Bağça uşağın fərdi inkişafı, cəmiyyətə inteqrasiyası prosesində özünəməxsus yer tutur. Ancaq bəzən valideynlər övladlarının həyatında məktəbəqədər təhsilin mühüm rol oynadığına şübhəli olurlar. Onlar düşünürlər ki, uşaqlarının dünyagörüşünün inkişafı və məktəbəqədər hazırlıq prosesinin təşkilində valideynlər bağçalara nisbətən daha üstün mövqeyə sahibdirlər.
GSR.fm – də isə “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizin qeydinə qalaq” şüarı altında bağçanın valideynlər və uşaqlarının həyatına təsiri ilə bağlı yeni rubrikaya başlayır.
Rubrikanın ilk qonağı isə uşaq bağçasında təhsil alan Leyla və Aylinin valideyni Xəyalə Aslanovadır.