İstər ailə, dostlar ya da məktəb olsun, istərsə də övladınızın kədərlənməsinə səbəb olan başqa bir şey, əgər uşağınız aşağıdakı narahatlıq əlamətlərdən hər hansı birini göstərirsə, hərəkətə keçmək vaxtıdır.
Uşaqlar böyüdükcə və yeni məsuliyyətlər aldıqca, daha çox fəaliyyət və daha çox ev tapşırığı ilə yüklənərkən, stressə daha meyilli olurlar. Aşağıda uşağınızın stressdə olmasını göstərən səkkiz əlaməti qeyd etmişik:
- Gecə qarabasmaları: Yuxuyla bağlı qorxular, stressli və ya travmatik təcrübələrə verilən ümumi bir reaksiyadır. Uşağınıza, eynən özününkünə bənzər hisslər yaşayan başqa uşaqların hekayələrini danışmağınız özlərini daha yaxşı hiss etməsini təmin edə bilər. Onların duyğularını anladığınızı bilmələrini təmin edər.
- Məktəb tapşırıqlarına fokuslanma və tamamlamaqda çətinlik yaşama: Akademik və sosial təzyiqlər, xüsusilə də uyğunlaşma ehtiyacı, uşaqlar üçün stressin əsas səbəblərindəndir. Dərs xarici fəaliyyətlər faydalı olsa da, həddindən artıq yorğunluq narahatlığa gətirib çıxarır. Uşağınızın prioritetlərini müvafiq şəkildə sıralamasına kömək edin.
- Hirs artımı: Bəzi uşaqlar, stress altındaykən fiziki təzyiq (dişləmək, təpik atmaq və ya vurmaq) və ya sözlə təzyiq reaksiyası verir. Bundan əlavə səbr lazım olan işləri tamamlamaqda çətinlik çəkirlər. Əgər uşağınızla danışmaq işə yaramırsa, həkim və ya terapistlə danışın.
- Altını islatma: Özünü güvənsiz hiss edən ya da beyni çox dolu olan uşaqlar, tualetlərinin gəldiyinin əlamətlərini gözdən qaçıra bilərlər. Uşağınız “tualet qəzası” yaşadığında hirslənməməyiniz önəmlidir. Alt islatmağa səbəb ola biləcək tibbi vəziyyətlərin mövzu olmadığından əmin olmaq üçün mütləq həkimə gedin.
- Hiperaktiv davranış: Uşaqlar yaşadıqları stressi daşıya bilmədiklərində neqativ enerji ortaya çıxar. Hirslənmək, qaçmaq əslində bir problem olduğunda yetkinləri xəbərdarlıq etməyin yollarıdır. Uşağınızın enerjisini pozitiv və sakit bir formada atmasına köməkçi olun: Dərin nəfəs hərəkətləri, dincəldən musiqi dinləmək, yoqa bu yollardan sadəcə bəziləridir.
- Ailə və dostlarından özünü geri çəkmə: Köçmək, boşanma, ailəyə yeni gələn uşaq ya da məktəbdə təzyiqlə rastlaşmaq, uşağın özünü təcrid olunmuş hiss etməsinə və qorxmasına səbəb ola bilər. Uşağınıza diqqət göstərin, rahat və yaxşı hiss etməsini təmin etmək üçün bildiyi rutinləri davam etdirin. Məktəbdəki dostlarıyla problem yaşadığından şübhələnirsinizsə, uşağınızın müəllimiylə danışın.
- Yemək ya da yuxu pozuntusu: Bir uşaq təzyiq altındaykən, yaşadığı hüzursuzluq və narahatlıqlar yuxu vərdişlərini pozar. Yemək vərdişlərindəki ani dəyişikliklər (dahaaz ya da daha çox yemək kimi) başqa bir stress əlamətidir. Narahatlığın kökünə çatmaq (adətən uşaq psixoloqundan ya da bir mütəxəssis yardımı alaraq) bu davranışları azalda bilər.
- Balaca problemlərə həddən artıq reaksiyalar: Bəzən, valideynləri məmnun etmək basqısı uşaqların mükəmməlliyətçi olmalarına və həmişə narahatlıq keçirmələrinə səbəb olur. Uşağınızın özgüvənini formalaşdırın, beləliklə öz-özünə çətinliklərlə başa çıxa və problemləri həll etməyi bacara bilər.
Mənbə: egitimpedia.com