Bagcam.az Ailem.az-a istinadən loqoped Bəsirə Pənciyevanın növbəti məqaləsini təqdim edir.
Disfaqiya nədir?
Udma, çeynəmə, sorma, əmmə pozuntuları disfaqiya adlanır. Əmmə problemlərinə qidanın qəbulu, çeynənilməsi, sorulması və udulması sahəsində olan çətinlikləri daxildir. Məsələn, uşaq qidanı qəbul etməyi, yəni əgər bərk qidadırsa, onu dişləməyi və ya əzilmiş haldadırsa, onu ağzına qoymağa etiraz etməsi və ya mayedirsə udmağı bacarmamağı deməkdir. Yaxud da çağanın süd əmdiyi zaman ananın döşünü götürdükdə ağzını tam bağlaya bilməməsi, dodaqları açıq saxlaması və bununla da süd əmmədə çətinlik olması və s. Bu zaman uşaqlarda əmmə pozuntusu da ola bilər.
Udma prosesləri aşağıdakı mərhələləri əhatə edir;
Oral (ağızın içi, dodaq, dil, diş, damaq) mərhələsi; Bura sorma, çeynəmə, qidanın dil vasitəsiylə ağızda hərəkəti və diş, damağın köməyilə əzilmiş qidanın və ya mayenin boğaza ötürülməsi.
Pharyngeal (faringil) mərhələ; Udmağa başlamaq, qidanın hava yoluna daxil olmaması (aspirasiya) hava yolunu bağlamaq və boğazdan aşağı ötürülməsi.
Esophageal mərhələ; Boğazda yemək borusunun üst və alt boşluqları rahatlaması və yeməyi qida borusundan mədəyə ötürmək.
Uşaqlarda əmmə, udma pozuntularının əlamətləri hansılardır?
Uşaqlarda əmmə, udma pozuntularının geniş və müxtəlif əlamətləri var. Bütün əlamətlər hər uşaqda mövcud deyil!
Uşaqlarda, əmmə və udma problemlərinin əlamətləri aşağıdakılardır;
1. Qidalanma zamanı bədəni bərkitmək
2. Qidalanma zamanı qıcıqlanma və həssaslığın olmaması
3. Qida və mayedən imtina
4. Müxtəlif yeməklərin qəbul edilməməsi (məsələn, yalnız saflaşdırılmış qidalar və ya gevrək taxıl)
5. Uzun əmmə və ya uzun yemə (30 dəqiqədən çox)
6. Çeynəmədə çətinlik
7. Döş əmmədə çətinlik
8. Yemə zamanı öskürmək və qusmaq
9. Ağızdan və ya burundan çıxan həddən artıq qida və maye
10. Yemək yemə, su içmək və nəfəs almaq aktlarında çətinlik
11. Yemək zamanı boğulmaların artması
12. Tez-tez tüpürmək, qusmaq
13. Təkrarlanan sətəlcəm (pnevmaniya) və ya hava (tənəffüs yolu ilə) ilə yoluxucu infeksiyalar
14. Normal kilo artımından az olması
Əmmə və udma pozuntularının səbəbləri aşağıdakılardır:
- Sinir sistemi xəstəlikləri (Uşaq serebral iflici meningit ensefalopatiya),
- Mədə-bağırsaq problemləri,
- Problemli doğuş,
- Yarıq dodaq və ya damaq,
- Hava yolu ilə keçən infeksiyalar,
- Autizm sindromu,
- Baş, boyun anomaliyaları,
- Üz və boyundakı əzələ zəifliyi,
- Tənəffüs problemləri.
Əmmə və udma pozuntularına necə diaqnoz qoyulur?
Əziz valideynlər, sizin səhiyyə mütəxəssisiniz, pediatrınız uşağınızı yoxlayacaq. Müəyyən testlərlə yoxlanışdan sonra metabolik problemlərini qeyd edəcək, lazım bildiyi halda loqopedə yönləndirəcək.
