Uşaqların ətraf aləmlə tanışlığı bağça yaşlarından etibarən başlamalıdır. Bu, onların dünyagörüşü, əqli və fiziki inkişafı üçün əhəmiyyətlidir. “Education Management Network” təhsil şəbəkəsinə daxil olan bağçalarda uşaqların hərtərəfli inkişafına xüsusi diqqət yetirildiyi üçün onlara ingilis dili, rəqs və pantomim kimi dərslərlə yanaşı ətraf aləmlə tanışlığa həsr olunan dərslər də keçirilir. Bu dərsin necə tədris olunduğu ilə uşaq bağçasının Azərbaycan dili bölməsindən hazırladığımız video çarxda tanış ola bilərsiniz: