikləri günlərdən danışıblar:
Ləman Aysamova – “Müəllimlərimiz çox yaxşıdır, onlar bizə rəqs etməyi, ingiliscə danışmağı öyrədirlər”.
Turan Əziz – “Mən yay tətilimi “Məktəbli Yay Düşərgə”sində keçirirəm. Burada biz şəkil çəkirik, oyunlar oynayırıq, üzgüçülükdə çimirik. Bura mənim çox xoşuma gəlir”.
Qeyd edək ki, Mərdəkan qəsəbəsində yerləşən “Məktəbli Yay Düşərgə”si həftə içi 5 gün, səhər saat 09:00-dan axşam saat 18:00-a qədər fəaliyyət göstərir.
Əziz valideynlər, əgər siz də övladınızın yay tətilini təhlükəsiz və rahat mühitdə əylənərək, həm də öyrənərək keçirməsini istəyirsinizsə, “Məktəbli Yay Düşərgəsi”nə müraciət edə bilərsiniz. Düşərgə yay mövsümünün sonuna qədər davam edəcək.
Əlaqə nömrəsi: (+994) 70 264 50 12