Loqoped qiymətləndirir;
Uşağın anamnezini, yəni bu günə kimi uşağın bütün tibbi müayinəsi və loqopedik təlimləri ilə bağlı məlumatları soruşmalıdır;
Udmaya cəlb olunan əzələlərin hərəkətliliyinə, gücünə baxmalıdır;
Yemək yemə və su içmə zamanı əzələlərin vəziyyəti, duruşu, hərəkətini müşahidə etməlidir. Bəzən uşaq Usi (Uşaq serebral iflici) və ya Disfaqiya diaqnozu ilə gəlir. Ağızdan su axır. Anadan soruşuram. O, bildirir ki, mən çeynəmədən razıyam, yemək yeməsi yaxşıdır. Lakin təcrübəmdən deyirəm ki, valideynin sorğusu ilə yanaşı, yenə də uşaq müayinə edilməlidir. Uşağın sevdiyi yumşaq qidayla başlamaq lazımdır. Çünki çox olub ki, valideyn razılıq bildirir, lakin yoxlayanda uşağın düzgün yemədiyini, balaca qabdakı yeməyin 4/1 ni ancaq yediyini, qaşığı dodağı yumaraq ağzına almadığını müşahidə edirəm. Bəzən valideyn başa düşmür, ona normal gəlir. Amma uşaq iki yaşındadırsa və bu şəkildə yeyirsə, bu da ağız suyu ifrazına səbəb olursa, demək, problem var.
Müəyyən müşahidələrlə, testlərlə əmmə, yemə, udma aktları qiymətləndirmək;
Barium yoxlanışı – Uşaq nəsə içdikdə boğazdan mayenin qəbulu zamanı maye və ya qidanın boğazdan aşağı keçməsi səhiyyə mütəxəssisiniz tərəfindən yoxlanılır.
Endoskopik müayinə – Uşağın udma aktı izlənilir.
Hansı müalicə üsulları mövcuddur?
- Tibbi müdaxilə (reflux üçün dərman),
- Fərdi ehtiyacları qarşılamaq üçün yemə terapiyası aparmalıdır,
- Həkim nəzarəti ilə qida qəbulu və qida seçimi,
- Getdikcə qida qəbulunu artırmaq (çünki disfaqiyalı uşaqlar seçici olurlar, daha çox yumşaq maye şəklində yeməklərə üstünlük verirlər)
- Ərzaq temperaturunu dəyişdirmək (yenə də həkim məsləhəti ilə),
- Müxtəlif oturma vərdişləri yaratmaq (məsələn, uzanaraq əmzik şüşəsi ilə yeyirdisə, oturtmaq, qaba qoymaq, qaşıqla yeməyə cəhd etmək, ailə ilə bir stol arxasında oturması, böyüklərin yeməsini izləməsi və s.)
- Davranış və sosial bacarıqları qazandırmaq üçün psixoloqa müraciət edin,
- Aktivliyi artırmaq üçün fizioterapevtik məşğələlərə yazılın,
- Həmçinin, stomatoloji müayinədən keçirməyiniz də məsləhətdir.
Loqopedik müdaxilə nəticəsində:
- Ağız əzələlərini daha da gücləndirir,
- Dilin hərəkətliliyi artır,
- Çeynəmənin yaxşılaşdırılması,
- Müxtəlif qidaların və mayelərin qəbulunun artırılması,
- Sorma və içmə qabiliyyətini yaxşılaşdırmaq,
- Təhlükəsiz udmanı təmin etmək üçün loqopedik məşğələlərdə udma zamanı boğulma yaratmayacaq qidalar seçmək lazımdır. Bunun üçün qida seçimi önəmlidir.
Loqopedik qiymətləndirmədən sonra ailə üzvləri ilə əlaqə saxlanılmalıdır. Yemə, udma problemlərini anlamaq üçün suallar verilməlidir. Müalicə planını başa düşdüklərinə əmin olmalıyıq. Çünki evdə də yemə terapiyasını yerinə yetirməlidirlər. Bu, təkcə ana ilə deyil, həmçinin, uşağın ətrafında olan hər kəs yemə ilə bağlı problem və əldə edilən irəliləyişlə bağlı məlumatlanmalıdır.