Bəzən valideynlər öz kiçik jestləri ilə övladlarının həyatında böyük izlər qoyurlar. Bagcam.az övladınızı xoşbəxt edəcək kiçik jestlərin siyahısını sizinlə bölüşür:
- Övladlarınızdan hər dəfə biri ilə gəzintiyə çıxın
- Yemək çantasına onu həvəsləndirəcək sözlər yazın
- Parkda ən az onlar qədər əyləndiyinizi göstərin
- Uşaqlıq fotolarını dərc edin, beləliklə onların inkişafını göz önünə gətirmiş olacaqsınız
- Otağında “aləm bir-birinə dəysə” belə qapını örtüb öz işlərinizlə məşğul olun
- Azyaşlı uşağınızın uzunboğaz çəkmələri olmasa belə, yağış suyu ilə dolmuş dərələrdə atılıb-düşməsinə icazə verin
- Övladınızın evcil hevan bəsləməyinə icazə verin
- Uşağınızdan sizə nələrisə öyrətməsini istəyin, bununla yanaşı, onun çox yaxşı müəllim olduğunu övladınıza bildirməyi unutmayın
- Övladınızı ondan xəbərsiz tərifləyin və elə edin ki, onun da bundan xəbəri olsun
- Ev tapşırıqlarını edərkən, qəfildən musiqini qoşun və onunla birlikdə rəqs edin
Mənbə: egitimpedia.com